Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə27/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
61 
 
Xəstələrin qeydiyyat kitabı (TB 03) - hər müalicə bölməsində saxlanılır. Burada müalicə 
proqramına  qoşulmuş  hər  bir  xəstə  haqqında  bütün  məlumatlar,  bəlğəm  müayinəsinin 
nəticələri  xəstəliyin  təyinatı  və  müalicənin  nəticələri  haqqında  məlumat  qeyd  olunur. 
Qeydiyyata  düşmüş  hər  bir  xəstə  nömrələnir,  daha  sonra  xəstənin  nömrəsi  TB  müalicə 
kartında qeyd olunur.  
Laborator  qeydiyyat  kitabı  (TB  04)  -  Diaqnoz  məqsədi  ilə  və  müalicənin  gedişində 
laboratoriya tərəfindən həyata keçirilən bəlğəm müayinəsinin nəticələri əks etdirir. 
Rüb üzrə bəlğəm konversiyası (TB 06) – müalicə proqramına qoşulmuş bəlğəm 
yaxma 
müsbət xəstələrdə intensiv mərhələnin sonunda bəlğəmin konversiyasını əks etdirir. 
Yeni və təkrar hallar haqqında rüblük hesabat (TB 07) - bura rüb ərzində aşkar olunmuş 
və eləcə  də  müalicəyə  qoşulmuş  yeni  ağciyər bəlğəm  yaxma müsbət  halların sayı  daxildir. 
Bu  formada  residiv  hallar,  yeni  ağciyər  bəlğəm  negativ  halların  sayı  və  əvvəlki  rübdə 
müalicə müəsisəsində qeydə düşmüş ağciyərdən kənar halların sayı daxildir.  
Müalicənin nəticələri haqqında rüblük hesabat (TB 08) 4 rüb  əvvəl qeydiyyata alınmış 
hər AV xəstə üçün müalicə nəticəsi qeyd olunur. Hesabatlar hər rübün sonunda iki nüsxədə 
doldurulmalıdır: biri müalicə müəssisəsində qalır, digəri TBİ-yə göndərilir. İldə bir dəfə SN-
nin statistika bölməsinə göndərilir. 
Köçürülmə forması (TB 09) - səhiyyə işçisi tərəfindən yazılır. Xəstə və onun müalicəsi 
haqqında  əsas  məlumat  qeyd  olunur.  Xəstə  qeydə  alındıqdan  sonra  başqa  müalicə 
müəssisəsinə göndərilirsə, bu forma həmin müəssisəyə göndərilir. Bu forma xəstə müalicəni 
başa çatdırmadan azadlığa çıxdığı zaman istifadə edilir və onun kəsmə talonu mövcuddur. 
Xəstə mülki sektorda qeydiyyata götürüldükdən sonra kəsmə talonu İMM-yə geri göndərilir.   
Dərmanlara davamlı vərəm 
ÇDV-nin qeydiyyatı və hesabatı üçün ÜST tövsiyələrinə əsasən işlənmiş formalar tətbiq 
olunur. Həmin formalar DHV formaları ilə oxşardır və ÇDDV barədə spesifik məlumatların 
əlavə edilməsi ilə fərqlənir. 
PS-də  elektron  məlumat  bazasının  tətbiq  edilməsi  ilə  əlaqədar,  həmin  formaların  bir 
qismi standart hesabatlara daxildir. 
Əldə edilmiş göstəricilərin verifikasiyası 
Məlumatların  verifikasiyasını  ƏN  TBİ-nin  əlaqələndirici  quruumun  tərkibində  olan 
monitorinq  üzrə  mütəxəssis  həyata  keçirir.  Məlumatların  verifikasiyası  İMM-nin  hesabat 
rəqəmlərinin  və  bu  informasiyanın  mənbələrinin  tutuşdurulması  şəklində  aparılır.  Sənədlə 
təsdiq  edilmiş  mövcud  göstəricilərin  elektron  göstəricilərlə  uyğunsuzluğu  olduqda,  bütün 
məlumat  bazalarında  dürüstləşmə  aparılır.  Elektron  bazalara  məlumatları  keyfiyyətli  daxil 
edilməsinə nəzarət İMM-nin baş həkimi tərəfindən olunur. Əldə edilmiş məlumatların ilkin 
mənbə  ilə  başdan-başa  müqayisəsini  ayda  bir  dəfədən  az  olmamaqla  seçilmiş  şöbədə 
aparılır.  Səhvləri  və  bir  xəstəyə  aid  məlumatın  elektron  bazaya  təkrar  daxil  edilməsini 
istisna  etmək  üçün,  oxşar  halların  avtomatlaşdırılmış  axtarışı  və  daxil  edilmiş  məlumatırın 
manual tutuşdurulması aparılır.  
Məlumatların təhlili və istifadəsi 
İMM-nin baş həkimi hər rüb olmaqla bütün daxil olan xəstələri gəldikləri İT-lər və CM-
lər  üzrə  bölüşdürməklə  təhlil  aparır.  Bu  göstəricilər  vərəm  ocaqlarının  vaxtında  aşkar 
edilməsi və müvafiq tədbirlərin görülməsi üçün zəruridir. 
İMM-nin baş həkimi, habelə müəssisəyə daxil olan məhbusların qəbul şöbəsində olduğu 
müddəti  təhlil  edir.  Bu  məlumat  diaqnozun  təyin  edilməsi  və  müalicəyə  başlamaq  üçün 
vaxtın azaldılmasına xidmət edir. 
ƏN  TBİ-nin  əlaqələndirici  qurum  vərəm  ehtimal  edilən  şəxslərin  İT-lərdən  və  CM-
lərdən İMM-yə keçirilməsinə sərf edilən müddəti müəyyən edən təhlil aparır və bunu TSH-


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
62 
 
lərin  həkimlərinin  fəaliyyətinin  keyfiyyəti  ilə  əlaqələndirir.  Vərəmin  aşkarlanması  üzrə 
TSH-lərin fəaliyyətini qiymətləndirmək üçün, həmin müəssisədə kütləvi skrininq vaxtı aşkar 
edilmiş  xəstələrin  sayı  və  kütləvi  skrininqdən  kənar  həkim  tərəfindən  aşkar  edilmiş 
xəstələrin sayı müqayisə edilir.  
Bununla  yanaşı,  bu və  ya digər müəssisədə saxlanılan  İİV-ə  yoluxmuş  bütün  şəxslərlə 
müqayisədə ildə iki dəfədən az olmayaraq vərəmə görə müayinədən keçən İİV-ə yoluxmuş 
şəxslərin sayı təhlil edilir.  
ƏN  TBİ-nin  əlaqələndirici  qurumu  tərəfindən  sağalmış  halda  CM-lərə  və  İT-lərə  geri 
göndərilmiş  məhbusların  üzərində  nəzarət  olunur.  Bu,  CM-lərdən  və  İT-lərdən  müayinə 
üçün  göndərilən  bəlğəm  nümunələrinin  sayı,  keyfiyyəti  və  dispanser  qeydiyyatının 
aparılmasına nəzarət etməklə həyata keçirilir. 
Skrininq  komandasının  işini  qiymətləndirmək  üçün,  kütləvi  skrininq  başlandığı  tarixlə 
vərəm  ehtimal  edilən  şəxslərin  İMM-yə  daxil  olduğu  tarix  tutuşdurulur.  Bu  iş  üç  əsas 
hissədən (müəssisənin  həkimlərinin  işi, skrininq  komandasının işi və  vərəm  ehtimal edilən 
şəxslərin  köçürülməsi  üzrə  iş)  ibarət  olduğundan,  hər  hissəyə  cavabdeh  əməkdaşların 
fəaliyyəti ayrılıqda qiymətləndirilir və yekun olaraq bu işin effektivliyi müəyyən olunur.  
ƏN  TBİ-nin  əlaqələndirici  qurumu  tərəfindən,  habelə  ölüm,  yayılma,  DDV-nin 
səviyyəsi və s. daxil olmaqla PSVNP-nin əsas göstəriciləri təhlil olunur.  
Proqramın  fəaliyyətinin  qiymətləndirilməsi  nəticələrinə  əsasən  ƏN  TBİ-nin  rəhbərliyi 
səhvlərin  təhlili  və  onların  aradan  qaldırılması  üçün  tövsiyələr  vermək  məqsədilə  tibbi  və 
digər heyət üçün dövrü olaraq müşavirələr keçirir.  
Qeydiyyat və hesabatvermə sistemi 
Hal-hazırda  ƏN  TBİ  həm  kağız,  həm  də  elektron  formalı  qeydiyyat  və  hesabat 
sistemindən  istifadə  edir.  Bunlar  vərəm  üzrə  milli  məlumat  bazası  ilə  inteqrə  edilmişdir. 
Hazırda qeydiyyat və hesabat üçün iki əsas elektron məlumat proqramları tətbiq edilir: EPI 
info 6 və e-TB Manager. Sonuncu işlənmə mərhələsindədir və mövcud EPI info 6 proqramı 
ilə  paralel  aparılır.  EPI  info  6-dan  e-TB  Managerə  tam  keçidin  yaxın  iki  il  ərzində  baş 
tutması gözlənilir.  
Hesabat 
Bütün hesabat formaları kohort təhlili prinsipləri əsasında hazırlanır. Kohort - müəyyən 
vaxt ərzində (rüb, semestr, il) ərzində müalicəyə başlayan bir qrup xəstələrdir.  
Superviziya 
ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən əsas göstəricilər üzrə rübdə bir dəfədən az 
olmayaraq  köməkçi  göstəricilər  üzrə  isə  altı  ayda  bir  dəfədən  az  olmayaraq  nəzarət 
başçəkmələri  (superviziya)  həyata  keçirilir.  Yoxlama  vərəqələri  nəzarət  başçəkməsi 
keçirilən  müəssisənin  xüsusiyyətlərini  əks  etdirir.  Yoxlama  vərəqələrinin  nümunəsi  üçün 
bax: Əlavə 19.  
ƏN TBİ-nin vərəm üzrə koordinatoru mülki sektorda ölkə üzrə nəzarət səfərlərinə cəlb 
olunur.  PSVNP-nin  əməkdaşları  tərəfindən  azad  olunmuş  xəstələrə  təqdim  edilən  tibbi 
xidmətinin keyfiyyətinə nəzarət üzrə başçəkmələr aparılır.  
Xarici monitorinq 
PS-də  vərəmə  nəzarət  fəaliyyətinin  xarici  monitorinqi  Qlobal  Fondun  Layihə  İcra 
Qrupu,  Fondun  Yerli  Agentliyi,  bilavasitə  Qlobal  Fondun  nümayəndələri,  eləcədə  ÜST, 
yerli və ya beynəlxalq təşkilatların (ÜST, Yaşıl İşıq Komitəsi, Qlobal Dərman Təchizatı və 
s.)  monitorinq  səfərləri  zamanı  həyata  keçirilir.  Xarici  monitorinqin  məqsədi  proqramın 
fəaliyyətinin və onun ÜST tövsiyələrinə müvafiq tətbiqinin tam qiymətləndirilməsidir.  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə