Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
117
3.1.
Xüsusi cədvəl üzrə ildə iki dəfə (mart-aprel və sentyabr-oktyabr aylarında) istintaq
təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan İİV-ə yoluxmuş şəxslərin
vərəmə görə sorğu-skrininqdən və həkim-mütəxəssislərin baxışından keçirilməsi,
nəticələrinin fərdi ambulator kitabçalara qeyd edilməsi təmin edilsin.
3.2.
Skrininqin, həkim baxışlarının və Xpert TB Rif-in nəticələrinə əsasən fəal vərəm inkar
edilən hallarda həmin şəxslərə 6 aylıq «İzoniazid 300 mq + Piridoksin 50 mq» İPT kursu
təyin edilsin.
3.3.
Növbəti müayinə zamanı təyin edilmiş müalicə kursunun gedişi və qiymətləndirilməsi
həyata keçirilsin, bu barədə ambulator kitabçada xüsusi qeydlərin aparılması təmin
edilsin.
3.4.
Hər bir İİV-ə yoluxmuş şəxsə İPT kursunun beş ildən bir təkrarlanması təmin edilsin.
3.5.
İPT ilə bağlı həyata keçirilən işlər elektron məlumat bazasına daxil edilsin (Abbasəli
Sadıqov, Elnur Məmmədov).
4.
Penitensiar müəssisələrin TSH rəislərinə tapşırılsın:
4.1.
İldə iki dəfə (fevral-mart və avqust-sentyabr aylarında) müəssisələrdə saxlanılan
İİV-ə yoluxmuş şəxslərdən götürülmüş bəlğəm nümunələrinin (hər
şəxsdən bir nümunə
olmaqla) Xpert TB Rif üsulu ilə müayinə üçün cədvəl üzrə laboratoriyalara göndərilməsi
(Əlavə 1) və nəticələrin fərdi ambulator kitabçalarda əks olunması təmin olunsun (TSH
rəisləri, Ceyhun Həsənov).
4.2.
Xpert TB Rif müayinəsinin nəticəsi MTB müsbət olduqda, qısa müddətdə məhkumun
İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsi təmin edilsin.
4.3.
Skrininq zamanı İİV-ə yoluxmuş şəxsdə fəal vərəmin olmasına şübhə doğuran dörd
əlamətlərdən biri müşahidə edildikdə (davamlı hərarət, iki-üç həftədən artıq davam edən
öskürək, tərləmə, çəkinin azalması) həmin şəxsdən bir bəlğəm nümunəsinin götürülərək
əkmə müayinəsi üçün İMM-nin laboratoriyasına göndərilməsi təmin edilsin (TSH
rəisləri, Rasim Tahirli).
4.4.
Skrininq zamanı fəal vərəmin olmasına şübhə doğuran əlamətlərdən biri müşahidə
edildiyi, lakin bakteriolojı müayinə nəticəsində vərəm təsdiq edilmədiyi halda həmin
şəxsə on dörd günə qədər müddətə qeyri-spesifık müalicə təyin edilsin. Dinamiki
müşahidədə həmin əlamətlər aradan qaldırıldıqdan sonra İPT kursunun təyin edilməsi
üçün məhkum təkrarən həkim briqadasına təqdim edilsin. Əlamətlər aradan qalxmadığı
halda məhkumun ətraflı müayinə üçün Müalicə müəssisəsinə göndərilməsi təmin edilsin.
4.5.
İPT kursunun qəbulu TSH-nin həkimlərinin müşahidəsi altında aparılsın və bunun
qeydiyyatı xüsusi formalı vərəqələrdə əks olunsun (Əlavə 2). Qeydiyyat aparılmış
vərəqələr İİV-ə yoluxmuş şəxslərin ambulator kitabçalarına tikilsin.
5.
Müalicə müəssisəsi tibb xidmətinin baş həkiminə tapşırılsın (Bəhruz Mirzəyev):
5.1.
Müalicə müəssisəsinin tibb xidmətində fəal vərəm aşkar edilmiş İİV-ə yoluxmuş
şəxslərin qısa müddətdə İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsi təmin
edilsin.
5.2.
Müayinələr nəticəsində fəal vərəm inkar edilmiş İİV-ə yoluxmuş şəxslərə İPT kursunun
aparılması təmin edilsin.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
118
6.
İxtisaslaşdırılmış müalicə müəssisəsinin təsərrüfat briqadasında saxlanılan məhkumlar
arasında bu əmrin 3.1; 3.2; 3.3; 3.4; 3.5; 4.1; 4.3; 4.4. və 4.5. bəndlərində müəyyən olunmuş
qaydada İPT kursunun aparılması təmin edilsin (Nəhmət Rəhmanov).
7.
İPT kursunda istifadə olunan dərmanlara tələbatın proqnozu, onların satın alınması,
müvafıq şəraitdə saxlanılması, paylaşdırılması və qeydiyyatın aparılması təmin edilsin (Rafıq
Xudayev, Füzuli Hüseynov,
Ariz Quliyev, Abbasəli Sadıqov, Elnur Məmmədov)
8.
Əmrin icrasına nəzarət Tibb baş idarəsinin rəis müavini Murad Süleymanova həvalə
edilsin.
9.
Əmr aidiyyəti üzrə elan edilsin.
Tibb baş idarəsinin rəisi
tibb xidməti general-mayoru
Rəfail Mehdiyev
Əlavə 1
Müəssisələr üzrə İİV-ə yoluxmuş şəxslərin
bəlğəm nümunələrinin
Xpert TB Rif üsulu ilə müayinəsi təhkim olunmuş
laboratoriyalar
İMM-nin tibb xidməti laboratoriyası - CM-2, TM, CM-4, CM-9, CM-16, CM-17, İT-3
MM-nin tibb xidməti laboratoriyası - CM-1, CM-6, CM-11, CM-15
BİT-in laboratoriyası - CM-5, CM-7, CM-10, BİT, İT-2
CM-13-ün laboratoriyası - CM-8, CM-12, CM-13, CM-14, Həbsxana
Əlavə 2
İzoniazidlə Preventiv Terapiya (İPT) kursunun qəbulunun qeydiyyat vərəqəsi
İPT kursu təyin edilmiş şəxsin soyadı, adı, atasının adı. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
Təvəllüdü . . . . . . . . . . . . . . Qeydiyyat №-si . . . . . . . . . . . . . . . CM- . . . . . .
Gündəlik qəbul edilən dərmanlar və dozası:
İzoniazid - 300 mq
və
Piridoksin - 50 mq
Müalicə başlanıb . . . . . . . . . . . . . . . . . . . . . . Müalicə başa çatıb . . . . . . . . . . . . . . . . . . . . . . Sayca neçənci müalicə кursudur . . . . .
Aylar
1
1
2
2
3
3
4
4
5
5
6
6
7
7
8
8
9
9
1
10
1
11
1
12
1
13
1
14
1
15
1
16
1
17
1
18
1
19
2
20
2
21
2
22
2
23
2
24
2
25
2
26
2
27
2
28
2
29
3
30
3
31
TSH-nin rəisi . . . . . . . . . . . . . . . . . . / . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
imza adı və soyadı
İPT kursunu təyin etmiş məsul həkim . . . . . . . . . . . . . . . . . . / . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
imza adı və soyadı