Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   2   3   4   5   6   7   8   9   ...   63

 

Tehrana hakimiyyət başına gələndə vəziri Tağı xanı İran hərbi qüvvələrinin baş 
komandanı  və  özünün  birinci  naziri  təyin  edir.  Tutduğu  vəzifəyə  görə,  əmir-
nizam  ləqəbi  sonralar  ölkədə  apardığı  mütərəqqi  islahatlardan  sonra  Əmir 
Kəbirlə əvəzlənir.  
Tarixçi-alim F.Adamiyyət qeyd edir ki, onun şəxsi təşəbbüsləri nəticəsind ə 
İranda  ilk  xəstəxəna  yaradılmış,  ilk  dəfə  olaraq  dövlət  büdcəsi  tərtib  olunub, 
maliyyə  və  vergi  işlərində  islahatlar  aparılmışdı.  O  dəmir  yolu  çəkdirmək 
işləmiş,  sənaye  sahəsində  böyük  işlər  görmüşdü.  Toxuculuq  fabrikləri  və  bir 
sıra  zavodlar  onun  şəxsi  səyi  ilə  təsis  olunmuşdu.  O  ölkənin  mədənlərini  işə 
salmaq,  əkinçiliyi  inkişaf  etdirmək  və  s.  məsələlərlə  bağlı  mütəxəssislər 
hazırlamaq  məqsədilə  Moskva  və  Peterburq  şəhərlərində  olan  sənaye 
mərkəzlərinə  onlarla  tələbə  göndərmişdi.  O  ruhanilərin  hökumət  işlərinə 
qarışmasını məhdudlaşdırmaq istəyirdi.  
Təbrizdə  hərbi-siyasi  fəaliyyəti  illərində  (1829-1848)  Mirzə  Tağı  dəqiq 
elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərir. F.Adamiyyət Əmir Kəbirin baş 
nazir  olduğu  illərdə  yeni  elmlərə  aid  müxtəlif  kitabların  çap  olunub, 
yayılmasına  böyük  rəğbət  göstərdiyini  və  səylə  çalışdığını,  bir  çox  kitabların 
onun fərmanı ilə yazılıb çap edildiyini yazır (57, 45).  
Bu  kitabların  içərisində  vaxtilə  vəliəhd  Abbas  Mirzənin  sərəncamı  ilə 
tərcümə  edilib  və  1846-47-ci  illərdə  çap  olunmuş  «Böyük  Pyotrun  tarixi» 
(1846),  «XII  Karl»  (1847),  «Böyük  İskəndər»  kitabları  kimi  tarixi  kitablar, 
Sədinin  «Gülüstan»ı,  Firdovsinin  «Şahnamə»si,  Xosrov  Nasirinin  «Divan»ı 
kimi  Şərq  poeziyası  nümunələri  var  idi.  Dahi  Azərbaycan  şairi  M.Füzulinin 
«Divan»ı ilk dəfə 1850-ci ildə Təbrizdə nəşr olunur. Bundan başqa 1852-ci ildə 
XIX əsr Azərbaycan şairi Nəbatinin, 1855-ci ildə XVI əsrin məşhur din xadimi 
Ə.F.Ərdəbilinin  yazdığı  «Əqideyi-İslam»  adlı  dini-tarixi  əsərinin  çap olunması 
ilə Azərbaycan dilində nəşr olunan kitabların əsası qoyulur.   
Artıq  XIX  əsrin  II  yarısında  Azərbaycanda  çoxlu  çapxanalar  mövcud 
olmasına  baxmayaraq,  onlar  Avropa  ölkələrindəki  mətbəələrdən  texniki 
baxımdan  çox  geri  qalırdı.  Əl  əməyi  ilə  işləyən  litoqrafiya  çapxanalarının 


 

çoxunun avadanlığı köhnəlmişdi. Çap dəzgahlarında çap olunan məhsulun tirajı 
yüksək olanda (adətən tiraj 500-600-dən çox olmurdu) onun keyfiyyəti çox pis 
olurdu, mətn çətin oxunurdu.  
Təsadüfi  deyil  ki,  Eduard  Braun  özünün  1914-cü  ildə  çapdan  çıxmış 
məşhur kitabında aşağıdakıları yazırdı: «İran mətbuat tarixi ilə bağlı çox qəribə 
hallardan biri o idi ki, mətbəənin İranda çox erkən yaranmasına baxmayaraq, o 
çox  qısa  müddətdən  sonra  «dəbdən»  düşdü».  Uzun  müddət    çap  işi  litoqrafiya 
üsulu  ilə  aparıldı.  Bu  hal  XIX  əsrin  70-ci  illərinə  qədər  davam  etdi.  (4,6) 
E.Braunun  bu  fikri  ilə  razılaşmamaq  mümkün  deyil.  Və  onun  İran  mətbuat 
tarixindəki qəribə saydığı halın səbəbi yəqin ki, əsrin əvvəlində Abbas Mirzənin 
təməlini  qoyduğu  ölkəyə  gətirdiyi  çap  dəzgahı  avadanlıqlarının  çoxunun 
köhnəlməsi, gücdən düşməsi ölkəyə yeni texturanın gətirilməməsi ilə bağlı idi.  
1871-ci  ildə  Nəsrəddin  şahın  göstərişi  ilə  İranda  çap  və  tərcümə  işlərini 
mərkəzləşdirən  «Mətbuat  və  tərcümə  evi»  yaradılır.  Oraya  onun  təşəbbüskarı 
Məhəmmədhəsən  xan  rəhbərlik  etməyə  başlayır.  Artıq  70-ci  illərin  sonu  80-ci 
illərin  əvvəllərində,  İranda  və  Azərbaycanda  kitab  çapının  yeni  mərhələsi 
başlanır.  Nəşriyyat  işində,  istər  kitabların,  istərsə  də  mətbuat  nümunələrinin, 
həm  texniki  cəhətdən,  həm  də  məzmun  baxımından  keyfiyyəti  dəyişib,  müasir 
dövrün tələblərinə uyğunlaşırdı. 
Bu  dönüşü  doğuran  amillər,  yaranmaqda  olan  burjuaziya  ziyalılarının 
maarifçi fəaliyyətlərinin qüvvətlənməsi, habelə Qəriblə, ilk növbədə Rusiya ilə 
mədəni əlaqələrin genişlənməsi idi. 
1851-ci  ildə  Tehranda  Avropa  tipli  ilk  darülfününyu  (universitetinin)  əsası 
qoyulur. O, hərbi iş, tibb, musiqi və digər sahələr üzrə mütəxəssislər, məmur və 
dünyəvi  məktəb  müəllimləri  hazırlamalı  idi.  Bu  mərkəzdə  dərs  demək  üçün 
müəllimlər  əsasən  Avropadan  dəvət  edilmişdilər.  Bunun  üçün  dövlət 
büdcəsindən xeyli pul vəsaiti ayrılmışdı. Təbrizdə isə bu cür tədris ocağı 1877-
ci ildə yaradılır.  
Sovet  dövrünün  tədqiqatları  Qacarlar  barəsində  yazdıqları  əsərlərdə  bu 
sülaləyə məxsus hökmdarların İranı viran qoymuş bir müstəbid, Azərbaycanı da 


 
10 
zorla ələ keçirmiş bir işğalçı kimi təqdim edirdilər. «Qacarın Azərbaycanı işğal 
edən  bir  şəxs  kimi  qələmə  verilməsi,  habelə  parçalanaraq  daxili  feodal 
müharibələri,  məngənəsində  boğulan  bir  məmləkətdə,  Azərbaycan  Səfəvi 
dövlətini,  yenidən  dirçəldib  onun  tarixi  sərhədləri  daxilində  inkişafına  nail 
olmaq  istəyən  bir  azərbaycanlı  sərkərdəsinə  işğalçı  damğası  vurmaq  ən  azı 
ədalətsizlik idi» (30, 415). 
Maraqlıdır  ki,  artıq  müasir  tədqiqatçılar  Qacarları  İran  dövlətçiliyinin, 
dirçəldilməsi  və  inkişaf  etdirilməsində  oynamış  olduğu  tarixi  rol  möqeyindən 
yanaşıb, araşdırırlar.  
XIX  əsrin  80-ci  illərində  İranda  kitab  nəşrinin  yeni  mərhələsi  başladı. 
Ölkədə  ziyalıların  maarifçi  fəaliyyətləri  və  Avropa  ilə  əlaqələrin  qurulması 
nəticəsində  bir  çox  sahələrə  mütəxəssis  kadrlar  hazırlamaq  üçün  elmi  biliklər 
tədris  edən  kitabların  tərcüməsinə  və  nəşrinə  böyük  ehtiyac  vardı.  O  dövrdə 
tərcümə və nəşriyyat naziri Məhəmmədhəsən xan Etimadülsəltənənin bu sahədə 
böyük xidmətləri olmuşdur.  
Müqəddəm  Məhəmmədhəsən  xan  Etimadülsəltənə  dövrünün  mütərəqqi 
şəxsiyyətlərindən  idi.  İctimai  xadim  adını  qazanmış  Məhəmmədhəsən  xan 
tarixçi-alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri 
naziri  təyin  olunmuşdu.  O,  İranda  və  Cənubi  Azərbaycanda  maarifin,  o 
cümlədən  elmin,  kitab  çapı  və  qəzet  nəşrinin  inkişafında  əvəzsiz  xidmətlər 
göstərmişdir. Layiqli qiymətini almamış, xalqı tərəfindən az tanınmış istedadlı, 
cəfakeş  ziyalı  Məhəmmədhəsən  xan  haqqında  daha  ətraflı  məlumat  vermək 
yəqin ki, yerinə düşərdi. 
Məhəmmədhəsən  xan  Cənubi  Azərbaycanın  qədim  və  sənət  ocaqlarından 
olan  Marağa  şəhərində  əsl-nəcabətli  ziyalı  ailəsində  doğulmuşdu.  Gənc 
yaşlarında orduda xidmət etmiş, sonra sarayda diplomat kimi çalışmışdı. 
Məhəmmədhəsən  xan  Müqəddəm  Tehran  darülfünunun  ilk  məzunlarından 
olmuş,  istedadlı  tələbə  kimi  qızıl  medalla  təltif  olunmuşdu.  1863-67-ci  illərdə 
Fransada  təhsilini  davam  etdirməklə  yanaşı,  İran  səfirliyində  attaşe  kimi 
çalışmışdır. Məhəmmədhəsən xan bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə