Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   2   3   4   5   6   7   8   9   ...   63

 
11 
üçün uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və 
nəşriyyat naziri olmuşdur. Məhəmmədhəsən xan əvvəl «Sani-əd-daulə» (Dövlət 
sənətkarı), sonralar «Etimad-ül-səltənə» (Sultanın etimadı) ləqəblərini daşıyır. 
1871-ci  ildə  Nəsrəddin  şah  Qacarın  göstərişi  ilə  İranda  çap  və  tərcümə 
işlərini  mərkəzləşdirən  (Darültəba  və  Darültərcümə)  –  Mətbuat  və  Tərcümə 
evinin  əsası  qoyulur  və  bu  elmi  müəssisəyə  Məhəmmədhəsən  xan  rəhbərlik 
etməyə başlayır. 
Onun  başçılığı  ilə  çalışan  bütöv  bir  işçi  heyəti  elmi  nəşriyyat  işləri  ilə 
məşğul  olur,  dövlət  qəzetlərini,  rəsmi  sənəd  və  fərmanları  çap  edirdi.  İdarədə 
Məhəmmədhəsən  xanın  əsərlərinin  və  hazırladığı,  materialların  qaydaya 
salınmasında, üzünün köçürülməsində ona yaxından kömək edən şəxslər olurdu. 
Bütün  sadalanan  bu  işlərə,  əsasən  darülfunun  əməkdaşları  cəlb  olunurdu.  Elə 
buradan görünür ki, Asiyada II Darülfünun kimi məşhur olan bu ali təhsil ocağı 
(ilk  darülfünunun  əsası  Türkiyədə  qoyulub)  tək  maarif  və  tədrislə  bağlı  işlərlə 
kifayətlənmirdi.  Bu  elmi  müəssisəni  idarə  etmək  üçün  «Elmlər  nazirliyi»ndə 
xüsusi  kitabxana,  saraya  məxsus  teatr  zalı  və s.  mədəni-maarif  müəssisələri  də 
yaradılmışdı.  Orada  dərs  deyən  avropalı  müəllimlərlə  yanaşı  Parisdə  təhsil 
almış və Avropa inqilabının şahidi olmuş iranlı müəllimlər də vardı (26). 
Tanınmış  Çex  şərqşünası  Yan  Ripka  qeyd  edir  ki,  darülfünunun  ilk 
müəllimləri  dərs  vəsaitinin  tərtibi  ədəbiyyatların  tərcüməsi  zamanı  özləri  də 
hiss etmədən müasir elmi fars dilinin terminologiyasının əsasını qoydular. (12) 
Hərçənd ki, Qayem-Məqamın öncə dildə apardığı bir sıra islahatlar onların işini 
xeyli  yüngülləşdirmişdi.  Avropa  ədəbiyyatının  xüsusilə  o  zaman  hakim  dil 
sayılan  –  fransızcadan  Düma  ata,  Jül  Vern,  J.Molyerin  əsərlərini  çevirən 
mütərcimlər,  orijinalın  tələbinə  uyğunlaşmaq  üçün  o  zamankı  fars  dilinə  xas 
olan  köhnəlmiş  şərtilikdən,  ibarəli  ifadələrdən,  artıq  sözlərdən  və  s.  vaz 
keçməyə məcbur olurdular. Bu çox əzablı iş idi. Amma məhz tərcüməçilər sadə 
və hər kəsin anladığı bir yazı üslubunun da təməlini qoyurdular. 
Məhəmmədhəsən  xanın  elmi  irsinin  araşdırıcısı,  tədqiqatçı  Tahirə 
Həsənzadə  yazır  ki,  «Darültərcümədə  Avropa  dillərindən  hərbi  və  diplomatik 


 
12 
işə  aid  kitablar,  coğrafiya,  kimya,  fizika,  tarixə  dair  dərsliklər  tərcümə 
olunurdu.  İranda  Avropa  mədəniyyətinin  yayılmasında  bu  idarənin  rolu  çox 
böyük idi». (1)  
Məhəmmədhəsən xan Qacarların tarixinə, ictimai elmlərə, həmçinin İranın, 
eləcə  də  Azərbaycanın  tarixi  və  coğrafiyasına  aid  30-dan  artıq  kitabın 
müəllifidir. Avropa ədəbiyyatından etdiyi tərcümə kitablarının sayı 10-u keçir. 
Bu  əsərlərin  çoxu  İranın,  eləcə  də  Cənubi  Azərbaycanın  mədəniyyət 
tarixindən  və  coğrafiyasından  bəhs  edən  gözəl  mənbələrdir.  «Bu  əsərlər,  eləcə 
də  Avropanın  ən  görkəmli  yazıçılarının  əsərlərindən  etdiyi  siyasi  məzmunlu 
tərcümələr iranın ictimai-siyasi həyatına yeni ab-hava gətirirdi» (26)  
«Mənbələr  göstərir  ki,  Məhəmmədhəsən  xan  böyük  zəhmət  bahasına 
irihəcmli  elmi  əsərlər  yazmaqla  bərabər,  özü  təşəbbüsçü  olduğu  halda  digər 
alimləri  də  yazmağa  cəlb  etmişdir».  Onun  saraydakı  rəqiblərinin  canfəşanlığı 
nəticəsində  təəssüf  ki,  bəzi  mənbələrdə  onun  əsərlərinin  kollektiv  əməyin 
məhsulu olduğu fikrini irəli sürənlər də tapılırdı. 
Məhəmmədhəsən  xan  Darültərcümə  və  Darültəba  (Dövlət  nəşriyyat  və 
tərcümə  idarələri)  rəisi  kimi  1881-ci  ilədək  çalışmış,  1882-ci  ildən  ömrünün 
axırınadək  həmin  idarənin  naziri  naziri  vəzifəsində  qalaraq,  İranda  nəşriyyatın 
inkişafına əvəzsiz xidmətlər etmişdir  (26, 21)  
Məhəmmədhəsən  xan  10-a  yaxın  qəzetin  çap  olunmasında  iştirak  edir,  bir  
çoxunun redaktoru olur. Onlar aşağıdakılardır:
*
 
1. Ruznameye milləti.  
2. Ruznameye dövləti.  
3. Ruznameye elmi.   
4. İran. 
5. Mərrix. 
6. Miratüs səfər.  
7. Ruznameye orduye humayun. 
8. İttila. 
9. Şərəf. 


 
13 
Bu mətbu orqanlardan qısaca bəhs etmək yerinə düşər. 
Ruznameye  milləti (Millət qəzeti) ilk nömrələrindən biri M.F.Axundovun 
əlinə  yetən  və  böyük  mütəfəkkirin  ürək  yanğısı  ilə  «xalqa  və  millətə  heç  bir 
faydası  olmayan  qəzet  adlandırdığı  «Millət»  qəzeti,  (16)  sonralar 
Məhəmmədhəsən xanın publisistik fəaliyyəti nəticəsində o dövr üçün xarakterik 
darıxdırıcı, quru materiallar çap edən orqandan, özünə çoxlu oxucu toplayan bir 
qəzetə çevrilir. 
Artıq  bu  qəzetdə  rəsmi  saray  xəbərləri  ilə  yanaşı  elmi  və  ədəbi  xarakterli 
yazılar  görünməyə  başlayır.  «Ruznameyi-milləti»  1866-67-ci  (1283  h.q.)  ildən 
çap  olunmağa  başlamışdır.  Məhəmmədhəsən  xan  1871-ci  ildən  etibarən  bu 
qəzetə  nəzarət  edir.  Zəkaül-mülk  bu  orqanın  əsasən  digər  «Elmi»  və  «Dövlət» 
qəzetlərinin  materiallarının  nəşr  edildiyini,  ayda  bir  dəfə,  cəmi  33  nömrəsinin 
çıxdığını  qeyd  edir.  Qəzetdə  vaxtaşırı  Məhəmmədhəsən  xanın  klassik  fransız 
ədəbiyyatından etdiyi tərcümələr verilirdi. 
Ruznameye  elmi  (Elm  qəzeti)  1876-cı  (1293  h.q.)  ildən  etibarən  çap 
olunur.  Redaktoru  Məhəmmədhəsən  xan  idi.  Millət  qəzeti  kimi  həftədə  3  dəfə 
nəşr olunurdu. 
1863-70-ci  illərdə  Elm  naziri  Əliqulu  Mirzə  Qacarın  rəhbərliyi  ilə  çıxan 
İranda ilk elmi orqan olan Ruznameye-elmiyyə-dövləte-aliyyə-İran qəzetinin bir 
növ davamı idi. Qəzetin 64 sayı işıq üzü görmüşdür. 
E.Braun Millət və Elm qəzetləri haqda yazır ki, qədim məhkəmə xəbərləri, 
rütbə və vəzifələrə təyin olunma və çıxarılma, şah fərmanları, ov səfərləri, dini 
məsələlər  və  s.  və  başqa  dövlət  funksiyalarını  əks  etdirirdi.  Qəzetdə  məhkəmə 
işləri,  dövlətin  tərəqqisi  ölkənin  təhlükəsizliyini  təmin  etməyi  genişləndirmək 
və  s.  ilə  bağlı  yazılar  da  olurdu.  Bu  səbəbdən  də  bu  qəzet  daha  çox  İran 
liberallarının  və  nəşr  olunan  başqa  qəzetlərin  tənqidinə  məruz  qalırdı.  İlk 
dövrlərdə  bu  qəzetin  müasir  elmlərdən  bəhs  edən  şöbəsi  də  vardı.  Səhifənin 
aşağı hissəsində Məhəmmədhəsən xanın qələm tərcüməsində «Kapitan Hatterin 
macəraları» adlı bir rubrikası da vardı. (4)  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə