Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə20/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
46 
 
Kimyaterapiya dövründə xəstələrin müayinəsi  
Müalicə 
kateqoriyası  
Mikroskopiya 
Əkmə  
DHT 
 
Ağ ciyərlərin 
rentgenoqrafiyası 

2-ci, 4-cü və 6-cı 
aylarda
 
2-ci və 4-cü 
aylarda 
əkmənin nəticəsi 
pozitiv olduqda 
3-cü və 6-cı 
aylarında 
II, IIS 
2-ci, 5-ci və 8-ci 
aylarda
 
2-ci və 5-ci 
aylarda 
əkmənin nəticəsi 
pozitiv olduqda 
3-cü və 8-ci 
aylarında 
IIH, IIR, IV, 
IVa, IVG 
 
Intensiv fazada 
hər ay, 
Davamedici 
fazada hər iki 
aydan bir 
Intensiv fazada 
hər ay, 
Davamedici 
fazada hər iki 
aydan bir 
əkmənin nəticəsi 
pozitiv olduqda, 
lakin üç aydan 
tez olmamaqla 
Hər üç aydan bir 
 
ÇDD/GDD vərəmi olan xəstələrin müayinəsi  
Müayinə 
Tövsiyə olunan tezlik 
Həkim tərəfindən müayinə  
Müalicəni  başlayarkən,  konversiya  baş  verənə  qədər  hər 
ay, və sonra hər 2-3 aydan bir 
Bəlğəm 
yaxmasının 
mikroskopiyası və əkməsi  
Müalicənin  intensiv  fazası  müddətində  hər  ay,  sonradan 
isə  2  aydan  bir.  Müalicənin  son  12  ayı  ərzində  əkmə 
müayinələrin ümumi sayı 5-dən az olmamalıdır.   
Çəki 
Müalicənin əvvəlində, sonra isə hər ay  
DHT-nin təyini 
Müalicənin əvvəlində, sonra isə müalicənin hər 3 ayında   
Döş 
qəfəsinin 
rentgenoqrafiyası 
Müalicənin əvvəlində, sonra isə hər 3 aydan bir 
Kreatinin 
Müalicənin  əvvəlində,  inyeksion  dərman  vasitələri  təyin 
olunduqdan sonra isə hər ay. İİV-müsbət, şəkərli diabet və 
böyrək  çatışmazlıq  riski  yüksək  olan  xəstələrdə  -hər  1-3 
həftədən bir.   
Kalium   
İnyeksion dərman vasitələri təyin olunduqda – hər ay.  
İİV-müsbət,  şəkərli  diabet  və  böyrək  çatışmazlıq  riski 
yüksək olan xəstələrdə -hər 1-3 həftədən bir.  
Tireotrop hormonu (ТТH) 
Etionamid/protionamid/yaxud PAST qəbulu zamanı hər 6 
aydan  bir;  əlavə  olaraq  hipotireodizmin  simptomlarına 
aylıq nəzarət. Hipotireodizmi aşkar etmək üçün ТТH təyin 
olunması  kifayətdir; digər tireod hormonların  səviyyəsini 
müəyyən etməyə ehtiyac yoxdur. 
Qaraciyər fermentləri  
Uzun  müddət  pirazinamid  qəbul  edən  və  yaxud  hepatit 
riski  ya  əlamətləri olan xəstələrdə müntəzəm nəzarət (hər 
1-3  aydan  bir).  İİV-müsbət  olan  pasiyentlərdə  aylıq 
nəzarət.  
İİV (İİV/QİÇS) testi  
Müalicənin əvvəlində, və təkrarən kliniki göstəriş zamanı  
Hamiləlik testi 
Müalicənin  əvvəlində  fertil  yaşda  olan  qadınlar  üçün  və 
təkrarən göstərişlər zamanı.  
Hemoqlobin və leykositlər* 
Linezolid qəbulu  zamanı  əvvəlcə  hər həftə  ərzində, sonra 
isə  hər  ay  yaxud  göstəriş  zamanı;  uzadılmış  istifadə  üzrə 
kliniki  təcrübəsi  azdır.  İİV-müsbət  olan  və  retrovirus 
əleyhinə dərman vasitələri (o cümlədən, zidovudin) qəbul 
edən  pasiyentlərə  əvvəlcə  aylıq,  sonra  isə  göstərişlərə 
əsasən nəzarət olunur.   
Lipazalar* 
Linezolid  və  retrovirus  əleyhinə  dərman  vasitələri  (D4T, 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
47 
 
ddI, ddc.) qəbul  edən xəstələrə  pankreatitin  yaranmasının 
qarşısını  almaq  məqsədilə  abdominal  ağrıların  aradan 
qaldırılması üçün təyin olunur. 
Südlü asidoz* 
Südlü  asidozun  qarşısını  almaq  məqsədi  ilə  linezolid  və 
retrovirus  əleyhinə  dərman  vasitələri  qəbul  edən 
pasiyentlərə təyin olunur.  
Qlükoza* 
Qatifloksasin qəbulu zamanı həftəlik nəzarət. Pasiyentlərə 
hipo-  və  hiperqlikemiya  əlamətlərini  aşkar  etmək 
bacarığını aşılamaq. 
* Kimyəvi terapiya sxeminə linezolid, retrovirusa qarşı dərman vasitələrinin (ART:  
AZT,D4T, ddI, ddc) və yaxud  qatifloksasinin daxil olması halda tövsiyə olunur  
Vərəmli xəstələrin müalicəsində cərrahiyənin rolu 
Cərrahi  müalicə  yardımçı  üsul  kimi  yalnız  kimyəvi  terapiya  vasitəsi  ilə  sağalması 
mümkün olmayan xəstələr üçün nəzərdə tutulub. Cərrahi müalicə dəqiq göstərişlər əsasında, 
dəqiq göstərilən müddət ərzində və əks göstərişləri nəzərə almaq şərti ilə aparılır. 
Vərəm xəstələrində cərrahi müalicəyə göstərişlərin əsas istiqamətləri aşağıdakılardır:  

 
Müalicə uğursuzluğunun qarşısının alınması;  

 
Vərəm residivinin qarşısının alınması;  

 
Vərəm nəticəsində ağırlaşmalarının müalicəsi.  
Planlı  cərrahi  müdaxilələr  vərəm  prosesinin  fəallığının  mümkün  olan  maksimal  aşağı 
səviyyəsində  olduğu  vaxtda  aparılmalıdır.  Xəstələrin  əksəriyyətində  bu  müalicənin  2-ci 
ayından 6-cı ayına qədər olan müddətidir.  
Cərrahi  müalicəyə  göstərişin  müəyyən  olması  kimyəvi  terapiyaya  başlamazdan  öncə 
proqnozlaşdırma yolu ilə aparılır: proqnoz mənfi olduğu halda cərrahi müalicə planlaşdırılır 
və vərəm fəallığının mümkün olan maksimal aşağı səviyyəsində olduğu vaxtda aparılır.  
Cərrahi  müalicəyə  əks-göstərişlər  əsasən  qan-damar  sisteminin  və  ağciyərlərin  ehtiyat 
funksiyasının vəziyyəti əsasında müəyyən olunur.   
Birbaşa müşahidə olunan müalicə (DOT) 
DOT PSVNP-nin icbari hissəsi olmaqla vərəmə görə müalicə alan bütün şəxslərə tətbiq 
olunur.  Bu,  müalicədən  yayınma  və  imtina  riskini  azaldır.  DOT  müalicəyə  sadiqlik  ilə 
birbaşa bağlıdır.  
Müalicəyə riayət sağalma şansını yüksəltmək üçün çox vacibdir. Hissəvi və xaotik qəbul 
edilən müalicə labüd olaraq dərmanlara davamlılığa gətirib çıxarır. Həkim-psixoloqun cəlb 
olunması,  pasiyentlərin  stimullaşdırılması  və  sövqedilməsi  (əlavə  qida,  gigiyenik  və  s. 
vasitələri), daimi aparılan səhiyyə maarifçiliyi işi və xəstələrin qoxumları ilə diqqətli iş daxil 
olmaqla bütün heyətin ahəngdar işi hesabına müalicəyə sadiqliyə nail olmaq olar. Müalicə 
tamamlanmadan  azadlıqdan  məhrum  etmə  yerlərindən  çıxandan  sonra  da  xəstələr  eyni 
həcmdə dəstəkdən bəhrələnirlər.  
Tam  müalicə  kursuna  riayət  olunmasına  təkcə  tibbi  heyət  məsuliyyət  daşımır.  Inzibati 
heyət  və  təhlükəsizlik  xidməti  daxil  olmaqla  azadlıqdan  məhrum  etmə  yerlərinin 
əməkdaşları,  vəkillər,  müstəntiqlər,  hakimlər  müalicənin  fasiləsiz  aparılması  üçün 
cavabdehlik daşıyırlar.  Istintaq, məhkəmə və digər tədbirlər keçirildiyi hallarda məhbuslar 
təyinatlara müvafiq olaraq tam həcmdə müalicə almaqda davam edirlər.  
Palliativ qayğının təmin edilməsi və etik məsələlər 
Palliativ  dəstək  –  tibbi  və  sosial  yardımın  müxtəlif  səviyyələrində  həyata  keçirilən, 
həyat  üçün  təhlükə  təşkil  edən  xəstəliklə  üz-üzə  qalmış  xəstələrin  və  onların  ailə  üzvlərin 
həyat  keyfiyyətini  yaxşılaşdırılması  məqsədi  daşayan  yanaşmadır.  Buna  psixo-sosial  və 
mənəvi  dəstək  göstərilməsi,  ağrı  və  digər  ağır  fiziki  simptomların  erkən  aşkarlanması, 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə