Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
15
Vərəm ehtimal edilən məhbuslar vərəm istisna edilən vaxta gədər ayrıca kameralarda /
otaqlarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan Xpert TB/RIF müayinəsi
üçün bir dəfə bəlğəm götürülür. Pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə köçürülür.
Aşağıda CM-lərdə məhbuslar arasında vərəmi istisna etmək üçün tibbi heyətinin
fəaliyyətinin alqoritmi göstərilir:
Qeyd edilən skrininq nəticəsində vərəmin əlamətləri müəyyən edilməyən İİV-neqativ
şəxslərə PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir.
İMM-yə etap edilənə gədər məhbusların bakterioloji statuslarına müvafiq
bölüşdürülməklə yerləşdiriliməsinə ciddi nəzarət olunur. Xpert TB/RIF müayinəsi üzrə
pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF ilə Rifampisinə davamlılıq
təyin olunanlar isə “DDV” kimi işarələnmiş palatalarda / kameralarda saxlanılır. Aşkar
edilmiş pozitiv və DDV hallar İMM-yə etap edilənə gədər digər məhbuslarla epidemioloji
kontakta girməməlidirlər.
İT-lərdə müayinə alqoritmindən fərqli olaraq CM-lərdə şüa müayinə metodları yoxdur,
vərəm üzrə sorğu vərəqi doldurulur və bəlğəm nümunələri Xpert TB/RIF üsulu ilə
müayinədən keçirilir.
Bəlğəm nümunələrinin İT-lərdən və CM-lərdən həftəlik olaraq daşınması xüsusi
ekspeditor tərəfindən cədvəl üzrə həyata keçirilir. Toplanmış nümunələr ərazi üzrə
penitensiar müəssisələrə təhkim edilmiş laboratoriyalara çatdırılır.
Sorğu / Fiziki
müayinə
Vərəm ehtimal
edilir
Xpert TB RIF
Pozitv nəticə
İMM-yə etap
Xpert TB RIF
üzrə neqativ
AV istisna
edilir/PAL
strategiyası
Vərəm əlamətləri
yoxdur / PAL
strategiyası
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
16
CM-lərdə vərəmə görə kütləvi skrininqlər
Kütləvə skrininqlər bir neçə mərhələlər üzrə həyata keçirilir.
Kütləvi skrininqə hazırlığın və onun keçirilməsinin təfsilatı üçün bax: Əlavə 4.
Kütləvi skrininqin gedişində vərəm hallarının aşkarlanması üzrə iki əsas üsul tətbiq
edilir:
Sorğunun keçirilməsi;
Səyyar rəqəmsal rentgenoqrafiya.
Beləliklə, vərəm ehtimal edilən şəxslərin əsas kütləsini müəyyən etmək mümkün olur.
İT-lərdə və CM-lərdə müraciət əsasında vərəm hallarının aşkarlanması
Vərəmə şübhə doğuran xarakter “ağciyər” şikayətləri və / və ya kliniki əlamətlər ilə
məhbusların həkimə müraciət etdikdə onlar vərəm istisna edilən vaxta gədər ayrıca
kameralarda / otaqlarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan Xpert TB/RIF
müayinəsi üçün bir dəfə bəlğəm götürülür. Pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə
köçürülür. Skrininq nəticəsində vərəmin əlamətləri müəyyən edilməyən İİV-neqativ şəxslərə
PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir.
İMM-yə etap edilənə gədər məhbusların bakterioloji statuslarına müvafiq
bölüşdürülməklə yerləşdiriliməsinə ciddi nəzarət olunur. Xpert TB/RIF müayinəsi üzrə
pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF ilə Rifampisinə davamlılıq
təyin olunanlar isə “DDV” kimi işarələnmiş palatalarda / kameralarda saxlanılır. Aşkar
edilmiş pozitiv və DDV hallar İMM-yə etap edilənə gədər digər məhbuslarla epidemioloji
kontakta girməməlidirlər.
Bəlğəm nümunələrinin İT-lərdən və CM-lərdən həftəlik olaraq daşınması xüsusi
ekspeditor tərəfindən cədvəl üzrə həyata keçirilir. Toplanmış nümunələr ərazi üzrə
penitensiar müəssisələrə təhkim edilmiş laboratoriyalara çatdırılır.
Aşkar olunmuş pozitiv vərəm hallarının epidemioloji kontaktları ilə aparılan tədbirlər
Penitensiar müəssisələrin tibb xidmətləri hər bir aşkar olunmuş pozitiv vərəm halı
barədə 24 saat ərzində təcili bildirişlə TBİ-nin Gigiyena və Epidemiologiya Mərkəzinə
Hazırlıq
•Müəssisədə saxlanılan
məhbusların siyahısının
tərtib edilməsi
•Müəssisənin əməkdaşları
və məhbuslar arasında
sanitariya maarifçiliyi
işinin aparılması.
Skrininq
•Hər məhbus üçün sorğu
vərəqi doldurulur.
• Bütün məhbuslar
rentgen müayinəsindən
keçirilir
•Vərəm ehtimal edilən
şəxslərin müəyyən
edilməsi və onların
siyahısının tərtib
edilməsi
•Vərəm ehtimal edilən
şəxslərdən bəlğəmin
toplanmasl və duru qidalı
mühitdə əkilməsi
Yekun
•Əkmə üzrə pozitiv
halların İMM-yə etap
edilməsi
•Əkmə üzrə neqativ
şəxslərə PAL
strategiyasının tətbiqi
•Ftiziatrın sonrakı baxışı
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
17
(GEM) məlumat verir. Sonrakı dövrdə GEM-in nəzarəti altında İT-lərin və CM-nin TSH-
ləri bu şəxslərin epidemioloji kontaktların müəyyən edilməsi məqsədi ilə epidemik kəşfiyyat
aparırlar. Pozitiv vərəm halı ilə epidemioloji kontaktda olmuş şəxslərin tibbi kitabçalarında
müvafiq qeydiyyat aparılır və onlardan Xpert TB/RIF-də müayinə olunmaq üçün bir dəfə
bəlğəm nümunəsi götürülür. Bəlğəm analizinin neqativ nəticəsi olduqda iki il ərzində hər
altı aydan bir sınaq (Xpert TB/RIF) təkrar edilir. Təcili bildirişin forması üçün bax: Əlavə 5.
Dostları ilə paylaş: |