Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
Abbasov-Ramil

 

Mənbə:

 

Qiymətli 



Kağızlar 

üzrə 


Dövlət 

Komitəsinin 

rəsmi 

saytı(


www.scs.gov.az

) [48]. 


 

Qiymətli kağızların iqtisadiyyata böyük fayda verən bir bazar olması bu sahənin 

tənzimlənməsini  zəruri  edir.  Bu  bazarın  tənzimlənməsində  iki  metod  və  ya  üsuldan 

istifadə edilir: 

                                                       



3                2 

                                                                                                                                                                                                               

                                                                                                                               

1

                                                         



                                           

                                                       

 

 

 



 

 

 



 

 



 

 



34 

-

 



Dövlət tərəfindən tənzimləmə 

-

 



Peşəkar iştirakçılar tərəfindən tənzimləmə 

Dövət  tərəfindən  tənzimləməyə  qanunvericilik  aktları,  qərarlar,  fərmanlar  və 

digər  hüquqi  sənədlər  aid  edilir.Bunlar  hüquqi  təminata  aid  olan  tənzimləmədir. 

Normativ tənzimləmələrə misal olaraq “Səhmdar cəmiyyətləri haqqında”, “İnvestisiya 

fondları  haqqında”,  “Qiymətli  kağızlar  üzrə  Dövlət  komitəsinin  sənədlərini”  və  s.-i 

misal göstərmək olar. 

Respublikamızda QKB-nın tənzimlənməsi işinə Maliyyə Nazirliyi, Milli Bank 

və  QKDK-sı  baxır.Bu  dövlət  orqanları  sırasında  əsas  yeri  26  iyul  1999-cu  ildə  ölkə 

başçısının fərmanı iləyaradılmış QKDK-ı tutur. 

2016-cı  ildə  yanvar-iyun  aylarıda  olan  iqtisadi  göstəricilərə  əsaslanıb  iqtisadi 

inkişafın sürətlənməsindən danışmaq olar. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 

2016-cı  ildə  ölkədə  pərakəndə  ticarət  1,9%  artaraq  13,8044  milyon  manat  təşkil 

etmişdir.İstehlak  mallarının  11%-i  hüquqi  statuslu  özəl  müəssisələrdə,  53,8%-i 

sahibkarlara  məxsus  müəssisələrdə,  35,1%-i  isə  əmtəə  bazarlarında  satılmışdır. 

Respublikada her bir istehlakçı ay ərzində orta hesabla 239,4 manatlıq əmtəə almışdır 

ki, buda 2015-ci illə müqayisədə 29,5 manat çoxluq təşkil edir. 

Qeyd  edək  ki,  2016-cı  ilin  yanvar-sentyabr  dövründə  pərakəndə  ticarətdə 

satılmış tütün, içki və ərzaq məhsullarının satışı 2015-ci ildəki göstəricilərə nisbətən 

3,1% artaraq 10504,1 milyon manat olmuşdur.Qeyri-ərzaq məhsullarının satışı isə ötən 

ildəkindən 0,9% artaraq 10582,2 milyon manat təşkil etmişdir. 

Maliyyə bazarının tərkib hissələrindən biri də lizinq bazarıdır. Lizinqdə maşın və 

avadanlıqların,  bir  sıra  texniki  vasitələrin,  nəqliyyat  vasitələrinin  başqa  birinə 

istifadəyə verilməsi əməliyyatları həyata keçirilir.Lizinq əməliyyatları zamanı 3 tərəf 

iştirak edir: 

-

 

İstehsal edən tərəf 



-

 

İcarəyə verənlər(lizinq şirkətləri) 



-

 

İcarəyə götürən təşkilat və ya firmalar. 



 

 



35 

Məlumdur  ki,  lizinq  bazarı  hər  üç  iştirakçı  tərəf  üçün  çox  sərfəli  bir  bazar 

növüdür. Lizinq şirkətləri istehsalçı firmadan lazım olan avadanlıq və digər vəsaitləri 

istehlakçıya icarəyə verməklə mənfəət əldə edir. 

Müasir dövrümüzdə lizinqin aşağıdakı növləri var: 

-

 



Əməli lizinq 

-

 



Beynəlxalq lizinq 

-

 



Vendar-lizinq 

-

 



Procekt-lizinq 

-

 



Lizinq Bek 

Əməli lizinqə misal olaraq avtomobillərə, avadanlıqlara xidmətlərin göstərilməsi, 

müxtəlif  ev  işlərinin  görülməsi  və  s.  aiddir.  Qeyd  edək  ki,  lizinqin  bu  forması 

Yaponiyada və ABŞ-da daha geniş yayılmışdır. 

Beynəlxalq lizinqə isə bir ölkədəki lizinq şirkətinin başqa bir ölkədə yerləşən bir 

müəssisəyə maşın və avdanlıqların pulla satın alınıbicarəyə verilməsi aid edilir. 

Vender  lizinq  formasında  hər  hansı  bir  lizinq  şirkətinin  xaricdəki  filyalının  öz 

satış firmalarından götürdükləri avadanlıqları başqa ölkədəki sahibkarlara verməsidir. 

Proteckt lizinq lazımı maşın və avadanlıqların uzunmüddətli icarəsidir. Liz-Bek 

şirkətlərinin  əsas  fəaliyyəti  isə  bir  ölkədəki  istehsalçıdan  nəğd  pulla  maşın  və 

avadanlıqları alıb daha sonra müəyyən möhlətə qaytarmaq şərti ilə onun özünə satır. 

Lizinq  bazarı  maliyyə-kredit  infrastrukturunda  mühüm  yer  tutması  və  eyni 

zamanda  bəzi  makroiqtisadi  göstəricilərə  təsir  etməsi  bu  bazar  növünə  dövlət 

diqqətinin  yetrilməsinin  vacibliyini  göstərir.  Lizinqin  iqtisadi  cəhətdən  aşağıdakı 

üstünlükləri vardır: 

-

 



Maliyyə bazarında rəqabətin güclənməsinə şərait yaradır 

-

 



İqtisadiyyatda kapital qoyuluşunu artırır 

-

 



Avadanlıqların satışının artmasına xidmət edir 

Hazırki  dövrdə  Azərbaycanda  lizinq  bazarı  inkişaf  etməkdə  olan  bir  bazar 

növüdür.Hazırda  ölkədə  “Qafqaz  lizinq”,  “AĞ  lizinq”,  “Azərlizinq”,  “Ata  lizinq”, 

“Muğan lizinq”, “Uni lizinq” kimi lizinq şirkətləri fəaliyyət göstərir. 




36 

Lizinqin hər 3 iştirakçısı ilə qarşılıqlı əlaqəsi aşağıdakı sxemdə verilmişdir. 




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə