Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə61/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   57   58   59   60   61   62   63   64   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
139 
 
Ərzaq anbarı 
Azadlığa  buraxılan  vərəmli  xəstələr  üçün  QF  9-cu  Raund  Vərəm  Layihəsi 
çərçivəsində  əldə  olunmuş  əlavə  qida  məhsulları  xəstə  azadlığa  buraxıldıqdan  sonra,  iki 
nüsxədə  hazırlanmış  akt  əsasında  İMM-dən  SX  İB-nə  təhvil  verilir.  SX  İB-nin  anbarına 
daxil  olan  ərzaqlar,    SX  İB-nin  anbara  məsul  əməkdaşı  tərəfindən  qəbul  edilir,  ərzaqların 
sayı və son istifadə tarixi göstərilməklə “Anbar qeydiyyat jurnalına” daxil edilir.  
Anbarın daim eyni temperaturda saxlanılması üçün kondisioner davamlı olaraq işləyir. 
Anbarda  havanın  hərarətinə  və  rütubətliliyinə  nəzarət  etmək  üçün  xususi  temperaturu  və 
rütubətliliyi  ölçən  cihaz  quraşdırılıb  və  cihazın  göstəriciləri  xüsusi  tərtib  olunmuş 
“temperatur və rütəbətliliyin qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir. 
SX İB-nin anbara məsul əməkdaşı hər DH-vərəmli və DD-vərəmli xəstə üçün 1 aylıq 
ərzaq  məhsullarını  yığaraq  ayrı-ayrı  paketlərdə  qablaşdırır.  Ərzaqlar  qablaşdırıldıqdan 
sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm əleyhinə tibb müəsisəsində (DOT 
məntəqədə) ABVX-nin  müalicəsinin davam  etdirilməsinə  məsul  tibb işçisinə təhvil verilir. 
Akt  SX  İB-nin  direktorunun  imzası  ilə  bir  tərəfdən  təhvil  verən  SX  İB-nin  həkim 
koordinatoru digər tərəfdən təhvil alan VƏTM-nin tibb işçisi tərəfindən imzalanır. 
Anbara  qəbul  edilən  ərzaqlar  “Anbar  qeydiyyat  jurnalına”  daxil  edildəkdən  sonra, 
elektron  məlumat  bazasına  daxil  edilir.  (baza  Excel  proqramlında  hazırlandığı  üçün 
qoyulmuş  formula  vasitəsilə  avtomatik  olaraq  aylıq,  illik,  mədaxil,  məxaric  və  balans 
göstərilir) 
Azadlığa  buraxılan  DD-vərəmli  xəstələr  onlar  üçün  (Beynəlxalq  mütəxəssislərin 
rəyinə  əsasən)  nəzərdə  tutulmuş  əlavə  ərzaq  məhsulları  (un,  qarabaşaq,  düyü,  şəkər  tozu, 
yağ, makaron məhsulları, qatılaşdırılmış süd, kakao, mərcimək) ilə də təmin edilirlər.  
 
Sub-resipientə aid nəqliyyat vasitəsinin istismarı 
 
 
Təyinatı üzrə istifadə 
QF 9-cu Raund Vərəm Layihəsinin Sub resipiyenti Sağlamlığa Xidmət  ictimai birliyi 
layihə çərçivəsində satın alınmış iki nəqliyyat vasitəsinə malikdir. (Niva Chevrolet və KİA 
Sportage)  Nəqliyyat  vasitəsinin  biri  Azərbaycan  rayonlarına  monitorinq/superviziya 
səfərləri,  təminat-təchizat,  müalicənin  izlənilməsinə    nəzarət  və  müayinələrin  daşınması 
üçün nəzərdə tutulub, digəri eyni məqsədlər və layihə rəhbərinin və əməkdaşlarının İMM-
yə və digər qurumlara daşınması üçün nəzərdə tutulmuşdur.  
 
 Yanacaq sərfiyyatının qeydiyyatı və hesabatı 
Nəqliyyat  vasitələrinin  istifadəsinə  nəzarət  etmək  məqsədilə  “Marşrut  qeydiyyat 
kitabçasından”  istifadə  olunur.  Kitabçada  tarix,  səfər  zamanı  qət  edilən  məsafə,  gedilən 
mənzil, istifadə olunan yanacaq və dövri yağ dəyişmə barədə gündəlik qeydlər aparılır. 
Hər  ayın  əvvəlində  ötən  ayın  yanacaq  sərfiyyatı,  sürülən  məsafə  (km),  yağ  dəyişmə, 
nəqliyyat vasitəsinin təmiri barəsində xüsusi hesabat forması doldurularaq ƏR-təqdim edilir. 
 
Təmir  
SR-in  sərəncamında  olan  nəqliyyat  vasitələrinin  təmiri  SR-in  büdcəsi  hesabına 
müvafiq müqavilə əsasında nəqliyyat vasitələrinin təmiri sexində həyata keçirilir.  
Nəqliyyat  vasitəsinin  yağ  dəyişmə  xidməti  təyin  olunmuş  km  göstəricisinə  müvafiq 
olaraq  yerinə  yetirilir  və  eyni  zamanda  avtomobilə  ümumi  texniki  baxış  keçirilərək  lazım 
olan  nasazlıqlar  təmir  olunmaqla/lazım  gələn  ehtiyyat  hissələri  dəyişdirilməklə  aradan 
qaldırılır. 
Göstərilən  xidmətlərə  görə  təyin  olunmuş  xidmət  haqqı  SX  İB  tərəfindən  İcraçının  
bank hesabına köçürülür. 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
140 
 
Inventarizasiya 
SX İB-nin satın alınmaqla, bağışlanmaqla yaxud ianə yolu ilə əldə etdiyi bütün mal və 
avadanlıqlar  əldə  olunma  tarixinə  uyğun  ardıcıllıqla  SX  İB-nin  “İnventar  qeydiyyat 
jurnalında” qeyd edilir. 
 Satın alınmaqla, bağışlanmaqla, yaxud ianə yolu ilə SX İB-nin əldə etdiyi bütün mal 
və avadanlıqlar kodlaşdırılır və kod nömrələri onların üzərinə yapışdırılır. 
Müəyyən olunmuş dövrü interval üzrə SR və ƏR tərəfindən onların inventarizasiyası 
aparılır.  
 
Elektron məlumat bazası, o cümlədən Coğrafi Məlumatlar Bazası (GİS) 
SX  İB,  GFATM  9-cu  raund  vərəm  layihəsi  çərçivəsində  SR  layihəsinə  aid  bütün 
məlumatların  daxil  edilməsi  və  onların  idarə  olunması  üçün    SX  İB  tərəfindən  yaradılmış 
GİS elektron məlumat bazasından istifadə olunur. Bu məlumat bazası ABVX-nə aid bütün 
məlumatların;  tibbi,  qeyri-tibbi  və  SX  İB  tərəfindən  təmin  olunan  sosial  dəstək  barədə 
məlumatların    daxil  edilməsi  və  bu  məlumatların  qrafiki,  coğrafi  və  cədvəl  şəklində 
görüntülərlə təqdim olunması üçün istifadə  edilir. Həmçinin,  bu məlumat  bazası  vasitəsilə 
layihənin  səmərəliliyinin  öyrənilməsi  və  onun  daha  da  təkmilləşdirilməsi  məqsədilə  lazımi 
araşdırmalar  apararılır  və  beynəlxalq  konfranslarda  təqdim  olunması  üçün  SR  layihəsinin 
uğur və nailiyyətləri barəsində məqalələr hazırlanması zamanı istifadə olunur. 
SX  İB,  ABVX-nin  müayinə  və  müalicəsinə  dair  məlumatların  əldə  olunması  üçün 
digər elektron məlumat  bazasından da istifadə edir. Belə ki,  BQXK-nin  dəstəyilə CDC-nin 
müəllifi  olduğu  EPİ  İNFO  proqramında  yaradılmış  ƏN  İMM-nə  məxsus    məlumat 
bazasından  istifadə  etməklə  ABVX-nin  müayinə  və  müalicəsinə  dair  lazım  gələn 
məlumatları  əldə  edir,  onlar  barəsində  oradakı  məlumatları  SX  İB-də  olan    məlumatlarla 
müqayisə  edir  və  ABVX-nin  məlumatlarını  ümumi  xəstələrlə  birlikdə    analiz  edir  və 
təhlillər aparır. 
SR tərəfindən bu məlumat bazasına heç bir məlumat daxil edilmir.  
 
Satınalmalar, o cümlədən texniki yardımın satınalınması 
ƏR ilə bağlanmış müqavilə çərçivəsində SR-in Layihəyə dəstəyin bir hissəsi kimi ƏR 
tərəfindən  verilən  qrant  vəsaiti  hesabına  aldığı  avadanlıq  və  təchizatlar  Layihəyə  dəstəyin 
həyata keçirilməsi üçün zəruri olan avadanlıq və materiallarla məhdudlaşır. SX İB bu kimi 
satın  alınmış  materialların  dəyərinin  Müqaviləyə  əsasən  ayrılan  vəsait  hesabına  ödəyir  və 
ƏR  tərəfindən  müəyyən  edilmiş  İllik  İş  Planına  əsasən  SX  İB  satınalma  işlərini  həyata 
keçirir. Alınan avadanlıq və materialların göstəricilərini, kəmiyyətini və çatdırılma tarixləri 
müqavilədə  göstərilir.  Belə  satınalınmalar  zamanı  ƏR  və  SR  arasında  bağlanmış 
müqavilənin  əlavəsində  nəzərdə  tutulmuş  proseduralar  əsasında  həyata  keçirir.  Məsləhətçi 
SR-lə  bağladığı  müqavilənin  icrası  zamanı  əldə  etdiyi  hər  hansı  bir  məlumatı  tam  məxfi 
saxlayır.  
SR Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumla əlaqədar olaraq  maraqların 
toqquşacağını güman edərsə Layihəyə dəstəklə sıx bağlı olan hər hansı bir Program üçün 
mal, cihaz və ya digər texniki dəstəkdən (SR - lə olan müqavilədə nəzərdə tutulmuş 
Layihəyə dəstəyi çıxmaq şərti ilə) Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumu 
məhrum etmək hüququna malikdir.  
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə