Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə45/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
103 
 
0,02776–0,16665 mq/kq hər 12-24 saatdan bir. Deksametazon ilə müalicə 
dozanın  tədricən  azaldılması  ilə  kəsilir  (müalicənin  sonunda  bir  neçə 
kortikotropin inyeksiyası təyin edilir). 
 
Urogenital orqanların vərəmi 
AKV-i arasında urogenital orqanların vərəmi 20-30% təşkil edərək, vərəm plevriti və vərəm 
limfadenitindən sonra 3-cü yeri tutur.
i
 
Uroloji vərəm və kişilərin tənasül orqanlarının vərəmi. 
AKV-nin arasında böyrək vərəmi də tez-tez təsadüf edilən formalardandır. Kişilərdə bu 
prosesə  prostat  vəzi,  toxum  kisələri,  xaya  artımlarının  və  xayaların  vərəmi  də  qoşula  bilər. 
Qadınlarda böyrək vərəminin gedişatı kişilərdə olduğu kimidir.  
Adətən,  vərəm  zamanı  böyrəklərin  zədələnməsi  bu  orqana  bilavasitə  infeksiyanın  təsiri 
nəticəsində,  bəzi  hallarda  isə  xroniki  AV-nin  fəsadı  olaraq  ikincili  amiloidoz  nəticəsində  baş 
verir. Bu zaman adi üsullar ilə aparılan müalicəyə tabe olmayan dizurik pozuntular (tez-tez və 
ağrılı  sidik  ifrazı)  müşahidə  edilir.  Bu  ağrılar  hematuriya,  poliuriya,  nikturiya  ilə  müşayiət 
olunur.  Xəstələrin  10%-dən  az  hissəsi  böyrək  sancılarından  şikayət  edir,  90%  hallarda 
hematuriya  ilə  müşayiət  edilən  steril  piuriya  (əkmə  üsulu  ilə  bakterial  floraya  müayinə 
nəticəsinin mənfi olması) müşahidə edilir. Bu, urogenital sistemin vərəmi üçün patoqnomonik 
simptom sayılır.  
Sidiyin 3 səhər porsiyasının kultural müayinəsi VM-ni aşkar etməyə və vərəm diaqnozunu 
90% hallarda təsdiqləməyə imkan verir. Sidikdə PZR-nin həssaslığı 25-93%, spesifikliyi 100%-
dir.  Venadaxili  pieloqrafiya  belə  xəstələrdə  böyrək  ləyənciklərinin  “güvə  yeməsi”  və  ya 
papilyar  nekroz  tipində  zədələnməsini  aşkar  etməyə  imkan  verir.  Gecikmiş  formalarda 
sidikçıxarıcı  yolların  obstruksiyası  əlamətləri  –  böyrək  ləyənciklərinin  və  sidik  axarlarının 
genişlənməsi  müşahidə  edilir.  Böyrəklərin  ikitərəfli  xroniki  zədələnməsi,  xüsusilə  proses 
obstruktiv  dəyişikliklə  müşayiət  olunduqda,  yumaqcıqların  filtrasiya  qabiliyyətinin  pozulması 
nəticəsində  böyrək  çatışmazlığı  əlamətlərinin  inkişafı  ilə  nəticələnir.  Bu  dəyişikliklərin 
proqressivləşməsi  nəticəsində  xroniki  böyrək  çatışmazlığı  formalaşır.  Qarın  boşluğu 
orqanlarının  USM-də  çox  vaxt  böyrəklərdə  kalsinatlar,  daşlar,  çapıqlaşma  hidronefroz  və  ya 
digər zədələnmələr, məsələn: sidik axarlarının strikturası, büzüşmüş sidik kisəsi, toxumaparıcı 
axarlarda, toxum qabarcıqlarında və prostat vəzisində kalsinatlar aşkarlana bilər. Kişilərdə cinsi 
orqanların  vərəm  mənşəli  zədələnmələri  adətən  böyrəklərdə  olan  ilkin  ocaqdan  infeksiyanın 
enən  yolla  kontakt  və  ya  limfogen  yayılması  nəticəsində  formalaşır.  Bu  zaman  xayaların 
ölçüsünün  böyüməsi  də  müşahidə  edilə  bilər.  Digər  simptomlardan  oliqospermiya  aşkarlana 
bilər.  
Müalicə aparılmadıqda böyrək vərəmi pionefrozla və sidikçıxarıcı funksiyaların bir və 
ya  hər  iki  böyrək  tərəfindən  itirilməsi  ilə  nəticələnə  bilər.  Eyni  zamanda  sidik  kisəsinin 
büzüşməsi  və  sidik  axarlarının  çapıqlaşması  yuxarıda  göstərilən  fəsadlarla  nəticələnə  bilər, 
buna  görə  də  ağ  ciyərdən  kənar  orqanların  vərəminin  bu  formasının  vaxtında  başlanmış  və 
rasional təşkil olunmuş müalicəsi bu xəstəliyin proqnozunu təyin edir. 
Qadın cinsiyyət üzvlərinin vərəmi 
Qadın  cinsiyyət  üzvlərinin  vərəmi  əsasən  sonsuzluğa  görə  aparılan  diaqnostik  müayinələr 
zamanı  aşkarlanır.  Vərəmin  bu  formasına  7-15%  hallarda  təsadüf  edilir.  Adətən,  bu  zaman 
zədələnmə 
prosesi  uşaqlıq  borularının  selikli  qişasından  başlayaraq  müsariqəyə, 
endometriyaya,  yumurtalıqlara,  uşaqlıq  boynuna  və  uşaqlıq  yoluna  yayılır.  Klinik  əlamətlərə 
gəlincə  bu proses həm  simptomsuz, həm  də  kəskin iltihab  əlamətləri ilə  müşayiət  oluna bilər. 
Xəstəliyin  fəal  fazasında  çanaq  nahiyəsində  ağrılar,  dismenoreya,  vaginal  qanaxmalar  kimi 
əlamətlər müşahidə edilə bilər. Qadınlarda cinsi orqanların vərəminin diaqnostikasında yaranan 
problemlər bakterioloji müayinələrin informativliyinin və tuberkulin sınaqlarının spesifikliyinin 
aşağı  səviyyədə  olması  ilə  əlaqədardır.  Eləcə  də  bu  xəstəliyin  diaqnostikasında  rentgenoloji 
(histerosalpinqoqrafiya)  və  USM  də  kifayət  qədər  effektli  deyil.  Diaqnostik  metodlardan  ən 
informativi uşaqlıq daxilindən götürülmüş nümunələrin PZR müayinəsidir. 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
104 
 
Adətən,  bu  klinik  formaların  müalicəsində  kimyəvi  terapiya  yaxşı  effekt  verir  və  cərrahi 
müdaxiləyə  nadir  hallarda  ehtiyac  olur.  Lakin,  bir  çox  hallarda  səmərəli  terapiya  nəticəsində 
belə  fertil  funksiyanı  bərpa  etmək  mümkün  olmur.  Bu  hallarda  alternativ  müalicə  kimi 
ekstrakorporal mayalanma tətbiq edilməlidir. 
Urogenital orqanların vərəminin diaqnostikasına dair tövsiyələr 

 
VM-nin  və  onların  DHT-nin  təyin  edilməsi  məqsədi  daşıyan  müayinələr  (sidiyin, 
uşaqlıq daxilindən götürülmüş nümunələrin) 
-Sidik  yolların  vərəminin  diaqnostikası  məqsədi  ilə  sidiyin  3  səhər  porsiyasının 
mikroskopik və əkmə müayinəsinin aparılması; 
-Sidiyin,  sidik  və  cinsi  yollardan  götürülmüş  möhtəviyyatların  qeyri-spesifik  bakterial 
infeksiyalara görə əkmə üsulu ilə müayinəsi tövsiyə olunur. 

 
Bakterioloji  müayinələr  informativ  olmadıqda  VM-ni  aşkarlamaq  məqsədi  ilə  PZR-
müayinəsi aparılmalıdır. 

 
Piuriya  və  hematuriyanı  aşkarlamaq  məqsədi  ilə  sidikdə  leykositlərin  və  eritrositlərin 
təyini; 

 
Urogenital sistemin rentgenoloji müayinəsi (KT, MRT, ekskretor, retroqrad və anteqrad 
pieloqrafiya, retroqrad və enən sistoqrafiya, histerosalpinqoqrafik müayinələr daxil olmaqla); 

 
Urogenital sistemin USM müayinəsi

 
Böyrəklərin  ekskretor  funksiyasının  müayinəsi  (biokimyəvi,  rentgenoloji,  USM-
funksional testlər) ; 

 
Yuxarıda  göstərilən  müayinələr  informativ  olmadıqda  və  diaqnostikada  şübhələr 
yaranan hallarda böyrəklərin, sidik kisəsinin və cinsi orqanların biopsiyası və alınan materialın 
sonraki sitoloji, histoloji və bakterioloji müayinəsini aparmaq məsləhətdir. 
Urogenital orqanların müalicəsinə dair tövsiyələr 

 
Urogenital  sistemin  (kişilərdə  genital  orqanların  vərəmi  istisna  olmaqla)  vərəminin 
müalicəsi zamanı I rejim təyin olunur: 2HREZ/4HRE; 

 
Kişilərdə  genital  sistemin  izolə  olunmuş  vərəminin  müalicəsində  8  aylıq  kimyəvi 
terapiya rejimi: 2 SHREZ/1HRE/5HRE tövsiyə edilir. 

 
VM-nin  DHT  təyin  edildiyi  hallarda  empirik  kimyəvi  terapiya  rejimi  DHT  nəzərə 
alınmaqla dəyişdirilməlidir. 

 
Cərrahi müdaxiləyə göstəriş olduğu hallarda bu müdaxilələrin spektri (nefrostomiya və 
sidik  axarlarının  stendləşdirilməsindən  tutmuş  nefrektomiyaya  və  sidik  yollarında,  sidik 
kisəsində  plastik  əməliyyatların  aparılmasına  kimi)  zədələnmələrin  xarakterindən  asılı  olaraq 
seçilir. 
Mədə-bağırsaq traktının vərəmi 
Mədə-bağırsaq  traktının  vərəminə  bağırsaqların,  müsariqənin  və  mezenterial  limfa 
vəzilərinin vərəmi aiddir. Mədə-bağırsaq traktının vərəmi VM ilə yoluxmuş bəlğəm və qidanın 
udulması  nəticəsində  eləcə  də  hematogen  yayılma  və  qonşu  orqanlardan  kontakt  vasitəsi  ilə 
yarana  bilər.  Bu  zaman  çox  hallarda  bağırsaqların  divarında  xoralar,  bəzi  hallarda  isə  selikli 
qişada induratlar (xorasız düyünlər) əmələ gəlir.  
Mədə-bağırsaq  traktının  vərəmi  ən  çox  ileosekal  bucaqda  və  çənbərəbənzər  bağırsağın 
başlanğıc hissəsində lokalizə olunur. Kliniki simptomlara gəlincə, bu xəstələr qarında ağrıdan, 
diareyadan,  arıqlamadan,  hərarətin  qalxmasından  şikayət  edirlər.  Palpasiya  zamanı  qarında 
ağrının artması, melena, rektal qanaxmalar müşahidə edilir. Palpasiya zamanı 25-50% hallarda 
qarının sağ aşağı kvadrantında bərk kütlələr aşkar olunur. Mədə-bağırsaq vərəmi inkişaf etdikcə 
stenoz, bağırsağın perforasiyası, daxili və xarici fistulların əmələ gəlməsi kimi ağırlaşmalar ilə 
nəticələnə  bilər.  Düz  bağırsağın  spesifik  prosesə  cəlb  olunması  nəticəsində  anal  çatlar, 
pararektal  abseslər,  fistullar  formalaşır.  Barium  ilə  aparılan  kontrast  rentgenoqrafik 
müayinələrdə  və  ya  kolonoskopiya  zamanı  bağırsaqların  divarında,xoraların,  strikturaların 
olması, kor bağırsağın deformasiyası, ileosekal klapan çatmamazlığı və ya fistullar aşkarlamaq 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə