Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə53/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   49   50   51   52   53   54   55   56   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
122 
 
İMM-nin bölmələrində məlumatlandırma sessiyaları 
Bu sessiyalar hər şöbənin həkim və orta tibb personalı tərəfindən aparılır. 
Qrup halında sessiyalar həkimlər tərəfindən ən azı ayda 3 dəfə aparılır (10 gündə 1 
dəfə). 

 
Tibb bacısı bölməyə gətirilmiş xəstələrin siyahısını hazırlayır; 

 
Təyin edilmiş vaxtda onları məlumatlandırma sessiyasına dəvət edir; 

 
Bölməyə uyğun məlumatlandırma sessiyasını keçirir. 
Feldşer və tibb bacıları hər xəstə ilə ayda 1 dəfə fərdi dərslər aparırlar. 
Tibb işçilərinin aşağıdakılar haqqında biliyi və bacarığı olmalıdır: 

 
Məhbusları, PS işçilərini və ziyarətçiləri SM ilə təmin etmək. 

 
Məhbuslar, PS işçilərində və ziyarətçilərdə vərəm simptomlarını müəyyən etmək. 

 
Daxilolma skrininqi zamanı vərəm ehtimal olunan şəxsləri aşkarlamaq və onların 
tibbi məsləhət məqsədi ilə həkimə müraciət etmələri üçün ruhlandırmaq. 

 
SM,  daxilolma  skrininqi  ilə  əlaqədar  lazımi  sənədlərin  hazırlanması  və 
məhbusların  CM-lərdən  gətirildikdən  sonra  qeydiyyatdan  keçirilməsini  təmin 
etmək. 

 
Özlərini peşə ilə bağlı risklərdən qorumaq. 

 
Tibbi tullantıların təhlükəsiz şəkildə məhv edilmə qaydalarını bilmək. 

 
İnzibati təhlükəsizlik qaydalarına əməl etmək. 
Maarifləndirici vasitələr: 
Uğurlu  maarifləndirmə  vasitələri  diqqəti  cəlb  edən,  məlumatlandırıcı,  düzgün  və 
dəqiq  olmalıdır.  Bu  səbəbdən,  təsirini  saxlamaq  üçün  ismarıclar  təkrar  olunmalı  və 
müxtəlif yollarla möhkəmləndirilməlidir.  
Əldə olan bəzi vasitələr: 

 
Qrup şəklində və fərdi məlumatlandırma; 

 
Posterlər, broşürlər; 

 
Afişalar (bildirişlər); 

 
Hekayələr;  

 
Vərəm haqqında maarifləndirici filmlər; 

 
Video, audio materiallar; 

 
Reklam vasitələri (vərəmə dair ismarıclarin əks olunduğu dəftər, qələm və s.). 
Bütün  materiallarla  bütün  şöbə  və  bölmələr  xəstə  və  məhbusların  istənilən  vaxt 
istifadəsi üçün təmin edilmişdir.  
Monitorinq və qiymətləndirmə 
Vərəmin  profilkatikası  sahəsində  maarifləndirmə  işlərinin  aparılmasının  təşkili, 
tətbiqi,  yaxşılaşdırılması  üçün  görüləcək  işlərə  xüsusi  komitə  tərəfindən  nəzarət 
ediləcək. 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
123 
 
Əlavə  15:  Müalicəni  bitirmədən  azadlığa  buraxılan  vərəmli  xəstələrə  dəstək  layihəsinin  iş 
prinsipləri 
Müalicəni bitirmədən 
azadlığa buraxılan vərəmli xəstələrin kurasiyası üzrə müqavilə 
 
 
 
 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu 
 
və 
 
Qlobal Fondun 9-cu Raund Vərəm Layihəsinin sub-resipiyenti 
“Sağlamlığa Xidmət” İctimai Birliyi 
 
 
arasında 
 
 
müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə 
müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin Səhiyyə Nazirliyinin tabe vərəm 
əleyhi tibb müəssisələrində müalicələrinin sonadək izlənilməsi üzrə 
 
 
ƏMƏKDAŞLIQ  MÜQAVİLƏSİ  
 
 
 
 
 
“TƏSDİQ EDİRƏM” 
“TƏSDİQ EDİRƏM” 
 
Azərbaycan Respublikası 
Səhiyyə Nazirliyinin Milli Vərəmə  
Nəzarət Proqramı adından 
 
 
 
Viktor Qasımov 
Səhiyyə Nazirliyinin Milli Vərəmə  
Nəzarət Proqramının rəhbəri 
Azərbaycan Respublikası 
Ədliyyə Nazirliyinin 
Tibb baş idarəsi adından 
 
 
 
