Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə29/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   25   26   27   28   29   30   31   32   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
66 
 

 
Aşkar  edilmiş  vərəm  hallarının  epidemioloji  kontaktları  üzərində  müşahidəni 
təmin  etmək,  onların  tibb  kitabçalarında  bu  barədə  müvafiq  qeydiyyat  aparmaq 
və GEM-i məlumatlandırmaq. 

 
Vərəmə görə risk qrupuna aid şəxslər üzərində müşahidəni təmin etmək. 

 
Fərdi infeksiyaya nəzarət tədbirlərini təmin etmək. 
İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibbi heyətin öhdəlikləri 
İMM-nin tibbi heyətin öhdəlikləri əməkdaşların çalışdıqları şöbələrin standart əməliyyat 
prosedurları ilə bağlıdır. tibb heyəti arasında konkret vəzifələrin bölüşdürülməsi səlahiyyəti 
tibb xidmətinin baş həkiminə məxsusdur. 
Qəbul şöbəsi 

 
Qeydiyyat  kitabında  və  elektron  məlumat  bazasında  bütün  daxil  olan 
məhbusların qeydiyyatını aparmaq. 

 
Bütün daxil olan məhbuslara xəstəlik tarixi açmaq və bütün aparılan müayinə və 
analiz nəticələrinin qeydiyyatını aparmaq. 

 
Bütün  daxil  olan  məhbusları  onların  ilkin  bakterioloji  statusuna  görə 
bölüşdürmək və ayrılıqda saxlamaq. 

 
Yaxın 3 gün ərzində üç bəlğəm nümunəsinin toplanmasını təmin etmək. 

 
Daxil  olduqdan  sonra  ilk  3  gün  ərzində  şüa  müayinəsinin  keçirilməsini  təmin 
etmək. 

 
Daxil olduqdan sonra ilk 3 gün ərzində hepatitlərə və İİV-ə (könüllülük əsasda) 
görə analizlər daxil olmaqla qanın kliniki-laborator müayinəsini aparmaq. 

 
Ehtiyac olan digər əlavə üsullarla müayinələri təmin etmək. 

 
Aparılmış  bütün  müayinələrin  nəticələrini  xəstəlik  tarixində  əks  etdirmək  və 
müayinələr başa çatdıqdan sonra ən yaxın müddətdə keçirilən konsiliuma təqdim 
etmək. 

 
Zəruri hallarda və ağır kliniki əlamətlər olduqda xəstənin dərhal intensiv terapiya 
və ya reanimasiya şöbəsinə köçürmək. 

 
Konsiliumun  qərarına  əsasən  xəstəni  1  gün  ərzində  müvafiq  müalicə  şöbəsinə 
köçürmək. 

 
Vərəm  təsdiq  edilməmiş  məhbusların  bütün  müayinə  nəticələrinin  fərdi  tibb 
kitabçalarına daxil etmək və onları cəza çəkdikləri müəssisəyə geri göndərmək. 

 
Simptomatik  və  təxirəsalınmaz  müalicə  aparmaq  üçün  zəruri  dərman  ehtiyatına 
və digər vasitələrə malik olmaq. 

 
Dərman vasitələrinin istifadəsinin və məxaricinin ciddi qeydiyyatını aparmaq. 

 
Yeni  daxil  olanlar  barədə  gündəlik  hesabat  vermək.  Müvafiq  formada  rüblük 
hesabat təqdim etmək. 

 
Infeksiyaya  nəzarət  vasitələrin  (sorucu-çıxarıcı  ventilyasiya,  ultrabənövşəyi 
şüalandırıcılar)  lazımi  qaydada  fəaliyyət  göstərməsinə  və  onlara  standartlara 
uyğun  xidmət  edilməsinə  nəzarət  etmək.  Xüsusi  kitabda  avadanlığın  yararlılığı 
barədə məlumatın qeydiyyatını aparmaq. 

 
Fərdi infeksiyaya nəzarət vasitələrinin tətbiqini təmin etmək. 

 
Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.  

 
Bütün  tibbi  məlumatın  tələb  olunan  qaydada  doldurulmasını,  saxlanmasını  və 
qeydiyyatını təmin etmək. 
 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
67 
 
Müalicə şöbələri 

 
Şöbəyə daxil olmuş və köçürülmüş bütün xəstələrin qeydiyyatını aparmaq.  

 
Dinamikanı,  təyinatları,  müayinələri,  yan  təsirləri,  digər  mütəxəssislərin  bütün 
zəruri konsultasiyalarını əks etdirən hər xəstə üçün xəstəlik tarixlərini aparmaq. 

 
Bakterioloji  statusuna  və  dərman  həssaslığı  göstəricilərinə  görə  xəstələrin 
vaxtında bölgüşdürülməsini aparmaq.  

 
Vərəmə  görə  konsiliumun  təyin  etdiyi  müalicənin  bilavasitə  müşahidə  altında 
qəbul olunmasını təmin etmək.   

 
VƏD-lərin YT-lərin monitorinqini və idarəolunmasını təmin etmək.  

 
Simptomatik  və  təxirəsalınmaz  müalicə  aparmaq  üçün  zəruri  dərman  ehtiyatına 
və digər vasitələrə malik olmaq. 

 
Aptekə  hər  gün  VƏD-lə  bağlı  sifariş  vermək  və  istifadə  olunmamış  VƏD-i 
qaytarmaq.  Zəruri  hallarda  YT  aradan  qaldırmaq  və  yanaşı  xəstəliyi  müalicə 
etmək üçün preparatlar sifariş etmək. 

 
Xəstələrin  müalicəyə  sadiqliyini  gücləndirmək  üçün  sövqedici  bağlamaların 
qəbulunu təmin etmək. 

 
Zəruri  hallarda  təyinatlara  korreksiyaların  edilməsi  üçün  xəstələri  konsiliuma 
təqdim etmək. 

 
Müalicənin  başa  çatdırılması  üçün  xəstələri  əldə  edilmiş  müalicə  nəticələri  ilə 
konsiliumun müzakirəsinə təqdim etmək və onları dispanser şöbəsinə köçürmək.  

 
Infeksiyaya  nəzarət  vasitələrin  (sorucu-çıxarıcı  ventilyasiya,  ultrabənövşəyi 
şüalandırıcılar)  lazımi  qaydada  fəaliyyət  göstərməsinə  və  onlara  standartlara 
uyğun  xidmət  edilməsinə  nəzarət  etmək.  Xüsusi  kitabda  avadanlığın  yararlılığı 
barədə məlumatın qeydiyyatını aparmaq. 

 
Fərdi infeksiyaya nəzarət vasitələrinin tətbiqini təmin etmək. 

 
Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.  

 
Xəstənin  vəziyyətinin  monitorinqi  və  tamdəyərli  müalicə  aparmaq  üçün  zəruri 
hallarda sahə mütəxəssislərinin konsultasiyalarını təmin etmək. 

 
Bütün  tibbi  məlumatın  tələb  olunan  qaydada  doldurulmasını,  saxlanmasını  və 
qeydiyyatını təmin etmək. 

 
Azad  olunduqdan  sonra  müalicənin  aparılmasına  və  təşkil  edilməsinə  məsul 
şəxslərlə əməkdaşlıq etmək. 

 
Yeni  daxil  olanlar  barədə  gündəlik  hesabat  vermək.  Müvafiq  formada  rüblük 
hesabat təqdim etmək. 
Dispanser şöbəsi 

 
Şöbəyə daxil olmuş və köçürülmüş bütün şəxslərin qeydiyyatını aparmaq.  

 
Müalicəni bitirmiş şəxslər üzərində zəruri müşahidəni təmin etmək.  

 
Müalicəni  bitirmiş  məhbusların  konsiliumun  qərarına  əsasən  3  –  6  ay  ərzində 
saxlanmasını təmin etmək. 

 
Müalicəni bitirmiş məhbusları hər 3 aydan bir vərəmə görə yoxlamaq. 

 
Simptomatik  və  təxirəsalınmaz  müalicə  aparmaq  üçün  zəruri  dərman  ehtiyatına 
və digər vasitələrə malik olmaq. 

 
Dərman vasitələrinin istifadəsinin və məxaricinin ciddi qeydiyyatını aparmaq. 

 
Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.  

 
Xəstənin  vəziyyətinin  monitorinqi  üçün  zəruri  hallarda  sahə  mütəxəssislərinin 
konsultasiyalarını təmin etmək. 

 
Bütün  tibbi  məlumatın  tələb  olunan  qaydada  doldurulmasını,  saxlanmasını  və 
qeydiyyatını təmin etmək. 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə