Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

 
45 
«Şəfəq» qəzeti 1910-cu ildə  yaranan və Təbrizdə gizli iş  aparan demokrat 
təşkilatının  qeyri-leqal mətbuat orqanı idi. Yaranan bu qəzet öz kəsərli yazıları 
ilə  xüsusilə  fərqlənir,  milli  istiqlaliyyət  və  demokratiya  uğrunda  mücadilənin 
inkişafına mühüm təsir göstərirdi. 
«Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin 
vətənpərvərlik  ruhundakı  məqalələri  çarizmin  hiddət  və  qəzəbinə  səbəb  olurdu 
(Braun). 
Mətbuatın  ifşaçılıq  fəaliyyətində  intibahnamələrlə  yanaşı  kitabçalar 
nəşrindən  geniş  istifadə  olunurdu.  1909-cu  ilin  may-iyun  aylarında 
müdaxiləçilərin  inqilabçılara  və  dinc  əhaliyə  qarşı  azğınlıq  və  soyğunçuluq 
əməllərini  ifşa  edən  çoxlu  kitabça  buraxıldı,  onların  mətni  «Mükafat» 
qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı. 
Terrora  və  təqiblərə  baxmayaraq  inqilabdan  sonra  mütərəqqi  qüvvələr  öz 
mətbuat fəaliyyətini tədricən bərpa etməyə başladılar, onların içərisində «İnsaf» 
qəzetinin xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına  mənsub olan Xiyabani, 
İskəndani  və  İbrahim  Şəbüstərinin  başçılığı  ilə  1913-cü  ilin  payızından  gizli 
surətdə nəşr olunmağa başladı. 
«İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica 
qüvvələri arasında məclis və konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə 
münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə gedirdi. 
Əksinqilabi çevriliş yaratmaq cəhdi və  Azərbaycan feodallarını silahlı çı-
xışa  təhrik  etməsi  mütərəqqi  mətbuatın  kəskin  tənqid  hədəfinə  çevrildi. 
«Şəfəq», «Təbriz» qəzetləri «Qardaşlar, birləşin! Azadlıq düşmənlərini qovun!» 
çağırışları  ilə  xalqı  mübarizəyə  çağırır,  daxili  və  xarici  düşmənlərin  fitnələrini 
ifşa edirdi. 
Bu  zaman  İstanbulda  əsasən  azərbaycanlı  inqilabçı  ziyalılar  tərəfindən 
Azərbaycan  və  fars  dillərində  nəşr  olunan  demokratik  istiqamətli  satirik 
«Şeyda»  qəzeti  də  əcnəbilərin  İran  işlərinə  hərbi-siyasi  müdaxiləsinə  kəskin 
etirazını bildirir və hakim dairələri kəskin tənqid atəşinə tuturdu. 


 
46 
İnqilab  məğlub  olduqdan  sonra  ölkənin  hər  yerində  olduğu  kimi,  Cənubi 
Azərbaycanda  da  bütün  demokratik  təşkilatlar  qadağan  edildikdə  demokratik 
qəzetlər  bağlandı,  onların  leqal  fəaliyyəti  yenidən  dayandırıldı.  Bunun  əksinə,  
əksinqilabçı  qüvvələr  və  hakimiyyətini  möhkəmlətmək  üçün  mətbuatdan  daha 
geniş istifadə edirdi (8, 47). 
Meydanı boş görən həmin qəzetlər xalq kütlələrini aldatmaqda irtica əlində 
bir  silaha  çevrildi.  Bu  dövrdə  qatı  monarxist  məsləki  və  imperializmə  xidmət 
göstərən  «Fikir»,  «Tofiq»    kimi  (mürtəce  mövqedə  duran  bu  iki  qəzetin 
redaktorları  məişəcə  erməni  idi  –  P.Ə.)  Əksinqilabi  qəzetlər  nəşr  edilirdi  ki, 
bunlar maliyyə cəhətdən çar konsulu tərəfindən təmin olunurdu. 
«İnsaf»  qəzeti  xalqın  konstitusiyasının  bərpasına  dair  tələblərini  müdafiə 
edir  və  onun  düşmənlərini  ifşa  edərək  yazırdı  ki,  bunlar  bir  dəstə  köhnə 
istibdadçı  və  din  alverçisidir.  Azərbaycan  xalqını  təmsil  edə  bilməzlər: 
«Millətimiz  şəhidlərin  qanı  bahasına  aldığı  məşrutədən  əl  çəkməyəcəkdir. 
Yaşasın  və  paydar  olsun  qanuni-əsasi  və  məclisi-milli!  Ey  vətənin  şərəfli 
övladları,  düşmən  müqabilində  əyilməyən  başınızı  uca  tutun,  vətənin  istiqlalı, 
məşrutə və azadlığını ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır (86). 
Məşrutə dövründə çap olunan və bir çox keyfiyyətləri ilə nəzəri cəlb edən 
qəzet və jurnallarla daha yaxından tanışlıq üçün onlara nəzər salaq. 
 «Ümid»  
Loğmaniyyə  mədrəsəsinin  tələbələri  tərəfindən  məşrutə  dövrünün 
əvvəllərində  «Ümid»  adlı  qəzet  nəşr  olunurdu.  Faydalı  və  elmi  qəzet  olan 
«Ümid»in 1907 (h.q.1325) ci ilədək 24 nömrəsi çapdan çıxdı. Bu həftəlik, şəkil-
təsvirli qəzet daşbasma üsulu ilə çap olunur və başlığında aşağıdakı ifadə dərc 
edilirdi: «Bu dövlətin və millətin tərəqqisi, elm və maarifin yayılması üçün təsis 
dilmiş bir qəzetdir». 
«Ümid»  məşrutə  bərqərar  edildikdən  sonra  nəşr  edilən  ilk  qəzetlərdən  idi. 
Loğmaniyyə mədrəsəsinin 5-6 tələbəsi tərəfindən təsis olunan bu qəzetin nəşri 8 
aya yaxın davam etdi. 
«Dəbistan» (ibtidai məktəb) jurnalı 


 
47 
1906  (1324  h.q.)-ci  ilin  əvvəllərində  məktəb  direktoru  Mirzə  Rzanın 
rəhbərliyi altında Təbrizdə daşbasma üsulu ilə, iki həftədə bir nəşr edilirdi. 
«Dəbistan»  jurnalı  Rza  Pişəvərinin  təsisatı  ilə  özünün  direktoru  olduğu 
«Pərvəriş»  (Tərbiyə)  məktəbində  çap  olunurdu.  Jurnal  hər  on  beş  gündən  bir 
daşbasma  üsulu  ilə  8  səhifədə  çap    olunur  və  yaylanırdı.  Təbrizdə  nəşr  edilən 
«Əlhədid» qəzeti özünün 1906 (h.q. 1324)cü il aprel ayının 12-də 43-cü sayında 
bu jurnal haqqında yazırdı: 
«...Belə  çıxır  ki,  Təbrizdə  ikinci  gurnal  da  meydana  gəldi  və  yayılmağa 
başladı.  Cənab  Mirzə  Rzanın  tək  üzərindəki  8  səhifədə  nəşr  etdirdiyi  və 
azyaşlıların təlim və tərbiyəsinə dair fikirlərin də yer aldığı bu mətbu orqanı bir 
çox məktəblilər üçün faydalıdır» 
Qeyd  etmək  lazımdır  ki,  1906-cı  ildə  Təbrizdə  Mirzə  Abdulla  xan 
tərəfindən eyni adlı «Dəbistan» qəzeti nəşr olunurdu. 
«Ay Molla əmi» 
Bilavasitə  mürtəce  və  Məhəmmədəli  Mirzənin  sarayına  bağlı  qüvvələrin 
orqanı  sayılan  bu  qəzet  Təbrizin  Dəvəçilər  məhəlləsində  İslamiyyə 
cəmiyyətinin  vasiəçiliyilə  nəşr  edilirdi.  Qəzet  həmin  cəmiyyətin  başçılarının 
irticaçı niyyət və istəklərini yayırdı. 
Dövrün  mürtəce  qəzetlərindən  olan  əyləncəli    «Ay  Molla  əmi»  İslamiyyə 
cəmiyyəti  tərəfindən  1908-ci  ildə  (h.q.1326)  həm  fars,  həm  də  Azərbaycan 
dillərində çap olunurdu. 
Azərbaycan  türkcəsində  olan  «Ay  Molla  əmi»  qəzeti  qəbul  olunmuş 
qaydada  əsasən  kiçik  həcmdə  Bəsirət  məktəbinin  müdiri,  eyni  zamanda 
«Üxüvvət»,  «İttihad»  və  «İslamiyyə»nin  qəzetlərinin  rəhbəri  Mirzə  Əhməd 
tərəfindən Təbrizdə çap olunurdu. 
«Ay  Molla  Əmi»,  başqa  bir  mənbəyə  istinadən,  Mirzə  Həsən  və  Səidüs 
soltanın  rəhbərliyi  altında  nəşr  olunurdu.  Bu  qəzet  h.q.1326  ildə  (1908  m) 
irticaçılar  və  Təbrizin  Dəvəçilər  məhəlləsi  İslamiyyə  cəmiyyətinin  üzvləri 
tərəfindən  xalqın  məşrutə  əleyhinə  təhrik  edilməsi  məqsədilə  buraxılırdı  (60, 
183). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə