Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

 
82 
adlandırıldı. 
Milli  hökumət  təqribən  5  ay  müddətində  bir  sıra  iqtisadi,  mədəni-ictimai 
tədbirlər  həyata  keçirdi.  Bəzi    kəndlərdə  dövlət  torpaqları  kəndlilər  arasında 
bölüşdürüldü, məktəblər, xəstəxana, xalça fabriki və s. açıldı. 
Xiyabani milli hökumət başçısı olduğu az müddət ərzində Təbrizdə bir çox 
islahatlar  aparmağa  başladı.  O,  jandarm  təşkilatını  genişləndirərək  öz  başçılığı 
ilə  Milli  Qvardiya  yaratdı.  Məşhur    azərbaycanlı  maarifpərvər  Əbülqasım 
Füyuzatı    maarif    rəisi  təyin  etdi.  Məhəmmədiyə  və  «Hikmət»  adlı  iki  qadın 
məktəbi  açdı.  Məktəblərdə  təhsilin  Azərbaycan  dilində  keçirilməsinə  göstəriş 
verdi.  Bakıdan  «İttahadiyeyi-iraniyan»  məktəbindən  bir  neçə  müəllim  çağırdı. 
Xiyabani  əyalətdə  əmin-amanlığın  bərpa  edilməsinə  çox  əhəmiyyət  verirdi. 
Təbrizə  gələn  xaricilər  Xiyabani  Milli  hökumətin  başçısı  olduğu  zaman 
əyalətdəki  yüksək  idarəçilik  və  nizam-intizam  haqqında  danışırdılar.  Bütün 
idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar Azərbaycan türkcəsində aparılırdı. 
Xiyabaninin  üzərində  xüsusi  dayandığı  problemlərdən  biri  də  Azadistanda 
qadınların  ictimai  həyatda  iştirakı  məsələsi  idi.  Onun  bir  sıra  məqalələri 
«Dünyanın  məşhur  qadınları»,  «Dünya  qadınlarının  tərəqqisi»,  «Bizim 
qadınlarımız»,  «Sabahkı  anlarımız»  və  s.)  və  nitqləri  məhz  bu    mühüm 
problemə toxunulurdu. Məsələn o deyirdi, «qadınlarımızın ölkə müqəddəratında 
və  demokratiyanın  gələcəyinə  böyük  payları  vardır.  Qadınlarımız  öz  səy  və 
qeyrətlərini,  qüvvət  və  qüdrətlərini  vətənin  və  xalqın  xeyrinə  işlərə  sərf 
etməlidir»  (18,  196).  Təbrizdə  Xiyabaninin  təşəbbüsü  ilə  pulsuz  iki  qız 
məktəbinin açılması da bu yolda atılan ilk addımlardan idi.  
Təbrizdə  Xiyabaninin  redaktorluğu  ilə  nəşr  olunan  «Təcəddüd»  qəzeti, 
M.T.Rifətin  başçılığı  ilə  çap  olunan  «Azadistan»  jurnalı,  Tehranda  Mirzadə 
Eşqinin müdiriyyəti ilə nəşr olunan «Qərne Bıstom» («XX əsr»),  Kirmanşahda 
Əbülqasım  Lahutinin  rəhbərliyi  ilə  çıxan  «Bisutun»  Kirmanda  Əhməd  xan 
Ruhinin  redaktorluğu  ilə  nəşr  olunan  «Ədəb»  kimi  demokratik  ruhlu  mətbu 
orqanları,  xalqı ictimai-siyasi mübarizəyə həvəsləndirən mütərəqqi məfkurələri 
və eyni zamanda ölkədə baş verən milli-azadlıq hərəkatının əsas ideyasını təbliğ 


 
83 
edirdilər. 
Azərbaycan  xalqının  hüquqları  və  Azərbaycanın  milli  istiqlal  məsələsi 
onun  fəaliyyətinin  özəyini  təşkil  edirdi.  İstər  meydanlarda  və  ali  məclislərdə 
söylədiyi  nitqlərdə,  istərsə  də  yazdığı  məqalələrdə  Xiyabaninin  müasirlərinin 
xatirələrindən  məlum  olur  ki,  gözəl  natiqlik  qabiliyyətinə  malik  olan  Xiyabani 
öz  nitqlərinin  hamısını  başa  düşəcəyi  sadə  və  anlaşıqlı  Azərbaycan  dilində 
söyləmiş,  sonra  bu  nitqlərin  çox  hissəsi  Tağı  xan  Rifət  tərəfindən  fars  dilinə 
çevrilərək «Təcəddüd» qəzetində dərc edilmişdir. Qəzetdəki yazılarda Xiyabani 
Azərbaycan  xalqının  hüquqlarını  göstərir,  onun  milli  istiqlaliyyət  məsələsinə 
toxunurdu.  
«Təcəddüd»  qəzetinin  24-cü  sayındakı    «Azərbaycan»  başlıqlı  məqalədə 
Azərbaycan  xalqının  tarixi  qəhrəmanlıqlarını  xatırladır,  oxucularında 
vətənpərvərlik  duyğuları  oyadaraq  oğullarını  istiqlal  mücadiləsinə  səsləyirdi: 
«Qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatı 
və azadlıq tələblərini məhv edə bilməyəcəkdir». 
Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır! 
…Zülm,  işgəncə,  əzab,  müsibət,  dar  ağacları  zəncir  və  zindanlar  möhkəm 
olsalar  da,  sənin  istiqamət  və    mətanətinin  qarşısında  bir-bir  əzilib  məhv  oldu. 
Təhdidlər,  hücum  və    əziyyətlər,  mühasirə  və  qırğınlar  səni  parça-parça  edib 
altını üstünə çevirdi. Lakin məğlub edə bilmədi. 
 «Təcəddüd»  qəzeti  1917-ci  ilin  aprel  ayından  nəşrə  başlamışdı.  Şeyx 
Məhəmməd  Xiyabaninin  inqilabi-fəlsəfi  görüşlərini  əks  etdirən  «Təcəddüd» 
qəzetinin müəyyən mərhələdə nömrələri ayrı-ayrı şəxslərin redaktorluğu ilə çap 
olunmuşdur.  Məsələn,  1-ci  saydan  58-ci-yə  qədər  Əbülqasım  Füyuzatın,  59-cu 
sayından 86-cıya qədər Tağı xan Rifətin, 87-ci №-dən 136-cı №-yə qədər Mirzə 
Əbülfəttah Ələvinin, 137-ci saydan 208-ciyə qədər isə Ş.M.Xiyabaninin şəxsən 
özünün  redaktorluğu  ilə  nəşr  olunmuşdur.  Ayrı-ayrı  vaxtlarda  başqa-başqa 
adamların  redaktorluğu  ilə  çap  olunmasına  baxmayaraq,  qəzet  şeyxin  özünün 
nəzarəti altında çıxmış və əsasən onun ideyalarını təbliğ etmişdir. Qəzetin əsas 
mündəricəsini  azadlıq,  bərabərlik,  elmin  təbliği  təşkil  edirdi.  «Təcəddüd»  İran 


 
84 
tarixində  birinci  dəfə  olaraq  milli  məsələlər  barədə  müstəqil  və  ardıcıl  şəkildə 
bəhs açırdı (27, 63). 
Qəzetin  ilk  sayında  dərc  olunan  «İran  və  Rusiya»  adlı  məqalədə  keçmiş 
Rusiya  ilə  çağdaş  Rusiya  müqayisə  edilir  və  xalqı  Rusiyaya  yeni  münasibət 
bəsləməyə səsləyirdi. 
Ş.M.Xiyabaninin başçılığı ilə Cənubi Azərbaycanda başlayan hərəkat yeni 
bir  cərəyanın  əsasını  qoydu  –  demokratiya  qanunları  ilə  idarə  olunan  azad 
dövlət və xalqa milli haqlarının verilməsi. 
Qəzetin  ilk  saylarından  birində  dərc  etdirdiyi  «Həqiqət  nur  saçacaqdır» 
başlıqlı  məqaləsində  Ş.M.Xiyabani  yazırdı:  «Artıq  Məşrutə  qanunlarını  icra 
etmək  vaxtı  gəlib  çatmışdır.  Həqiqəti  açıq  demək  lazımdır».  Xiyabani  Məşrutə 
qanununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi. 
«O vaxt çatmışdır ki, sən ibrətamiz mənzərə qarşısında bir dəqiqə dayanıb, 
fikirləşəsən… 
Əgər  sən  həmin  inqilab  və  mübarizənin  vücuduna  maddi  qüvvə  vermiş 
demokratik Azərbaycansansa, əgər  məşrutənin xəmirini yoğurmuş və bərkitmiş 
qan  sənin  damarlarında  axırsa,  vətəndə  gedən  islah  və  təmir  dövrəsinə  hazır 
olub özündə səy və çalışqanlıq taparsan. 
Pozmaq, dağıtmaq asandır. İndi təmir, bərpa və abadlaşdırma zamanıdır. 
İstibdad  əleyhinə  qiyam,  əcnəbi  istilasına  qarşı  müqavimət,  pozğun  daxili 
ünsürlərlə mübarizədə şücaət və qeyrət, həmiyyət və istiqamət tələb olunur. 
Bunların  hamısı  pak  övladların  vücudunda  vardır.  Budur,  artıq  keçmişin 
zəhmətlərindən  istifadə  dövrü  gəlib  çatmışdır.  Keçmişin  xarabaları  üzərində 
gələcəyin sarayları yüksəlməlidir. 
Bu  sarayların  yüksəlməsi  fikir  və  düşüncə  tələb  edir.  Uzağı  görən  uzağı 
düşünən  fikir  ağıllı  və  tədbirli  fikir.  Yaradıcı  və  canlandırıcı  fikir.  Tətbiq  və 
icraedici  düşüncə,  islah  edib  intizam  yaradan  fikir.  Səbr  və  sübat,  yenilik, 
dissiplin  və  təşkilat,  ayıqlıq,  ümidvarlıq  və  fədakarlıq  tələb  edən  fikirlər 
olmalıdır. 
Bəli, fədakarlıq və həmişə fədakarlıq! 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə