11
üçün uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və
nəşriyyat naziri olmuşdur. Məhəmmədhəsən xan əvvəl «Sani-əd-daulə» (Dövlət
sənətkarı), sonralar «Etimad-ül-səltənə» (Sultanın etimadı) ləqəblərini daşıyır.
1871-ci ildə Nəsrəddin şah Qacarın göstərişi ilə İranda çap və tərcümə
işlərini mərkəzləşdirən (Darültəba və Darültərcümə) – Mətbuat və Tərcümə
evinin əsası qoyulur və bu elmi müəssisəyə Məhəmmədhəsən xan rəhbərlik
etməyə başlayır.
Onun başçılığı ilə çalışan bütöv bir işçi heyəti elmi nəşriyyat işləri ilə
məşğul olur, dövlət qəzetlərini, rəsmi sənəd və fərmanları çap edirdi. İdarədə
Məhəmmədhəsən xanın əsərlərinin və hazırladığı, materialların qaydaya
salınmasında, üzünün köçürülməsində ona yaxından kömək edən şəxslər olurdu.
Bütün sadalanan bu işlərə, əsasən darülfunun əməkdaşları cəlb olunurdu. Elə
buradan görünür ki, Asiyada II Darülfünun kimi məşhur olan bu ali təhsil ocağı
(ilk darülfünunun əsası Türkiyədə qoyulub) tək maarif və tədrislə bağlı işlərlə
kifayətlənmirdi. Bu elmi müəssisəni idarə etmək üçün «Elmlər nazirliyi»ndə
xüsusi kitabxana, saraya məxsus teatr zalı və s. mədəni-maarif müəssisələri də
yaradılmışdı. Orada dərs deyən avropalı müəllimlərlə yanaşı Parisdə təhsil
almış və Avropa inqilabının şahidi olmuş iranlı müəllimlər də vardı (26).
Tanınmış Çex şərqşünası Yan Ripka qeyd edir ki, darülfünunun ilk
müəllimləri dərs vəsaitinin tərtibi ədəbiyyatların tərcüməsi zamanı özləri də
hiss etmədən müasir elmi fars dilinin terminologiyasının əsasını qoydular. (12)
Hərçənd ki, Qayem-Məqamın öncə dildə apardığı bir sıra islahatlar onların işini
xeyli yüngülləşdirmişdi. Avropa ədəbiyyatının xüsusilə o zaman hakim dil
sayılan – fransızcadan Düma ata, Jül Vern, J.Molyerin əsərlərini çevirən
mütərcimlər, orijinalın tələbinə uyğunlaşmaq üçün o zamankı fars dilinə xas
olan köhnəlmiş şərtilikdən, ibarəli ifadələrdən, artıq sözlərdən və s. vaz
keçməyə məcbur olurdular. Bu çox əzablı iş idi. Amma məhz tərcüməçilər sadə
və hər kəsin anladığı bir yazı üslubunun da təməlini qoyurdular.
Məhəmmədhəsən xanın elmi irsinin araşdırıcısı, tədqiqatçı Tahirə
Həsənzadə yazır ki, «Darültərcümədə Avropa dillərindən hərbi və diplomatik
12
işə aid kitablar, coğrafiya, kimya, fizika, tarixə dair dərsliklər tərcümə
olunurdu. İranda Avropa mədəniyyətinin yayılmasında bu idarənin rolu çox
böyük idi». (1)
Məhəmmədhəsən xan Qacarların tarixinə, ictimai elmlərə, həmçinin İranın,
eləcə də Azərbaycanın tarixi və coğrafiyasına aid 30-dan artıq kitabın
müəllifidir. Avropa ədəbiyyatından etdiyi tərcümə kitablarının sayı 10-u keçir.
Bu əsərlərin çoxu İranın, eləcə də Cənubi Azərbaycanın mədəniyyət
tarixindən və coğrafiyasından bəhs edən gözəl mənbələrdir. «Bu əsərlər, eləcə
də Avropanın ən görkəmli yazıçılarının əsərlərindən etdiyi siyasi məzmunlu
tərcümələr iranın ictimai-siyasi həyatına yeni ab-hava gətirirdi» (26)
«Mənbələr göstərir ki, Məhəmmədhəsən xan böyük zəhmət bahasına
irihəcmli elmi əsərlər yazmaqla bərabər, özü təşəbbüsçü olduğu halda digər
alimləri də yazmağa cəlb etmişdir». Onun saraydakı rəqiblərinin canfəşanlığı
nəticəsində təəssüf ki, bəzi mənbələrdə onun əsərlərinin kollektiv əməyin
məhsulu olduğu fikrini irəli sürənlər də tapılırdı.
Məhəmmədhəsən xan Darültərcümə və Darültəba (Dövlət nəşriyyat və
tərcümə idarələri) rəisi kimi 1881-ci ilədək çalışmış, 1882-ci ildən ömrünün
axırınadək həmin idarənin naziri naziri vəzifəsində qalaraq, İranda nəşriyyatın
inkişafına əvəzsiz xidmətlər etmişdir (26, 21)
Məhəmmədhəsən xan 10-a yaxın qəzetin çap olunmasında iştirak edir, bir
çoxunun redaktoru olur. Onlar aşağıdakılardır:
*
1. Ruznameye milləti.
2. Ruznameye dövləti.
3. Ruznameye elmi.
4. İran.
5. Mərrix.
6. Miratüs səfər.
7. Ruznameye orduye humayun.
8. İttila.
9. Şərəf.
13
Bu mətbu orqanlardan qısaca bəhs etmək yerinə düşər.
Ruznameye milləti (Millət qəzeti) ilk nömrələrindən biri M.F.Axundovun
əlinə yetən və böyük mütəfəkkirin ürək yanğısı ilə «xalqa və millətə heç bir
faydası olmayan qəzet adlandırdığı «Millət» qəzeti, (16) sonralar
Məhəmmədhəsən xanın publisistik fəaliyyəti nəticəsində o dövr üçün xarakterik
darıxdırıcı, quru materiallar çap edən orqandan, özünə çoxlu oxucu toplayan bir
qəzetə çevrilir.
Artıq bu qəzetdə rəsmi saray xəbərləri ilə yanaşı elmi və ədəbi xarakterli
yazılar görünməyə başlayır. «Ruznameyi-milləti» 1866-67-ci (1283 h.q.) ildən
çap olunmağa başlamışdır. Məhəmmədhəsən xan 1871-ci ildən etibarən bu
qəzetə nəzarət edir. Zəkaül-mülk bu orqanın əsasən digər «Elmi» və «Dövlət»
qəzetlərinin materiallarının nəşr edildiyini, ayda bir dəfə, cəmi 33 nömrəsinin
çıxdığını qeyd edir. Qəzetdə vaxtaşırı Məhəmmədhəsən xanın klassik fransız
ədəbiyyatından etdiyi tərcümələr verilirdi.
Ruznameye elmi (Elm qəzeti) 1876-cı (1293 h.q.) ildən etibarən çap
olunur. Redaktoru Məhəmmədhəsən xan idi. Millət qəzeti kimi həftədə 3 dəfə
nəşr olunurdu.
1863-70-ci illərdə Elm naziri Əliqulu Mirzə Qacarın rəhbərliyi ilə çıxan
İranda ilk elmi orqan olan Ruznameye-elmiyyə-dövləte-aliyyə-İran qəzetinin bir
növ davamı idi. Qəzetin 64 sayı işıq üzü görmüşdür.
E.Braun Millət və Elm qəzetləri haqda yazır ki, qədim məhkəmə xəbərləri,
rütbə və vəzifələrə təyin olunma və çıxarılma, şah fərmanları, ov səfərləri, dini
məsələlər və s. və başqa dövlət funksiyalarını əks etdirirdi. Qəzetdə məhkəmə
işləri, dövlətin tərəqqisi ölkənin təhlükəsizliyini təmin etməyi genişləndirmək
və s. ilə bağlı yazılar da olurdu. Bu səbəbdən də bu qəzet daha çox İran
liberallarının və nəşr olunan başqa qəzetlərin tənqidinə məruz qalırdı. İlk
dövrlərdə bu qəzetin müasir elmlərdən bəhs edən şöbəsi də vardı. Səhifənin
aşağı hissəsində Məhəmmədhəsən xanın qələm tərcüməsində «Kapitan Hatterin
macəraları» adlı bir rubrikası da vardı. (4)
Dostları ilə paylaş: |