63
üzünün ən əliaçıq sultanı kimdir?» deyə bir sorğu ilə «Azərbaycan» dərgisinə
müraciət edir. Dərginin yazarına görə yer üzünün əl əliaçıq sultanı Osmanlı
padşahıdır. Çünki islam qazilərinin gücü ilə fəth edilən torpaqları kimsədən
əsirgəməmişdir. Sonra yazı müəllifi əyani misallar çəkərək yazır: «Məsələn,
Misir torpaqlarını rica edirlər, sultan dərhal mərhəmət buyurur, sonra
Bolqarıstanı istirham etdilər (istədilər – P.M.), «önəmli deyil» dedi. Bir qrupu
Samus adasını aldı, «sizə minnət borcluyam» dedi. Sonra Lubnan (Livan –
P.M.) dağını istədilər, «oranı sizə bağışlayıram» dedi. Hersoqdan (Hersoqovina
– P.M.) söz edilincə, «tamam», dedi. Bosniyaya gəlincə, dərhal təqdim etdi.
Kıprısı (Kipr adası – P.M.) istirham etdilər, «məmnuniyyətlə» dedi: Sonra
Kiridi (Krit adası – P.M.) istədilər, onların ümidini qırmadı və nəhayət
Makedoniyanı tələb etdilər, «sizə layiq deyildir», dedi…».
Sonda Ədirnəli oxucunun «indi soltan nə işlə məşğuldur?» sualına
cavabında isə İran-Osmanlı sərhədinə soruşmaq lazım – deyə qısa bir cavab
vermişdir (108, 1384, №138-139).
Doqquzuncu saydan başlayaraq dərgidə şeir və elanlardan başqa digər
yazılar farsca verilir. M.Heyət dərgidə dərc olunan elanların yalnız Quzey
Azərbaycanla bağlı olanların farsca yazıldığını bildirir. O, öncəki saylarda
materialın yazıldığı dil nisbətinin təxminən 50 faiz olduğunu xatırladır. Sonrakı
saylarda fars dilində yazıların daha çox yer alması ilə bağlı dərgidə heç bir
açıqlama verilmədiyini vurğulayır.
Bizə elə gəlir ki, bunun səbəbini həmin illərdə ölkədəki siyasi-ictimai
durumda axtarmaq daha düzgün olardı.
Dövrünün demokratik mətbu orqanı olan «Azərbaycan» dərgisinin sələfi
olduğu «Molla Nəsrəddin» kimi xalqa gün ağlayır, onu ictimai fəaliyyətə
həvəsləndirir, siyasi şüurun artmasına, yeni mütərəqqi mədəniyyətə
qovuşmasına çalışırdı. Bir gülgü dərgisi kimi «xalqı yazmaqnan və kinayəli
sözlərnən xabi-qəflətdən oyadıb başa salırdı» (94, 1906, №2).
Məmmədlu Abbasi «Azərbaycan» dərgisinə həsr etdiyi məqaləsində ona
çox yüksək dəyər verib yazırdı ki, bu illər Azərbaycan milləcbbtini həqiqi
64
demokratik azadlıqların mahiyyətini mənimsəməyə sövq edən, xəlqi milli ruhda
tərbiyə edən mətbuatın ən mütərəqqi qabaqcıl və irəlidə gedəni «Azərbaycan»
məcmuəsi idi (73, 1945, №5, 30).
Şübhəsiz ki, xalqın xabi qəflətdən oyadıb, onun gözlərini açan, «Azərbay-
can» kimi bir mətbu orqanı ölkədəki mütrəce qüvvələrin nifrətini özünə cəlb et-
məyə bilməzdi. Onlar var qüvvələri ilə dərginin qapanmasına çalışırdılar. Məş-
rutə inqilabının yüksəlişi illərində düşmənlərin dərgiyə hücumu heç bir nəticə
vermədi.
Təbrizdə Məşrutə inqilabının rəhbəri Səttarxanın şəxsən dərgini himayə
etməsi mürtəcelərin sükutuna səbəb olmuşdu. İnqilab Tehrandan gələn silahlı
qüvvələrin ağır hücumlarına məruz qaldıqda mürtəce qüvvələrin də mənfi təsiri
dərgi üzərində gücləndi. Ona görə də ilk saylarını da Azərbaycan dilində
yazılmış məqalə və bədii yazılara tez-tez rast gəlinirdisə, 9-cu sayından sonra
fars dilində yazılmış yazılara dərgidə daha geniş yer verilməyə başlandı. Eyni
zamanda son saylardakı məqalələrin siyasi kəskinliyi azalır, liberalizmə meyl
açıq-aşkar duyulurdu. Beləliklə, mürtəcelərin ilk təsiri farsca yazıların çoxluğu
ilə nəticələndisə, onların sonrakı təsiri dərginin bağlanması ilə nəticələndi.
Dərginin 6 sayında Azərbaycanda və mühacirətdə azərbaycanlılar
tərəfindən rejimin qəzəbinə tuş gələn «Əlmərhum və əlməxfur» – «Kamal»,
«Gənciyeyi-fünun», «Pərvəriş», «Əxtər» və s. mətbu orqanları hörmətlə yad
edilirdi.
Az bir müddət fəaliyyət göstərməsinə baxmayaraq «Azərbaycan» dərgisi
Cənubi Azərbaycan mətbuatı və ədəbiyyatı tarixin öz yeni töhfələrini verdi.
Məşrutə inqilabı dövründə demokratik fikirləri yayılmasında bu dərginin böyük
xidmətləri danılmazdır.
«NƏSİMİ-ŞİMAL» QƏZETİ
65
Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri də öncə Rəştdə, sonra
Tehranda nəşr olunan «Nəsimi-şimal» qəzeti idi. «Nəsimi-şimal»ı Seyid Əşrəf
Qəzvini (Gilani) (1872-1934) təsis etmişdir. Qəzetdə əsas yeri Seyid Əşrəfin
satirik məzmunlu şeirləri tuturdu.
Seyid Əşrəf Azərbaycanın qədim şəhərlərindən olan Qəzvində dünyaya göz
açmışdır. Sonralar Gilan vilayətinin Rəşt şəhərinə göçür. Rəşt şəhəri İranın
şimalında yerləşdiyinə görə çıxardığı qəzeti «Şimal küləyi, nəsimi» adlandırır.
«Nəsimi-Şimal» qəzeti üçün götürdüyü.
Xoş xəbər olasan, səni «Nəsimi-şimal»
Çün bizə vüsal çağın soraq verirsən
şüarından da görünür ki, bu mətbu orqanında çıxan xoş soraqlı Məşrutə
ilə bağlı xəbərləri sərin şimal küləyinə bənzətmişdir.
«Nəsimi-şimal» qəzetinin hər işini Seyid Əşrəf özü təkbaşına görürdü. Səid
Nəfisi «Sepido siyah» jurnalında Seyid Əşrəf haqqında məqaləsində yazırdı ki,
«o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı… Hər gün, hər
gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə
yaxın hər həftə «Nəsimi-şimal»ı Tehranın ən kiçik mətbəələrindən birində dörd
xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir
vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər. Fəqət bu
yoxsul, yeddi göydə bir ulduzu olmayan, heç nəyi və heç kəsi saymayan Seyidə
nə edə bilərdilər?.. Onu tutub zindana salmağın da faydası yox idi, zindanda da
sakit oturan deyildi. Qəribə yaddaşı var idi, şeirlərini qələmə almadan əzbər
oxuyardı, onun sinəsi pozulmaz yazı lövhəsi idi… Yəqin bilirdi ki, İranın
azadlığında onun payı böyük sərkərdə Səttarxandan az deyildi. Bu şərəfli,
böyük insan hətta Qəzvində çiyninə tüfəng salıb mücahidlərlə bir sırada
Tehranın alınmasında iştirak etmişdir. Onu tutub Şəhrnov dəlixanasına
saldılar… Anlamadım o böyük insanda dəlilikdən nə kimi əlamət görmüşdülər!
O, elə əvvəlki adam idi. Bu işdən məqsəd nə idi? Bu da bizim yaşadığımız
dövrün böyük müəmmalarından biridir. Onun ölüm xəbərini də bir adama
bildirmədilər. Doğrudan da öldümü? – Yox, hələ diridir. Mən ondan diri bir
Dostları ilə paylaş: |