Magistratura məRKƏZİ Əlyazması hüququnda


Cədvəl 2.2   Adambaşına düşən aylıq gəlir göstəricilərinin təhlili



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   19   20   21   22   23   24   25   26   ...   43
Abbasov-Ramil

Cədvəl 2.2

 

Adambaşına düşən aylıq gəlir göstəricilərinin təhlili 

Göstərici

 

2010



 

2011


 

artma/azalma

 

2014


 

2015


 

artma/azalma

 

Sahibkarlıq fəaliyyəti 



gəlirləri(man)

 

36,30



 

42,20


 

16,2% artım

 

61,2


 

63,9


 

4,4% artım

 

Muzdla işləyənlərin əmək 



haqqı(man)

 

50



 

54,4


 

8,8% artım

 

74,8


 

78,2


 

4,5% artım

 

K/T gəlirləri(man)



 

20

 



23,2

 

16% artım



 

30,6


 

32,1


 

4,9% artım

 

Əmlakdan gəlirlər(man)



 

0,4


 

0,5


 

25% artım

 

0,5


 

0,5


 

artma/azalma 0%

 

Alınmış transfertlər(man)



 

22

 



27,3

 

24% artım



 

36,7


 

38

 



3,5% artım

 

İcarədən gəlirlər(man)



 

1,4


 

1,5


 

7% artım


 

1,7


 

1,7


 

artma/azalma 0%

 

Penisiyalar(man)



 

17,9


 

23,2


 

28.5% artım

 

31

 



32,2

 

3,9% artım



 

Sosial yardımlar(man)

 

2,6


 

2,9


 

11,5% artım

 

3,9


 

3,9


 

artma/azalma 0%

 

Naturada sosial transfertlər(man)



 

1,3


 

1,4


 

7,7% artım

 

2

 



2

 

artma/azalma 0%



 

Digər gəlirlər(man)

 

14,3


 

16,8


 

1,75% artım

 

24,5


 

26

 



6,1% artım

 

Digər ailələrdən alımış 



gəlirlər(man)

 

10,5



 

12,2


 

1,6% artım

 

18,5


 

19,7


 

6,5% artım

 

Xaricdən göndərilən pullar(man)



 

3,8


 

4,6


 

2,1% artım

 

6

 



6,3

 

5% artım



 

Cəmi gəlirlər(man)

 

180.5


 

210.2


 

14.1% artım

 

291.4


 

304.5


 

4.5% artım

 

 

Mənbə:

  Azərbaycan  Respublikas

ı  DSK-nın  məlumatları  əsasında  müəllif  tərəfindən 

hazırlanmışdır [49]. 




40 

Bu  cədvəldən  göründüyü  kimi  2010-2011-ci  ildə  əhalinin  hər  nəfərinə  düşən 

cəmi gəliri 180.5manatdan 210.2 manata qədər artmış bu da 14.1% artım deməkdir. 

2014-2015-ci  ildə  isə  bu  göstəricilər  müvafiq  olaraq  291.4manatdan  304,5manata 

qədər artmışdır ki, bu da cəmi gəlirlərdə 4.5% artım deməkdir. 

Respublikamızda  əhalinin  kənd  təsərrufatında  fəaliyyət  göstərən  hissəsinin 

gəlirlərinin demək olar ki böyük əksəriyyəti natural formada yəni, öz təsərrufatından 

qazanılan gəlirlərdir.Ümumiyyətlə gəlirlər iki hissəyə bölünür: 

1) Pul gəlirləri 

2) Natural gəlirlər 

Pul  gəlirləri  dedikdə  hər  hansı  təsərrufat  sahibinin  öz  təsərrufat  məhsulunun 

reallaşdırılmasından  əldə  etdiyi  pul  gəlirləri  nəzərdə  tutulur.Natural  gəlirlər  isə  hər 

hansı bir fərdin yaşayış üçün istehlak etdiyi məhsulların dəyələri ilə müəyyən edilir. 

Gəlirlərin  əmələ  gəlmə  mənbələrində  təsərrufatçılıq  effektivliyini,  mülkiyyət 

münasibətlərini  və  həmçinində  səmərəli  bölgünü  göstərmək  lazımdır.Ümumiyyətlə 

gəlirlərin tənzimlənməsi bu gəlir mənbələri üzrə həyata keçirilir. 

-

 

Əmək  haqqı.  Bura  mülkiyyətindən  aslı  olmayaraq  dövlət  və  qeyri-dövlət 



müəssisələrində çalışan şəxslərin əldə etdikləri gəlirlər nəzərdə tutulur. 

-

 



Pensiya fondundan və sosial təminat fondlarından əldə edilən gəlirlər. 

-

 



Fiziki  və  ya  hüquqi  şəxslərin  öz  təsərrufatlarında  reallaşdırılan  əmtəə  və 

məhsullardan əldə edilən gəlirlər. 

-

 

Respublikada bölgələrdə əldə edilən gəlir növləri və banklardan əldə edilən 



faiz dərəcələri və başqa gəlirlər. 

Göstərilən  gəlir  mənbəələrinin  formalaşmasının  əsas  mənbəyi  ümumi  məhsul 

dəyəri  və  milli  gəlirdi.Xalis  gəliri  hesablamaq  üçün  isə  istehsal  edilmiş  məhsulların 

ümumi dəyərindən həmin məhsullara çəkilən material məsrəfləri çıxılaraq hesablanır. 

Ölkənin Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasaən qeyd edə 

bilərik ki, 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci il yanvar-sentyabr aylarına 

nisbətdə ölkə əhalisinin hər nəfərə düşən gəliri 7.4% artaraq ay ərzində 378.2 manat və 

ya  ildə  3403.6manat  olmuşdur.2015-ci  il  yanvar-sentyabr  aylarında  əhali  tərəfindən 




41 

əldə edilən 32762.5 milyon manat gəlirin 9.2% vergilərin və üzvlük haqqina,78.6%-i 

son istehlak xərclərinə,2.6%-i kredit ödənişlərinə və 9.6% i yığıma  yönəldilmişdir.İl 

ərzində əhalinin hər nəfərinə bütün icbari və könüllü ödənişlər edildikdən sonra 3089.1 

manat vəsait qalmışdır. 

2016-cı ilin yanvar-sentyabr aylarında istehlakçılar 2015-ci ilin yanvar-sentyabr 

ayları ilə müqayisədə 2.3% çox məhsul yəni, 21.1 milyard manatlıq məhsul tədarük 

etmişlər.Bundan başqa qeyri-ərzaq məhsullarının istehlakı 0.9%, ərzaq məhsulları,icki 

və tütün məhsullarının istehlakı isə 3.1% artmışdır. 

DSK-nın göstəricilərinə görə  “Azərbaycanda 2016 –cı  il sentyabr  ayında olan 

göstəricilərə  əsasən  ölkə  iqtisadiyyatında  muzdla  çalışan  işçilərin  sayı  1520.2  min 

nəfər  olmuşdur”.  Onların  632.4  min  nəfəri  qeyri-dövlət,  887,8  min  nəfəri  dövlət 

sektorunda çalışmışlar. Qeyd edək ki, muzdla çalışan işçilərin 12.9%-i sənaye, 8.8%-i 

səhiyyə  və  sosial  xidmətlər,  22%-i  təhsil,  7%-i  dövlət  idarəetməsi,  18.8%-i  ticarət, 

6.8%-i tikinti, 4.6%-i nəqliyyat, 3.6-i peşə və elmi fəaliyyət, 3.1%-i kənd təsərrufatı, 

1.7%-i maliyyə və sığorta sahəsi, 10.7%-i isə bu iqtisadi sahələrdən əlavə digər iqtisadi 

sahələrdə  fəliyyət  göstərmişlər.Qeyd  edək  ki,məşğulluq  xidməti  orqanları  tərəfindən 

qeydiyyata  alınmış  işsiz  statusu  almış  şəxslərin  sayı  2010-cu  ildə  38966.0  nəfər 

olmuşdusa 2015-ci ildə bu göstərici 28877.0 nəfərə qədər azalmışdır.İqtisadi fəal əhali 

isə 4915.3 min nəfərə qədər çatmışdır.

 

Onu  da  qeyd  etməliyik  ki,  insanların  həyat  səviyyəsinin  müəyyən  edilməsi 



üçün onların tələbatlarının ödənilməsi dərəcəsi və həmcinin istehlak xərclərinin təmin 

olunmasi  ilə  müəyyən  etmək  olar.  Onların  adambaşına  düşən  orta  aylıq  gəlirləri, 

adambaşına  düşən  orta  aylıq  xərclərindən  çox  olmalıdır.Ölkə  iqtisadiyyatında 

adambaşına düşən faktiki istehlak norması aşağıdakı düsturla heablanır. 

 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə