Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

 
54 
Qəzetin  9-cu  sayında  verilən  bir  elanda  Təbrizin  «Ədəbiyə»  məktəbində 
heç məktəbə getməmiş 7 yaşında uşaqların 4 ay içində fars, türk və ərəb dilində 
yazıb-oxumaq  təklifi  verildiyi  və  məktəbin  ana-atalar  qarşısında  sınaqdan 
keçirildiyi  bildirilmişdir.  32-ci  sayında  eyni  məktəb  öyrəncilərinin,  müəllimlər 
ilə  birlikdə  Təbriz  Əncüməninə  gedib  «Əncümən»  üzvlərinə  türkcə  şeirlər 
oxuduqlarını,  Əncümənin  məktəbə  25  tümən  yardım  etdiklərini  və  qəzetin  hər 
həftə 60 nüsxə öyrəncilərə pulsuz göndərilməyi xəbəri və  orada oxunan şeirlər 
dərc olunmuşdur.  Şeir belə başlayır: 
Məktəbdir ənbiyadə nəbilik əlaməti,  
Məktəbdir ovliyadə vəlilik səadəti. 
Məktəbdir aləmdə yetirən hər hidayəti, 
Məktəbdir orgədən bizə əmri-şəriəti. 
Qəzetin    44-cü  sayında  yenə  də  «Səadət»,  «Ədəbiyyə»,  «Nübar» 
məktəblərinin  öyrəncilərinin  müəllimləri  ilə  birlikdə  teleqraf  mərkəzinə 
getdikləri və orada şeir və xitabə oxuduqları bildirilir. Oxunan xitabədən sadəcə 
«Biz  bir  qaşıq  qanımızı  əlimizə  alıb  millətə  nisar  (qurban  –  P.M.)  eləməyə 
gəlmişik» cümləsini örnək verərək oxunan şeir tamam çap edilmişdir: 
Əməlimiz, əfkarımız iqbali-vətəndir, 
Sərhədimizə qala bizim xaki vətəndir  
Dava günü yeksər görünən qanlu kəfəndir. 
İranlularıq can veribən, nam alaruq biz, 
Davada şəhadətlə kam alaruq biz. 
 
İranlı adı hər ürəgi lərzə salandır, 
Əcdadımızın hibəti
*
 məərufə cahandır.  
Eyni sayda «Pərşəriş» və «Rüşdiyyə» məktəbi öyrənclərinin də oxuduqları 
xitabələr nəşr edilib. 
«Əncümən»  qəzetinin  116-cı  sayının  sonluğu,  3-cü  səhifənin  isə  yarısı 
türkcədir.  Türkcə  olan  mətnlər  əslində  «Səadət»  və  «Nübar»    məktəbləri 
müəllimlərinin danışmalarından ibarətdir. Məktəb öyrənciləri ilə müəllimlərinin 


 
55 
türkcə  şeirlər  oxuyub,  çıxış  etmələri  Təbriz  məktəblərində  türkcənin  təliminin 
hələ  güclü  olduğunun  göstəricisi  idi.  Ancaq  şeirlərdə  və  danışmalarda  diqqəti 
çəkən  ən  önəmli  xüsusiyyət  Güney  azərbaycanlılar    üçün  iranlılığın  üst  kimlik 
kəlməsi və onun hər bir danışmada vurğulanmasıdır. 
Qəzetin  107-ci  sayından  etibarən  əyalət  və  vilayət  əncümənlərinin  qanun 
layihəsi  sırayla  yayınlanmışdır.  Layihəyə  görə  hər  bir  əyalətdə  «Əncumən»in 
bir əyalət əncuməni (məclisi) qurulmuşdu. 
Əncumən  üzvləri  xalqın  səsi  ilə  seçilir,  seçicilərin  İran  təbəəsi  və  21 
yaşından  yuxarı  olması,  əyalətdə  evi  və  mülkü  bulunması,  ya  da  bir  baş  vergi 
verməsi  şərtdir.  Qadınlar  seçimlərə  qatıla  bilməzlər.  Namizədlərə  gəldikdə  isə  
ən az 30 yaşında olub, farsca oxumağı, yazmağı bilməlidirlər. 
Məşrutənin  ana  yasasında  rəsmi  dildən  söz  edilmədildiyi  halda,  farsca 
yazıb-oxumağın şərt bildirilməsi və dolayısı ilə də sadəcə türkcə oxuma-yazma 
bilən  bir  insanın  Azərbaycan  əncuməninə  seçilməsinə  namizəd  olmaqdan 
məhrum  edilməsi  məqbul  məşrutə  dövründə  fars  dilinin  daha  rəsmi  status 
qazanmasına  yol  açan  və  türkcənin  artıq  rəsmi  mərkəzlərdə  bir  işə 
yaramayacağı  anlayışına  gələn  bu  maddə  türklərin  məşrutə  dövründə  
uğradıqları  ən  böyük  zərər  olmuşdur.  Mərkəzi  hökumətin    türklərin  əlində 
bulunması  və  Məşrutə  hərəkatı  bayrağının  da  azərbaycanlıların  əlində    olması, 
türkcənin  də  farscanın  yanında  rəsmi  status  qazana  bilməsi  əlverişli  bir  şərait 
yaratmasına  rəğmən  Azərbaycan  aydınları  bütün  İranı  qurtarmaq    naminə 
Azərbaycanı tamam unutmuşdular. 
Qəzetin  1907-ci  ildəki  1-ci  sayında  Bakıda  nəşr  olunan  «Füyuzat» 
qəzetindən götürülmüş «Nizami Gəncəvinin oğluna nəsihəti» yazısı verilmişdir. 
«Əncümən» qəzetinin 1907-ci ildəki 10-cu sayının birinci səhifəsində Parisdən 
«Osman  və  iqtisadi  tərəqqi  cəmiyyəti»  tərəfindən  Təbriz  milli  əncuməninə 
göndərilən  bir  məktub  və  ikinci  səhifədə  isə    «Əncumən»  tərəfindən  verilən 
cavab  yayınlanmışdır.  Cavab  məktubunun  sonunda  qəzet  tərəfindən  belə  bir 
açıqlama  verilmişdir:  «Farsca  oxuyan  dəyərli  oxucu  və  abunəçilərimizə  bir  az 
çətin  olsa  da  osmanlı  türkcəsi  ilə  yazılmış  olan  bu  iki  məktubu  müqəddəs 


 
56 
Əncumən üzvlərinin istəyi üzrə çevirmədən olduğu kimi nəşr edirik (108, 1384, 
№138-139, 34-37). 
 
«AZƏRBAYCAN» DƏRGĠSĠ 
Şərq  aləmində  böyük  əks-səda  doğuran  «Molla  Nəsrəddin»in  nəşrindən  8 
ay  sonra  onun  təsiri  altında  Arazın  o  biri  tayında  –  Təbrizdə  «Azərbaycan» 
satirik dərgisi çap olundu. 
«Azərbaycan»  dərgisinin  redaktoru  Əliqulu  Səfərov  Cənubi  Azərbaycanın 
istedadlı  publisistlərindən  idi.  O,  hələ  XIX  əsrin  sonlarında  «Şəbnamə», 
«Ehtiyac», «İqbal» kimi qəzetləri təsis etmişdi. 
Ə.Səfərovun  oğlunun  atası  haqda  yazdığı  xatirəsindən  məlum  olur  ki,  «o 
gənc  yaşlarında  atasının  yanında  Rusiya  və  Türkiyədə  ticarətxanaların  idarəsi 
ilə məşğul olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi 
mühacirlər  və  yerli  mütərəqqi  ziyalılar  ilə  sıx  təmasda  olur.  sonralar  vətənə 
xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür».
2
 
Ə.Səfərov  Təbrizdə  öz  həmfikirləri  ilə  bərabər  gizli  bir  cəmiyyət 
yaratmışdı,  «Gizli  əncümən»  adlanan  bu  mərkəzdə  onunla  yanaşı  dövrün 
vətənpərvər  ziyalıları  iştirak  edirdilər.  Ə.Səfərov  qəzet  və  digər  nəşrləri  xalqı 
ayıltmağın  ən  təsirli  vasitələrindən  biri  hesab  edirdi.  1892-ci  ildə  Ə.Səfərov 
Təbrizdə «Şəbnamə» adlı kiçik ölçülü satirik qəzet-vərəqə buraxmağa nail oldu 
(110, 1946, №26). 
Ə.Kəsrəvinin  yazdığına  görə  Əliqulu  Səfərov  «gizli  əncumə»nin  üzvü 
olmaqla  bərabər  Məmmədəli  Mirzənin  «gizli  polis»  rəisi  idi.  M.Mirzəyə  gələn 
raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O, bu  vəzifəsindən istifadə 
edərək  əlbir  və  həmfikir  olduğu  yoldaşlarını  polisdən  qoruyur,  həm  də  ölkədə 
baş  verən  cinayətləri,  mənfi  halları  açıb  «Şəbnamə»də  yayır,  geniş  kütlələri 
xəbərdar edirdi.
4
 
Xalqın ehtiyac və arzularını sadə anlaşıqlı dildə, yeri gəldikdə isə gülməli 
şəkillərlə  özündə  əks  etdirən  «Şəbnamə»  Ə.Səfərovun  redaktorluğu  ilə  qeyri-
leqal  çıxarılırdı.  Bu  mətbu  nümunəsi  xalq  arasında  böyük  maraq  və  rəğbətlə 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə