Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   2   3   4   5   6   7   8   9   ...   63

 
14 
Ruznameye dövləti. (Dövlət qəzeti) 1868-ci (1285 h.q.) ildən nəşr olunan 
bu qəzetdə yerli, xarici və Məhkəmə ilə bağlı xəbərlərə geniş yer ayrılırdı. Əldə 
olan  622-ci  sayının  1-ci  səhifəsində  bir  çox  rəsmi  qəzetlərdə  olduğu  kimi  «Şir 
və  günəş»  təsviri  verilib,  onun  çap  olunduğu  yer:  Darül  xilafə,  Darülfünun 
kolleci mişkatül-xazar kimi göstərilir. 
Ġran qəzeti. Bu qəzet İran dövlətinin rəsmi orqanı olub 1871-ci (1288 h.q.) 
ildə  nəşr  olunmağa  başlayıb.  Məşhur  çex  şərqşünası  Yan  Rınka  bu  qəzetin 
Məhəmmədhəsən  xanın  rəhbərliyi  ilə  həftədə  3  dəfə  çıxdığını  qeyd  edir.  Yazır 
ki,  orada  rəsmi  dövlət  və  saray  həyatı  ilə  bağlı  xəbərləri  ilə  bərabər  ədəbi  və 
elmi materiallar da çap olunurdu (50)  
Mərrux  (Mars)  qəzeti  1879-cu  (1296  h.q.)  ildən  Məhəmmədhəsən  xanın 
redaktorluğu  ilə  çap  olunub.  Braun  onun  1880-ci  ilə  qədər  18  sayının  işıq  üzü 
gördüyünü qeyd edir. 
Ruznameye  orduye  humayun.  (Ordu  manifesti)  Qəzet  1882-83-cü  ildə 
nəşr  olunub.  Nəsrəddin  şahın  Xorasana  səfəri  zamanı  Məhəmmədhəsən  xanın 
bu bölgə ilə bağlı fikirləri, qənaətləri qəzetdə öz əksini tapıb. 
Miratüs-səfər.  (Səyahətlər  güzgüsü)  1870-71-ci  (1288  h.q)  ildə  nəşr 
olunan  məcmuə.  Məlumdur  ki,  Məhəmməd  Həsən  xan  Nəsrəddin  şahı  səfərlər 
zamanı müşayət edərkən özü ilə litoqrafiya dəzgahını da götürürdü. Bu məcmuə 
şahin  Mazandarana  səfəri  ilə  bağlı  meydana  gəlmişdir.  Orada  Mazandaranın 
tarixi, coğrafiyası ilə bağlı zəngin fikirlər vardır. 
Ġttila  (Məlumat).  İlk  sayı  1878-ci  (1295  h.q.)  ildən  görünməyə  başlayıb. 
«İran»  qəzeti  ilə  yanaşı  İran  dövlətinin  rəsmi  qəzeti  idi.  Qəzet,  başda 
Etimadülsəltənə  olmaqla  Nəşriyyat  və  Tərcümə  nazirliyi  tərəfindən  çapa 
hazırlanırdı.  Etimadülsəltənəni  sonralar  onun  bacısı  oğlu  Məhəmmədbağır  xan 
Etimadülsəltənə  əvəz  edir.  Qəzet  1907-1908-ci  ilədək  nəşr  olunur.  Əsasən 
dövlət siyasəti ilə bağlı yazılar dərc olunurdu. 
ġərəf.  1882-ci  (1300  h.q.)  ildən  nəşrə  başlayır.  İllüstrasiyalı  aylıq 
məcmuədir.  Qəzetdə  tanınmış  şəxsiyyətlərin  bioqrafiyası,  həyatı  ilə  bağlı 
materiallara  geniş  yer  verilirdi.  Yazıdakı  portretlər  isə  məşhur  İran  rəssamı 


 
15 
Kamalül-mülk  tərəfindən  işlənirdi.  Yan  Ripka  bu  qəzeti  çox  yüksək 
qiymətləndirib yazır ki, M.Həsən xanın ölümündən sonra qəzetin çapı dayandı. 
1896-97-ci  illərdə  «Şərafət»  adı  ilə  çıxsa  da  əvvəlki  səviyyəsinə  çata  bilmədi. 
(3, 314) 
Görkəmli  İran  alimi  Məlik  Sasan  yazır  ki,  avropalılar  Məhəmməd  xanı  o 
qədər də sevmirdilər. Çünki, o, bacardıqca onların əlində oyuncaq olmamışdı və 
Qərbin  Şərq  ölkələrinə  aid  tədqiqatları  ilə  o  qədər  razılaşmamışdı.  X.M.Sasan 
göstərir ki, XX əsrin II yarısında İranda Məhəmmədhəsən xan Etümadülsəltənə 
qədər elm yolunda cəmiyyət üçün çalışan ikinci bir şəxs olmamışdır (26, 16) 
Məhəmmədhəsən  xan  fitnə-fəsadlara  baxmayaraq,  mühüm  məsələlərə 
düzgün mövqeyini saxlamış, siyasi mübarizədə iştirak etmişdir. Xarici inhisarın 
ölkədə  fəaliyyətinə  etiraz  ifadə  edən  Nəsrəddin  şaha  yazdığı  məktublarından 
birində  çar  Rusiyası  və  İngiltərə  kimi  imperialist  dövlətlərin  İran  haqqında 
planlarını  açmağa  çalışırdı.  O  ingilispərəst  baş  nazirin  yürütdüyü  səhv  xarici 
siyasəti  tənqid  edərək  yazırdı:  «Siz  İranı  ingilis  və  rusların  arasında  bölmək 
istəyirsiniz Allah şahı və İranı cahil vəzirin şərlərindən qorusun». 
Qeyd  edildiyi  kimi,  İranda  ilk  rəsmi  qəzet  Mirzə  Tağı  xanın  təşəbbüsü  və 
Nəsrəddin  şahın  «İran  xalqının  mədəniyyətinin  inkişafı,  daxili  və  xarici 
xəbərlərdən  məlumatlandırılmasına»  göstərdiyi  sayğı  sayəsində  1851-ci  ildə 
işıq  üzü  görmüşdür.  Cənubi  Azərbaycanda  teleqrafın  təsis  olunması  da  həmin 
ilə  təsadüf  edir.Dövlət  siyasətini  təbliğ  edən  bu  qəzet  «Ruznameyi-Vaqayi-
İttifaqiyyə»  adlanırdı  və  oradakı  siyasi  məqalələri  Mirzə  Tağı  Əmir  Kəbir 
hazırlayırdı. Qəzetin redaktoru isə Xoylu Mirzə Cabbar Təzkirəçi idi. 
E.Braun  qəzetin  həftədə  bir  dəfə  çıxdığını,  4-8  səhifədən  ibarət  olub 
müntəzəm  çap  olunduğunu  qeyd  edir.  Qəzetdə  əsasən  ənənəvi  saray  xəbərləri, 
şahın  səfərləri  və  ova  çıxması  haqda  məlumatlar,  şahın  fərmanları,  dövlət 
tədbirləri ilə bağlı yazılar verilirdi (60). 
1860-61-ci  illərdə  qəzet  Ruznameyi-daulate  aliye-İran  adlanırdı.  Qəzetin 
redaktoru  Mirzə  Əbülhəsən  Nəqqaşbaşı  idi.  Təxəllüsündən  göründüyü  kimi, 


 
16 
həm  də  gözəl  rəssam  kimi  ad  qazanmışdı.  Onun  qəzetdəki  illüstrasiyalarında 
Avropa təsiri aydın duyulurdu. 
İranda  ilk  qəzetlər  Mətbuat  Nazirliyinin  nəzdində  olan  xüsusi  nəşriyyat 
idarəsi tərəfindən hazırlanıb, məqalə və məlumatlar əsasında tərtib olunurdu. Bu 
qəzetlərdə  yenilik və həyati həqiqətlər az əks olunduğundan, oxucuları da cəlb 
edə bilmirdi. İranın tanınmış mətbuat tədqiqatçısı M.Barzin yazırdı: «Əhali çox 
nadir  hallarda  qəzet  alıb  oxuyurdu.  Ona  görə  də  dövlət  onları  rəsmi  orqanlara 
göndərib, dövlət qulluqçularına zorla abunə etdirirdi. Elə bu səbəbdən o zaman 
qəzetləri zornamə (fars dilindəki «qəzet-ruznamə» sözünə qarşılıq olaraq-P.M.) 
adlandırırdılar».   
1858-ci  ildə  Təbrizdə  «Azərbaycan»  adlı  ilk  rəsmi  qəzet  nəşr  olundu. 
Bununla,  Güney  Azərbaycanda  dövrü  mətbuatın  əsası  qoyuldu.  «Əxbari-
darülsəltəneyi-Azərbaycan»  və  başqa  adlar  altında  çıxan  bu  qəzetin 
səhifələrində,  o  dövrün  rəsmi  qəzetlərinə  xas  olan  saray  xəbərləri,  şahın  və 
vəliəhdin  səyahət  və  səfəri  ilə  bağlı  məlumatlar,  ölkə  daxili  və  xaricində  baş 
verən  hadisələrin  qısa  xülasəsi  verilirdi.  Təbii  ki,  bu  qəzet  də  digərləri  kimi 
texniki  tərtib  və  məzmun  baxımından  çox  zəif  olur,  özünə  oxucu  toplaya 
bilmirdi. 
Nəşr olunan qəzetlərdə ölkədəki sosial-siyasi məsələlərə toxunmaq qadağan 
edilmişdi.  Hətta  xarici  mətbuatı  tərcümə  zamanı,  belə  mövzulara  toxunmaq 
olmazdı.  Bəzən  də  tərcüməçiləri  sözü  dəyişdirməyə  vadar  edirdilər.  İranda 
qanun  haqda  fikir  yalnız  XIX  əsrin  sonunda  yaranmağa  başlayır.  Kəsrəvi 
yazırdı ki, bu tarixə qədər iranlılar arasında belə bir fikrin olması haqda heç bir 
məlumat və xəbər yox idi.  Tanınmış alim «Zəkaülmülkü məcbur etmişdilər ki, 
öz  tərcümələrində,  artıq  qanun  adını  çəkməsin.  O  da  qanun  əvəzinə  qayda 
kəlməsi işlətməyə məcbur olurdu. Məsələn, yazırdı; filan adam Londonda qayda 
üzrə üç il həbsə məhkum olunmuşdur» (19)  
İnformasiyanın  əksər  hissəsi  o  vaxtlar  Röyter  agentliyinin  Avropada 
hazırlanan,  Şərq  ölkələrindəki  qəzetlər  üçün  nəzərdə  tutulan  «İctimai 
yeniliklər»dən əxz olunurdu. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə