Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

 
26 
qəzet  çıxarmışdı.  «Ehtiyacın  bir  növ  davamı  olan  «İqbalın  ömrü  çox  olmamış, 
onun cəmi dörd sayı işıq üzü görmüşdür.  
1898/9-cu  ildə  «Loğmaniyyə»  məktəbinin  müdiri  Sadıq  xan  Ədibül 
Məmalik tərəfindən «Ədəb» qəzeti nəşr olundu. 
Avropada  təhsil  almış  Mirzə  Sadıq  xan  geniş  dünyagörüşünə,  hərtərəfli 
savada  malik  şəxsiyyətlərdən  idi.  Hələ  gənc  yaşlarından  şer  yazmağa  başlayan 
Sadıq xan əvvəllər «Pərvanə», sonralar isə «Əmiri» təxəllüsü ilə şerlər yazırdı. 
Özünü  istedadlı  şair  kimi  tanıdan  Sadiq  xan  xan  saraya  dəvət  olunur,  Ədibül 
Məmalik (bütün dövlətin şairi) təxəllüsü qazanır. Sadıq xan dünya mədəniyyəti 
və  ədəbiyyatının  nailiyyətləri  ilə  maraqlanır,  müntəzəm  qiraətlə  məşğul  olur, 
rus, pəhləvi, gəldani, fransız və ingilis dillərini bilirdi. Avropa və Asiyanın bir 
çox  ölkələrinə  səfər  etmiş  Sadıq  xan  xalqını  savadlı,  ölkəsini  daim  inkişafda 
görməyi arzulayırdı. O, coğrafiya, mədəniyyət, ədəbiyyatla bağlı bir neçə kitab 
yazmışdı. 
Dövrünün  digər  şairləri  kimi  Ədibül  Məmalik  qəsidə,  qəzəl,  mədhiyyələr 
yazırdı. 
Sonralar o, daha operativ və XIX əsrin sonlarında İranda populyar janr olan 
publisistikaya müraciət edir. 
1898-ci  ildə  Təbrizdə  «Ədəb»  qəzetini  nəşr  edən  Sadiq  xan,  sonralar 
qəzetin,  tək  Güney  Azərbaycanda  deyil,  İranın  Məşhəd  və  Tehran  şəhərlərində 
də çap olunmasına nail olur. 
1905-ci  ildə  Bakıda  Əhməd  bəy  Ağayevin  redaktorluğu  ilə  nəşr  olunan 
«İrşad» qəzetinin fars dilli əlavəsini çıxarır. 
«İrşad»ın  cəmi  13  sayı  çıxmış  farsca  əlavəsində  ədəbi-ictimai  fikir 
tariximiz  üçün  çox  maraqlı  faktlara  rast  gəlmək  mümkündür.  Məs.  onun 
saylarından  birində  Böyük  mütəfəkkir  M.F.Axundovun  indiyə  qədər  əldə 
olunmayan  ərəbcə  yazılmış  «Təlqinnamə»  əsərindən  bir  hissə  çap  olunmuşdur. 
Bu isə onu göstərir ki, bu əsər həqiqətən mövcud olmuşdur.  
Digər  bir  maraqlı  fakt  İran  dramaturgiyasının  banisi  Mirzə  ağa  Təbrizi  ilə 
bağlıdır.  O,  M.F.Axundovun  təsiri  altında    dram  əsərləri  yazmışdır.  Mirzə  ağa 


 
27 
Təbrizi  yazdığı  hər  bir  yeni  peysini  M.F.Axundovdan  məsləhət  almaq  və  əsər 
haqda  onun  fikrini  bilmək  üçün  ona  göndərirmiş.  Amma  hər  dəfə  də  xahiş 
edirdi  ki,  yazışma  zamanı  bir  müəllif  kimi  onun  adını  yazmasın,  bunu  gizli 
saxlasın.  Çünki  onun  əsərləri  tənqidi  satira  üzərində  qurulduğundan  yazıçıya 
təhlükə  yarada  bilərdi.  Bu  səbəbdən  uzun  illər  bu  əsərlərin  müəllifinin  adı 
qaranlıq  qalmışdı.  Uzun  müddət  onun  əsərlərini  səhvən  M.F.Axundovla  əlaqə 
saxlayıb  məktubla  yazışan,  başqa  bir  ziyalı,  erməni  əsilli  Melkum  xanın  adına 
çıxırdılar. Bu məsələ ilə bağlı həqiqəti ilk dəfə tədqiqatçı Həmid Məmmədzadə 
üzə  çıxarmışdır.  «İrşad»da  Mirzə  ağa  Təbrizinin  əsərindən  bir  parça  çap 
olunması əsərlərin əsl müəllifinin kimliyinə aydanlıq gətirib.  
Bakıdan  Tehrana  qayıtdıqdan  sonra,  Mirzə  Sadiq  xan  1907-ci  ildə  «İraqe-
əcəm» və 1914-cü ildə isə «Aftab» qəzetlərini nəşr edir. 
Orta  əsrlərdə  məşhur  şairlər  saraya  cəlb  edilir,  orada  fəaliyyət  göstərib, 
qəzəl,  qəsidə  və  bir  çox  hallarda  şahın şəninə  mədhiyyələr  yazırdılar.  Sonralar 
tanınmış şairlər, əsasən Tehranda yerləşən xüsusi evlərdə görüşüb şerləşirdilər. 
XX  əsrin  əvvəllərində  Təbrizdə  Təbriz  ziyalılarının,  şair  və  alimlərinin 
toplaşdığı  «Loğmaniyyə»  məktəbində  ədəbi,  dərnək  fəaliyyət  göstərməyə 
başladı. Bu ilk ədəbi dərnəyi Sadıq xan Ədibül Məmalik idarə edirdi. 
Ədalət  Əbülziya,  Həsən  Tağızadə  və  Məmmədəli  Tərbiyət  müasir 
mütərəqqi  fikirlərin  təbliği  və  yayılma  mərkəzlərini  yaratmağa  müvəffəq 
olmuşdular.  Az  müddətdən  sonra  bu  mərkəzin  orqanı  olan  «Gəncineyi-Fünun» 
jurnalı dərc olundu. 
«Gəncineyi-Fünun»  jurnalının  redaktorlarından  biri  Məmmədəli  Tərbiyət 
Güney  Azərbaycanın  görkəmli  maarif  xadimlərindəndir.  O,  dövrün  demokratik 
fikirli  ziyalıları  –  Seyid  Məhəmməd  Şəbüstəri,  Həsən  Tağızadə,  Hüseyn 
Ədalətlə  birlikdə  Təbrizdə  yeni  üsulla  idarə  olunan  «Tərbiyət»  məktəbinin 
əsasını  qoymuşdur.  Təbrizdə  çox  zəngin  «Tərbiyət»  kitabxanasının  yaranması 
da  onun  adı  ilə  bağlıdır.  Tərbiyət  Asiya,  Afrika  və  Avropanın  bir  çox 
ölkələrində nəşr olunan kitabları, qəzet və jurnalları Təbrizə gətirərək yaratdığı 
kitabxana  vasitəsilə  oxuculara  çatdırırdı.  Azərbaycan  ziyalılarının  dövrün 


 
28 
qabaqcıl mətbu orqanları və nəsr nümunələri ilə tanış olmasında, onların dünya 
görüşünün artmasında «Tərbiyət» –kitabxanasının xidmətləri az olmamışdır.  
1902-ci  ildə  Təbrizdə  nəşr  olunan  «Gəncineyi-fünun»  tək  Cənubi 
Azərbaycanda  deyil,  həmçinin  İranda  ilk  elmi-ədəbi  jurnal  hesab  olunur. 
Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi. I. Elm və texnika 
ilə bağlı yeniliklər, II. İncəsənətdən, tarix və ədəbiyyatdan bəhs edən «İncəsənət 
bələdçisi».  Bu  rubrikanı  M.Tərbiyət  hazırlayırdı.  III.  «Qədim  mədəniyyətlər, 
sivilizasiyalar».  Bu  bölmədə  Avropanın  tarixçi  alimlərinin  (xüsusilə  fransız 
Qustav  M.Bonun)  əsərlərindən  örnəklər  verilirdi.  Həmin  əsrələri  Həsən 
Tağızadə  çevirir  və  onların  çox  zaman  geniş  şərhini  hazırlayırdı.  IV.  Bədii 
əsərlərdən edilmiş tərcümə nümunələri sonuncu bölmədə yerləşdirilirdi. Macəra 
ədəbiyyatını, xususilə fransız yazıçısı Jül Vernin əsərlərini tanınmış şair Mirzə 
Yusif  xan  Etisamimülk  (görkəmli  şairə  Pərvin  Etisaminin  atası)  çevirirdi.  
Məmmədəli  Tərbiyət  1921-25-ci  illərdə  Güney  Azərbaycanın  maarif  naziri 
vəzifəsini  daşıdığı  zaman,  ölkəyə  maarif  və  mədəniyyətin  qorunmasına  böyük 
qayğı  göstərir.  Həmin  illərdə  Təbrizdə  «Gəncineyi-Fünun»  jurnalının  nəşrini 
bərpa edir. 
 
XIX  əsrin  sonlarında  qəzetlərin  sayı  artmağa  başlayırdı.  Xalq  artıq 
hakimiyyətə  müxalif  olan  qəzetləri  oxuyurdu.  Onların  əksəriyyəti  ölkənin 
xaricində  çap  olunan  mühacir  mətbu  orqanları  idi.  Ölkə  daxilində  nəşr  olunan 
belə  qəzetlər  təzyiqlərə  məruz  qalıb  bağlandıqca  onların  qeyri-leqal,  kiçik 
formatlı qəzetlər, vərəqlər görünməyə başlayırdı. 
Şah  uzun  müddət  ölkədə  xüsusi  qəzetlərin  nəşrinə  və  ölkəyə  xaricdən 
mətbuat  gətirilməsinə  icazə  vermirdi.  «1863-cü  ildə  şahın  xüsusi  fərmanı  ilə 
belə  qəzetlər  xalqı  düzgün  yoldan  azdıran  vərəqələr  elan  olunmuş,  onların 
yayılması  qadağan  edilmişdi»,  (8,  237).  Sonralar  şah  mövqeyini  yumşaltmalı 
oldu.  Gizli,  qeyri-leqal  mətbuatın  qarşısını  almaq,  hökümət  və  ruhanilərin 
nəzarəti  altında  olan  özəl  qəzetlərdə  öz  nüfuzunu  möhkəmlətmək  üçün  onların 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə