Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

 
32 
«Əxtər»in  ən  görkəmli  cəhətlərindən  biri  bundan  ibarət  idi  ki,  o  iqtisadi 
məsələlərə  fikir  verir,  elmi  dəlil  və  izahatla  İranın  nöqteyi  nəzərdən 
dirçəlməsinin lazım olduğunu təbliğ edirdi. 
«Əxtər»  eyni  zamanda  Avropa  dövlətlərinin  müstəmləkəçilik  siyasətini 
təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi». (5, 81) 
Qəzetin  səhifələrinə  müraciət  edək.  Qəzet  xarici  siyasət  məsələsində  İran 
dövlətinin  müstəqil  bir  xarici  siyasət  proqramını  qəbul  edərək  birtərəflik 
siyasəti  (İngilis  və  ya  Rus  meyilli  yox)  aparmağa  çağırır,  yazırdı  ki,  xarici 
dövlətlər  İranda  ancaq  mənfəət  güdür  və  müstəmləkəçi  dövlətə  yaxınlaşmaq 
İrana heç bir fayda gətirməz. 
«Əxtər»  1880-ci  il  (1298)  9-cu  sayında  yazırdı:  «Biz  xarici  siyasi  xətti 
hərəkətimizi  möhkəm  bir  bünövrə  üzərində  qurmadıqca    ümüdümüzü  onlara 
dikib,  xaricilərin  «xeyirxahlığından»  imtina  etməyincə,  bizim  tərəqqi  və 
inkişafımız  qeyri-mümkündür.  Xaricdən  isə  qarətçi  və  tamahkarlardan  başqa 
kimsə  bizim  tərəfimizə  gəlməyəcəkdir.  Biganələr  bizim  səadət  və 
xoşbəxtliyimizi  özlərinin  mənafeyi  alətinə  çevirməkdə  görürlər».  (19,  1880, 
№9). 
Qəzet  başqa  bir  məqaləsində  bu  məsələyə  toxunaraq  xarici  siyasətçilərin 
İrana  verdiyi  boş  vədləri  axmaqları  aldadan  boş  söz  adlandırırdı.  Avropa 
ölkələrinin  Şərq  ölkələri  ilə  münasibətdə  heç  zaman  beynəlxalq  hüquqlara 
riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında  yazırdı: 
«Öz  mənafeyimiz  üçün  gördüyümüz  tədbirlər  onların  xoşuna  gəlmədikdə 
əvvəl  gizli  şəkildə  tədbirlərin  əleyhinə  mübarizə  aparırlar.  Bu  metod  nəticə 
vermədikdə  isə  son  vasitəni  işə  salıb  bizim  əleyhimizə  cəbr  (zorakılıq) 
tədbirlərinə  əl  atırlar.  Onlar  müdaxilə  üçün  heç  bir  haqlı  dəlil  və  ya  bəhanə 
tapmadıqda  açıqcasına  beynəlxalq  hüquq  qayda-qanunlarını  pozub  (bizim 
burada mənfəətimiz) işi yenə də öz xeyirlərinə həll edirlər».(79, 1880, №15) 
 «Hikmət»  qəzeti  1310-1892-ci  ildə  Qahirədə  Təbrizli  Məhəmməd  Mehdi 
xan tərəfindən təsis edilmişdi. Qəzet qeyri-müəyyən fasilələrlə ayda  3,2,1 dəfə 
çıxa  bilirdi.  Qəzetin  səhifələrində  siyasət,  elm,  təbabət,  ədəbiyyata  aid  yazılar 


 
33 
dərc  olunurdu.  «Hikmət»  qəzeti  öz  oxucularına  vətənpərvərlik  ruhu  aşılayırdı. 
«Yalnız  bu  qəzetin  vətənpərvərlik  təbliğatını  və  bu  təbliğatın  xüsusi  yüksək 
bədii  səviyyədə  verilməsini  nəzərə  alsaq  etiraf  etməliyik  ki,  həmin  qəzet  o 
dövrdə İran Cənubi Azərbaycan xalqı üçün çox təsirli bir vasitəyə əl atılmışdı. 
Qəzetdə  dərc  olunmuş  bəzi  vətənpərvərlik  ruhunda  olan  yazılar  doğrudan  da  o 
dövr  ədəbiyyatının  şah  əsərlərindən  sayıla  bilər».  (19,s.90).  «Hikmət» 
beynəlxalq  aləmdə  baş  verən  hadisələri  şərh  edib  onların  siyasi  təhlilini  verir 
müstəmləkəçilərin  Şərq  ölkələrindəki  törətdiyi  cinayətləri  ifşa  edərək,  İran 
xalqını səfərbərliyə çağırırdı 
 «Kamal» qəzeti Qahirədə çıxan birinci nömrəsində  yazırdı: «15 il bundan 
əvvəl Təbrizin darülfununda dərs oxuduğum zaman başıma vətənə xidmət hissi 
düşdü. Mənim aləmimdə, qəzet vətəni ayıltmaq və onu xilas etmək üçün yeganə 
vasitə idi. Qəzetdən yaxşı yol göstərən tapmırdım, bu doğrudan da belədir. Əgər 
qəzet,  qəzet  olub  nağıl  və  rəvayətlərin  məcmuəsi  olmasa,  o  əxlaq  qaydalarının 
əsasında  elm  və  siyasəti  incə  təbliğ  etmək  yolu  ilə  şirin  və  yumşaq  yazılan, 
qardaşcasına  və  dostcasına  təsirli  nəsihət  verməklə  bütün  çətinlikləri  aradan 
götürməyə qadir ola bilər». (91, 1905, №1) 
«ġahsevən»  1898-ci  ildə  İstanbul  şəhərində  qabaqcıl  Azərbaycan 
maarifpərvərləri  Ə.Talıbov  və  S.M.Şəbüstərinin  rəhbərliyi  ilə  çıxıb.  İranın 
avtoritar  quruluşunun,  cəmiyyətdəki  eybəcərlikləri  satirik  və  yumor  dili  ilə 
tənqid edirdi. Digər mühacir qəzetlər kimi dərc etdiyi yazılarla İranda inqilabın 
hazırlanmasına  zəmin  yaratmışdı.  Jelatin  üsulu  ilə  300  nüsxədə  çap  olunurdu. 
Məxfi  nəşr  olunan  bu  qəzet  gizli  surətdə  tək  İrana  deyil,  Avropanın  Paris, 
London kimi iri şəhərlərinə göndərilirdi. 
«Şahsevən»  Azərbaycanın  və  İranın  burjua-demokratik  istiqamətli  satirik 
mətbuatının  rüşeymi  və  sələfi  olub  İranda  bu  yöndə  çıxan  ilk  qəzet  idi.  Öz 
kəskin  yazıları  ilə  qədim  şah  hökümətini  çox  təşvişə  salmışdı.  Buna  görə  də 
İran  və  Türkiyə  polisinin  ciddi  təqibləri  üzündən  «Şahsevən»in  nəşri  uzun 
müddət davam edə bilmədi». (8, s.239) 


 
34 
Beləliklə,  o  dövrün  mütərəqqi  qəzetləri  (ölkənin  daxilindəki  yerli, 
xaricindəki  mühacir  qəzetlər)  ölkənin  ictimai-siyasi  vəziyyətini  doğru  əks 
etdirməklə, əhalinin müxtəlif təbəqələrinin zehninə təsir edir, onların içərisində, 
ictimaiyyətə,  ölkəyə  və  xalq  kütlələrinə  əvəzsiz  xidmətlər  göstərən  şəxslərin 
meydana gəlməsinə də səbəb olurdu.  


 
35 
II  F Ə S Ġ L 
MəĢrutə inqilabı illərində demokratik ənənələrin formalaĢması 
(1905-1911) 
Mətbuat dövrün aynası kimi 
XXI  əsrin  sonlarından  kortəbii  sıçrayışlar  şəklində  təzahür  edən  xalq  
nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. 
Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və   tarixə 
Məşrutə  inqilabı  (1906-1911)  adı  ilə  daxil  oldu.  İnqilab  iştirakçılarının  əsas 
tələbi  konstitusiyanın  qəbul  edilməsi,  məclis  çağırılması,  xarici  məmurların 
ölkədən qovulması və s. ibarət idi. Xalq hərəkatının genişlənməsindən qorxuya 
düşən şah hökuməti 1906-cı ilin avqustun 5-də qanuni əsasi verilməsi və həmin 
ilin  sentyabrın  9-da  Şura  Məclisinin  təsis  edilməsi  haqqında  fərmanı  təsdiq 
etməyə məcbur oldu. 
Beləliklə, İran konstitusiyalı şah ölkəsinə çevrildi. Tezliklə bütün əyalət və 
vilayətlərdə məclisə nümayəndələrin seçilməsi başladı. 
M.Rəsulzadə  həmin  dövrdə  İrandakı  əncümənlərin  (klublar)  sayının  70-ə 
yaxın  olduğunu  yazır,  onları  Fransa  inqilabındakı  klublara  bənzədirdi.  Onların 
ən nüfuzlusunun «Əcnüməni Azərbaycan» olduğunu qeyd edirdi (34, 119). 
Tehranda «Milli məclis» açılan günü paralel olaraq Təbrizdə «Azərbaycan 
milli məclisi» quruldu. 
Tehrandakı  hökumətin  təhdidi  ilə  bu  ad  «Azərbaycan  əyalət  əncüməni» 
(şurası)  ilə  əvəz  olundu.  «Azərbaycan  əyalət  əncümən»i  yarandığı  oktyabr 
ayından 1911-ci il dekabrın axırına qədər davam edən müddət ərzində müxtəlif 
adla,  Azərbaycan  milli  məclisi,  Azərbaycan  milli  əncüməni,  Təbriz  milli 
əncüməni,  Azərbaycan  əncüməni  və  nəhayət  Azərbaycan  əyalət  əncüməni 
adlanmışdır.  «Azərbaycan  əncüməni»  qurulduğu  gündən  Azərbaycanı 
yönəldərək  despotizmə  qarşı  aparılan  mücadilələrdə  Azərbaycan  xalqına 
rəhbərliyi əlinə ala bildi. 
Güney  Azərbaycanda  Məşrutənin  fərmanı  tətbiq  edildi.  Əncümənin  əsas 
vəzifələrindən biri seçkilərə hazırlığı həyata keçirmək olsa da, digər ictimai və 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə