Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

 
29 
nəşrinə imkan yaratdı. Hökümət artıq xüsusi şəxslərə və idarələrə qəzet nəşrinə 
icazə vermək məcburiyyətində qalmışdı. 
Avropa  dövlətlərində  olduğu  kimi  İranda  xüsusi  mətbəə  və  təhsil 
ocaqlarında yarım rəsmi qəzetlər görünməyə başlayırdı. Bu mətbu orqanları çox 
ehtiyatlı  şəkildə  ölkədə  bir  çox  zəruriyyətləri,  xüsusi  ilə  sosial  islahatlar 
keçirilməsinin ətrafında fikirlərini bəyan edirdilər. Ümumiyyətlə o dövrdə çıxan 
mətbu nümunələrini (şərti olaraq) 3 yerə bölmək olar: 
1. Rəsmi 
2. Qeyri-rəsmi, açıq nəşr olunan özəl mətbu orqanları. 
3.  Gizli  çap  olunub  qəzet  vərəqə,  bəyannamə,  kitabça  və  s.  ibarət 
nəşriyyələr. 
Özəl mətbu orqanlarını təsis və idarə edənlər dövrün mütərəqqi şəxsləri və 
görkəmli  adamları  olurdu.  Onların  nəşr  etdikləri  qəzetlər  Nasiri,  Təbriz 
Əlhədid, Kamal, Ehtiyac və s. qəzetlər idi. 
Hakim  təbəqənin  mənafeyini  qoruyan  rəsmi  mətbuat  orqanlarından  fərqli 
olaraq  qeyri-rəsmi  orqanlar  mütərəqqi  şəxslər  və  gizli  cəmiyyətlər  tərəfindən 
hazırlanır.  Xalqa  yaxın  olub  azadlıq  ideyalarını  yayır,  ölkədəki 
çatışmamazlıqlardan yazır, hakim təbəqələrin cinayətlərini ifşa edirdi. 
Gizli  mətbuata  gəlincə  isə  müxtəlif  mənbələrə  görə  onların  sırasına 
«Şəbnamə»,  «Lisanül-qeyb»,  «Şahsevən»  və  s.  daxil  etmək  olar.  Vərəqə  və 
qəzetlər əlyazma və ya jelatin üsulu ilə çap edilib yayınlanırdı.  
Aşkar çıxan mütərəqqi mətbuatın çoxu senzura tərəfindən təzyiq və təqibə 
məruz qaldığına görə az ömürlü olurdu. 
Qeyri-rəsmi  və  gizli  çap  olunan  qəzetlər  ölkənin  ictimai-sosial 
problemlərini  işıqlandırır,  yeni  mütərəqqi  fikirləri  yayır  və  çox  ehtiyatla 
mövcud  vəziyyəti  tənqid  edirdilər.  Bu  mətbu  orqanları  o  birilərindən  fərqli 
olaraq  oxucularına  məcburi  göndərilmirdi.  Məsələn,  Təbrizdə  çıxan  «Nasiri» 
qəzeti  isə  yazaraq  bildirirdi:  «Bu  qəzet  mütləq  rəsmiyyətdən  kənardadır  və 
abunəçilər  onu  rədd  və  ya  qəbul  etmək  ixtiyarına  malikdir».  Tehranda  çıxan 


 
30 
«Tərbiyyət» qəzeti  isə  yazırdı: «Bu qəzet könüllüdür. Nə  hökm  əsasında nə də 
müftə olaraq bir adama verilir». (19)  
O  dövrdə  çap  olunan  qəzetlərin  senzuradan  yayınmaq  üçün  nələrdən 
keçdiyini  «Tərbiyət»  qəzetinin  timsalında  görmək  olar.  Bununla  bağlı  qəzetin 
naşiri 1897-ci ildə çıxan saylarından birində yazırdı: «Mən qorxmadan qəzetdə 
gah  teatr  çıxardıram,  gah  zarafat  və  məsxərəyə  əl  atıram,  gecə  yuxu  görürəm, 
gündüz  uzun-uzadı  xəyal  səfərinə  gedirəm.  Fikrimdən  dünyaya  bir  eybəcər 
övlad gətirmək üçün həm behişti, həm də cəhənnəmi qarşımda görürəm». 
Cənubi  Azərbaycanda  ictimai  fikri  əks  etdirməyə  çalışan  ilk  özəl  qəzet 
1887-ci ildə işıq üzü gördü. «Təbriz» qəzetindən 4 il sonra «Mədəniyyət» qəzeti 
də onun yolunu tutdu. (19) 
«Təbriz» və «Mədəniyyət» qəzetlər əsas diqqəti yeni maarif və mədəniyyət 
ideyalarını  yaymağa,  əhalini  kitab,  qəzeti  mətbuat  oxumağa  yönəldir,  ölkənin 
mədəni  və  iqtisadi  həyatında  dəyişikliklər  yaratmağa,  sənaye  və  əkinçiliyi 
inkişaf  etdirməyə  çağırırdı.  Ölkədə  mətbuat  Nəsrəddin  şahın  yaratdığı 
senzurasının  möhkəm  təzyiqi  altında  idi.  «Qeyri-dövlət  qəzetlərinin  müdirləri 
qəzetin mündəricəsini nəşrə və mətbəyə göndərməzdən əvvəl mətbuat naziri və 
ya  onu  əvəz  edən  şəxsə  göstərmək  məcburiyyətində  idilər.  Bu  qəzetlər  çox 
təzyiq və sıxıntı altında saxlanılırdı» (61, 9.). 
Qəzet  redaktorları,  yeni  tipli  üsuli-cədid  məktəblərinin  baniləri  və  digər 
mütərəqqi  düşüncəli  şəxsiyyətlər  hər  cür  təzyiqlərə  məruz  qalsalar  da,  o 
zamanlar  yeni  yaranan  maarif  və  mədəniyyət  ocaqlarının  ətrafında  toplanır  və 
gizli  fəaliyyətlərini  davam  etdirirdilər.  Vətənə  xidmət  edən,  onun  tərəqqisinə 
çalışan  ziyalılar,  naşir  və  redaktorlar,  ölkədə  söz  və  mətbuat  azadlığına  imkan 
və  şərait  olmadığı  üçün  öz  qəzetlərini  xaricdə  çap  edib,  İranda  yayırdılar. 
Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün 
mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdılar. Bu qəzetlərdə 
qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət rejiminin 
konstitutsiya  rejimi  ilə  əvəz  olunması,  ölkədə  yeni  islahatların  keçirilməsi 
(xüsusilə  maarif  sahəsində).  Bu  qəzetlər  dövlət  qəzetlərindən  fərqli  olaraq 


 
31 
İranın  mövcud  vəziyyətini  tənqid  edir  və  əfkari  –  ümumiyyəyə  güclü  təsir 
göstərirdi.  Belə  mətbu  orqanların  ən  birincisi  1875-ci  ildə  İstanbulda  çıxan 
«Əxtər»  qəzeti  idi.  Türkiyədə  Əxtərlə  yanaşı  «Şahsevən»  də  çap  olunurdu. 
Bunlardan  başqa  Misirin  Qahirə  şəhərində  «Hikmət»  (1892-1906),  «Kəmal» 
(1905-1906),  Hindistanın  Kəlküttə  şəhərində  «Həbiülmətin»  (1893-1906)  çap 
olunurdu. Bu qəzetlərdə İranın ictimai həyatında olan bir sıra həqiqətlərin üstü 
açılıb,  İrandakı  yarıtmazlıqlar  haqqında  ibrətli  tənqidi  məqalələlər  yazıldığına 
görə  hakim  dairələrin  qəzəbinə  səbəb  olur  və  onların  İranda  yayılmasına  süni 
maneələr  yaradılırdı.  Lakin  xalq  içərisində  mütərəqqi  qəzetlərə  rəğbətin 
çoxalması  ilə  əlaqədar  olaraq  həmin  mətbu  orqanları  müxtəlif  yollarla  İrana 
gətirilib  əldən-ələ  keçir,  oxunurdu.  «Əxtər»in  ilk  nömrələri  gündəlik  nəşr 
olunurdu.  Nəşrin  üçüncü  ilindən  həftədə  iki  dəfə  çıxmış,  birinci  ilindən  sonra 
isə  həftəlik  olmuşdur.  Qəzetin  naşiri  –  imtiyaz  sahibi  Ağa  Məhəmməd  Tahir, 
katibi  isə  Mirzə  Mehdi  idi.  «Əxtər»in  ətrafında  İstanbulda  yaşayan  nüfuzlu 
mühacirlər  toplaşmışdılar.  Qəzet  vətənpərvər  ziyalılar  tərəfindən  hazırlanırdı 
(adətən  İranın  siyasi  sosial  məsələləri  ilə  bağlı  yazıların  müəlliflərinin  adı  ya 
verilmir,  ya  da  şərti  və  ya  baş  hərflərlə  verilirdi).  Çoxlarının  şəxsiyyətini 
müəyyən  etmək  çətin  idi.  Belə  ki,  «M.Müştəri»,  «M.Ə».,  «Vətən  və  azadlıq 
sevən»,  «Əxtər»  və  s.  imzalarla  müxtəlif  iqtisadi,  siyasi,  mədəni,  tarixi 
məsələlərin  qoyuluşu  və  şərh  olunması  cəhətdən  «Əxtər»  o  zamankı  «Qərb» 
qəzetlərin nümunəsinə yaxınlaşırdı (8, 238). 
«Əxtər» birinci mətbu orqanı kimi ilk dəfə olaraq İranda mövcud quruluşu 
tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən qəzet 
olub. 
«Əxtər»  tək  İranda  deyil,  Qafqazda,  Yaxın  Şərq  ölkələrində  yayılaraq 
maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı. 
Onun  səhifələrində  dövrün  tanınmış  azərbaycanlı  ziyalıları  Əbdürrəhimov 
Talıbov,  Şeyx  Əhməd  Ruhi,  Məhəmməd  Tofiq  Xəbirülmülk,  Mirzə  Həbib 
İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə