Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə60/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
137 
 
 
Müalicə və laboratoriya xidmətləri 
Dərman təchizatı  
Azadlığa buraxılmasına azı 10 gün qalmış DD-vərəmli xəstəyə təyin edilmiş müalicə 
sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş 2-ci sıra 
vərəm  əleyhinə  dərmanların  1  aylıq  ehtiyatı  İMM  tərəfindən  SX  İB-nə  təhvil  verilir  (bu 
prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa 
çatana  kimi  davam  edir).  Dərmanlar,  iki  nüsxədə  hazırlanmış  tərəflərin  imzası  ilə 
təsdiqlənmiş akt əsasında İMM-dən SX İB-yə təhvil verilir.  
İMM-dən DD-vərəmli xəstələr üçün təhvil götürülən vərəm əleyhi dərmanlar SX İB-
nin anbarında yerləşdirilir və daxil olan zaman onların miqdarı “Anbar qeydiyyat jurnalına” 
daxil edilir.  
Dərmanlar,    SX  İB-nin  anbara  məsul  əməkdaşı  tərəfindən  qəbul  edilir,  qeydiyyatı 
aparılır və hər DD-vərəm  xəstəsinin müalicə sxeminə uyğun olaraq  yığılaraq qablaşdırılır. 
Soyuq  şəraitdə  saxlanılması  vacib  olan  dərmanlar  (PASK  və  s.)  anbarın  soyuducusunda 
saxlanılır. 
Dərmanlar qablaşdırıldıqdan sonra,  iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm 
əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə 
məsul  tibb  işçisinə  təhvil  verilir.  Akt  bir  tərəfdən  SX  İB-nin  direktoru  və  həkim 
koordinatoru digər tərəfdən təhvil alan tibb işçisi tərəfindən imzalanır. 
Əgər  xəstənin  dərmanları  hər  hansı  səbəbdən  (xəstə  yenidən  həbs  olunarsa, 
müalicədən  imtina  edərsə,  ölərsə  və  s.)  istifadə  olunmazsa,  həmin  dərman  preparatları 
aktlaşdırılaraq MVƏM-dən geri götürülür və İMM-yə akt vasitəsilə təhvil verilir. 
Xəstə müalicəsini davam etdirdiyi müddətdə 2-ci sıra vərəm əleyhi dərmanların səbəb 
olduğu əlavə təsirləri aradan qaldırmaq məqsədilə xəstənin həkimi tərəfindən təyin olunmuş 
tələbata uyğun olaraq dərman preparatlarının 3 (üç) aylıq  ehtiyatı iki nüsxədə  hazırlanmış, 
tərəflərin imzası ilə təsdiqlənmiş akt əsasında İMM-dən SX İB-yə təhvil verilir. Xəstələrdə 
müşahidə olunan əlavə təsirlərə müvafiq olaraq DD-vərəm xəstəsinə lazım gələn əlavə təsir 
dərmanları SX İB tərəfindən akt əsasında mülki vərəm əleyhi müəssisələrə çatdırılır. 
 
Bəlğəm müayinəsi 
ABVX müalicəsini mülki sektorda davam etdirən zaman laborator müayinələr əsasən 
ƏN  PX  İMM-nin  laboratoriyasında  aparılır.  Xəstəyə  başçəkmə  səfəri  zamanı  məsul  tibb 
işçisi  tərəfindən  ən  azı  iki  bəlğəm  nümunəsi  (bir  nümunə  səhər,  ikincisi  isə  günorta 
saatlarında  SX  İB-nin  əməkdaşının  nəzarəti  altında)  götürülərək  SX  IB-nin  nəqliyyat 
vasitəsilə ƏN İMM-ə çatdırılır. 
Bəlğəm  nümunələri məsul  tibb işçisindən təhvil alınarkən onun kimə  məxsus  olduğu 
bəlğəm  konteynerinin  üzərində  (bəlğəm  götürülməzdən  əvvəl)  yazılmış  olmalıdır.  SX  İB-
nin  əməkdaşı  bəlğəm  nümunəsinin  qeydiyyatını  “Mikobakterioloji  müayinə  nəticələri” 
adlanan  bəlğəm  qeydiyyat  vərəqində  götürülmüş  bəlğəm  nümunələrinin  kimə  məxsus 
olduğunu (ad, soyad və ata adı), xəstənin müalicə qeydiyyat nömrəsi, müalicə ayı və s. qeyd 
edərək  təhvil  götürür.  Bəlğəm  nümunələrinin  götürülməsi  ÜST-nın  tövsiyyələrinə  uyğun 
olaraq aparılır. 
ABVX-nin  müalicəsi  başa  çatana  kimi  bəlğəm  nümunələri  DD-vərəmli  xəstədən  hər 
ay,  DH-vərəmli  xəstədən  isə  müalicənin  müvafiq  mərhələlərində  (intensiv  mərhələnin 
sonunda,  uzadılmış  mərhələnin  sonunda,  davamedici  mərhələnin  ortasında  və  müalicənin 
sonuncu  ayında)  mülki  tibb  müəssisələrində  tibb  işçisi  tərəfindən  götürülür.  SX  İB-nin 
əməkdaşı xəstənin müalicəsi davam etdirilən tibb müəssisəsinə səfər etməzdən bir gün əvvəl 
məsul  tibb  işçisinə  səfərin  tarixi  və  vaxtı  barəsində  məlumat  verir  və  xəstədən  bir  bəlğəm 
nümunəsinin  götürülməsini  xahiş  edir.  Səfər  zamanı  xəstə  ilə  görüşülən  vaxt  SX  İB-nin 
müşahidəsi altında xəstədən ikinci bəlğəm nümunəsi götürülür. 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
138 
 
ABVX-dən götürülmüş bəlğəm nümunələri xüsusi konteynerlərdə mümkün qədər qısa 
müddətdə laboratoriyaya çatdırılır.  
ABVX-in  müalicə  başa  çatanadək  dövri  bakterioloji  müayinələrinin  (bəlğəminin 
yaxma,  əkmə  və  DHT)  nəticələri  müvafiq  göndərişlərə  qeyd  olunduqdan,  SX  İB-nin 
elektron məlumat bazasına və “Laborator nəticələrinin qeydiyyat jurnalına” daxil edildikdən 
sonra SX İB-nin əməkdaşı vasitəsilə xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsinə 
təqdim edilir. 
             Digər müayinələrin aparılması 
Müalicənin müvafiq dövrlərində xəstəyə lazım olan rentgen və digər (EKQ, USM və 
s.) müayinələr xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsi tərəfindən aparılır; 
 
Xəstənin müalicə nəticəsi 
Azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicə sxemlərinə korreksiyalar edilməsi 
və ya müalicənin dayandırılması İMM-nin  HKK qərarı ilə yerinə yetirilir. 
DD-vərəmli  xəstələrin  müalicəsi  HKK-nın  qərarı  ilə  dayandırılan  zaman,  HKK-nın 
sədri,  HKK-nın  katibi  və  SX  İB-nin  imzaları  ilə  təsdiqlənmiş  sənəd  xəstənin  müalicəsini 
davam etdirən MVTM-nə təqdim edilir 
DH-vərəmli xəstələr müalicəsinin dayandırılması MVTM-nin məsul həkimi tərəfindən 
müalicə nəticələri qeyd edilməklə xususi sənəd doldurulur, imzalanıb möhürlənir və SX-nin 
təsdiqi ilə ƏN İMM-nə təqdim edilir.  
Xəstələrin  müalicə  nəticələri  barədə  məlumatlar  yuxarıda  qeyd  olunan  sənədlər 
əsasında    ƏN  İMM-nin  müvafiq  qeydiyyat  sənəd  və  jurnallarında  qeyd  edilərək  elektron 
məlumat bazasına daxil edilir.  
1.1.
 
Dərman və ərzaq anbarının idarə olunması 
QF-un  9-cu  Raund  vərəm  layihəsinin  Sub  resipiyenti  SX  İB-nə  aid  dərman  və  ərzaq 
anbarı qəbul olunmuş standartlara uyğun olaraq idarə olunur.  
 
Dərman anbarı 
Azadlığa buraxılan DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq 
QF  9-cu  Raund  Vərəm  Layihəsi  çərçivəsində  əldə  olunmuş  İSD  xəstə  azadlığa 
buraxıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında İMM-dən SX İB-nə təhvil verilir. 
SX  İB-nin  anbarına  daxil  olan  dərmanlar,    SX  İB-nin  anbara  məsul  əməkdaşı  tərəfindən 
qəbul  edilir,  dərmanların  sayı  və  son  istifadə  tarixi  göstərilməklə  “Anbar  qeydiyyat 
jurnalına” daxil edilir. Dərmanlar səliqə ilə taxçalarda müvafiq yerlərdə yerləşdirilir. Soyuq 
şəraitdə saxlanılması vacib olan dərmanlar (PASK və s.) anbarın soyuducusunda saxlanılır.  
Anbarın  daim  eyni  temperaturda    saxlanılması  üçün  kondisioner  davamlı  olaraq 
işləyir.  Anbarda  havanın  hərarətinə  və  rütubətliliyinə  nəzarət  etmək  üçün  xüsusi  cihaz 
quraşdırılıb  və  cihazın  göstəriciləri  xüsusi  tərtib  olunmuş  “temperatur  və  rütəbətliliyin 
qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir. 
 SX İB-nin anbara məsul əməkdaşı hər DD-vərəm xəstəsinin müalicə sxeminə uyğun 
olaraq xəstələrin dərmanlarını yığaraq qablaşdırır. 
Dərmanlar qablaşdırıldıqdan sonra,  iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm 
əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə 
məsul  tibb  işçisinə  təhvil  verilir.  Akt  bir  tərəfdən  SX  İB-nin  direktoru  və  həkim 
koordinatoru digər tərəfdən təhvil alan tibb işçisi tərəfindən imzalanır. 
Anbara  qəbul  edilən  dərmanlar  “Anbar  qeydiyyat  jurnalına”  daxil  edildəkdən  sonra, 
elektron  məlumat  bazasına  daxil  edilir.  (baza  Excel  proqramlnda  hazırlandığı  üçün 
qoyulmuş  formula  vasitəsilə  avtomatik  olaraq  aylıq,  illik,  mədaxil,  məxaric  və  balans 
göstərilir) 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə