Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

 
23 
arasında  ruznamə–zornamə  adını  qazanmışdı.  Belə  qəzetlərdən  birini  vaxtilə 
M.F.Axundov  «İran»    qəzetinin  münşisinə…»  məqaləsində  kəskin  tənqid 
etmişdi. 
Lakin pulsuz yayılan, içərisi baməzə, duzlu yazılarla və gülməli şəkillərlə 
bol olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla 
sayıldığı  o  dövrdə  bu  qəzetə  maraq  o  qədər  çox  idi  ki,  bəzən  məhəllə-məhəllə 
gəzib, onu oxutdurmaq üçün yazi-pozunu bilən adam soraqlayırdılar. 
Haqqında  söhbət  açdığımız  qəzetin  naşiri  və  redaktoru istedadlı publisist 
Əliqulu  Səfərov  idi.  Səməd  Sərdar  Niyanın  yazdığına  görə  Ə.Səfərov  cavan 
yaşlarında  atasının  yanında  Rusiya  və  Türkiyədə  ticarətxanaların  idarəsi  ilə 
məşğul  olurdu.  Bu  ölkələrdə  İran  hökuməti  tərəfindən  sürgün  edilmiş  siyasi 
mühacirləri  və  yerli  mütərəqqi  fikirli  ziyalılar  ilə  sıx  təmasda  olurdu.  Sonralar 
vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür.  
Belə ziyalılardan biri də Əliqulu xan Səfərov idi. O, ölkəni konstitusiya ilə 
idarə olunan, hər sahədə inkişaf etmiş, xarici istismarçilardan asılı          olma-
yan azad bir dövlət kimi görmək istəyirdi. 
Ə.Səfərov  qəzeti  xalqı  oyatmağın  ən  təsirli  vasitələrindən  biri  hesab 
edirdi.  Əvvəlcə    o  öz  həmfikirləri  ilə  bərabər  gizli  bir  mərkəz  yaradır.  «Gizli 
əncümən»  adlanan  bu  mərkəzdə  Əliqulu  Səfərovla  yanaşı  dövrün  görkəmli 
vətənpərvər  ziyalıları  M.Tərbiyət.,  S.M.Şəbustəri,  H.Ədalət  iştirak  edirdilər. 
1892-ci  ildə  Ə.Səfərov  Təbrizdə  qeyril-leqal  olaraq  «Şəbnamə»  adlı,  kiçik 
ölçülü satirik qəzet – vərəqə buraxmağa nail olur. Ə.Kəsrəvinin yazdığına görə 
Ə.Səfərov «Gizli əncümən»in üzvü olmaqla bərabər Məmmədəli Mirzənin gizli 
polis  rəisi  idi.  Məmmədəli  Mirzəyə  gələn  raportlar,  məktublar  Əliqulu  xanın 
əlindən  keçirdi.  O  bu  vəzifəsindən  istifadə  edərək  əlbir  və  həmfikir  olduğu 
yoldaşlarını  polisdən  qoruyur,  həm  də  ölkədə  baş  verən  cinayətləri,  mənfi 
halları açıb «Şəbnamə»də yayır geniş kütlələri xəbərdar edirdi. 
XIX  əsrin  sonlarında  İranda,  eləcə  də  Cənubi  Azərbaycanda  yerli 
feodallara,  yadelli  inhisarçılara,  şah  reciminə  qarşı  narazılıqlar  getdikcə  əhali 
arasında kəskin şəkil alırdı. Sonralar tarixdə «Tənbəki üsyanı», «Zeynəb paşa» 


 
24 
və  s.  adı  altında  ingilislərin  tütün  inhisarına,  yerli  feodalların  taxıl 
möhtəkirliyinə  qarşı  baş  verən  xalq  hərəkatları  o  dövrün  mətbuatında;  ölkədən 
xaricdə  nəşr  olunan  mühacir  mətbuatında  və  ölkədəki  gizli  nəşriyyələrdə  öz 
əksini tapmışdı. 
Ümumiyyətlə,  o  dövrdə  «Şəbnamə»  adı  altında    gizli  çap  olunan  nəşr 
nümunələrinə  çox  rast  gəlmək  olardı.  Məşrutə  inqilabı  ərəfəsində    dövrünün 
gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də «Şəbnamə» deyilirdi. 
Satirik  ruhlu  bu  kiçik  ölçülü  qəzet  və  ya  vərəqələrdə  dövrün  Əliqulu 
Səfərov,  Mirzə  Həsən  Rüşdiyyə,    Məhəmmədəli  Tərbiyət  kimi  mütərəqqi 
ziyalıları  İranın  real  ictimai-siyasi  vəziyyətini  açıb  göstərir,  xalqı 
müstəmləçilərə  və  istibdada  qarşı  mübarizəyə  səsləyir,  ölkədə  islahatlar 
keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərdilər. 
«Şəbnamə»nin  nəşri  tarixi  ilə  bağlı  ingilis  şərşünası  Edvard  Braunun 
1914-cü ildə Londonda çap etdirdiyi «Müasir İranın ədəbiyyat və mətbuat tarixi 
kitabında  (E.Braun bir müddət İranda yaşamış, elmi tədqiqat işi aparmışdır. O 
İran  ədəbiyyatı,  Məşrutə  inqilabı  tarixi  və  s.  əsərlərin  müəllifidir.  O  Cənubi 
Azərbaycanın  görkəmli  ziyalılarından  olan  M.Tərbiyətlə  yaradıcılıq  əlaqəsi 
saxlayırdı.  E.Braun  İngiltəriyə  qayıdarkən  onun  «İran  mətbuat  tarixi»  adlı 
əlyazmasının üzərində işləmiş öz əlavələrini və o dövrdə İranın Rəşt şəhərində 
İngiltərə  səfərətxanasının  konsulu  işləyən  Rabinonun  da  yerli  mətbuatla  bağlı 
qeydlərini  oraya  daxil  edərək  ayrıca  bir  əsər  kimi  çap  etdirmişdir.  Kitabın 
əvvəlində  əsərin  əsl  müəllifinin  M.Tərbiyət  olduğunu  da  xüsusi  vurğulamağı 
unutmamışdır)  «Şəbnamə»nin  1892-ci  ildə  Təbrizdə  meydana  gəldiyini, 
müntəzəm  deyil,  müvafiq  vaxtlarda  çap  olunduğunu,  redaktorunun  və  oradakı 
bir  çox  məqalələrin  müəllifinin  Əliqulu  xan  Səfərov  olduğunu  və  çox  zaman 
Ağaqulu  imzasından  istifadə  etdiyini,  gizli  çap  olunub  yayılandığını,  yeni 
ideyalarla  zəngin,  çox  düşündürücü  və  satirik  olub  səhifələrinin  əksəriyyətinin 
karikaturalarla  bəzədildiyini  qeyd  edir,  onu  çox  yüksək  qiymətləndirirdi.  Ən 
başlıcası  isə  E.Braun  nüsxəsi  günümüzə  qədər  gəlib  çıxmayan  bu  qəzetin 


 
25 
saylarından birini 1906-cı ildə gördüyünü yazır, oxucuları «Şəbnamə»nin satirik 
üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir. 
Həmin  saydakı  məqalələrin  birində  o  dövrdəki  çörək  qıtlığı  ilə  bağlı 
dükan-bazarladakı  qarma-qarışıqlıq  və  zorakılıqdan  bəhs  olunur:  «Dünən 
xidmətçini  səhər  qəlyanaltısı  üçün  bazara    çörək  almağa  yolladım.  O  səhər 
erkəndən  çıxdı,  evə  3  saatdan  sonra  gəldi.  Geri  qayıdanda  onun  paltarı  cırıq-
cırıq,  üzü  cızıq-cızıq  olub,  bədəni  bir  neçə  yerdən  yaralanmış,  bütün  vücudu 
göm-göy  göyərmişdi.  O  dövrdə  tüğyan  eləyən  aclıq  bizə  də  sirayət  etdiyindən 
onun gətirdiyi çörəyin çox quru və kiçik olmasına baxmayıb biz o loxma çörəyi 
dərhal parçalayıb bir neçə hissəyə böldük…».  
Digər  bir  yazıda  isə  küçələrdə  xirtdəyəcən  çıxan  palçıqdan  və  bu 
xoşagəlməz  vəziyyətin  Şah  sarayına  yaxın  olan  Baş  küçədə  də  adı  hal 
olduğundan  bəhs olunur: «Dəvə karvanı Baş küçəyə çatanda palçıq bataqlığının 
içində batıb gözdən itdi. Bir az keçdikdən sonra onlar Acı çayın sahilində peyda 
oldular və yollarına davam etdilər».  
Qeyd  etmək  lazımdır  ki,  E.Braun  «Şəbnamə»nin  həmin  sayindakı 
yazıların  türkcə  (azərbaycanca  -  P.M.)  yazıldığını,  səhifənin  tən  yarısının 
şəkillərlə  bəzədildiyini  yazır.  Lakin  qəzetin  nəşri  tarixinin  və  məkanını 
göstərilmədiyini  həmçinin  redaktor  və  müəllifləri  haqda  heç  bir  məlumat 
verilmədiyini bildirir. 
Ə.Səfərovun  1898-ci  ildə  nəşr  etdiyi  «Ehtiyac»  qəzeti  şəraitin  imkan 
verdiyi  hüdudda  mövcud  quruluşu  tənqid  edir,  xalqı  azadlıq  və  tərəqqiyə 
çağırır,  qəflət  yuxusu  və  cəhalətdən  oyadırdı.  Höküməti  mövcud  quruluşu  və 
xarici  inhisarçıları  tənqid  etdiyinə  görə  qəzetin  çapı  7-ci  sayından  sonra 
dayandırıldı.  
«Ehtiyac»  qəzetinin  cəmi  yeddi  sayı  işıq  üzü  görmüşdür.  Sonuncu  sayda 
Ə.Səfərov yazırdı ki, iranlılar hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu 
acı  həqiqətlə  barışa  bilməyən  Azərbaycan  hakimi  Əmirnazim  Gorrucu  qəzeti 
bağlamış  və  Ə.Səfərovu  cəzalandırmışdı.  Ə.Səfərov  bundan  sonra  «İqbal»  adlı 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə