Mühazirə 7.
Keyfiyyət göstəricilərinin istismar prosesində dəyişməsi.
Şəkil -də keyfiyyət anlayışının struktur sxemi və avtomobilin istismar keyfiyyətinə aid
misal verilmişdir.
İstismar keyfiyyətlərini qiymətləndirən parametrlərin bəziləri (yükgötürmə qabiliyyəti,
tutumu) istismar dövründə praktiki olaraq dəyişmirlər. Lakin nəqliyyat vasitələrinin digər
keyfiyyət göstəriciləri isə (məsələn, dinamikliyi, yanacaq qənaətliliyi, məhsuldarlığı, və s.)
yürüşdən və yaxud işləmə müddətindən asılı olaraq dəyişirlər. Bunu əyani surətdə
aydınlaşdırmaq üçün məhsuldarlığın yük avtomobilinin istismar illərindən asılı olaraq
dəyişməsinə (azalmasına) baxaq.
İstismar illəri İllik məhsuldarlıq,%
1 100
4 75-80
8 55-60
12 45-50
Belə dəyişmə qanunauyğunluğu həm avtobuslar və minik avtomobilləri, həm də dəmir
yolu nəqliyyatı üçün də xarakterikdir. Bütün bunlar göstərir ki, istismar zamanı istənilən
nəqliyyat vasitəsinin keyfiyyət göstəriciləri aşağı düşür, onun etibarlılığı, rahatlığı, məhsuldarlığı
get-gedə pisləşir. Bu baxımdan istismarçıları keyfiyyətin ancaq başlanğıc göstəricisi deyil,
hərəkət tərkibinin amortizasiyası dövründə ala biləcəyi qiymətlər də maraqlandırır. Bunun üçün
istismar zamanı keyfiyyət göstəricilərinin dəyişmə qanunauyğunluqlarını (yürüşdən və işləmə
müddətindən asılı olaraq) bilmək lazımdır ki, nəqliyyat prosesində müxtəlif xarakterli texniki
təsirləri yerinə yetirməklə keyfiyyət göstəricisinin qiymətini tələb olunan səviyyədə (əlbəttə,
başlanğıc qiymətə yaxın) saxlamaq mümkün olsun.
Bunun üçün istismar zamanı keyfiyyət
göstəricilərinin dəyişmə qanunauyğunluqlarını (yürüşdən və işləmə müddətindən asılı olaraq)
bilmək lazımdır ki, nəqliyyat prosesində müxtəlif xarakterli texniki təsirləri yerinə yelirməklə
keyfiyyət göstəricisinin qiymətini tələb olunan səviyyədə (başlanğıc qiymətə yaxın) saxlamaq,
bərpa etmək , deməli
Dostları ilə paylaş: |