Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə25/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
57 
 
Fəsil 11: Monitorinq, qiymətləndirmə, qeydiyyat və hesabat 
Məqsəd: 
Azərbaycanda  2015-ci  ilə  qədər  vərəmlə,  o  cümlədən  DDV  ilə  xəstələnmə  və  ölüm 
hallarının  azaldılması,  əhali  arasında  vərəmin  yayılmasının  qarşısının  alınması  yolu  ilə 
ölkədəki epidemiolji vəziyyətin  yaxşılaşdırilmasıdır. 
Bu konteksdə Monitorinq və Qiymətləndirmənin (M və Q) məqsədləri aşağıdakılardır: 
- Vərəmlə mübarizəyə cəlb olunmuş bütün bölmə və qurumların fəaliyyətinin müntəzəm 
və obyektiv qiymətləndirilməsi
- Vərəməleyhi tədbirlərin tətbiqi üzrə vəziyyətin vaxtında əks etdirilməsi
- Yerinə yetirilmiş tapşırıqların kəmiyyət göstəricilərinin qiymətləndirilməsi; 
- Yerinə yetirilmiş tapşırıqların keyfiyyət göstəricilərinin qiymətləndirilməsi; 
-  Meydana  çıxmış  problemlər  barədə  yoxlama  keçirilən  qurumların  və  ƏN  TBİ-nin 
rəhbərliyinin vaxtında məlumatlandırılması;  
-  M  və  Q  qedişində  aşkar  edilən  problemlərin  aradan  qaldırılması  üzrə  tövsiyələrin 
verilməsi. 
Proqramın indikatorları:  
Proqramın indikatorları ÜST kriteriyalarına, Qlobal Əməkdaşlığın “Vərəmi dayandıraq” 
vəzifələrinə və Minilliyin İnkişaf Məqsədinə  müvafiq hazırlanmışdır: 

 
PS-də  bütün  aşkar  olunmuş  Vərəmli  xəstələr  adekvat  müayinə  və  müvafiq  müalicə 
imkanı əldə etməlidir.  

 
Yeni bakteriloji pozitiv vərəmli xəstələrin müalicə effektivliyinin səviyyəsi 85%-dən az 
olmamalıdır.  

 
ÇDD vərəmli xəstələrin müalicə effektivliyinin səviyyəsi 70 %-dən az olmamalıdır.  

 
Vərəmdən  ölüm  göstəricisi  müalicəyə  cəlb  olunan  xəstələrin  sayının  4%-dən  artıq 
olmamalıdır. 
Sahələrarası əməkdaşlıq 
PS-də vərəmlə mübarizə tədbirləri SN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və 
digər tərəfdaşlarla əməkdaşlıq şəraitində həyata keçirilir. Bunun üçün aşağıdakılar zəruridir: 
1.
 
Birgə  müntəzəm  monitorinq  baş  çəkmələrini  keçirmək  üçün  vərəməleyhi  müəssisələrə 
MVNP-nin və beynəlxalq təşkilatların (ÜST, YİK, Qlobal Fond və s.) nümayəndələrinin 
girişinin təmin edilməsi. 
2.
 
8 nömrəli formaya müvafiq olaraq SN-i məlumatlarla müntəzəm təmin etmək.  
Qeydiyyat, hesabat və məlumat mübadiləsi sistemi: 
Vərəmə  nəzarət  fəaliyyətinə  cəlb  olunmuş  ƏN-nin  tibb  müəssisələrin  sistemi  üç 
pilləlidir.  İlkin  (ümumi  səhiyyə  xidmətləri)  səviyyəyə  İT-lərin  və  CM-lərin  TSH-ləri, 
üçüncü  (ixtisaslaşdırılmış  tibbi  xidmət)  səviyyəyə  isə  İMM  aiddir.  Ikinci  səviyyəli  tibbi 
xidmət  MM-də göstərilir. Hər səviyyədə məlumatların toplanması  istifadə  edilən sənədlərə 
əsaslanır.  Vərəm  üzrə  bütün  qeydiyyat-hesabat  formaları  onların  növündən  və 
daşıyıcısından (elektron və ya kağız) asılı olmayaraq ən azı 50 il müddətində saxlanılır. Bu 
müddət  keçdikdən  sonra  fərdi  qeydiyyat  formalar  müəyyən  edilmiş  qaydada  məhv  edilir, 
aqreqat  formalar  və  aqreqat  elektron  məlumat  bazaları  müddətsiz  saxlanılır.  Elektron 
məlumat  bazaları  rübdə  1  dəfədən  az  olmayaraq  müntəzəm  arxivləşdirilir.  Bu, 
arxivləşdirilmə vaxtı olan məlumatların saxlanması məqsədi ilə edilir. 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
58 
 
Vərəmə dair istifadə olunan uçot, qeydiyyat və hesabat formaları üçün bax: Əlavə 18. 
İT-lərin və CM-lərin TSH-ləri səviyyəsi: 

 
Məhbusun tibbi kitabçası;  

 
Vərəmə görə skrininq qeydiyyatı kitabı. 
İMM səviyyəsi  

 
Qəbul şöbəsi daxil olmaqla, hər şöbədə xəstələrin qeydiyyat kitabı (ТВ 03 və ТВ 03 
- DD); 

 
Dərmanların qəbulunun fərdi kartası (ТВ 01 və ТВ 01 – DD); 

 
Xəstəlik tarixi; 

 
Şöbələr arasında xəstələrin xərəkətinin dinamikasını və xəstələrin sayını əks etdirən 
ümumi stasionar jurnal;  

 
Aptek şöbəsindən dərmanların sifarişinin icmalı (ТВ 11 və ТB 11 – DD); 

 
Xəstələr üçün sövqedici bağlamalar sifarişinin ümumiləşdirilmiş forması; 

 
Hər  müayinə  növünü  (mikroskopiya,  əkmə,  DHT,  molekulyar  üsullar)  daxil  edən 
ümumi Laborator qeydiyyat kitabı (ТВ 04); 

 
Laborator  müayinələrin  cavabının  (mikroskopiya,  əkmə,  DHT,  molekulyar  üsullar) 
forması;  
Bütün  yuxarıda  qeyd  edilən  məlumatlar  hər  xəstə  üçün  müalicə  təyinatların  laborator 
nəticələrin  dinamikasını  kumulyativ  olaraq  əks  etdirən  elektron  məlumat  bazalarına  daxil 
edilmək üçün mənbədir.  
Monitorinq və Qiymətləndirmə göstəriciləriləri 
Göstərici 
Hesablama qaydası 
Məlumatın 
qeydiyyatı 
aparıldığı 
mənbə 
Başlanğıc 
göstəriciləri 
Hədəf 
göstəriciləri 
Yeni 
vərəmli 
xəstələr 
arasında 
ÇDDV-nin 
səviyyəsi. 
 
Illik 
əsasda 
hesablanır. 
Surət: Müəyyən dövr ərzində 
qeydiyyata  götürülmüş  yeni 
vərəmli  xəstələr  kohortunda 
ÇDDV xəstələrin sayı. 
Məxrəc: Həmən dövr ərzində 
qeydiyyata  götürülmüş  və 
DHT  nəticələri  əldə  edilmiş 
yeni vərəmli xəstələrin sayı. 
Xəstələrin 
qeydiyyat 
kitabı ТВ03 
 
9% 
 
(2012) 
≤ 8% 
Təkrar  vərəmli 
xəstələr 
arasında 
ÇDDV-nin 
səviyyəsi. 
 
Illik 
əsasda 
hesablanır 
Surət: Müəyyən dövr ərzində 
qeydiyyata götürülmüş təkrar 
vərəmli  xəstələr  kohortunda 
ÇDDV xəstələrin sayı. 
Məxrəc: Həmən dövr ərzində 
qeydiyyata  götürülmüş  və 
DHT  nəticələri  əldə  edilmiş 
təkrar 
vərəmli 
xəstələrin 
sayı. 
Xəstələrin 
qeydiyyat 
kitabı ТВ03 
 
24% 
 
(2012) 
≤ 20% 
Bakterioloji 
təsdiq  olunmuş 
yeni 
AV 
hallarının 
müalicəsinin 
effektivlik 
Surət: Müəyyən dövr ərzində 
müalicəyə  başlayan  zaman 
bakterioloji 
təsdiqlənmiş, 
müalicənin 
sonunda 
“sağalıb” 
və 
“müalicəni 
bitirib” nəticəsi olan yeni AV 
Xəstələrin 
qeydiyyat 
kitabı ТВ03 
 
Rüblük 
hesabat 
85% 
(2011) 
 
≥ 85% 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə