Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
125
İctimai Birliyi qeyri-hökumət təşkilatı, QF-un 9 cu Raund Vərəm Layihəsinin sub-
resipiyenti (SX İB)
III. Tərəflərin öhdəlikləri
III. 1. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu (SN
ETACXİ)
Bu Müqaviləni imzalamaqla SN ETACXİ:
1.
Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli şəxslərin mülki vərəm əleyhi
tibb müəssisələrində heç bir ayrı-seçkilik qoymadan qeydiyyata alınmasını və müalicənin
müalicə sxeminə və fazasına uyğun olaraq DOT qaydalarına riayət etməklə davam
etdirilməsini təmin edir;
2.
Müalicəsi tamamlanmadan azadlığa buraxılmış vərəmli xəstələrin mülki vərəm
əleyhi tibb müəssisələrində (DOT kabinetlərdə, vərəm dispanserində və s.) müalicələrinin
davam etdirilməsi üçün gündəlik işləri yerinə yetirəcək məsul işçi təyin edir;
3.
Xəstəni İMM-dən ona verilən epikriz və “TB 09” köçürülmə sənədinin əsasında
vərəm əleyhi tibb müəssisəsində qeydiyyata alır və bu barədə məlumatı SX İB vasitəsilə
yaxud birbaşa (məktub, faks, elektron poçt və.s.) İMM-yə (xəstənin gəldiyi tibb
müəssisəsinə) ötürür;
4.
Azadlığa buraxılmış xəstənin müalicəsinin davam etdirilməsi zamanı mülki vərəm
əleyhi tibb müəssisələrində istifadə olunan bütün lazımi qeydiyyat formalarından (“TB 01”
və s.) istifadə edir;
5.
Azadlığa buraxılan 1-ci sıra dərmanlarla müalicə alan (DH-vərəm) vərəmli xəstələri
müalicə başa çatana kimi bütün zəruri dərman preparatlarıilə təmin edir;
6.
Azadlığa buraxılan 2-ci sıra dərmanlarla müalicə alan (DD-vərəm) vərəmli xəstələri
müalicə başa çatana kimi vərəm əleyhi dərmanlar istisna olmaqla bütün digər zəruri dərman
preparatları ilə təmin edir;
7.
Azadlığa buraxılmış DD-vərəmli xəstələrdə 2-ci sıra dərmanların yanaşı təsirlərini
aradan qaldırmaq məqsədilə DOT məntəqələrini lazımi dərmanlarla təmin edir;
8.
Azadlığa buraxılan DD-vərəm xəstəsinə təyin edilmiş müalicə sxeminə uyğun olaraq
QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş 2-ci sıra dərmanların 1 aylıq
ehtiyatının DOT məntəqələr tərəfindən SX İB-dan təhvil alnmasını təmin edir (bu prosedura
sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi
davam edir);
9.
Azadlığa buraxılan DD-vərəm xəstəsinin müalicəsi üçün təhvil alınmış 2-ci sıra
dərmanların sərfiyyatı barəsində məlumatı hər ay əvvəlki ay üçün SX İB-yə təqdim edir;
10.
Azadlığa buraxılan vərəm xəstələrinin müalicəsi başa çatana kimi (DD-vərəm
xəstəsindən hər ay, DH-vərəm xəstəsindən isə təyin olunmuş müvafiq dövrlərdə) bəlğəm
nümunəsi götürülməsini və SX İB-nin əməkdaşı vasitəsilə laboratoyaya göndərilməsini
təşkil edir;
11.
Müalicə zamanı xəstəyə lazım olan rentgen və digər (EKQ, USM və s.) müayinələrin
aparılmasını təmin edir;
12.
Layihənin həyata keçirilməsi məqsədilə SX İB-ni əməkdaşlərı üçün zəruri şərait
yaradır və cari müqavilə əsasında onlar tərəfindən irəli sürülən əsaslandırılmış məsələləri
həll edir;
13.
QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində azadlığa buraxılan vərəmli xəstələr
üçün sosial dəstək məqsədilə nəzərdə tutulmuş nəqliyyat xərci və digər həvəsləndiriciləri
SX İB-dən təhvil alnmasını və tələb olunan qaydada onların gündəlik qeydiyyatının
aparılmasını, sərfiyyatı barəsində məlumatı hər ay əvvəlki ay üçün SX İB-yə təqdim
edilməsini təmin edir;
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
126
14.
Müalicə kursunun sonunda, müalicə nəticələri də daxil olmaqla, laboratoriya və
rentgen müayinələrinin nəticələrini vərəmli xəstələrin məlumat bazasına daxil edilməsi üçün
SX İB vasitəsilə ƏN TBİ-nə göndərir;
15.
Vərəm əleyhi dispanserlərə, periferik DOT məntəqələrinə və xəstələrə baş çəkmə
səfərləri zamanı heç bir fərq qoyulmadan keçmiş məhkum xəstələrin müalicələri ilə
maraqlanır və problemlərin həllinə çalışır;
16.
Müalicə müddəti ərzində beynəlxalq standartlara uyğun infeksiyaya nəzarət
tədbirlərini həyata keçirir;
17.
DD-vərəmli xəstələrə psixoloji dəstək göstərir, məsləhətləşmələr aparır və əgər
lazım gələrsə xəstələri psixiatrik xidmətlə təmin edir, eyni zamanda xəstə və onun ailə
üzvləri arasında səhiyyə maarifi işi aparır;
18.
Mülki vərəm əleyhi tibb müəssisələrinin məsul tibb işçisi, SX İB-nin masul
əməkdaşı və azadlığa buraxılan vərəmli xəstə arasında üç tərəfli müqavilənin imzalanmasını
təsdiqləyir.
III. 2. “Sağlamlığa Xidmət” İctimai Birliyi (SX İB)
Bu Müqaviləni imzalamaqla, SX İB:
1.
Zəruri tibbi sənədləri ETACXİ-yə və ya mülki vərəm əleyhi tibb müəssisələrinə
çatdırmaqla müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələrin qeydiyyata
götürülməsini təşkil edir, onların müalicəni davam etdirmələrinə nəzarət edir və dəstək
göstərir;
2.
Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstə ilə ən azı bir ay əvvəl
görüşür, onun müalicəsinin mülki sektorda davam etdirilməsinn təşkili üçün bütün lazımi
məlumatları (onun ailəsi, yaxınları barəsində) əldə edir, zəruri məlumatları ETACXİ-yə və
ya vərəm əleyhi tibb müəssisələrinə təqdim edir;
3.
Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələr arasında müalicəyə
sadiqliyi təmin etmək məqsədilə onlara psixo-sosial dəstək göstərir, müalicənin mülki
sektorda davam etdirilməsinin və tam kurs müalicə almanın vacibliyinə dair onlar arasında
maarifləndirmə işi aparır və sorğu anketi doldurur;
4.
Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin mülki
vərəm əleyhi tibb müəssisələrində təşkili məqsədilə xəstə azdlığa buraxılmazdan əvvəl onun
qeydiyyatda olduğu ünvan üzrə tibb müəssisəsi ilə əlaqə saxlayır və məlumat mübadiləsi
aparır;
5.
Azadlığa buraxılan vərəmli xəstənin müalicə və müayinələrinə dair sənədlərin və
qeydiyyat vərəqələrinin surətini İMM-dən əldə edir və onları ETACXİ-yə və ya xəstənin
müalicəsi aparılacaq tibb müəssisəsinə təqdim edir;
6.
Azadlığa buraxılmasına azı 10 gün qalmış DD-vərəmli xəstəyə təyin edilmiş müalicə
sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş 2-ci sıra
vərəm əleyhinə dərmanların 1 aylıq ehtiyatını İMM-dən təhvil alır (bu prosedura sonrakı
dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam
edir);
7.
Azadlığa buraxılan DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq
QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində İMM-dən təhvil alınmış 2-ci sıra vərəm
əleyhinə dərmanların 1 aylıq ehtiyatını xəstənin müalicəsi davam etdirilən tibb müəssisəsinə
təhvil verir (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və
müalicə başa çatana kimi davam edir);
8.
Azadlığa buraxılan vərəmli xəstələr üçün QF 9-cu Raund Vərəm Layihəsi
çərçivəsində nəzərdə tutulmuş aylıq nəqliyyat xərci və digər həvəsləndiricilərin 1 aylıq
ehtiyatını müalicə davam etdirilən tibb müəssisəsinə təhvil verir (bu prosedura sonrakı
dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam
edir);
Dostları ilə paylaş: |