Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
11
19 cəzaçəkmə müəssisəsi (CM): 1 həbsxana, 1 tərbiyə müəssisəsi (yetkinlik
yaşına çatmayanlar üçün), 17 müxtəlif saxlanma rejimli (ümumi, ciddi, xüsusi).
İstintaq təcridxanaları
İT-lər mahiyyətcə PS-ə “giriş qapıları”dır. Məhbus buraya daxil olan vaxtdan ƏN-nin
səlahiyyət dairəsinə düşür. İT-lər daxil olan məhbusların tamdəyərli müayinəsi və cari tibbi
məsələlərin həlli üçün tam təchiz olunmuşdur. Vərəmə nəzarət üzrə bir sıra tədbirlər İT-
lərdən başlayır:
Daxil olanların vərəmə görə yoxlanması (skrininq);
Müraciət əsasında vərəm hallarının aşkarlanması.
İT-lərdə qeyd edilən tədbirləri həyata keçirən ümumi praktika həkimi, həkim-ftiziatr,
həkim-rentgenoloq və feldşer (orta tibb işçisi) ştatları vardır.
Cəzaçəkmə müəssisələri
Azərbaycan qanunvericiliyi məhbusların məhkəmə qərarına əsasən müxtəlif saxlanma
rejimli (ümumi, ciddi, xüsusi və həbsxana) CM-lərdə cəza çəkməsini nəzərdə tutur. Ümumi
və ciddi rejimli CM-lərdə məhbuslar müəssisənin qorunan ərazisi daxilində sərbəst hərəkət
etmək imkanına malikdir.
CM-lərdə vərəmin aşkarlanması üçün aşağıdakı tədbirlər həyata keçirilir:
Daxil olanların vərəmə görə yoxlanması (skrininq);
Kütləvi skrininq;
Müraciət əsasında vərəm hallarının aşkarlanması.
CM-lərdə qeyd edilən tədbirləri həyata keçirən ümumi praktika həkimi, feldşer və / və
ya tibb bacısı (orta tibb işçisi) ştatları vardır.
Əlaqələndirici qurum
Azərbaycan PS-də tibbi təminatı TBİ həyata keçirir. ƏN TBİ-nin nəzdində aşağıda qeyd
edilən tərkibdə vərəm üzrə əlaqələndirici qurum fəaliyyət göstərir:
1 baş inspektor-həkim, PSVNP-nin koordinasiyası üçün məsul şəxs;
1 inspektor-həkim, vərəm hallarının aşkarlanması üzrə məsul şəxs;
1 aparıcı mütəxəssis, vərəmin laborator diaqnostikası üzrə məsul şəxs;
1 aparıcı mütəxəssis, vərəmin şüa diaqnostikası üzrə məsul şəxs;
1 aparıcı mütəxəssis, vərəm/İİV və digər müştərək xəstəliklər üzrə məsul şəxs;
1 aparıcı mütəxəssis, tibbi heyətin peşə hazırlığının artırılması və səhiyyə maarifi işi
üzrə məsul şəxs;
1 aparıcı mütəxəssis, monitorinq, qiymətləndirmə və elektron məlumat bazaları üzrə
məsul şəxs;
1 aparıcı mütəxəssis, vərəməleyhi dərman vasitələri (hesablama, satınalma,
qeydiyyat, bölüşdürmə) üzrə məsul şəxs;
1 epidemioloq.
Əlaqələndirici qurum PSVNP-nin həyata keçirilməsinə və ümumi idarəedilməsinə, onun
Azərbaycanda Vərəmə Nəzarət üzrə Milli Proqrama (VNMP) inteqrasiyasına məsuldur.
PSVNP İMM-də, MM-də və bütün İT-lərin və CM-lərin TSH-də həyata keçirilir.
Əlaqələndirici qurumun vəzifələri:
ƏN sistemində PSVNP üzrə texniki siyasətin müəyyən edilməsi və yenilənməsi;
Bütövlükdə PS üçün profilaktika, aşkarlanma, diaqnozu təyin edilmiş vərəm
hallarının müalicəyə cəlb olunması və vərəməleyhi dərmanlarla fasiləsiz təchizat
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
12
daxil olmaqla vərəməleyhi tədbirlərin planlaşdırılması, proqramın tamlıqla
işləməsinin təmin edilməsi. Bu tədbirlər rüblük (ehtiyac olduqda daha tez) olaraq
müzakirə edilir və zərurət olduqda dürüstləşdirilir;
MM-yə, İMM-yə və TSH-lərə rüblük nəzarət başçəkmələri keçirmək vasitəsilə
PSVNP-nin tətbiqinin superviziya və monitorinqinin aparılması. Başçəkmələrin
məqsədi yerlərdə “Vərəmi Dayandırmaq” strategiyasının elementlərinin və
istiqamətlərinin icra və riayət edilməsinin təmin olunması, dəstəklənməsi və təshih
edilməsidir. Superviziyalar proqramın bütün bəndlərini (aşkarlanma, diaqnostika,
müalicə, dispanser müşahidə, qeydiyyat və hesabat, səhiyyə maarifi işi, laboratoriya
xidməti, dərmanların idarəedilməsi, infeksiyaya nəzarət və s.) əhatə edir.
Yoxlamaların nəticələrinə əsasən aşkar edilmiş problemləri və onların aradan
qaldırılması üzrə tövsiyələri əks etdirən hesabat tərtib edilir. Tam hesabat ƏN TBİ-
nin rəisinə məruzə edilir, surəti yoxlanılan müəssisəyə təqdim olunur;
PSVNP-nin aktual məsələlərinin müzakirəsi, eləcə də vərəmlə mübarizə sahəsində
milli və beynəlxalq nailiyyətlər barədə MM-nin, İMM-nin və TSH-lərin
əməkdaşlarını məlumatlandırılması, həmçinin informasiya mübadiləsi üçün rüblük
olaraq yığıncaqların keçirilməsi;
ƏN TBİ-nin rəisinə ünvanlanmış hesabat tərtib edilməklə PSVNP-nin icrasının illik
monitorinqinin keçirilməsi;
Təlim, müalicə, laborator xidmət, azad olunmuş xəstələrin izlənməsi, vərəm üzrə
qeydiyyat və hesabat daxil olmaqla texniki sənədlərin siyasətinin standartlaşdırılması
yolu ilə PSVNP-nin VNMP-a inteqrasiyasının planlaşdırılması və təmin edilməsi.
Bu, PSVNP-nin və VNMP-nin məsul əməkdaşlarının müntəzəm görüşləri ilə təmin
olunur;
İİV-ə yoluxmuş şəxslər arasında vərəmin profilaktikası, diaqnostikası və müalicəsi
daxil olmaqla Vərəm/İİV üzrə
müştərək tədbirlərin tətbiq edilməsinin
planlaşdırılması və dəstəklənməsi;
Bütün maraqlı dövlət təşkilatlarında vərəmlə mübarizə üzrə tədbirlərin təbliğatı və
vəkilliyi;
PSVNP üçün adekvat işçi heyət siyasətinin təmin edilməsi və bu sahədə tövsiyələrin
verilməsi;
İşçi heyətinin peşə hazırlığını artırmaq məqsədilə PSVNP-ya cəlb olunmuş tibbi və
qeyri-tibbi heyətin müntəzəm təlimlərinin təşkil edilməsi;
PSVNP-nin bütün sahələrinin normal işləməsi üçün zəruri dərman vasitələri,
laborator, məsrəf və digər materiallar ilə fasiləsiz təchizatın təşkil edilməsi;
Diaqnozun təyin edilməsi üçün vərəm ehtimal edilən bütün şəxslərin vaxtında İMM-
yə köçürülməsinə və müalicəyə cəlb olunmasına nəzarət edilməsi;
PSVNP-nin uğurlu aparılması üçün qeydiyyat, hesabat, təhlil və mövcud məlumatın
praktiki tətbiq edilməsi sisteminin təşkili;
Müxtəlif beynəlxalq (Qlobal Fond, ÜST, Beynəlxalq Qızıl Xaç Komitəsi və s.) və
dövlət təşkilatları ilə sahələr arası əməkdaşlığın və tərəfdaşlığın əlaqələndirilməsi.
Dostları ilə paylaş: |