Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   2   3   4   5   6   7   8   9   ...   63

 
17 
Rəsmi xarici teleqraf xəbərləri, Avropa ölkələrinin elmi nailiyyətləri, xarici 
ölkələrin  mədəniyyət  və  tarixi  ilə  bağlı  məsələlər  ixtiyarsız  olaraq,  oxucuların 
maarifləndirilməsinə xidmət edirdi. 
Güney  Azərbaycanda  yeni  maarifin  rüşeymi  1869-cu  ildə  Təbrizdə 
«Mədrəsəye-Nasiri» məktəbinin açılması ilə qoyulmuşdu. 
Dövlət tərəfindən Təbrizdə təsis edilən ilkin məktəb isə 1877-ci ildə açılan 
«Təbriz»  mədrəsəsi  idi.  Tədqiqatçılar  bu  tədris  ocağını  Tehran  darülfünunu ilə 
müqayisə  edərək,  ona  tən  olduğunu  yazırlar.  Bu  mədrəsənin  açılması  Güney 
Azərbaycanda  dünyəvi  təhsilin  inkişafında  atılmış  ilk  addım  idi.  «Təbriz» 
mədrəsəsi  1893-cü  ildən  «Müzəffəriyyə»  adlandırılır.  Güney  Azərbaycan 
maarifinin  tanınmış  araşdırçısı  Hüseyn  Ümid  yazır  ki,  Azərbaycanda  yeni 
maarifin  ilk  bünövrəsi,  həmin  məktəbin  əsası  üzərində  qurulmuş  və  bu  təhsil 
müəssisəsi bir çox alimlər yetişdirib cəmiyyətə vermişdi. 
1893-cü ildə «Müzəffəriyyə» mədrəsəsində «Nasiri» adlı qəzet çap olundu. 
Bir  çox  üstün  keyfiyyətləri  ilə  seçilən  bu  qəzetin  redaktoru,  «Müzəffəriyyə» 
məktəbinin  müdiri  idi.  Bununla,  Güney  Azərbaycanda  yeni  bir  ənənənin  tədris 
müəssisəsində  –  məktəb  və  mədrəsələrdə  qəzet,  jurnal  çapının  əsası  qoyuldu. 
Mədrəsə  və  məktəblər  yetişdirdikləri  gəncləri  dərs  vəsaiti  ilə  təmin  etmək 
məqsədi ilə çap maşınlarına və avadanlıqlarına malik idilər. 
XIX əsrin ortalarında Güney Azərbaycanda həm dövlət mətbəələri, həm də 
xüsusi  çapxanalar  az  deyildi.  Ölkədə  nəşriyyat  işlərinə  rəsmi  nəzarət  edən  bir 
orqan  –  senzura  olmasa  da  bu  müəssisələr  hakimiyyət  orqanlarının  və 
ruhanilərin ciddi nəzarəti altında idi. 
Məktəb  (ibtidai  ruhani  məktəbi)  və  mədrəsələrin  (ali  ruhani  məktəbi) 
açılması savab iş sayılırdı. Müsəlman  məscidlərinə vəsiyyət edilib bağışlanmış  
mülklər  və  torpaqların  (vəqflərin)  gəliri  məktəb  binalarının,  müdərrislərin, 
şagirdlərin  saxlanmasına  sərf  edilirdi.  Faktiki  olaraq  gəlirin  mühüm  hissəsini 
ruhanilər  özləri  mənimsəyirdi.  Hökumətin  onlara  nəzarət  edilməsinə  izin 
verimirdi. Mədrəsinin bütün işlərinə ruhanilər nəzarət edirdi. 


 
18 
Vəqf torpaqları hesabına feodallara çevrilmiş ruhani təbəqəsi böyük maddi 
imkana malik olub, güclü nüfuz sahibinə çevrilmişdilər. Ruhanilər yeri gələndə 
dövlətin işinə də müdaxilə edə bilirdi. 
Bertold  yazırdı  ki,  müsəlmanlar  heç  bir  tərəddüd  göstərmədən 
avropalılardan  atəş  silahı  borc  alırdılar.  Lakin  kafirlərin  digər  ixtirasını,  yəni 
çapı  qəbul  etmək  üçün  nüfuzlu  fəqihlərin  icazəsi  lazım  gəlirdi.  Çap  olunmuş 
kitablardan  istifadə  etmək,  dinlə  yaxın  olan  mədrəsə  həyatında  tam  çevriliş 
əmələ gətirirdi». Bu isə ruhaniləri razı sala bilməzdi. 
Cənubi Azərbaycanda İranda olduğu kimi XIX əsrin 70 illərindək sxolastik 
xarakter  daşıyan  təhsil  sistemi  mövcud  olmuşdur.  Tədrisin  əsasını  ilahiyyat 
təşkil edirdi. Bununla yanaşı öyrəncilər ədəbiyyat, tarix, coğrafiya, riyaziyyatla 
da tanış olmalı idilər (14).  
İranda  olmuş  fransalı  Jarden  o  dövrdə  İranda  gördüyü  məktəbi  belə  təsvir 
edirdi: Hər bir şəhər və məhəllədə bir neçə məktəb vardır. Məktəbdə şagird uca 
səslə öz dərsini oxuyur. Bütün uşaqlar bir yerdə dərs oxumağa başladıqları üçün 
qəribə səs-küy qalxır. Biri uca səslə əlifba oxuyur, o biri höccələyir, bir başqası 
fars dilində olan kitabı, digəri ərəb dilində kitabı oxuyur.  
Bu  səslər  o  qədər  bir-birinə  qarışır  ki,  şagirdlər  çox  zəhmətlə  öz  səslərini 
eşidə bilirlər.  
 Azərbaycanın böyük mütəfəkkiri M.F.Axundov İranın geriliyinin köklərini 
dünyəvi  təhsilin  olmamasında  görürdü.  Axundovun  davamçısı  Zeynalabdin 
Marağayi də İranın geridə qalmasının səbəblərini təhsilin yoxluğunda görür və 
höküməti bu problemə heç bir diqqət yetirmədiyinə görə təqsirləndirirdi. 
Onun  «İbrahim  bəyin  səyahətnaməsi»  əsərinin  qəhrəmanı  müəllifin  maarif 
haqqındakı  fikrini  belə  ifadə  edir:  «Hər  şeydən  çox  məktəb  lazımdır,  elm 
lazımdır.  Xalq  elm  və  sənətlə  tanış  olmayınca  və  onları  dərk  etməyincə,  bizim 
vəziyyətimiz düzəlməyəcək» (33, s. 213) Z.Marağayi tədris metodikasını tənqid 
edərək,  uşaqların  təhsilinin  Hafizin  sözlərini  əzbərləməklə  başlamasını 
məqsədəuyğun saymırdı.  


 
19 
Güney  Azərbaycanın,  eləcə  də  İranın  maarifçilik  tarixində  Mirzə  Həsən 
Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə), Hacı Məhəmməd Naxçıvaninin böyük 
xidmətləri  olmuşdur.  M.H.Rüşdiyyə  İranda  ilk  üsuli-cədid  məktəbinin, 
C.Baxçaban  ilk  uşaq  bağçasının,  lal-karlar  üçün  xüsusi  məktəbin  yaradıcısı 
sayılırlar. 
1888-ci  ildə  Mirzə  Həsən  Rüşdiyyə  tərəfindən  Təbriz  şəhərində  ilk  üsuli-
cədid məktəbinin əsası qoyulur. Bu məktəb İran maarifi tarixində ilk yeni üsullu 
məktəb idi. Bu təhsil ocağı müasir məktəb atributlarını xatırladan yazı lövhəsi, 
parta və başqa ləvazimatlarla təchiz olunmuşdu. Ən əsası isə orada əlifbanı yeni 
metodla  –  tez  və  asan  öyrənməyə  imkan  verən  sovti  üsulla  (səsləndirmə  –PM) 
tədris  edirdilər.  «İran  maarifinin  atası»  sayılan  M.H.Rüşdiyyənin  öz  xalqı 
qarşısında ən böyük xidmətlərindən biri də  müasir bilikləri və ana dilini təbliğ 
edən  bir  çox  dərsliklər  –  «Ana  dili»,  «Vətən  dili»  dərsliklərini  yaratması  idi. 
M.H.Rüşdiyyə  mütərəqqi  və  bacarıqlı  ziyalıları  öz  ətrafında  birləşdirməyə  nail 
olmuşdu. 
«Təbriz»  dövlət  mədrəsəsi  dövlət  tərəfindən  təsis  olunduğu  üçün  maarifə 
zidd olan mürtəcelər onun fəaliyyətini dayandıra bilmədilər. 
 «Rüşdiyyə»  milli  məktəbi  isə  dəfələrlə  mürtəce  qüvvələrin  təqibinə  və 
zorakılığına  məruz  qalıb  bağlandıqdan  sonra,  o  məktəbin  müəllimlərindən 
Hüseyn Təbibzadə «Kamal», Mirzə Rza Səhafzadə «Pərvəriş» və Mirzə Əhməd 
«Bəsirət»  kimi  yeni  üsulla  məktəbləri  təsis  etdilər.  Dövrünün  yenilikçi  və 
savadlı  pedaqoqları  olan bu  məktəb  müdirləri  eyni  zamanda  qəzet,  jurnal  nəşri 
ilə də məşğul idilər. 
Beləliklə,  1899-cu  ildən  başlayaraq,  «Kamal»  mədrəsəsində  «Kamal», 
«Pərvəriş»  məktəbində  «Dəbistan»,  «Bəsirət»  məktəbində  «Üxviyyət»  və 
«İttihad» adlı qəzetlər çap olunmağa başladı. 
Bunu da qeyd etmək yerinə düşər ki, M.H.Rüşdiyyə də ayrı-ayrı vaxtlarda 
«Məktəb» və «Tehran» adlı qəzetləri nəşr etdirmişdi. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə