Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
90
müayinəsi diaqnostika standartı ilə müəyyən edilməsinə baxmayaraq, neyropatiya diaqnozunu
klinik göstəricilər əsasında da qoymaq olar. Neyropatiyanın simptomlarına daxildir: adətən
aşağı ətraflarda müşahidə olunan hissiyatın pozulması (məsələn, keyimə, iynə batma, yanma,
ağrı hissi, isti-soyuq hissinin itirilməsi) eləcə də, yerimənin pozulması, zəifləmə, vətər
reflekslərinin zəifləməsi və ya olmaması. Hərdən həssaslıq pozğunluqları yuxarı ətraflarda və
bədənin digər hissələrində də müşahidə oluna bilər.
Piridoksinin profilaktik təyinindən başqa, xəstələrdə vitamın çatışmazlığının qarşısını
almaq məqsədilə vitaminlərlə zəngin qidalanma da təmin edilməlidir. Perifierik neyropatiya
diaqnozu qoyulduqda onun mümkün olan digər səbəblərini yadda saxlamaq lazımdır.
Neyropatiyanın
simptomatik
müalicəsinə
daxildir:
fizioterapiya
və
trisiklik
antidepressantlar (əks göstəriş olmadığı halda). Antidepressantların qəbulu kiçik dozalardan
başlayır, məsələn, 25 mq amitriptilin yatmazdan əvvəl, müalicənin nəticəsini ən azı bir həftə
gözləmək lazımdır. Effekt olmadığı halda dozanı yatmazdan əvvəl 75 mq-a qədər artırmaq
lazımdır. Trisiklik antidepressantların təsiri olmadığı halda qabapentin təsirli ola bilər (400 –
1200 mq gündə üç dəfə). VƏD-lərin parenteral qəbulu zamanı trisiklik antidepressantların
təyinindən əvvəl elektrolitlərin səviyyəsini də nəzarətdə saxlamaq lazımdır.
Qıcolmalar
Qıcolmalar baş beyinin patoloji elektrik aktivliyinin təzahürüdür. Diaqnoz klinik
göstəricilər əsasında elektroensefaloqram aparılmadan qoyulur. Klinik simptomlara daxildir:
aura, huşun itirilməsi, əzələlərin zəifliyi və ya qeyri-iradi qısalmaları, sidiyin və nəcisin
saxlanılmaması, tutmadan sonra huşun pozulması və ya yuxululuq.
Diaqnoz qoyulduqdan sonra qıcolmaların səbəblərini müəyyən etmək lazımdır. Onlara aid
ola bilər - sikloserinin, izoniazidin və flüorxinolonların qəbulu və infeksiya (o cümlədən, MSS-
ın vərəm zədələnməsi), hipokalemiya, elektrolit tarazlığının pozulması, hipoksemiya, alkohol
abstinensiyası sindromu, digər dərmanların istifadəsi (məsələn, penisillin, trisiklik preparatlar),
uremiya və qaraciyər funksiyasının pozulması.
Müalicədən əvvəl epilepsiyaya qarşı dərman vasitələrini qəbul edən xəstələrdə tutmaların
profilaktikasına daxildir - piridoksinin təyini (150-200 mq/gündə) və, eləcə də, bütün müalicə
kursu boyu qan zərdabında preparatın konsentrasiyasına nəzarət. Bu bəzi tutmalar əleyhinə
dərmanların VƏD-lərlə (izoniazid, sikloserin və flüorxinolonlar) qarşılıqlı təsir yaratması ilə
bağlıdır.
Qıcolma tutmaları olduğu zaman və digər səbəblər istisna edildikdə, epilepsiyaya qarşı
terapiyanı başlamaq lazımdır. Şübhə edilən VƏD müalicə rejiminin əsas komponenti deyilsə,
onun qəbulunun dayandırılması və digər preparatın təyini tələb olunur. Şübhə edilən VƏD
qəbulunun dayandırılması qeyri mümkün olduğu halda, onun istifadəsini xəstənin epilepsiyaya
qarşı preparatların qəbulu fonunda vəziyyəti sabitləşdikdən sonra həmin preparatın qəbulunu
bərpa etmək olar.
Terapiyaya adətən daxildir: qıcolmalara qarşı prepartların biri, məsələn, benzobarbital
(benzonal) — 0,1-0,2 q gündə 3 dəfə yeməkdən sonra; bariant — valproy turşusu, yemək
zamanı və ya dərhal sonra 0,3-0,6 q gündə, sonra 1-2 həftə ərzində dozanın 0,9 - 1,5 q-dək
artırılması ilə. Qıcolmalara qarşı belə müalicə vərəmin müalicəsinin bütün kursu zamanı davam
edilməlidir. Müalicə kursu başa çatdıqdan sonra epilepsiayaya qarşı terapiyanı dayanaşıdırmaq
olar.
Depressiya və digər psixi pozğunluqlar
Depressiya — fərdin normal fizioloji və funksional fəaliyyətini məhdudlaşdıran müxtəlif
simptomlarla səciyyələnir: keyfsizlik, sevimli məşğuliyyətlərə marağın itməsi, gücsüzlük,
psixomotor reaksiyaların zəifləməsi (nitq, düşünmə, hərəkət), yuxunun və iştahanın pozulması,
gunahkarlıq, əlacsızlıq və ümüdsizlik hissinin yaranması, fikrin cəmləşdirilməsi qabiliyyətinin
itirilməsi. Psixotik simptomlar və özünə qəst fikirləri də mümkündür. Ədətən, iki və daha çox
həftə qalan simptomlara diqqət yetirilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
91
Sikloserin, izoniazid, etionamid və amoksisillin/klavunat turşusu qəbulu zamanı xəstələrin
əhval ruhiyyəsi dəyişə bilər, lakin depressiya ilk növbədə sikloserinin qəbulu ilə əlaqələndirilir.
Psixososial amillər (o cümlədən, yoxsulluq, sosial təcrid olunma, ailədə zorakılıq), hipotireoz,
alkohol və narkotik asılılıq (o cümlədən benzodiazepinlərin qəbulu) da depressiyaya səbəb ola
bilər. Müalicə kursundan öncə depressiv vəziyyətlər daha çox xronik xəstələrdə müşahidə
olunur. Vərəm xəstələrinin sosial təcrid olunması, onlarda günahkarlıq və şəxsi əhəmiyyətsizlik
hissi kəskinləşir.
Depressiya zamanı xəstənin müalicə yollarının müəyyən edilməsi zamanı depressiyaya
təkan verən digər, o cümlədən, psixososial amilləri də müayinə etmək lazımdır. Ənənəvi
psixoterapiya üsullarından istifadə etmək lazımdır, o cümlədən, dəstək qrupları, tibb işçilərinin
intensiv müşahidəsi və xəstənin ailə üzvlərinin dəstəyi əsas rol oynayır.
Yüngül hallarda antidepressantların qəbulu yetərli ola bilər, məsələn, MAO inhibitorları
(iproniazid, nialamid, fenelzin və s.) və ya trisiklik antidepressantlar (amitriptilin, fluoksetin,
sertralin və s.). Xəstədə kəskin aqressivliklə və ətrafdakıların təhlükəsizliyinə təhlükə
yarandıqda, suisid meylləri əmələ gəldikdə, xəstənin müşahidəsinə psixiatr cəlb olunmalı və
xəstənin psixiatrik stasionara yerləşdirilməsi məsələsi nəzərdən keçirilməlidir. Davamlı
depressiya səbəbindən VƏD-lərin qəbulunun dayandırılması nadir halda gündəmə gəlir.
Başağrıları
Lokal və yayılmış başağrıları VƏD-lə terapiyanın ilk ayları zamanı baş verir. Psixi və sosial
problemlər başağrılarının əmələ gəlməsinə təkan verir. Tərkibində sikloserin olan sxemlərin
istifadəsi zamanı, terapiyanın əvvəlində əmələ gələn başağrısının, yuxu pozğunluqlarının
qarşısının alınması üçün, ilkin olaraq aşağı dozalar (250-500 mq) təyin olunur, sonra tədricən
bir-iki həftə ərzində tam terapevtik dozaya qədər artırılır.
Adi başağrıları qeyri-steroid iltihab əleyhinə dərman vasitələri ilə müalicə olunur, onların
qeyri effektivliyi zamanı isə trisiklik antidepressantlar və ya kombinə edilmiş dərman vasitələri
kömək edir - kodein əlavələri ilə iltihab əleyhinə dərman vasitələri. Olduqca nadir hallarda
başağrıları ilə meningit özünü biruzə verir və bu halda təxirəsalınmaz terapevtik tədbirlər tələb
olunur.
Psixoz
Psixozlar psixi proseslərin pozulmasını və ya ətraf reallıqla əlaqənin itirilməsini əks etdirən
simptomlarla təzahür edir. Eşitmə və görmə halyusinasiyaları, paranoya, katatoniya, sayıqlama
və davranış pozuntuları psixozların əsas simptomlarındandır. Tibb işçiləri psixotik vəziyyətləri
müəyyən etməyə qadir olmalıdır, çünki ilkin mərhələlərdə psixozlar daha rahat müalicə olunur.
Sikloserindən başqa izoniazid, flüorxinolonlar və tiamidlər psixozlara səbəb ola bilər. Psixotik
əlamətlərə sosial və psixoloji problemlər, hipotireoz eləcə də digər preparatların (benzodiazepin
bəzi antidepressantlar) yanaşı təsiri, narkotiklərin istifadəsi və alkoholdan sui istifadə səbəb ola
bilər.
Piridoksinin profilaktik qəbulu VƏD-lərin yanaşı təsirlərindən olan nevrotik və psixotik
əlamətlər riskini azaldır. Sikloserin qəbul edənlər üçün piridoksinin adi dozası gündə 150 mq
təşkil edir.
Psixoz diaqnozu müəyyən edildikdən sonra VƏD təsirindən başqa ona səbəb olan digər
amilləri də aydınlaşdırmaq lazımdır. Psixiatrın məsləhəti və gündəlik, daimi nəzarət, suisid
əhval-ruhiyyəsi və ətrafdakılara qarşı zorakılıq meylləri kimi qabarıq simptomları olan
xəstələrin isə xüsusi şöbəyə yerləşdirmə məsələsini həll etmək lazımdır. Psixozun müalicəsini
ən ilk simptomlar əmələ gələndə başlamaq lazımdır (məsələn, ilkin olaraq v/d 1-5 mq
halloperidol sonra daxili, yeməkdən yarım saat əvvəl, və ya parenteral. Ilkin gündəlik doza—
0,5–5 mq 2-3 dəfəyə, sonra tələb olunan terapevtik təsirin əldə edilməsi üçün dozanın tədricən
0,5–2 mq artırılması (rezistent formalarda 2–4 mq artırılması); maksimal gündəlik doza - 100
mq, orta - 10–15 mq). Neyroleptiklərin istifadəsi onların YT-lərin müalicəsi ilə müşayiət
olmalıdır, əks təqdirdə neyroleptiklərin YT-ləri müalicəni xəstələr üçün dözülməz edir.
Dostları ilə paylaş: |