Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə32/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

 
97 
Hacı  Əli    Şəbüstəri,  İskəndərxan  Qəffari,  Möhsün  xan  Sərtibi,  Mehdi  xan 
Şərifzadə fəal iştirak etmişlər. Onlar C.Məmmədquluzadə ilə bir yerə yığışaraq 
məsləhətləşir və tədbirlər görürdülər. 
 Jurnal  üçüncü  nömrədən  başlayaraq  Cənubi  Azərbaycanın  tanınmış 
inqilabçılarından  Əbdülqasim  İskəndaninin  «Ümid»  mətbəəsində  çap 
olunmuşdur. Güney Azərbaycanın ilk satirik mətbuat orqanı Azərbaycan jurnalı 
da  1906-cı  ildə  «Ümid»  mətbəəsində  çap  olunmuşdur.  Jurnalın  sonuncu 
sayından  sonra  mətbəə  uzun  müddət  istifadəsiz  qalmış,  yalnız  1921-ci  ildə 
«Molla  Nəsrəddin»  çapı  ilə  işə  düşmüşdür.  «Ümid»  mətbəəsi  Mircə  Cəlil 
Bakıya qayıdandan sonra yenə də fəaliyyətdən qalmış, yalnız 1941-ci ildə yenə 
də  növbəti  fars  dilində  satirik  mətbu  orqan  olan  «Sitareyi  Azərbaycan» 
qəzetinin nəşri ilə fəaliyyətinin 3-cü dövrünə başlamışdır. 
Jurnalın Təbriz nömrələrinin karikatura və rəsmlərinin əsas  müəllifi Seyid 
Məhəmmədəli  Behzad  (Müsəvvərzaadə)  olmuşdur.  O,  vaxtilə  «Azərbaycan» 
satirik  jurnalı  redaksiyasında  rəssamlıq  etmişdir.  Seyid  Məhəmmədəli  Behzad 
miniatür  ustası  Ağa  Mirəyin  nəslindən  olub,  Təbriz,  Tiflis,  Moskva,  sonra  da 
Paris və Romada  mükəmməl təhsil almışdır (110, 1944,  №84). «M.Nəsrəddin» 
jurnalının  Təbriz  nüsxələrinin  araşdırıcısı,  tədqiqatçı  Turan  Hüseynzadə 
jurnalındakı  rəsmlərin  yaradılmasında  Mir  Məhəmməd  Nəqqaş  adlı  bir  
rəssamın da əməyi olduğunu qeyd edir. 
C.Məmmədquluzadə  Təbriz  nömrəsində  «Molla  Nəsrəddin»  Tiflis  nömrə-
lərində  işlədilən  məlum  gizli  imzalardan,  bəzi  hallarda  isə  Azərbaycanın  dövri 
mətbuatında işlədilən başqa müəlliflərin gizli imzalarından istifadə edirdi. 
Ədəbiyyatşünas-alim  Ə.Mirəhmədov  «C.Məmmədquluzadə  irsinin  nəşri 
məsələləri haqqında» məqaləsində Təbriz nəşrində işlədilən imzaların hamısının 
C.Məmmədquluzadənin  özünə  aid  olduğunu  söyləyərək  yazır:  «…Təbriz 
nömrələrində  «Mozalan»,  «Hərdəmxəyal»  və  s.  imzalarla  çıxmış  felyetonlarla 
əvvəlki  və  sonrakı  illərdə  həmin  imzalarla  çıxan  felyetonlar  arasında  böyüki 
fərq  var;  Təbriz  nömrələrindəki  bu  imzalar  da  C.Məmmədquluzadəyə 
məxsusdur» (40, 20). 


 
98 
Təbrizin  mütərəqqi  və  qabaqcıl  ziyalıları  «Molla  Nəsrəddin»  jurnalı 
redaksiyası ətrafında sıx toplaşmışdılar. Bunlar C.Məmmədquluzadə ilə tez-tez 
görüşür,  ondan  məsləhətlər  alırdılar.  Onlar  var  qüvvələri  ilə  jurnalın  nəşrinə 
kömək edirdilər. Əbülfət Ələvi, İskəndərxan Qaffari, Mözüc Şəbüstəri, Hacı Əli 
Şəbüstəri,  Möhsün  xan  Sərtibi,  Əsgər  Azərvənd  və  başqaları  əldə  etdikləri 
məlumatları,  məqalə,  felyeton  və  şeirləri  «Molla  Nəsrəddin»  redaksiyasına 
çatdırır, jurnalla xalq arasında sıx əlaqə yaradırdılar (26, 32). 


 
99 
IV  F Ə S Ġ L 
MĠLLĠ AZADLIQ HƏRƏKATININ YÜKSƏLĠġ 
ĠLLƏRĠNDƏ MƏTBUAT 
(1940-1944) 
 
Rza  şahın  hakimiyyəti  illərində  (1925-1941)  Güney  Azərbaycan  həyatının 
bütün  sahələri  tənəzzül  etmiş,  həmin  illər  tarixdə  ən  qaranlıq  irtica  illəri  kimi 
yadda  qalmışdır.  Ölkədə  milli  regionlarla  mərkəz  arasındakı  ziddiyyət  yeni  
düyünlər yaratmış, xalqın bütün təbəqələri hakim rejimin zorakılıq siyasətindən 
cana  gəlmişdilər.  Ölkə  azad  fikirlilər  və  vətənpərvərlər  üçün  zindana 
çevrilmişdi. 
Rza  şahın  hərbi-polis  rejiminin  süqutundan  sonra  ölkədə  siyasi  ab-hava 
dəyişməyə və demokratik hərəkat canlanmağa başladı. 1941-ci ilin sentyabrında 
İranda  siyasi  məhbuslara  amnistiya  veilrdi.  Zindan  və  sürgünlərdən 
qayıtmışların  arasında  ziyalılar  və  azadfikirlilər  çox  idi.  Tədricən  yeni 
təşkilatlar,  o  cümlədən  cəmiyyətlər,  klublar,  dərnəklər  yaradılır,  onların  mətbu 
orqanları  nəşr  olunmağa  başlayırdı.  Azərbaycanlı  vətənpərvərlər  müxtəlif 
partiya və cəmiyyətlərdə birləşirdilər.  
Azərbaycanda  ictimai-siyasi  həyat  canlanmağa  başladı.  Həmin  dövrdə 
ruhlu  mütərəqqi  təşkilatlar  «Azərbaycanın  antifaşist    cəmiyyəti»,  «Azərbaycan 
fəhlələrinin  həmkarlar  ittifaqı»,  «Azərbaycan  zəhmətkeşlər  təşkilatı», 
«Demokratiya  tərəfdarları  mərkəzi»  kimi  müxtəlif  cəmiyyətlər  yaradıldı.  Tək 
Təbrizdə  deyil,  Ərdəbil,  Urmiya,  Marağa,  Sərab,  Əhər,  Mərənd  və  Xoyda  da 
demokratik  cəmiyyətlər,  birliklər  klublar  təşkil  edildi.  Bu  birliklərdə 
demokratiya,  konstitusiya,  Azərbaycan  məsələsi  və  s.  haqqında  söhbətlər, 
diskussiyalar  aparılırdı.  «Azərbaycan  cəmiyyəti»  milli  qüvvələrin  səfərbər 
edilməsində  xüsusi seçilirdi.  Bu  dövrdə  mətbuat  yenidən  dirçəliş  tapır,  bir  sıra 
yeni  qəzet  və  jurnallar  nəşrə  başlayırdı.  Təbrizdə  ana  dilində  «Azərbaycan», 
«Sədayi  Azərbaycan»,  «Vətən  yolunda»  qəzetləri  çap  olunurdu.  Bunlarla 
yanaşı,  «Şahin»,  «Sərbaze-sorx»,  «Yumruq»,  «Ajir»,  «Xavər-noy»,  «Cövdət» 


 
100 
və digər mətbu orqanları da fəaliyyət göstərirdi. 
Diktator  rejimində  siyasi  satirik  vərəqə  və  gizli  şəbnamələr  vasitəsilə 
yayılan  demokratik  fikirlər  indi  fars  və  Azərbaycan  dillərində  çıxan  kitab, 
qəzet, jurnal, teatr tamaşaları, mitinq və nümayişlər yolu ilə təbliğ edilirdi.  
İlk  sayı  1930-cu  ildə  işıq  üzü  görən  «Şahin»  qəzeti  40-cı  illərdə  də  öz 
nəşrini  davam  etdirirdi.  Qəzetin  redaktoru  Təbrizdə  demokratik  hərəkatın 
tanınmış nümayəndəsi, azərbaycanlı Həbibulla Ağazadə idi. Farsca  nəşr olunan 
qəzetin  səhifələrində  azərbaycanca  vətənpərvərlik    mövzusunda  şeirlər  çap 
olunurdu. Qəzet azərbaycanlıların ana dilinə hörmət etməyi tələb edir, Tehrana 
getməyə məcbur olub, paytaxtda ali məktəbə qəbul zamanı ayrı-seçkiliyə məruz 
qalan  azərbaycanlıları  bu  qayğıdan  xilas  etmək  üçün  Azərbaycanda  ali  məktəb 
açılması  uğrunda  çıxış  edirdi.  Qəzet  Rezaye  (Urmiya),  Şahpur  (Salmas) 
şəhərlərinin  əvvəlki  adlarını  bərpa  etməyi  tələb  edir,  Təbriz  pedaqoji 
məktəbinin müəllim və tələbə heyətinin Tehranda komplektləşdirmə kimi fasid 
təcrübəyə  qarşı  çıxırdı.  Azərbaycanın  iki  müstəqil  vilayətə  bölünməsini 
pisləyən  qəzet  bildirirdi  ki,  bu  süni  vəziyyət  Qərbi  və  Şərqi  Azərbaycanın 
birliyini  məhv  edə  bilməz.  Qəzet  həmçinin  Azərbaycanın  böyük  oğullarının 
xatirəsini  əziz  tutmağa,  onların  adını  Təbrizin  küçə  və  meydanlarında 
əbədiləşdirməyə,  onlara  heykəl  qoymağa  çağırırdı  (104,  1941,  1942).  Bununla 
belə  «Şahin»  qəzeti  «Azərbaycan»  qəzeti  kimi  milli  maarifçiliklə  məşğul 
olmurdu. 
 «Molla  Nəsrəddin»  jurnalının  Güneydə  davamçısı  olan  «Azərbaycan 
ulduzu»  1944-cü  ildə  Təbrizdə  «Sitareyi  Azərbaycan»  adı  altında  nəşrə 
başlamışdı. Həmin il dərgi Cəlil Məmmədquluzadənin 75 illiyi münasibətilə bir 
sayını bütünlüklə böyük sənətkara həsr etmişdir. Altıncı sayın baş məqaləsində 
yazılırdı: «Bu şümarəmiz «Sitareyi-Azərbaycan» adı ilə adlandığı halda yazıları 
«Molla Nəsrəddin» məcmuəsində cəm olunmuş parçalardır…». 
40-cı  illərin  əvvəllərində  Azərbaycandakı  sosial-siyasi  və  iqtisadi 
ziddiyyətlər  başqa  regionlardan  fərqli  idi,  xalqa  qarşı  zorakılıq  siyasəti  
buradakı  hadisələrin  gedişini  sürətləndirmişdi.  Bu  bölgədə  yaşayanların  yaxın 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə