Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə31/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

 
94 
Azərbaycan  dili  ilə  mübarizə  aparmaq  üçün  müxtəlif  üsullardan  istifadə 
edirdilər. Azərbaycanda mədəni abidələri sıradan çıxarmaq maarif ocaqlarına və 
s.  bu  kimi  yerlərə  fars  xadimlərinin  adını  vermək,  vilayətin  Azərbaycan 
toponimlərini  fars  toponimləri  ilə  əvəz  etmək,  yeni  doğulan  uşaqlara 
Azərbaycan antroponimləri verilməsini qadağan etmək və s. 
Nəhayət, 1932-33-cü ildə vilayətin inzibati ərazi bütövlüyünü, 1937-ci ildə 
isə  tarixi  adını  ləğv  etməyi  qərara  aldılar.    Azərbaycan  bir  başa  Tehrana  tabe 
olan  müstəqil  inzibati  rayonlara  Qərbi  və  Şərqi  Azərbaycana  bölündü,  1937-ci 
ildə  isə  Qərbi  və  Şərqi  Azərbaycan  3-cü  və  4-cü  ostanlar  adlanmağa  başladı. 
Həmin tədbir azərbaycanlıların  milli birliynə, xalqın özü haqqında bütöv tarixi 
təsəvvürünün qorunub saxlanmasına qarşı yönəlmişdi (41, 100-101). 
Beləliklə,  dövlətin  milli  siyasəti  Azərbaycanı  geridə  qalmış  əyalətə 
çevirmək,  azərbaycanlıları  hər  vasitə  ilə  assimlyasiya  etmək  məqsədini 
güdürdü. 
Çox  paradoksal  haldır  ki,  həmin  illərdə  fars  müəllifləri  azərbaycanlıların 
dili  və  mənşəyi  haqqında  heç  nə  yazmır,  onların  mənşəyini  sübut  etmirdilər. 
Fars  A.M.Şüştəri  özünün  «İran  –  namə»  əsərində  qədim  İranın  tarixi  haqqında 
Avropa  və  Amerika  tədqiqatları  əsasında  qeyd  edirdi  ki,  Azərbaycan  arilərin 
vətəni  yox  müstəmləkəsi  olmuşdur.  Bundan  əlavə  müəllif  tərəfindən  tərtib 
edilmiş  İran  dillərinin  siyahısında  S.Ə.Kəsrəvinin  kəşf    etdiyi  Azərbaycanın 
Azəri adlanan qədim dili göstərilməmişdi.  
Güney  Azərbaycanlılarının  milli  şüurunda  yaranma  və  inkişafına  ayrıca 
əsər  həsr  etmiş  V.Mustafayevə  görə  azərbaycanlıların    milli  şüurunun  inkişafı 
iki mərhələdən keçir: XIX əsrin axırlarından XX əsrin 20-ci illərinin ortalarına 
kimi, 20-ci illərin ortalarından 40-cı illərin əvvəllərinə kimi. 
Birinci  mərhələ  onunla  xarakterizə  olunur  ki,  əgər  azərbaycanlılar  əsasən 
etnik  şüura,  vətənpərvərlik  hissinə,  yüksək  siyasi  şüura  malik  idilərsə  və 
özlərini  Azərbaycan  türkləri  hesab  edirdilərsə,  azərbaycanlı  ziyalılar  əsasən 
azərbaycanlılarda  iranlılıq  oriyentasiyası  tərbiyə  etməyə  səy  edirdilər.  Əgər 
Azərbaycan  ziyalılarının  nümayəndələrinin  bəzilərində  iranizm  İran  təbəəliyi 


 
95 
mənası  daşıyırdısa,  digərlərində  etnik  çalar  kəsb  edərək,  fars  millətini  ifadə 
edən anlayış kimi qavranırdı (41, 134). 
Güney  Azərbaycanda  milli  şüur  və  özünüdərketmə  məsələlərini  araşdıran 
V.Mustafayev  haqlı  olaraq  belə  nəticəyə  gəlir  ki,  birinci  mərhələnin  sonuna 
yaxın  azərbaycanlılar  özlərini  Azərbaycan  türkü  hesab  edirdilər  və  bu  ideya 
ziyalıların  bir  hissəsi  tərəfindən  müdafiə  olunurdu,  lakin  ziyalıların  daha 
tanınmış və hakim dairələrə yaxın nümayəndələri azərbaycanlılara onların İran, 
ari  mənşəli  olmaları  fikrini  təlqin  etmək  üçün  geniş  ideoloji  kampaniya 
aparırdılar  
İkinci mərhələ XX əsrin 20-ci illərinin ortalarından Azərbaycan  millətinin 
məzlum millətə çevrilməsi ilə başlanır (41, 134). 
1925-ci  ildə  Rza  şah  Pəhləvi  hakimiyyət  başına  gəldikdən  sonra  onun 
yaratdığı dövlətə qarşı mübarizə aparan, onun mahiyyətini ifşa edən bütün İran 
qəzetləri  üzərində  polis  nəzarəti  qoyuldu.  Qəzet    redaktorları  heç  bir  məsələni 
polisin  icazəsi  olmadan  nəşr  edə  bilməzdi.  Dövlətlə  polis  bəzi  qəzet 
redaktorlarına  qarşı  olmazın  cəza  tədbirləri  görürdülər,  onları  zindanlara 
salırdılar.  20  il  ərzində  (1921-1941)  Azərbaycanda  nəşr  olunan  qəzet  və 
jurnalların sayı 20-dən artıq olmamışdır. 
Bu  illərdə  Təbrizdə  Əliəkbər  Pişva  tərəfindən  Azər  (1925)  M.Qənizadə 
Səlmasi  tərəfindən  «Doure-qədid»  («Yeni  dövr»),  (1926),  Bağır  Netaq 
tərəfindən  satirik  «Ənkəbut»  («Hörümçək»)  (1925),  «Şimal-Qərb»  (1928), 
Hacıxan 
Dadgəranın 
başçılığı 
ilə 
«fəryadi-Azərbaycan» 
(1927), 
Məhəmmədəmin ədibin rəhbərliyi ilə «Mahtab» (1937), Həbibulla xan Ağazadə 
tərəfindən  «Şahin»  (1929-1942),  Urmiyada  «İblağ»  (1933),  Əmir  Nəzmi 
Əfşarın  Rizaliyyə  (1930-1933)  qəzeti,  Ərdəbildə  Həsənağa  Hacı  Məhəmməd 
Hüseyn oğlunun redaktorluğu ilə Cövdət (1927) qəzeti nəşr olunurdu. 
1920-1940-cı  illərdə  İranda  baş  verən  siyasi-ictimai  hadisələr  o  dövrün 
ədəbiyyatına da təsir göstərərək öz əksini tapmışdı. Bu dövrdə İranda, xüsusilə 
Güney  Azərbaycanda  Rza  şahın  diktaturasının  bütün  demokratik  qüvvələrə,  o 
cümlədən ədəbiyyat və mədəniyyət xadimlərinə hücuma keçdiyi illər idi. 


 
96 
Bu  dövrün  azərbaycanca  yazılmış  nümunələrinə  yalnız  gizli  çap  olunmuş 
kitablarda və şah hökuməti yıxıldıqdan sonra işıq üzü görən jurnal, qəzet  kitab 
və digər nəşriyyələrdə rast gəlirik. 
*** 
Bildiyimiz  kimi,  Təbrizdə  «Molla  Nəsrəddin»  jurnalının  8  sayı  çıxmışdı. 
1921-ci  ilin  fevral  ayında  nəşrə  başlayan  jurnalın  həmin  ayda  iki,  mart  ayında 
üç, aprel ayında iki, may ayında isə bir sayı işıq üzü görmüşdü. 
Jurnalın  nəşri  ilə  əlaqədar  aparılan  danışıqlar  haqqında  Həmidə  xanım 
xatirələrində  yazırdı:  «Əbülfət  Ələvi  jurnalın  nəşri  üçün  danışıq  aparmaqdan 
ötrü  vali  və  onun  müşavirləri  ilə  Mirzə  Cəlilin  görüşünü  təşkil  etdi.  Onların 
jurnalı ancaq fars dilində buraxmaq haqqındakı təklifinə Mirzə Cəlil belə cavab 
verdi:  «Mən  «Molla  Nəsrəddin»  jurnalını  15  il  Azərbaycan  dilində  nəşr 
etmişəm.  Qafqaz  Azərbaycanında  olduğu  kimi,  İran  Azərbaycanında  da    ancaq 
azərbaycanlılar  yaşayırlar,  burada  yalnız  ayrı-ayrı  savadlı  adamlar  fars  dilində 
danışırlar.  Mən  «Molla  Nəsrəddin»  jurnalını  onlar  üçün  deyil,  xalq  kütlələri 
üçün  buraxıram.  O  şeyə  ki,  mənə,  hətta  rus  hökuməti  icazə    verirdi,  siz  icazə 
vermirsiniz.  Təbriz  şəhərində    dörd  erməni  qəzeti  nəşr  edilir.  Lakin  bir  nəfər 
iranlı  belə    erməni  dilini  bilmir.  Mən  erməni  dilini  bilirəm.  İndi  ki,  belə  oldu 
onda icazə verin mən jurnalımı erməni dilində buraxım. 
Bu  təklif  valinin  müşavirələrini  pis  vəziyyətdə  qoydu.  Onlar  Mirzə 
Cəlildən xahiş etdilər ki, hələlik gözləsin» (37, 91).   
Əbülfət  Ələvi  xeyli  danışıq  aparandan  sonra  jurnalın  Azərbaycan  dilində 
buraxılması barədə valinin razılığını ala bildi. Amma vali bir şərt qoymuşdu. O, 
jurnalın  baş  məqalələrinin  fars  dilində  yazılmasını  tələb  edirdi.  Mircə  Cəlil 
valinin  bu  təklifinə  razı  olmadığını  bildirdi.  Ə.Ələvi  bu  narazılığı  aradan 
qaldırmaq üçün baş məqalələri fars dilində yazmağı öz öhdəsinə götürdü. 
«Molla  Nəsrəddin»  Təbrizdə  dərc  olunan  ilk  nömrəsindən  sonra  senzorun 
nəzərini  yayındırmaq  üçün  elan  və  xırda  xəbərləri  fars  dilində  verilirdi.  Fars 
dilində  dərc  olunan  bu  materialları  Ə.Ələvi  hazırlayır,  eyni  zamanda  jurnalın 
fəal müxbiri kimi çıxış edirdi. Jurnalın Təbriz nəşrində Əbülfət Ələvi ilə yanaşı, 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə