Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

 
36 
siyasi  məsələlərlə  məşğul  olurdu.  Bu  dönəmdə  Güney  türklərində 
«Hümmətçilikdən  millətçiliyə»  keçmə  meylləri  yaranırdı.  Tədrisin  türk  dilində 
aparıldığı  məktəblər  qurulur,  türkcə  mətbuat  yaranır,  yeni  siyasi  təşkilatların 
formaları meydana gəlirdi. Azərbaycan əyalət əncüməni «Əncümən» adlı mətbu 
orqanı nəşr etməyə başladı. 
«Azərbaycan əyalət əncüməni» əsasən «Gizli mərkəz» (bəzi ədəbiyyatlarda 
«Gizli əncümən», «Mərkəzi-qeyb») adlı təşkilatdan idarə olunurdu. 
1905-ci  ildə  Bakıda  N.Nərimanovun  dəstəyi  ilə  Güney  azərbaycanlılarının 
«İctimaiyyunun-amiyyun»  («Mücahid»)  adlı  sosial-demokratk  partiyası 
yaradılmışdı.  Təbrizdə  isə  ona  ekvivalent  olaraq  «Gizli  mərkəz»  fəaliyyətə 
başlamışdı. Mərkəzin lideri Kərbəlayi Əli idi, fransız dilini və siyasi ədəbiyyatı  
bildiyi  üçün  Əli  Müsyö  adı  ilə  tanınmışdı.  «Gizli  Mərkəz»  inqilabın 
başlanğıcından sonuna qədər Güney Azərbaycanda hərəkata rəhbərlik etmişdi. 
Lakin  1907-ci  ilin  əvvəlində  taxta  çıxan  Məhəmmədəli  şah  atasının 
imzaladığı  konstitusiyanı  tanımaq  istəmirdi.  Bu  xəbər  Təbrizdə  hərəkatın 
genişlənməsinə  təkan  verdi.  Fevral  ayının  8-də  Təbrizdə  «Gizli  Mərkəz»in 
başçılığı ilə Məşrutə inqilabı dövründə ilk silahlı üsyan baş verdi. Son nəticədə 
isə  Təbriz  şəhərində  real  hakimiyyət  əyalət  şurasının  əlinə  keçdi.  İnqilabın 
ağırlıq  mərkəzi  tədricən  Təbrizə  keçməyə,  İran  inqilabının  taleyi  bu  şəhərdə 
həll olunmağa başlamışdı. 
1908-ci il iyunun 23-də şahın göstərişi ilə İrandakı rus kazak hərbi dəstəsi 
Məşrutəyə  zərbə  endirmək  məqsədi  ilə  Məclisin  və  paytaxtdakı  Azərbaycan 
şurasının binalarını top atəşinə tutdurdu. 
Hakimiyyəti ələ keçirən Mərkəzi  hökuməti Azərbaycana ordu göndərsə də 
xalq  tərəfindən  müqavimətə  rast  gəlmişdi.  Bundan  sonra  Təbriz  11  ay  
mühasirədə qalmışdı. Xalq aclıq və bir çox başqa çətinliklərlə üzləşsə də  təslim 
olmamışdı.  Təbriz  döyüşlərində  Səttarxan  öz  yaxın  silahdaşları  ilə  misilsiz 
döyüş  şücaəti  göstərmişdilər.  Təbriz  İran  məşrutə  inqilabının  mərkəzinə 
çevrilmişdi.  İranın  qüvvələri  üzərində  qələbənin  qazanılmasında  böyük 


 
37 
xidmətləri  olan  Səttar  xan  və    Bağır  xanı  xalq  məhəbbətlə  «Sərdare-milli»  və 
«Salare-milli» (milli sərkərdə mənasındadır – P.M.) adlandırmışdı. 
Səttarxanın  saysız  qəhrəmanlıqları  Təbrizin  yenilməzliyi  yaxın-uzaq 
ölkələrdə  böyük  əks-səda  doğurdu.  Həmin  günlərdə  Azərbaycan  Əyalət 
Əncüməninin  və  şəxsən  Səttarxanın  adına  dünyanın  Bakı,  Tiflis,  Peterburq, 
İstanbul, Paris, Nəcəf və s. şəhərlərindən təbrik teleqramları, məktublar, şeirlər 
daxil olur, xarici qəzet və dərgilərdə bunlar haqqında məqalələr dərc olunurdu. 
Qeyd  etdiyimiz  kimi,  «Molla  Nəsrəddin»  dərgisi  bütün  hərəkat  boyu 
Azərbaycan  inqilabçılarına  ruh  verirdi.  Təbrizdəki    qanlı  döyüşlər  vaxtı  Cəlil 
Məmmədquluzadə  yazırdı:  «Bu  gün  Kərbəla  meydanı  Azərbaycandakı 
vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi 
varsa,  oranın  qeydinə  qalmalıdır.  M.Ə.Sabirin,  eləcə  də  digər  şairlərin  yüksək 
hörmət  və  iftixarla  Səttarxana  həsr  etdiyi  şeirləri  «Molla  Nəsrəddin»də  çap 
olunub, Cənubda da yayılırdı. 
1909-cu  ildə  Güney  Azərbaycanın  bütün  qərb  vilayətləri  (Maku  istisn a 
olmaqla)  əksinqilabçılardan  təmizlənmiş,  demokratik  hakimiyyət  bərqərar 
edilmişdir. 
O  illərdə  təzə  nəşrə  başlayan  «Molla  Nəsrəddin»  jurnalı  İran  və  Güney 
Azərbaycan mövzusuna geniş yer ayırırdı. «Molla Nəsrəddin»in elə bir sayı yox 
idi  ki,  orada  bu  mövzu  M.Cəlilin,  M.Ə.Sabirin  və  jurnalın  Təbriz  müxbirləri  – 
M.S.Ordubadi,  Mirzə  Ələkbər  Məmmədquluzadə  (Cəlil  Məmmədquluzadənin 
qardaşı – P.M.) İskəndər Qəffari Sərxpuşun qələmi ilə  felyeton, şeir, xəbər və 
s.  şəklində  getməsin.  Bakıda  nəşr  edilən  «İrşad»,  «Həyat»,  «Təzə  həyat»  kimi 
mətbu orqanları da İrandakı məşrutə inqilabına böyük mənəvi dəstək olurdular. 
Əgər  XIX  əsrin  sonlarında  Güney  Azərbaycanda  yalnız  Türkiyənin  nəşr 
nümunələri  ilə  tanış  idilərsə,  artıq  XX  əsrin  əvvəllərində  daha  çox  Bakı  və 
Qafqazda  Azərbaycan  dilində  çıxan  mətbu  və  nəşləri  izlənilirdi.  Bu  o  dövrdə 
Azərbaycanda uzun fasilədən sonra (1891-1904) çap olunan «İrşad» (bu qəzetin 
Sadıq xan Fərəhani tərəfindən İrandakı azərbaycanlılar üçün fars dilində xüsusi 


 
38 
əlavəsi  hazırlanırdı)  xüsusilə  «Molla  Nəsrəddin»  və  digər  mətbu  orqanlarında, 
öz ölkələri ilə bağlı bilgilər alırdılar. 
Beləliklə, Güney Azərbaycanın oxucuları İranın başqa rayonlarından fərqli 
olaraq buradakı hadisələr haqqında Qafqaz və rus sosial demokratiyasının təlim 
və baxışları, İran inqilabına yönəldilən fəaliyyəti (8, 215) və digər materiallarla 
bilavasitə tanış olurdular. 
Ailəsini  dolandırman  və  çörəkpulu  qazanmaq  üçün  bütün  Qafqaz  boyu 
səpələnmiş  Güney  azərbaycanlılar  İrana  geri  qayıdarkən  özləri  ilə  rus  qafqazlı 
və fəhlələrini istiqlal mücadiləsi ideyalarını da gətirirdilər. 
M.Rəsulzadə    yazırdı  ki,  iranlıların  Bakıda  qurulan  ilk  inqilabi  cəmiyyəti 
Tehran  və  Təbrizə  mürşidlər,  fədailər,  bombalar  və  sair  məvaddi-infilaqiyyə 
göndərirdilər. 
M.Rəsulzadə  İranda  inqilab  və  azadlıq  hərəkatını  izhar  edən  qüvvət  və 
alimlərin toplandığı mərkəzin Bakı və İstanbul olduğunu qeyd edirdi (34, 124). 
O, yazırdı ki, Məşrutə dönəmində İstanbulda əsasən iranlı türklərdən təşkil 
olunmuş  «Səadət  əncüməni»  adlı  komitə  təşkil  olunmuşdu.  Bu  komitə  bir 
tərəfdən  nəşr  etdiyi  bəyannamələrlə  İranda  əfkari-ixtilal  pərvərənəyi  iqaze, 
vurduğu  teleqraflarla  Avropa  Əfkari-  ümumisini  tənvirə    çalışıyor,  digər 
tərəfdən də mərakizi ixtilaliyə beynində mübadilə-məlumat və əxbər mərkəzliyi 
vəzifəsini ifadə ediyordu» (34, 124). 
Qeyd  edək  ki,  o  illərdə  İstanbulda  «Səadət  əncüməni»  tərəfindən  həftəlik 
«Siruş»  (1909-1910)  adlı  qəzet  dərc  olunurdu.  Onun  yaradıcı  heyətinə  Seyid 
Məhəmməd  Tofiq,  Əli  Əkbər  Dehxuda  («Sure-İsrafil»  qəzetinin  aparıcı 
müxbiri)  Əhməd  bəy  Ağaoğlu  (yaxşı  tanıdığımız  görkəmli  publisist)  və  Yəhya 
Dövlətabadi daxil idilər. 
O  illərdə  Təbrizdəki  hadisələrin  tək  seyrçisi  deyil,  həm  də  fəal  iştirakçısı 
olan  M.Ə.Rəsulzadə  Təbrizi  müdafiə  edən  mücahidlərin  və  onların  rəhbəri 
Səttar  xanın  qəhrəmanlığını  «İran  məktubları»nda  xüsusi  qeyd  edirdi.  Məşrutə 
hərəkatı sonda məğlubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə