Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   2   3   4   5   6   7   8   9   ...   63

 

 
I  F Ə S Ġ L 
GÜNEY AZƏRBAYCANDA MƏTBUATI N YARANMASI  
VƏ ONUN ĠNKĠġAF MƏRHƏLƏLƏRĠ  
 
1799-cu  ildən  Azərbaycanı  idarə  edən  Fətəli  şah  Qacarın  oğlu  vəliəhd 
Abbas  Mirzə  özünü  istedadlı  sərkərdə,  elmə,  sənətə  yüksək  qiymət  verən 
şəxsiyyət kimi tanıda bilmişdi. Bir mütərəqqi ziyalı kimi Abbas Mirzə bilirdi ki, 
ölkəsinin geri qalmasının səbəblərindən biri hərbi məğlubiyyətlər üzündəndirsə, 
digər  səbəbi iqtisadi  və  mədəni  geriliklə  bağlıdır.  O  dövrdə  fransalı  şərqşünas, 
yazıçı,  Bonopart  Napoleonun  mütərcimi  Jan  Gevr  İranda  olarkən  Təbrizdə 
şahzadə  Abbas  Mirzə  ilə  də  görüşür.
*
  Vəliəhdin  görüş  zamanı  ona  verdiyi  ilk 
suallardan  biri  Avropanın  inkişaf  və  tərəqqiyə  necə  nail  olması  ilə  bağlı  olur 
(26, 160). 
Abbas  Mirzə  verdiyi  suala  özünün  gəlmiş  olduğu  nəticəyə  uyğun  cavab 
alır;  hər  kəs  öz  millətinin  tərəqqisini  istəsə  bunu  elmi  bilikləri  ölkəyə  tətbiq 
etmək yolu ilə tapa bilər. 
Abbas  Mirzə  Avropaya  yaxınlaşmaq  üçün  ölkədə  bir  çox  sahələrdə 
islahatlar  keçirməyə  başladı.  İran-Rus  müharibələrində  İran  ordusunun  müasir 
texnikadan  geriliyi  üzrə  çıxmışdı.  Abbas  Mirzə  qonşu  Türkiyədə  III  Sultan 
Səlimin  apardığı  islahatdan  təsirlənərək  Azərbaycanda  bir  nizamlı  ordu 
yaratmağa  səy  göstərdi.  Yeni  ordu  hərəkət  edən  top  və  yeni  silahlarla  təhciz 
edilmiş,  hərbi  elmə  və  təlimə  yiyələnmək  üçün  Avropadan  zabitlər  dəvət 
edilmişdi.  Təbrizdə  silah  və  top  istehsalı  zavodu  qurulmuş,  hərbi  və  texniki 
kitabları çevirmək üçün tərcümə idarəsi təşkil edilmişdi. Uğurla nəticələnən bu 
islahatlar  tək  Cənubi  Azərbaycanda  deyil,  bütün  İranda  kitab  çapı  və 
litoqrafiyanın  tətbiqi,  tərcümə  işi  Avropaya  Avropaya  tələbələrin  göndərilməsi 
(Bu  hal  Şərqdə  ilk  təşəbbüs  idi  –P.M.)  və  Təbrizdə  ilk  nizamlı  hərbi  alayların 
yaranması  ilə  tarixə  daxil  oldu.  O  dövrdən  etibarən  Təbriz  İranın  mədəni  və 
iqtisadi mərkəzinə çevrildi. Təbrizdə bir çox ölkələrin konsulluğu açıldı. 


 

Abbas  Mirzənin  təşəbbüsü  ilə  1809-cu  ildən  etibarən,  Avropada  təhsil 
almaq  və  orada  elm  və  texnikanın  yeniliklərinə  yiyələnmək  və  yeni  yaradılan 
qurumların  kadr  baxımından  təminatı  üçün  üçün  tələbələr  göndərildi.  1815-ci 
ildə  onların  sayı  7-yə  çatmışdı.  Avropadan  mütəxəssis  kimi  geri  qayıdan  bu 
gənclər,  sonralar  İran  və  Cənubi  Azərbaycanda  elm,  maarif  və  mətbuatın 
inkişafında  xidmət  göstərib,  ilk  mətbəələrin,  kitab  çapı,  qəzet  nəşri,  dünyəvi 
məktəblərin və s. əsasını qoydular (8). 
1812-ci  ildə  Abbas  Mirzənin  göstərişi  ilə  Təbrizə  ilk  çap  maşınları 
gətirildi. 
Moskva və Peterburqda çap işinə yiyələnən Mirzə Cəfər və Mirzə Əsədulla 
Təbrizə  geri  dönərkən  çap  maşınının  avadanlıqlarını  da  özləri  ilə  gətirərək, 
Abbas Mirzənin Avropadan gətirdiyi çap dəzgahlarında işə başladılar. 
1825-ci ildən etibərən Təbrizdə mətbəələr işə düşdü. 
İngilis şərqşünası E.Braun yazırdı ki, Təbriz, çap maşınının işə salındığı ilk 
şəhər  olduğundan,  sonralar  bütün  İranda  qurulan  mətbəələr  basmaxana,  oranın 
işçiləri  isə  basmaçı  adlanırdı  (60).  Bu  təbii  ki,  mətbəənin  və  çap  sənətinin 
Azərbaycanda qoyulduğundan irəli gəlirdi. 
1825-ci 
ildə  Təbrizdə  «Basmaxane-dər-əl-səltəne»  adlı  mətbəədə 
Müqəddəs  Quran  litoqrafiya  üsulu  ilə  çap  olundu.  Kitab  məşhur  xəttat  Mirzə 
Hüseynin işlədiyi nüsxə əsasında basılmışdı. İlk nəşr olunmuş kitablar sırasına 
«Fətəli  şahın  hakimiyyəti  illərinin  tarixi»  Əbdülrəzzaq  Dünbülinin  Qacarlara 
həsr  etdiyi  kitab, həmçinin  hüquq,  hərb  sənəti  və təbabətlə  bağlı  digər  kitablar 
daxil idi. Artıq 1820-30-cu illərdə tək Təbriz deyil, Urmiyyə, Ərdəbil, Qəzvin, 
Xoy  şəhərlərində  bir  neçə  mətbəə  mövcud  idi.  O  dövrdə  bütün  İranda  çap  işi 
Azərbaycan mətbəələrində yerinə yetirilirdi. 
Tehranda  ilk  mətbəələrdən  birini  Xoylu  Mirzə  Cabbar  Təzkirəçi  açmışdı. 
Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə 
Cabbar  xarici  ölkələrdə  diplomat  kimi  çalışmış,  İranda  ilk  rəsmi  mətbu  orqan 
olan  «Ruznameye-vaqaiye-ittifaqiyə»nin  redaktoru  olmuşdur.  Rəsmi  nəşrlər 


 

üçün  Avropa  qəzetlərindən  tərəqqi  ilə  bağlı  yazıları  tərcümə  edib.  «Bütün 
İranda ilk publisist və nəşriyyatçılardan olmuşdu». (2) 
Abbas  Mirzənin  İranda  apardığı  islahatları,  sonralar  Əbülqasım  Qayım-
Məqam və Tağı xan Fərəhani davam etdirirlər. Fətəli şah Qacarın nazirlərindən 
biri  olan  Mirzə  Əbülqasım  gənclik illərindən şair  kimi  tanınıb,  Sanai  təxəllüsü 
ilə  qəsidələr  yazırdı.  O,  həm  yazdığı  şerlərdə,  həm  də  saray  dəftərxanasında 
hazırladığı  məktub  və  sənədlərdə  o  vaxtlar  yüksək  üslub  kimi  qəbul  edilən 
ibarəli,  uzun  və  mürəkkəb  söz  birləşmələrini  sadələşdirməyə  nail  olmuşdu. 
Onun  xalq  dilinə  yaxın  olan  canlı  ədəbi  üslubu,  sonralar  rəsmi  (dəftərxana, 
qəzet, jurnal) dilə çevrildi. 
Qayem-Məqam  Abbas  Mirzənin  islahatlarını  daha  da  genişləndirərək, 
bütün  İranda  Avropa  tipli  ordu  yaratmış,  hərbi  sənayenin  və  toxuculuq 
sənayesinin əsasını qoymuşdu. 
Qayem-Məqamın  ardıcıllarından  biri  görkəmli  maarifçi  və  islahatçı  Mirzə 
Tağı  xan  Fərəhani-Əmir  Kəbir  idi.  Onun  atası  Məhəmmədəli  şahın  vəzirinin 
evində idarəçi idi. 
1829-cu  ildə  İran  höküməti  tərəfindən,  rus  səfiri  Qriboyedovun  ölümü  ilə 
əlaqədar  Rusiyaya  diplomatik  nümayəndə  heyəti  göndərilir.  Heyətin 
nümayəndələri  Rusiyanın  Peterburq,  Moskva,  Tula  şəhərlərində  olan  sənaye 
mərkəzlərini, maarif, mədəniyyət və elm ocaqlarını, hərbi məktəbləri, rəsədxana 
və digər mühüm müəssisələri gəzərək, onlarla tanış olmuşdu. 
Heyətin  nümayəndələri  içərisində,  sonralar  İranın  baş  naziri  rütbəsinə 
ucalan Tağı xan Fərəhani (Əmir Kəbir) də olur. 
Türkiyədə,  Ərzrum  konfransında  olarkən,  İran  nümayəndəsi  kimi  iştirak 
edən Tağı xan Türkiyə hökümətinin apardığı islahatlarla-tənzimatla da yaxından 
ilgilənmişdi. 
Mirzə Tağı xan Rusiya və Türkiyədə gördüklərindən xeyli təəcüblənmiş və 
İranın  iqtisadiyyatının  nə  qədər  geri  qaldığını  anlamışdı.  O,  belə  nəticəyə 
gəlmişdi  ki,  İranı  mövcud  böhranlı  vəziyyətdən  çıxarmaq  üçün  ölkədə  bütün 
sahələrdə  islahatlar  aparmaq  lazımdır.  Vəliəhd  Nəsrəddin  şah  Təbrizdən 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə