69
üçüncü nömrədən «heyəti-idarəyi-Fəryad» yazılır. Beləliklə, daha müntəzəm bir
quruluşa malik olan redaksiya qəzeti dolğun və daha maraqlı şəkildə çıxarmağa
nail olur. Məhz bundan sonra vətənpərvərlik hisslərinin təbliği, ana dilinin milli
varlıq kimi qorunması zərurəti qəzetdə daha ardıcıl davam etdirilir.
Qəzetin dördüncü nömrəsində verilən şüar aşağıdakı beytdən ibarətdir:
Vətən-vətən deyərək can verən əalinin
Qülubi-əhli vətən qəbri-biməhabətidir.
Beşinci nömrədəki şüar həmin şeirin, daha doğrusu, qəzəlin davamıdır:
Şəfəq deyil qızaran səfheyi-səmadə bu şəb,
Cərihəli vətənin əksi-xuni-möhnətidir.
«Fəryad» qəzetinin ikinci sayındakı baş məqalədə Urmiyanın ehtiyaclı
fərdlərindən söz açılır:
«Çoxdandır, Urmiyanın könlü şad olmur,
Dərddən xatiri azad olmur,
Bir çox gizli dərdləri var, lakin
Biçarənin dili olmadığından fəryadı da yoxdur».
Qəzetin getdikcə mövzu dairəsi genişlənir, məqalələrin məzmunu dərinləşir
və tənqid hədəfinə daha sərbəst atəş açırdı. İnqilabi hərəkatı ardıcıl izləyən
qəzet inqilab xadimlərinin Təbriz Əyaləti Əncümənində, məscidlərdə və
mitinqlərdəki atəşin nitqlərini öz səhifələrində tez-tez dərc edirdi. Məşrutə
inqilabının məşhur natiqlərindən Mirzə Cavad Natiqin daxili irtica və xarici
imperialistlərə qarşı etdiyi məşhur nitqlərindən birini «Fəryad» qəzeti özünün
aşağıdakı cümlələrilə bitirirdi:
«Bu qədər kifayət deyil ki, bizim məadinimiz, məmləkətimizin sərvəti-
təbiiyyəsi, dövləti-xudadəsi, millətimizin ruhu əcnəbilər, biganələr əlinə keçə?..
Mərzayi-müslimini ingilislər, amerikalılar müalicə və pərəstarlıq eləyirlər, aya,
buna sizin həmiyyətiniz riza verir?..»
«Fəryad» öz səhifələrində iki hissəyə bölünmüş Azərbaycanın ictimai-
siyasi, iqtisadi, mədəni vəziyyətini müqayisə edir və Şimali Azərbaycanın az
müddət içərisində Cənubi Azərbaycana nisbətən sürətlə tərəqqi etdiyini
70
göstərirdi:
«Qafqaz türkləri, qulaqlarınızın dibindəki qafqazlılar sizinlə bir qövmdən,
bir irqdən, bir din və məzhəbdən, hasili bir evin övladından olduqları halda, bu
axırıncı bir neçə il müddətində baxınız nə oldular? Meydani-müsabiqəyi-
tərəqqidə haralara qədər getdilər.
Az müddət qabaq Qafqazda türk dediyin millət nədir, tərəqqi nədir, mütləq
bilməzdilər. İndi isə qeyrət, həmiyyət siyasətində çox az müsəlman kəndi var
ki, orada müsəlmanların özlərinə məxsus bir mədrəsə, ya bir qəraətxanələri
olmasın.
Nə üçün siz hərəkatınızı onlara tətbiq etmirsiniz?
İran hökuməti ilə Rusiya hökuməti ikisi bir məsləkdə, bir xətti-hərəkət
təqib etdikləri halda siz türklər hərəkati-mücahidəkaranənizi Qafqaz mücahid
cavanlarının hərəkatına nə üçün uydurmursunuz? Onların getdikləri və bu
dərəcəyə qədər müvafiq olduqları yol ilə nə üçün getmirsiniz?» (82, 1907, №9).
«Fəryad» qəzetində bədii ədəbiyyata, xüsusilə vətənpərvərlik mövzusunda
yazılmış şeirlərə xüsusi yer verilmişdir. Bu şeirlərin çoxunun müəllifi məlum
olmasa da, onların yetkin qələmə malik olan, vətənpərvər şairlər tərəfindən
yazıldığı məlumdur.
Vətənin istiqlaliyyəti, xalqın azadlığı yolunda fədakarlığa çağıran
şeirlərdən biri də qəzetin 21-ci nömrəsində C.X.imzası ilə dərc olunmuşdu:
Vətən yolunda şəhadət böyük səadətdir,
Səadəti-əbədi istəsən şəhadətdir!
...Rəhi-vətəndə o tən kim qızıl qana boyana,
Bəsani-lalə gülüstani-eşqə zinətdir.
Həmin nömrədə Səid Səlmasinin bir şeiri də çap edilmişdir. Həmin şeirdə
dövrün inqilabi hadisələrinə uyğun olaraq vətən övladının azadlıq uğrunda
canını qurban verməyə çağırış ruhu hakimdir:
Məqsudumuz xalisi-vətəndir, vətən, vətən,
Uğrunda hazırıq ki, edək bəzli-canu tən!..
Bundan əlavə, tədqiqatçıların qənaətinə görə, «Fəryad» qəzetində dərc
71
olunan vətənpərvərlik ruhlu şeirlərin çoxu Səid Səlmasinin qələminin
məhsuludur.
«Fəryad» qəzeti məşrutə dövrünün mətbuatında özünəməxsus yer tutan bir
orqan idi.
«SURE-İSRAFİL» QƏZETİ
(İSRAFİLİN NEYİ)
Məşrutə fərmanı verildikdən 9 ay sonra Tehranda «Sure-İsrafil» adlı qəzet
nəşr olunmağı başladı. Qəzetin imtiyaz sahibi və naşiri Mirzə Qasım xan
Təbrizi, redaktorları Cahangirxan Şirazi və Ələkbərxan Dehxuda idi.
Mirzə Cahangirxanın məqalələri əsasən hökumət başçılarının əcnəbi
dövlətlərə satılıb ölkəyə xəyanətinin kəskin tənqidinə həsr edilmişdi. Buna görə
də yuxarı dövlət məmurlarından tutmuş şahın özü də daxil olmaqla ona kin
bəsləyir və məhvinə çalışırdılar. Məhz buna görə də Məclisi topa tutulduqdan
sonra tutulub Bağşahda həbs olunan Mirzə Cahangirxanı Məmmədəli şah bir
gün keçdikdən sonra edam etdi.
Ə.Dehxuda gənclik illərində Avropa ölkələrində səfir işləyən qohumu
M.Qəffari ilə xaricə rollanır. Orada Avropa dillərini öyrənir, elmlə məşğul olur.
İrana qayıtdıqdan sonra inqilabi hərəkatda yaxından iştirak edir. «Sure-İsrafil»
qəzeti ilə əməkdaşlıq edib siyasi məsələlərə dair ironik qeydlər hazırlayırdı.
Dehxudanın mükəmməl təhsili, Avropa ölkələrində bir neçə il qalması,
Azərbaycan dili vasitəsilə Qafqaz mətbuatı, xüsusilə «Molla Nəsrəddin»lə
yaxından tanışlığı onun satirasında demokratik məzmunun daha da
güclənməsinə, ölkənin və xalqın dərdlərini və ehtiyacını düzgün başa düşüb
göstərməsinə, bir sözlə, satira atəşinin sərrastlığına kömək etmişdir. Bu
satiranın gücü bir də onun optimist, nikbin ruhda olması idi. Dehxuda ölkəsinin
və xalqının hər bir mənfi cəhətini tənqid atəşinə tutduğu halda, onun işıqlı
gələcəyinə, səadətinə sarsılmaz ümid bəsləyir və bu ümidi öz oxucusuna
aşılamağı bacarırdı.
Ələkbərxan Dehxuda «Sure-İsrafil»də «Çərənd pərənd» (Ordan-burdan)
Dostları ilə paylaş: |