Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə21/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
48 
 
onların  diqqətlə  qiymətləndirilməsi  və  aradan  qaldırılması  hesabına  əziyyətlərin  qarşısını 
alınması və yüngülləşdirilməsi yolu ilə nail olunur.   
Palliativ  müalicəyə  ehtiyacı  olan  xəstələrə  qayğının  təmin  edilməsində  etik  məsələlər 
üzrə ÜST işçi qrupunun tövsiyələri əsas götürülür: 

 
Ölümü təbii qanunauyğun proses kimi qəbul edir;  

 
Həyat müddətini uzatmaq və ya qısaltmaq məqsədi daşımır; 

 
Palliativ  qayğının  məqsədi  xəstənin  həyatının  son  günlərini  mümkün  qədər  keyfiyyətli 
şəkildə yaşamasını təmin etməkdir; 

 
Pasiyentin  tələbatlarının  ödənilməsi  məqsədilə  müxtəlif  peşə  mütəxəssislərinin 
köməyindən istifadə edir;   

 
Pasiyentin  həyat  keyfiyyətini  yaxşılaşdırır  və  xəstəliyin  gedişinə  müsbət  təsir  göstərə 
bilir; 

 
Digər müalicə üsulları ilə müştərək və vaxtında tətbiq edildikdə xəstənin həyatını uzada 
bilir. 
Digər  müalicə  növləri  artıq  səmərəli  olmadığı  zaman,  xəstə  ölüm  barədə  danışmağa 
başlayanda,  həyata  vacib  orqanların  fəaliyyəti  pozulduqda  palliativ  qayğı  tədbirlərinə 
başlanılmalıdır.  Bu,  pasiyentin  təkcə  fiziki  deyil,  eləcədə  psixoloji,  sosial  və  ruhi 
tələbatlarının  ödənilməsinə  yönəlməlidir.  Xəstənin  psixoloji  durumunu  dəstəkləmək  və 
inamını  saxlamaq  məqsədi  ilə  həssaslığı  itirilmiş  olsa  belə  1-ci  sıra  VƏD-lərıə  müalicəyə 
yol  verilir.  Palliativ  qayğının  başlıca  məqsədi  xəstənin  həyatını  uzatmaq  deyil,  qalan 
ömrünü mümkün qədər rahat etməkdir. 
Müalicə başa çatdıqdan sonra məhbuslar üzərində müşahidənin təminatı 
Müalicəsi  uğurla  başa  çatmış  xəstələr  dispanser  şöbəsinə  keçirilirlər  və  burada  3-6  ay 
müddətində saxlanılırlar.  Bu müddət  ərzində onlar hər 3 aydan bir bəlğəm  analizi  verirlər 
(mikroskopiya/əkmə)  və  həkim  müayinəsindən  keçirilirlər.  Əks  göstərişlər  olmadığı 
təqdirdə məhbuslar cəza çəkdikləri əsas müəssisələrə geri göndərilirlər. Həmin müəssisələrə 
gəldikdən  sonra  onlar  TSH-lərdə  qeydiyyata  alınırlar.  Növbəti  bir  il  ərzində  bu  məhbuslar 
ağır fiziki əməyə cəlb olunmurlar və hər 6 aydan bir bəlğəm analizi verirlər. 
İİV-ə yoluxmuş şəxslər arasında vərəmin profilaktikası 
İİV-ə yoluxmuş şəxslər arasında vərəmin profilaktikası TBİ üzrə 08 may 2013-cü il tarixli 
8-t saylı əmrlə tənzimlənir. Bax: Əlavə 13. 
 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
49 
 
Fəsil 6: Infeksiyaya nəzarət və məhbusların saxlanma şəraitinin standartları 
PSVNP  üzrə  infeksiyaya  nəzarət  tədbirlərini  həyata  keçirilməsinə  məsul  şəxs 
əlaqələndirici qurumun səlahiyyətli üzvü olan GEM-in rəisidir. Hər penitensiar müəssisədə 
infeksiyaya nəzarət tədbirlərin keçirilməsinə məsul şəxs həmin müəssisənin tibb xidmətinin 
rəhbəridir.  Müəyyən  edilmiş  infeksiyaya  nəzarət  tədbirlərin  təşkili  və  icrası  PSVNP-nin 
uğurunun  başlıca  şərtidir.  Təlimatın  müxtəlif  fəsillərində  xəstələrin  yoluxuculuq  statusuna 
görə bölüşdürülməsi və infeksiyaya nəzarət məsələlərinə bu və ya digər dərəcədə toxunulub. 
Burada  infeksiyaya  nəzarətin  təmin  edilməsi  üçün  ümumi  yanaşmalar  və  prinsiplər 
göstərilir. 
Inzibati tədbirlər 
Infeksiyaya nəzarətin inzibati tədbirlərin əsas prinsipləri aşağıdakılardır: 

 
Penitensiar müəssisənin vaxtaşırı yenilənən infeksiyaya nəzarət üzrə planı; 

 
Vərəm  ehtimal  edilən  şəxslərin  müəssisədə  saxlanılan  digər  məhbuslardan  təcrid 
edilməsi; 

 
Xəstələrin yoluxuculuq statusuna və DHT nəticələrinə görə bölüşdürülməsi; 

 
Infeksiyaya nəzarət tədbirlərinin həyata keçirlilməsi və əməkdaşların fərdi qoruyucu 
vasitələrlə  təchiz  edilməsi  üzrə  öhdəliklərin  penitensiar  müəssisələrin  inzibati 
rəhbərliyi tərəfindən icrası; 

 
Infeksiyaya nəzarət  üzrə  normativ aktlarların TBİ tərəfindən hazırlanması və  təsdiq 
edilməsi. 
Ətraf mühitin qorunması tədbirləri  
Buraya aiddir: 

 
Məhbusların  İMM-nin  şöbələri  arasında  köçürülmələri  zamanı  tambur  sisteminin 
tətbiqi; 

 
Xəstə  məhbuslar  saxlandıqları  binalarda  və  laboratoriyalarda  məcburi  sorucu-
çıxarıcı havalandırma sisteminin yaradılması (qış və yay mövsümlərində temperatur 
rejiminə riayət etməklə); 

 
Vərəm ehtimal edilən məhbusların daşındığı nəqliyyat vasitələrinin məcburi sorucu-
çıxarıcı havalandırma sistemi ilə təchiz edilməsi; 

 
Bəlğəm nümunələrinin xüsusi ayrılmış və avadanlıqla təchiz edilmiş otaqlarda və ya 
açıq havada toplanması. 
Heyətin fərdi qoruyucu tədbirləri 
Buraya aiddir: 

 
Inzibati  və  tibbi  heyət  mikobakteriyaların  tənəffüs  yollarına  düşməsinin  qarşısını 
alan respiratorlardan istifadə edir (N95);  

 
Xəstələr,  mikobakteriyaların  tənəffüs  yollarından  ətrafa  püskürdülməsinin  qarşısını 
alan cərrahi maskalardan istifadə edir. 
Ən  təhlükəli  şəraitdə  işləyən  laboratoriya  əməkdaşlarının  infeksion  təhlükəsizliyini 
təmin etmək xüsusi diqqət tələb edir. İMM-nin laboratoriyası beynəlxalq təsnifat üzrə 3-cü 
biotəhlükəsizlik  səviyyəsinə  uyğundur.  Laboratoriyanın  bu  və  ya  digər  otaqlarının 
biotəhlükəsizlik  səviyyəsindən  asılı  olaraq  işçi  heyət  fərdi  qoruyucu  vasitələrən  istifadə 
etməlidir.  
Müalicənin  gedişində  qohumların  və  yaxın  şəxslərin  ziyarəti,  istintaq  və  digər  hüquqi 
tədbirlərin keçirilməsi zamanı infeksiyaya nəzarət tədbirlərinə riayət edilməsi 
Azərbaycan  qanunvericiliyi  qohumların  və  yaxın  şəxslərin  məhbuslarla  ziyarətini 
nəzərdə  tutur.  Ziyarətlərin  tezliyi  və  sayı  məhbusun  saxlanma  rejimindən  asılı  olaraq 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə