Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə19/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

 
57 
qarşılanır,  əl-əl  gəzirdi.  «Şəbnamə»  primitiv  jelatin  üsulu  ilə  hazırlandığından 
onu  böyük  tirajla  yaymaq  mümkün  deyildi.  Ona  görə  də  Ə.Səfərov  sonralar 
litoqrafiya  üsulu  ilə  o  dövrün  müasir  mətbuat  standartlarına  uyğun  olan 
«Ehtiyac»  (1898),  «İqbal»  (1898)  qəzetlərini  və  «Azərbaycan»  (1906)  dərgisi 
nəşr edir. 
«Ehtiyac»  qəzetinin  cəmi  yeddi  sayı  işıq  üzü  görmüşdür.  Sonuncu  sayda 
Ə.Səfərov yazırdı ki, iranlılar hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu 
acı  həqiqətlə  barışa  bilməyən  Azərbaycan  hakimi  Əmirnazim  Gorusi  qəzeti 
bağlamış  və  Ə.Səfərovu  cəzalandırmışdı.  Ə.Səfərov  bundan  sonra  «İqbal»  adlı 
qəzet  çıxarmışdı.  «Ehtiyac»ın  bir  növ  davamı  olan  «İqbal»ın  ömrü  çox  qısa 
olmuş, onun cəmi dörd sayı işıq üzü görmüşdü. 
«Molla  Nəsrəddin»  dərgisinin  nəşrini  Ə.Səfərov  böyük  sevinc  hissi  ilə 
qarşılamışdı.  Qafqazın  mütərəqqi  ziyalıları  ilə  yaxından  əlaqə  saxladığı  üçün 
çox  ehtimal  ki,  Ə.Səfərovun  «M.Nəsrəddin»in  redaktoru  C.Məmmədquluzadə 
ilə  yaxından  tanışlığı  olmuşdur.  Ona  dərginin  ilk  nömrələrində  gizli  imza  ilə 
çıxış  etmək  də  müyəssər  olmuşdu.  Bir  neçə  mənbə  Ə.Səfərovun  «Molla 
Nəsrəddin»də Xortdan imzası ilə çıxış etməsini təsdiq edir.
*
 
Mətbuat  sahəsində  zəngin  təcrübəyə  malik  olan  artıq  satirik  qələm  əhli 
kimi  ad  çıxaran  Ə.Səfərov  «Molla  Nəsrəddin»  dərgisinin  nəşrindən  ruhlanaraq 
Cənubi Azərbaycanda «Azərbaycan» adlı satirik dərgi dərc  edir. Dərgi həftədə 
bir  dəfə  kiçik  formatda,  8  səhifədə  nəşr  edilirdi.  Birinci  səhifəsi  fars  dilində, 
qalan  səhifələri  isə  Azərbaycan  dilində  idi.  Karikaturalar  adətən  sonuncu 
səhifədə  verilirdi.  Dərginin  cəmi  20-dən  artıq  (təxminən  24)  sayı  işıq  üzü 
görmüşdü. Dərginin redaktoru Əliqulu Səfərov, naşiri Mirzə Ağa Təbrizi idi. 
İlk sayda şeir parçaları əsasən Azərbaycan, nəsr hissəsi isə farsca verilirdi. 
Sonrakı saylarda Azərbaycan dili üstünlük təşkil etməyə başladı. 
 «Azərbaycan»  dərgisi  istər  forma  və  üslub,  istərsə  də  məzmun  və  ideya 
baxımından «Molla Nəsrəddin»ə çox bənzəyirdi. 
«Azərbaycan»  dərgisinin  ilk  sayının  titul  səhifəsində  «Molla  Nəsrəddin» 
dərgisinin daimi emblemi olan mollanın rəngli surəti əks olunub. Bununla bildi-


 
58 
rilirdi  ki,  Təbrizdə  «Molla  Nəsrəddin»in  təmsilçisi  meydana  gəlmişdir.  Şəkildə 
təsvir olunmuş Molla Nəsrəddin sanki onunla  yanaşı dayanmış  yerli  mollaya  – 
Hacı babaya xeyir-dua verir. İkinci nömrədən isə Hacı baba tək verilirdi.  
«Azərbaycan»  dərgisindən  öncə  İranda  həmişə  elmin  və  mədəniyyətin, 
tərəqqinin  önündə  gedən  Azərbaycan  ziyalıları  Tahir  Təbrizi,  Mehdi  ağa 
Təbrizi,  Məmmədəli  Tərbiyət,  Həsən  Tağızadə  ölkədə  və  xaricdə  «Əxtər», 
«Hikmət»,  «Gəncineyi-fünun»  və  s.  kimi  dəyərli  mətbu  orqanlarını  təsis 
etmişdilər.  Bu  qəzetlər  fars  dilində  nəşr  olunur,  daha  çox  ziyalı  təbəqəsi 
arasında yayılırdı. Müəyyən hissəsi Azərbaycan tükcəsində yazılaraq gizli yolla 
hazırlanmış  xalq  arasında  yayınlanan  vərəqə  və  kiçik  formatlı  qəzetlər  qeyri -
müntəzəm  və  pərakəndə  şəkildə  olurdu.  Vaxtilə  Mirzə  Cəlinin  «Molla 
Nəsrəddin» üçün söylədiyi «yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilindən 
yazmaqdan  biz  usanmadıq»  dahiyanə  kəlamını  Əliqulu  Səfərova  da    aid  etmək 
olar. 
Birinci  nömrədə  «Xitab  beqələm  və  müqəddimə»  sərlövhəli  baş  məqalədə 
nəzm  və  nəsrlə  dərginin  məram  və  proqramı  ifadə  edilirdi.  Sonra  Hacı  baba 
imzası  ilə  «Ey  vətəni-mehriban»  şeri  verilmişdi.  Üçüncü  səhifədə  ölkədə  və 
qonşu  ölkələrdən:  London,  İstanbul,  Bakı,  Naxçıvan,  Miyana,  Xorasan, 
Tehrandan  xəbərlər  verilirdi.  Dörd  və  beşinci  səhifələr  karikaturalarla 
bəzədilmişdi.  Yeddinci    səhifədə  Hacı  babanın  imzası  ilə  «Molla  Nəsrəddin»ə 
cavab yazısı getmişdir. 
«Azərbaycan»  dərgisində  illüstrasiyaları  Hüseyn  Behzad  Müsəvvirzadə 
çəkirdi.  
«Azərbaycan»  dərgisinin  6  sayında  dərc  olunmuş  yazıda  xalqı  bir  növ 
uyğusundan ayıldıb, siyasi dərs verirdi: 
«Cənab  Hacı  baba,  bir  gün  evdə  oturmuşdum.  Azərbaycan  ruznaməsini 
gətirdilər. Vaqeədə əvvələn müqəddəs ziyarətdəki biz Azərbaycan üçün bir ma -
yeyi-iftixardır  çox  şad  oldum.  Məşrutənin  əvvəlinci  şüunatından  (bəyanatından 
–  P.M.)  birisi  məclisi  şurayi-milidir.  Onun  da  əvvəlinci  bəyanatından  birisi 
məsuliyyəti  vüziradir.  Bunların  hamısı  ondan  ötrüdür  ki,  bundan  sonra  millət 


 
59 
hamısı asudə olsun və xarici bizlərə əl tapmasın və  onda dəxi möhtac olmayaq 
daha  bundan  sonra  heç  bir  bədfitrət  kargüzarlıq  verə  bilməz  ki,  erkək  it  kimi 
dişi  qurda  rəfiq  olub  bir-bir  qoyunları  qurda  verə,  daha  bundan  sonra  Məsudi 
mülk  kimi  xalq  namusunu  pula  satan  və  füqaranın  ruzisini  həbs  edən  rəis 
divanınxana olub gündə 7 tümən rüşvət alıb daşları, qumları biz biçarə  millətə 
çörək əvəzinə yedirə bilməz» (70, 1907, № 6, 2). 
Dərgidə  siyasi  xarakter  daşıyan  karikaturalar  az  deyildi.  «Azərbaycan»ın 
ikinci  sayının  birinci  səhifəsində  Hacı  Mirzə  Ağasının  şəkli  təsvir  olunmuşdu. 
Əksin  aşağısında  onun  dili  ilə  bu  sözlər  yazılmışdı:  «Şor  suyun  nə  qabiliyyəti 
və keyfiyyəti var ki, vaxtımı ona sərf edim».  
Burada  Xəzər  dənizindən  söhbət  gedirdi.  Hacı  Mirzə  Ağasının  timsalında 
Rusiyanın  Xəzər  dənizi  ilə  bağlı  iddialarına  qarşı  heç  bir  müqavimət 
göstərməyən  yüksək  rütbəli  məmurların  etinasızlığı  və  dövlət  əhəmiyyətli 
məsələlərə  barmaqarası  baxması  kəskin  tənqid  olunurdu.  Dördüncü  sayının 
birinci səhifəsində Mirzə Əli Əkbər xan Atabəyin dizi üstündə İranın xəritəsini 
tutub  orada  əli  ilə  Azərbaycan  əyalətini  göstərərək  dediyi  sözlər  əks  olunub: 
«Əslən  mənim  ürəyim  Azərbaycana  bağlı  deyil,  gələcəkdə  bu  vilayəti  kəsib 
atmaq lazımdır». 
Digər bir karikaturada qoyun sürüsünün içinə düşmüş canavar və uzaqdan 
bu  mənzərəni  görən  iki  nəfər  göstərilir.  Şəklin  aşağısında  yazılıb:  «Ay,  haray, 
canavar  qoyun  sürüsünün  axırına  çıxdı».  Yaxınlıqda  sürünün  çobanı  elə  dərin 
yuxuya gedib ki, onu heç top-tüfənglə də oyatmaq mümkün deyil. Karikaturada 
obrazlı  şəkildə  canavarın  simasında  ölkənin  təbii  sərvətlərini  amansızcasına 
istismar  edən  yadellilərə,  çobanın  simasında  isə  ölkəni  idarə  edə  bilməyən 
başçıya işarə edilir – şah və onun sarayı tənqid olunurdu. 
Dərginin hər səhifəsində belə məzəli şəkillərə rast gəlmək olardı. Onu xalq 
arasında  populyarlaşdıran  bu  cür  rəngarəng  şəkillərlə  bərabər,  həm  də    yerli 
şairlər tərəfindən yazılmış duzlu-məzəli şeirlər idi. Qəzetdə Azərbaycan türkcə-
sində  çap  olunmuş  şeirlər  Təbrizdə  dildən-dilə  gəzir,  hətta  uşaqlar  da  həmin 
şeirləri əzbər bilirdilər. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə