Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

 
75 
bir  rəssamı  axtarırlar.  «Həşəratül  ərz»də  çap  olunmuş  bu  karikaturada  şah 
çanaqlı bağaya bənzədilmişdi. Əgər onu mənim çəkdiyimi  bilsəydilər, şübhəsiz 
tutub edam edərdilər». 
Bu  yumoristik  və  təsvirli  qəzetin  birinci  və  dördüncü  səhifələri  ən  çox 
Məşrutə  inqilabı  ilə  bağlı  hadisələri  əks  etdirən  karikaturalarla  bəzədilmişdi. 
Belə  ki,  ikinci  sayda  təsvir  olunmuş  iki  karikaturadan  birində  «Xalis 
müsəlman» adlı şəxs əlindəki mişarla «Müsavat» qəzeti adlandırılan ağacı kəsir. 
(Bu  karikatura  «Müsavat»ın  22-ci  nömrəsinin  dayandırılması  münasibətilə 
çəkilmişdi  –  P.M.).  Digər  karikaturada  təsvir  olunmuş  iki şəxs  çox  mühüm  bir 
məsələdən bəhs edirmiş kimi ciddi görkəm olaraq döyüşkən iki xoruz haqqında 
söhbət  edirlər.  Qəzetin  ünvanı  yazılmış  hissədə  qalın  hərflərlə  bu  ifadə  dərc 
olunmuşdur: «Hər yerdə qiymət vaxtından əvvəl verilir». 
Həftəlik  çıxan  bu  qəzetin  nəşr  olunduğu  il  ərzində  48  nömrəsi  çap  
olunmuşdur.  Adətən  qəzetin  ikinci  səhifəsində  onun  məqsəd  və  məramı 
açıqlanırdı:  «Siyasətdə  heyvanları  danışdıran  təsvir  –  qeydli  bu  qəzet  həftədə 
hələlik bir dəfə çap olunacaq. Kiçik məqalələr tanınmış imzalarla qəbul və dərc 
edilir. 
Birinci  sayında  qəzetin  daimi  personajı  olan  Qafar  Vəkil  (bazarı  dolaşan 
dəli)  idarənin  baş  katibi  kimi  təqdim  olunur  və  barəsində  belə  yazılır:  «Neçə 
gündür ki, dostlar «Həşaratül ərz» qəzetini gözləyirlər. Düşünürəm ki, görəsən, 
idarənin  baş  katibi  Qafar  Vəkil  mətbuat  aləminə  nə  töhfə  verəcək.  Şərikləri 
üçün dişiylə göydən sərçə tutacaq, yoxsa onların keçəl başına dərman sürtəcək? 
Xeyr, keçəl həkim olsaydı öz başına dərman edərdi. Qafar Vəkilin bu dərəcədə 
iş bacarığı olsaydı, indiyədək özünə bir gün ağlardı» (84, 1908, 1). 
Adətən  qəzetin  materialları  Qafar  Vəkilin  diliylə  verilirdi.  Qəzetin  ifadə 
tərziylə tanış olmaq üçün ikinci sayında dərc olunmuşdur bir hissəni izləyək: 
«Təbriklər bu gün müsəlman millətinə qələbə bəxş edən iranlılara! Mətbuat 
aləminə təzəcə qədəm qoymuş bu kiçik idarə  səmimanə təbriklərini və xalisanə 
təşəkkürlərini,  bu  dəyərsiz  məktub  vasitəsilə,  milli  şuranın  müqəddəs  məclisdə  
oturanlara,  Azərbaycan  əyalətinin  möhtərəm  vəkillərinə,  növi-bəşərin 


 
76 
xidmətçilərinə  və  islam  məzhəbi  mərcələrinə  çatdırır.  Və  qısa  dillə  Allahdan 
arzu edir ki, səadət mücəssəməsi olan vücudlarını zəmanə bəlalarından məhfuz 
edib vəzifə borclarını layiqincə yerinə yetirməyə müvəffəqiyyət versin. 
«Həşarətül-ərz»  Mirza  Ağa  Təbrizinin  yaradıcılıq  üsulu  ilə  vəhdət  təşkil 
edirdi.  Qəzetin  birinci  səhifəsində  adətən  başlıqdan  sonra  «Kəsalət,  ədavət, 
Fəqan, Biari (arsızlıq)» sözləri qeyd edilmişdi. Qəzet sanki bununla insanda ən 
pis keyfiyyətləri xatırlatmaqla, onlardan uzaq olmağı tövsiyə edirdi. 
Qəzetin  özəl  xüsusiyyətlərindən  biri  də  heç  yerdə  müdirinin  yazı 
müəlliflərinin və təsisçilərinin adının yazılmamasıdır. Hətta çapxananın adı belə 
qeyd olunmur. Tədqiqatçıların fikrinə görə qəzet «İskəndani» mətbəəsində qısa 
fəsilələrlə  üç il nəşr olunmuşdur. 
Mirzə  Ağa  Təbrizinin    redaktorluğu  1908-ci  ildə  Təbrizdə  nəşrə  başlayan 
«Naleyi-millət» qəzeti öz səhifələrində həm fars, həm də Azərbaycan dillərində 
materiallar  dərc  edirdi.  Qəzet  həftəlik  idi.  rəsmi  qəzet  olmasına  baxmayaraq 
qəzet Maarif İdarəsinin orqanı idi (19, 215), orada satirik ruhlu yazılara da rast 
gəlinirdi.  Qəzetin  adı  təsadüfi  seçilməmişdi.  Bu  zaman  Mirzə  Ağa  Təbrizi 
qəzetdə  qarşıya  qoyduğu  məqsədi  və    oradakı  yazılarda  nədən  bəhs  edəcəyini 
əsas götürmüşdü. 
1909-cu  ildə  imperialist  qüvvələrin  Azərbaycana  hərbi  müdaxiləsi, 
Təbrizin  çar  qoşunları  tərəfindən  tutulması  nəticəsində  demokratik  mətbuat 
orqanlarının, o cümlədən «Naleyi-millət»in fəaliyyəti dayandırıldı. 
1909-cu  ilin  mayında  Mirzə  Ağa  Təbrizi  özünün  digər  «İstiqlal»  adlı 
qəzetinin nəşrinə başlayır. E.Braun «İstiqlal» qəzetinin yaranma tarixi ilə bağlı 
yazır:  «Səttarxan  və  Bağır  xanın  başçılığı  ilə  Təbriz  məşrutəçiləri    Osmanlı 
səfəratxanasında  toplanmışdılar.  1909-cu  ildə  çar  Rusiyasının  qoşunları  ara 
vermədən  ölkəyə  müdaxilə  etdiklərinə  görə  məşrutəçilər  buraya  pənah 
gətirmişdilər.  Onlar  ziyalı  və  sınaqdan  çıxmış  şəxslərdən  ibarət  dir  komitə 
seçmişdilər  ki,  qəzet  bu  komitənin  nəzarəti  altında  olmalı  idi.  Heyətə 
«Müsavat»  qəzetinin  müdiri  Məmməd  Rza  Şirazi  və  Mirzə  Əhməd  Qəzvini 
daxil idi (60, 215). Qəzet günaşırı çıxırdı. 


 
77 
«İstiqlal»  qəzeti  Məşrutə  İnqilabının  düşmənlərinə  başçılıq  edən  vali 
Müxbirülsəltənəyə  qarşı  daha  cəsarətlə  çıxış  edirdi.  Qəzet  qubernatorun, 
inqilabçıları  əzmək  üçün  mürtəce  feodal  Rəhim  xan  və  digər  qaragüruhçularla 
əlaqəyə  girdiyini  və  onların  inqilabçılara  qarşı  törətdiyi  cinayətləri  ifşa  edirdi. 
Məhz buna görə Müxbirülsəltənə hərəkatın digər başçıları ilə birlikdə «İstiqlal» 
qəzetinin redaktoru həbsə aldırdı, qəzeti isə bağlatdırdı (8, 246). 
Mirzə  Ağa  Təbrizinin  redaktorluğu  ilə  çıxan  hər  üç  qəzetdə  milli 
məsələlərə toxunulur, xalqın acınacaqlı vəziyyəti, hökumət əleyhinə çıxışları və 
s. sadə anlaşıqlı dildə göstərilirdi. 
 
 
 
 
 


 
78 
III   F Ə S Ġ L 
MƏTBUAT MĠLLĠ AZADLIQ HƏRƏKATI DÖVRÜNDƏ 
(1917-1920) 
1913-cü  ildən  1917-ci  ilə  qədər  Güney  Azərbaycanda  nəşr  olunan  mətbu 
orqanının  sayı  xeyli  azalmışdı.  Nəşrini  davam  etdirən  qəzet  və  jurnallar  isə 
əsasən mürtəce istiqamətli idi. 
Həmin  illərdə  Azərbaycanda  bir  sıra  siyasi  təşkilatların  şöbələri  fəaliyyət 
göstərirdi.  Bunlar  ADP,  «İrşad  və  tərəqqiye  islam»,  «Əhrar»,  «Sosial-
demokrat»,  «Ədalət»,  «İrşad»,  «İraniyani  mütərəqqi»  və  b.  idi.  Son  iki  partiya 
öz  proqramlarında;  «İrşad»  –  dini  və  dil  birliyinə  malik  olan  Zaqafqaziyanın 
şərq  əyalətləri  və  Cənubi  Azərbaycana  öz  müqəddəratını  təyin  etmək  hüququ 
verilməsinə,  «İraniyane  mütərəqqi»  partiyası  isə  İranda  milli  azlıqların  (qeyri-
farsların) ibtidai məktəbdə ana dilində təhsil almasının tərəfdarı idi (22, 74). 
Güney Azərbaycanda nəşr olunan bu mətbuatdan başqa Bakıda İran sosial-
demokratlarının  «Ədalət»  partiyasının  orqanı  olan  və  iki  dildə  Azərbaycan  və 
fars  dillərində  nəşr  olunan  «Beyrəqi  ədalət»  (1917-1922)  adlı  ədəbi-siyasi 
jurnalı  fəaliyyət  göstərirdi.  «Ədalət»  partiyasının  əsasən  Azərbaycan  dilində 
nəşr  olunan  «Hürriyyət»  (1919-1920)  qəzeti  də  nəşr  olunurdu.  1918-ci  ilin 
əvvəllərindən  başlayaraq  Güney  Azərbaycan  inqilabçılarının  köməyi  və  
C.C.Pişəvərinin  (Cavadzadənin)  rəhbərliyi  ilə  nəşr  olunan  «Azərbaycan»  və 
«Hümmət»  qəzetləri  də    Təbrizə  göndərilirdi.  Şübhəsiz  ki,  Bakıdan  göndərilən 
bu mətbuat və digər nəşr nümunələri Xiyabani hərəkatına təsirini göstərmişdi. 
Birinci  cahan  müharibəsi  başlayandan  sonra  Çar  Rusiyasının  İrana  təzyiqi 
azalır  və  az  keçmir  ki,  Güney  Azərbaycanda  milli  mətbuatın  nəşri  başlanır. 
1917-ci  ildən  başlayaraq  mətbuat  aləmində  mütərəqqi  dəyişiklər  baş  verir.  Bu 
sözsüz  ki,  qonşu  Rusiyada  baş  verən  fevral  inqilabı  və  Quzey  Azərbaycandakı 
olayların təsiri ilə də bağlı idi. 
Bu  dövrdə  Güney  Azərbaycanda  «Təcəddüd»  və  «Azadistan»la  yanaşı 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə