Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
86
Kalsium həcminin ölçülməsi tezliyi və onun bərpası sxemi
Plazmada
kalsiumun
miqdarı
(ümumi
səviyyə
hipoalbuminemiyaya düzəlişlələ)
Bərpa üçün tələb olunan kalsiumun
miqdarı
Nəzarət
tezliyi
8,5 mq/100 ml və çox (4,2 mekv/l -
dən çox)
7,5 – 8,4
500 mq gündə 3 dəfə
hər ay
7,0 – 7,4
1000 mq gündə 3 dəfə
1 – 2 həftə
7,0 – dan az
dozanın 1000 mq gündə 3 dəfəyə
qədər azaldılması ilə v/d yeritmə
1 – 4 gün
Hipokalemiya və hipomaqneziemiya müalicəsində kalium qoruyan diuretiklərin istifadəsi:
Bəzi diuretiklər kalium və maqneziumun böyrəklə bədəndən ifrazını azaldır:
o
amilorid (5-10 mq gündə)
o
spironolakton (25-50 mq gündə)
Adətən kalium və maqnezium preparatlarının qəbulunu davam etmək lazımdır, lakin
aşağı dozada;
Kaliumqoruyan diuretiklərin yanaşı təsirləri: sidiyə getmənin artması, dehidratasiya,
ginekomastiya (amilorid tərəfindən törədilmir), mədə-bağırsaq traktının qıcıqlanması
Əlavə qeydlər:
Elektrolit tarazlığının pozulmasına təkan verə biləcək qusmanın və ishalın müalicəsi
mütləqdir.
Ayrı-ayrı müşahidələr göstərir ki, kapreomisin eleltrolit pozuntularına digər inyeksion
vasitələrindən daha tez-tez gətirir. Buna görə də kapreomisinin amikasinə və ya
kanamisinə dəyişdirilməsi nəzərdən keçirilməlidir (MBT-nin onlara qarşı həssaslığını
itirmədiyi halda).
Elektrolitlərin səviyyəsinə nəzarət və onların itkisinin bərpa edilməsi inyeksion
terapiyanın (intensiv fazasında) aparılan müddətdə davam etdirilməlidir.
Elektrolit pozuntuları adətən onları törədən inyeksion dərman vasitələri dayandırıldıqda
aradan götürülür. Dərmanın qəbulunun dayandırılmasından sonra elektrolit pozuntusu
qaldığı halda başqa səbəbləri axtarmaq lazımdır.
Hipotireoz
Qalxanvari vəzin hormonlarının defisiti yüngül simptomlardan (quru öskürək, yorğunluq
hissi, yuxululuq) daha qabarıq (üşütmə, dərinin quruluğu, saçların sınması, qəbizlik, udqunma
zamanı diskomfort) simptomlara qədər təzahür edə bilər, bəzi hallarda isə depressiya və
psixozlarla müşahidə oluna bilər. Müayinə zamanı qalxanvari vəzin böyüməsi və vətər
reflekslərinin ləngiməsi müəyyən edilir. Ilkin hipotireoz diaqnozu qan zərdabında tireotrop
hormonunun (hipofizin qalxanvari vəzin hormonlarının ifrazını gücləndirən hormonu)
səviyyəsi 10,0 ME/ml-dən artıq olduqda təsdiqlənir.
Tioamidlər (etionamid, protionamid və PAST) qalxanvari vəzdə hormonların sintezini
zəiflədir. VƏD nəticəsində əksər hipotireoz halları iki dərman eyni zamanda təyin olunduqda
əmələ gəlir. Hipotireozun digər səbəblərinə yod çatışmazlığı, bəzi digər preparatların qəbulu
(məsələn litiy, amiodaron), daha əvvəl yod izotopları ilə aparılan müalicə, hamiləlik zamanı
qalxanvari vəzin disfunksiyası, Xoşimoto xəstəliyidir.
Hipotireozun digər səbəblərinin istisna edilməsindən sonra levotiroksini təyin etmək
lazımdır - minimal dozadan TTH-ın səviyyəsinin 10 mBV/ml səviyyəsinə çatana qədər. VƏD-
lərin qəbulu ilə bağlı olan hipotireoz yaxşı nəzarət olunur və tiamidlərdən (Eth, Pth) və ya
PAST-dan mütləq imtinanı tələb etmir. Qalxanvari vəzin disfunksiyası vərəmin müalicəsinin
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
87
kursu başa çatan kimi aradan qalxır və hormon əvəzedici terapiyanı ümumi qayda ilə aparılmış
müalicə bitdikdən bir neçə ay sonra dayanaşıdırmaq olar.
Dispepsiya
Mədə-bağırsaq tərəfindən VƏD-lərin qəbul edilməməsinin klinik təzahürləri müxtəlifdir:
ürəkbulanma və köpdən başlayaraq davamlı abdominal ağrılara qədər. Zəif simptomlar, o
cümlədən, ürək bulanma, tez-tez olan yumşaq nəcis, adətən müalicə başlandıqdan ilk bir neçə
ay ərzində müşahidə olunur. Əsasən qastrit qeyd edilir, xüsusilə əvvəllər vərəmdən müalicə
alanlarda. Qastrit simptomlarına daxildir: epiqastral nahiyyədə yanma və diskomfort hissi,
ağızda turşuluq. Simptomlar səhərlər və qida qəbulundan əvvəl kəskinləşir. Mədə xorası
əlamətlərinə yeməkdən sonrakı kəskin ağrılar, qanlı qusma və/və ya melena daxildir. Uzun-
müddətli müalicə zamanı antibiotiklərin mədə mikroflorasına olan təsirinə görə yağların
sovrulması və laktozanın qəbul edilməməsi əlamətləri əmələ gəlir. Hərdən kifayət qədər güclü
olan MB spazmları selikli qişa altında klofamin kristallarının toplanmasından baş verə bilər.
MB simptomatikası ən çox PAST (xəstələrin 1/4-də ürək bulanma, ½ - ishal), etionamid
(protionamid), klofaizimin, izoniazid, etambutol və pirazinamid qəbulu zamanı olur. Ağır
ürəkbulanma və qusma halları hepatit əlamətləri də ola bilər. Ishalın infeksion səbəblərinə
şübhə edildikdə
С. difficile və həmin ərazi üçün spesifik patogen mikroorqanizmlərə görə
müayinələr tələb olunur. Qastritin digər səbəbkarları
Н. pylori, siqaret və alkoholdan sui
istifadə, bəzi dərmanların qəbulu (qeyri-steroid iltihab əleyhinə dərmanlar, aspirin,
kortikosteroidlər) da ola bilər. MB pozuntularının erkən simptomlarını minimuma endirmək
olar. Dispepsiyanaşıın profilaktikası üçün etionamidin (və ya protionamidin) qəbulunu 250-500
mq kiçik dozalardan başlayırlar və bir-iki həftə ərzində tam dozaya qədər artırırlar. Simptomlar
qidanın tez-tez və dərmanların gecə vaxtı qəbul edilməsi ilə yüngülləşdirilə bilər. VƏD qəbulu
əvvəl aşkarlanmış
qastriti olan hər xəstədə, H
2
-blokatorları ilə müalicə başlamaq lazımdır.
Qastritin artıq ilkin simptomları müşahidə edildikdə fəal müalicə olunmalıdır. Müalicə
kursunun başlanmasından bir neçə həftə öncə simptomların yüngülləşməsinin təmin edilməsi
vacibdir. Qusma əleyhinə və antasid vasitələrindən ehtiyac olanda istifadə etmək lazımıdr.
Antasidləri vərəm preparatlarının qəbulundan üç saat əvvəl və ya sonra istifadə etmək lazımdır
çünki onlar flüorxinolonların sovurulmasını pozur. Xəstənin vəziyyəti bir çox halda H
2
-
blokatorları və ya proton pompasının inhibitorları ilə müalicəsi nəticəsində əsaslı yaxşılaşır.
Aradan qalxmayan MB simptomları olduqda onların digər səbəbləri barədə də düşünmək
lazımdır. H
2
-blokatorları ilə müalicə fonunda dispepsiya əlamətlərinin qalması hallarında
helicobacter pylory-yə görə müayinə və adi tənəffüs (ureaza) sınağını aparmaq lazımdır.
Müsbət nəticələr zamanı helikobakteriyyaya qarşı üç komponentli müalicənin aparılması
məqsədəuyğundur.
Qusma və ishal elektrolitlərin küllü miqdarda itirilməsinə gətirdiyinə görə bədənin
dehidratasiyası və elektrolitlərin səviyyəsini öyrənmək və tələb olunduqda itkiləri bərpa etmək
lazımdır. Yalnız ağır YT-lər zamanı VƏD-lərlə müalicə rejimini dəyişdirmək olar. Etionamidin
və ya PAST-ın müvəqqəti dayandırılması (və ya dozanın azaldılması) simptomların aradan
qaldırılmasının effektli yolu ola bilər. Kəskin qastrit və/və ya mədə xorasına şübhələr olduqda
xəstəni təcili hospitalizasiya etmək və endoskopik müayinə aparmaq lazımdır. Ağır qusma
hepatitin
ilk təzahürü ola bilər, buna görə belə halda qara ciyər sınaqlarını aparmaq lazımdır.
Uzun-müddətli ishal PAST-ın birbaşa təsirindən ola bilər, bundan başqa istənilən antibiotik
spastik ağrılar, ishal və köp ilə müşahidə olunan bağırsaq florasının pozulmasına səbəb ola
bilər. Ishala gətirən VƏD-in müalicədən çıxarılması mümkün olmadığı halda loperamid
(imodium) təyin etmək tövsiyə olunur: böyüklər 4 mq bir dəfə, sonra hər nəcis ifrazından sonra
2 mq gündə 16 mq-a qədər. Müalicə növlərinin geniş yayılmışlarından biri də tərkibində
bağırsaqda olan bakteriyaların canlı kulturası olan (məsələn, laktobakterilər, asidobakterilər və
digər oxşar mikroorqanizmlər) dərmanların istifadəsidir. Bu preparatların effektivliyi
məhduddur. Adsorbentlərdən (kaolin, kömür, pektin, polikarbofil) istifadə etmək lazım deyil
çünki onlar VƏD-lərin sovurulmasını azaldır.