Rəfail Mehdiyev  
Ədliyyə Nazirliyinin Tibb baş  
idarəsinin rəisi   


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
124 
 
I. Giriş 
Müqavilənin məqsədi və əhatə dairəsi 
Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  penitensiar  sistemdə  Ümumdünya 
Səhiyyə  Təşkilatı  (ÜST)  tərəfindən  dəstəklənən  DOTS  strategiyasına  (Birbaşa  Müşahidə 
Olunan Terapiya) əsaslanan Vərəmə nəzarət proqramı həyata keçirir. Bu istiqamətdə nəzərə 
çarpan  nailiyyətlərin  əldə  olunmasına  baxmayaraq,  bəzi  problemlər  hələ  də  movcuddur. 
Həmin    çətinliklərdən  bəziləri  azadlığa  buraxıldıqdan  sonra  xəstələrin  vərəm 
dispanserlərində  qeydiyyata  alınması,  adekvat  müalicə  ilə  təmin  olunması,  müalicə  və 
müayinə  proseduralarının  ölkədə  qəbul  olunmuş  kliniki  prokollara  uyğun  aparılması, 
penitensiar  və  mülki  sektor  arasında  vərəmli  xəstələrin  izlənilməsinə  dair  informasiya 
mübadiləsin zəif olması ilə əlaqədardır.  
Vərəmli  xəstələrin  müalicəsinin,  xüsusən  də  ikinci  sıra  vərəm  əleyhinə  dərmanlarla 
müalicəyə  cəlb  olunmuş  xəstələrin  uzun  müddətli  olmasını  və  azadlığa  buraxılan  keçmiş 
məhkum/vərəm  xəstələrin  əsasən  natamam  təhsilli  olduğu,  bir  sıra  hallarda  aqressiv 
davranışlı, bir çoxunun narkotik vasitə və spirtli içki aludəçisi olduğu, tələb olunan qayda və 
qanunlara  riayət  etmək  baxımından  olduqca  çətin  əhali  qrupu  olduğunu  nəzərə  alaraq 
azadlığa buraxılmış vərəmli məhkumlar arasında müalicədən yayınma hallarının minumuma 
endirilməsi  məqsədilə  onlara  dəstək  göstərilməlidir.  Müalicəni  yarımçıq  dayandırmış  xəstə 
qısa  müddət  ərzində  xəstəliyin  daha  kəskin  formasına  düçar  ola  bilər  və  onunla  əlaqədə 
olanları  vərəmə  yoluxma  riskinə  məruz  qoya  bilər.  Daha  təhlükəlisi  odur  ki,  müalicənin 
sonadək  çatdırılmaması  Dərmana  Davamlı  (DD),  o  cümlədən,  Geniş  sayda  Dərmanlara 
Davamlı (GDD) vərəmin yaranmasına gətirib çıxarır.  
Bu  müqavilənin  başlıca  məqsədi  müalicələrini  tamamlamadan  azadlığa  buraxılmış 
bütün  vərəmli  xəstələrin:  dərmana  həssas  vərəm  (DH-vərəm)  və  DD-vərəmli  xəstələrin 
mülki vərəm əleyhi tibb müəssisələrində və ya Milli Vərəmə Nəzarət Proqramının (MVNP) 
DOT  məntəqələrində  müalicələrini  davam  etdirmələrini  təmin  etməkdir.  Xəstələr  azadlığa 
buraxıldıqdan  sonra  onların  müalicələrini  davam  etdirməkdə  məqsəd  vərəmdən  əziyyət 
çəkən bütün xəstələrə eyni münasibət göstərməklə mülki əhali arasında vərəm ştammlarının 
ötürülməsini,  DH-vərəm  və  DD-vərəmlə  xəstələnmə  və  ölüm  hallarını  azaltmaq, 
rezistentliyin  artmasının  və  GDD-Vərəm  ştammlarının  yaranmasının  qarşısını  almaq  üçün 
penitensiar sektorda müalicəyə qoşulmuş bütün vərəm xəstələrin sonadək müalicəsini təmin 
etməkdir.  
Bu  Müqavilə  xüsusi  yüksək  riskli  əhali  qrupunun,  o  cümlədən,  azadlığa  buraxılmış 
DD-Vərəmli şəxslərin spesifik sosial və iqtisadi problemlərinin mövcudluğu nəzərə alınaraq 
hazırlanmışdır və məqsədi Ədliyyə Nazirliyinin (ƏN) və Səhiyyə Nazirliyinin (SN) dəstəyi 
ilə  Qlobal  Fondun  9-cu  Raund  Vərəm  Layihəsinin  sub-resipiyenti  “Sağlamlığa  Xidmət” 
İctimai  Birliyi  qeyri-hökumət  təşkilatı  tərəfindən  müalicəsi  başa  çatmadan  azadlığa 
buraxılan  vərəmli  xəstələrin  mülki  vərəm  əleyhinə  müəssisələrdə  müalicələrini  davam 
etdirmələrinin  təşkili,  nəzarət  və  dəstəyi  layihəsinin  həyata  keçirilməsindəki  maneələri  və 
çətinlikləri aradan qaldırmaqdan ibarətdir. 
 
II. Cari müqaviləyə aid tərəflər  
Bu Müqavilə məsələyə aidiyyəti olan aşağıda qeyd edilən tərəflər arasında bağlanır: 

 
Azadlığa  buraxıldıqdan  sonra  müalicə  davam  etdirilən  mülki  vərəm  əleyhi  tibb 
müəssisələrinin  bu  fəaliyyətini  təşkil  və  nəzarət  edən  Səhiyyə  Nazirliyinin  məsul 
qurumu  qismində  Direktor  cənab  Elcan  Məmmədbəyovun  təmsil  etdiyi  Elmi-
Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu (SN ETACXİ) 
 

 
Azadlığa  buraxıldıqdan  sonra  xəstələrin  müalicəyə  sadiqliyinə  və  müalicənin 
sonadək  çatdırılmasına  nail  olmaq  məqsədilə  sosial  dəstəyi  təmin  edən  qurum 
qismində  Direktor  cənab  Elçin  Muxtarlının  təmsil  etdiyi  “Sağlamlığa  Xidmət” 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə