Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə30/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
68 
 

 
Yeni daxil olanlar barədə gündəlik hesabat vermək. Müvafiq formada rüblük və 
illik hesabat təqdim etmək. 

 
Şöbədə  saxlanmasının  başa  çatdırılması  üçün  qəbul  edilmiş  müalicə,  həyata 
keçirilmiş  müşahidə  və  müayinə  nəticələrini  konsiliumun  müzakirəsinə  təqdim 
etmək. Konsiliumun qərarına əsasən məhbusu  ya yenidən müalicəyə cəlb etmək 
üçün müalicə şöbəsinə və ya cəza çəkdiyi müəssisəyə göndərilir. 

 
Azad  olunduqdan  sonra  müalicənin  aparılmasına  və  təşkil  edilməsinə  məsul 
şəxslərlə əməkdaşlıq etmək. 

 
İnfeksiyaya nəzarət tədbirlərinin tətbiqini təmin etmək. 
Palliativ qayğı şöbəsi 

 
Şöbəyə daxil olmuş və köçürülmüş bütün şəxslərin qeydiyyatını aparmaq.  

 
Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.  

 
Konsiliumun qərarına müvafiq olaraq palliativ qayğı tədbirlərini təmin etmək. 

 
Xəstənin  vəziyyətinin  monitorinqi  və  tamdəyərli  müalicə  aparmaq  üçün  zəruri 
hallarda sahə mütəxəssislərinin konsultasiyalarını təmin etmək. 

 
Simptomatik  və  təxirəsalınmaz  müalicə  aparmaq  üçün  zəruri  dərman  ehtiyatına 
və digər vasitələrə malik olmaq. 

 
Dərman vasitələrinin istifadəsinin və məxaricinin ciddi qeydiyyatını aparmaq. 

 
Bütün  tibbi  məlumatın  tələb  olunan  qaydada  doldurulmasını,  saxlanmasını  və 
qeydiyyatını təmin etmək. 

 
Yeni daxil olanlar barədə gündəlik hesabat vermək. Müvafiq formada rüblük və 
illik hesabat təqdim etmək. 

 
Infeksiyaya  nəzarət  vasitələrin  (sorucu-çıxarıcı  ventilyasiya,  ultrabənövşəyi 
şüalandırıcılar)  lazımi  qaydada  fəaliyyət  göstərməsinə  və  onlara  standartlara 
uyğun  xidmət  edilməsinə  nəzarət  etmək.  Xüsusi  kitabda  avadanlığın  yararlılığı 
barədə məlumatın qeydiyyatını aparmaq. 

 
Fərdi infeksiyaya nəzarət vasitələrinin tətbiqini təmin etmək. 

 
Azad  olunduqdan  sonra  müalicənin  aparılmasına  və  təşkil  edilməsinə  məsul 
şəxslərlə əməkdaşlıq etmək. 

 
Həyatın  uzadılmasına  deyil,  onun  keyfiyyətinin  təmin  edilməsinə  çalışmaq 
lazımdır.  Bu  zaman  xəstənin  qidadan  və  /  və  ya  ziyarətçilərdən  imtinası  və  ya 
əksinə olan istəkləri ilə barışmaq lazımdır. Başlıca olaraq gigiyenik tələbatların 
ödənilməsinə yönəlmiş şəfqət qayğısını davam etdirmək zəruridir.  

 
Palliativ  qayğının  təmin  edilməsinin  prinsipləri  həyati  funksiyaların  maksimal 
dərəcədə  əsirgəyici  üsullarla  dəstəklənməsinə,  əsas  xəstəliyi  müşayiət  edən  ağrı 
sindromuna nəzarət olunmasına  əsaslanır.  
Aptek şöbəsi 

 
1-ci  və  2-ci  sıra  VƏD-lərə  İMM-nin  tələbatını  müəyyən  etmək  və  sifarişini 
hazırlamaq. 

 
YT  idarəedilməsi  üçün  İMM-nin  tələbatını  müəyyən  etmək  və  sifarişini 
hazırlamaq. 

 
Mədaxil edilmiş preparatların ciddi qeydiyyatını və saxlancını təmin etmək. 

 
Dərman  preparatlarını  tələb  olunan  temperatur  rejimi  və  rütubət  səviyyəsinə 
müvafiq qaydada saxlamaq. 

 
Bütün şöbələri zəruri preparatlarla fasiləsiz təmin etmək. 

 
Istifadə  edilməmiş  preparatların  qalığını  geri  götürmək  və  müvafiq  qaydada 
mədaxil etmək. 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
69 
 

 
Keyfiyyətə  xarici  nəzarət  üçün  təsadüfi  seçmə  üsulu  ilə  VƏD-ləri  SN  Dərman 
vasitələrin Analitik Ekspertiza Mərkəzinə göndərmək. 

 
Anbarda və şöbələrdə olan bütün dərman vasitələrinin hər ay hesablanmasını və 
inventarizasiyasını aparmaq.  

 
Yararlılıq müddətinə və istifadəsinə müvafiq olaraq mövcud dərman vasitələrinin 
idarəolunmasını təmin etmək.  

 
Dərman  vasitələrinin  və  sövqedici  bağlamaların  saxlanmasına  və  buraxılmasına 
ciddi nəzarəti təmin etmək.  

 
Bütün məlumatların kağız və elektron daşıyıcılarda tələb olunan doldurulmasını, 
saxlanmasını və qeydiyyatını təmin etmək.  

 
Azad  olunduqdan  sonra  müalicənin  aparılmasına  və  təşkil  edilməsinə  məsul 
şəxslərlə əməkdaşlıq etmək. 

 
Müalicə  prosesi  ilə  əlaqədar  bütün  digər  vasitələrin  sifarişini,  qeydiyyatını  və 
bölüşdürülməsini Əlavə 20-ə müvafiq olaraq aparmaq. 
Statistika şöbəsi 

 
Kağız  və  elektron  daşıyıcılarda  olan  və  toplanmış  bütün  mövcud  məlumatların 
qeydiyyatını, uçotunu və saxlancını təmin etmək. 

 
ƏN TBİ-yə təqdim etmək üçün tələb olunan hesabatları vaxtında hazırlamaq 

 
İMM-yə  daxil  olmuş  məhbusların  hərəkətini  və  xəstələrin  şöbələrarası 
köçürülmələrini izləmək. 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
70 
 
Əlavə 2: Bəlğəm toplanması proseduru  
1.
 
Bəlğəm verəcək şəxslərin siyahısı əvvəlcədən dəqiqləşdirilir.  
2.
 
Bəlğəm  yaşayış  otağında  və  ya  digər  qapalı  binada  /  tikilidə  deyil,  hava  şəraiti 
imkan  verdiyi  halda  açıq  havada,  əks  halda  havası  yaxşı  dəyişdirilən  ayrıca  otaqda 
toplanmalıdır.  
3.
 
Bəlğəm  yığımına  cavabdeh  tibb  personalı  xüsusi  qoruyucu  maska  taxmalıdır,  ya 
bəlğəm  verən  şəxsin  yanında,  ya  da  otağın  şüşəli  qapısının  arxasında  durub  prosesə 
nəzarət  etməlidir.  Hava  axını  tibb  personalından  bəlğəm  verən  şəxsə  tərəf  yönəlməlidir. 
Öskürən şəxsin qarşısında durmaq olmaz. 
4.
 
Kütləvi skrininq zamanı vərəm ehtimal edilən şəxslərdən bir, daxilolma skrininqi 
zamanı və müraciət əsasında vərəm ehtimal edilən şəxslərdən ən azı bir bəlğəm nümunəsi 
götürülür.  
5.
 
Bəlğəm  verməzdən  əvvəl  şəxs  bir  neçə  dəfə  ağzını  su  ilə  yaxalamalıdır  ki,  ağız 
boşluğunda olan qida qırıntıları bəlğəmə qarışmasın.  
6.
 
Tibb  işçisi  bəlğəmin  toplanması  üçün  nəzərdə  tutulmuş  qabı  (konteyneri)  şəxsin 
siyahı  üzrə  adının  nömrəsinə  uyğun  nömrələyir,  bəlğəm  verən  şəxsə  təqdim  edərək,  nə 
edəcəyini ona izah edir. Bəlğəm nümunəsinin nömrəsini konteynerin qapağına deyil, yan 
divarına qeyd etmək lazımdır.  
7.
 
Bəlğəm verən şəxs: 
- Bir neçə dəfə dərindən nəfəs alıb-verərək, sinədən öskürməlidir; 
-  Konteynerin  qapağını  açaraq  öskürək  nəticəsində  sinədən  gələrək  ağıza  toplanmış 
bəlğəmi oraya tüpürməlidir və qapağını kip bağlamalıdır. 
8.
 
Tibb  işçisi  əmin  olmalıdır  ki,  vərəm  ehtimal  edilən  şəxs  konteynerə  ağız  suyu 
(tüpürcək) deyil, məhz bəlğəm toplayıb.  
9.
 
Əgər şəxs bəlğəm ifraz etməkdə çətinlik çəkirsə, bunları etmək lazımdır:  
-  Bir  neçə  dəfə  çömbəlib-qalxmalı  və  ya  qollarını  yanlara  və  yuxarıya  hərəkət 
etdirməklə dərindən nəfəs alıb-verməyə nail olmalıdır; 
- Sinədən və ya kürəkdən döş qəfəsini yüngül döyəcləməlidir; 
- Şəxs siqaret çəkəndirsə, siqaret alışdıraraq bir neçə qullab tüstüsünü qəbul edə bilər; 
-  Bir  stəkan  qaynar  suya  bir  çay  qaşığı  çay  sodası  və  ya  xörək  duzu  qarışdıraraq, 
buxarı ilə nəfəs almaq (inhalyasiya etmək) olar.  
Çalışmaq  lazımdır  ki,  toplanmış  bəlğəm  nümunələri  həmin  gün  laboratoriyaya 
çatdırılsın! 
Əks təqdirdə, bəlğəm nümunələri soyuq yerdə saxlanmalı və yaxın bir neçə gün ərzində 
laboratoriyaya göndərilməlidir. 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə