Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

 
88 
işləyir.  Eyni  zamanda  demokratik  hərəkatın  başçısı  Ş.M.Xiyabaninin  yaxın 
köməkçisi  və  həmkarı  olur.  Bu  ona  geniş  imkanlar  yaradır.  O,  «Təcəddüd»də, 
«Azadistan» jurnalında açıq imza ilə və ya «Femina» təxəllüsü ilə dərc etdirdiyi 
şeirləri,  eyni  zamanda  dərin  məzmunlu  məqalələri  ilə  milli-azadlıq  hərəkatına 
yaxından kömək göstərir. 
Təqi Rifət 90 il öncə «Təcəddüd» qəzetində (1917,  №43) yazdığı «Təkrar 
və  təshih»  adlı  məqaləsində  bu  gün  yaşadığımız  huquqi  dövlətdə  çox  aktual 
olan  məsələdən  –  seçkinin  əhəmiyyətindən  və onun  hər bir  vətəndaşın ictimai-
siyasi  müqəddəratında  oynadığı  rolundan  danışaraq  yazırdı:  «Öz  seçəcəyimiz 
şəxsə  məcburi  olaraq  verdiyimiz  rəy  bizim  azadlığımızın  sərhədini 
məhdudlaşdıracaqdır,  yəni  səsimizi  verib  qurtardıqdan  sonra  azadlığımız  da 
müstəqim  mülkiyyətimizdən çıxır; yəni güllə atıldı və onu qaytarmaq  mümkün 
deyildir. Əziz vətənimizin həyatı və ya ölümü o bir səsə bağlıdır…» (106, 1917, 
43). 
Yazıdan görüdüyü kimi T.Rifət əhalini səsvermədə həddindən artıq ayıq və 
sayıq olmağa çağırırdı. 
Rifət Təbrizi şeirin  köhnəlmiş formalarını saxlayan, hər cür  yeniliyə qarşı 
çıxan  mühafizəkarlara,  xüsusən  Məhəmməd  Tahir  Baharın  başçılıq  etdiyi 
«Daneşkəde» ədəbi jurnalının mövqeyinə qarşı kəskin mübarizə aparır (9, II c., 
162).  İşlədiyi  «Təcəddüd»  qəzetində  və  «Azadistan»  jurnalında    «Daneşkəde» 
jurnalı ilə elmi-ədəbi mübahisə edirdi. 
Poetik  yaradıcılıqda  XX  əsrin  zövq  və  tələblərini  800-1000  il  bundan 
əvvələ  aparıb  çıxarmaq  istəyən  daneşkədeçilərə  müraciətlə  Təri  Rifət  yazırdı: 
«Siz,  XX  əsrin  sistemi  ilə  Təxt-e  Cəmşidin  uçuqlarını  yamayıb  bitişdirə 
bilməyəcəksiniz,  bunun  üçün  siz  yenidən  həmin  dövrə,  həmin  üsluba 
qayıtmalısınız, ən yaxşı halda siz ancaq keçmişi təqlid edəcəksiniz, halbuki şair 
orijinal  olmalıdır,  təqlidçi  yox.  Siz  dünən  üçün  deyil,  sabah  üçün  şeir  yazın, 
bədii əsərlər yaradın» (58, 147). 
Rifət  Təbrizi  ədəbiyyatın  yeniləşməsini  xalqın  ictimai  fəaliyyətinin  bir 
hissəsi hesab edir və göstərir ki, ədəbiyyatın yeniləşməsi ədəbi inqilabdır, ədəbi 


 
89 
inqilab  isə  bir  xalqın  ictimai-siyasi  əhvali-ruhiyyəsi,  onun  fəaliyyəti  ilə  sıx 
surətdə əlaqədardır. 
Təqi  Rifət  «ədəbiyyatın  yeniləşməsi»  deyəndə  bayağı  yeniləşməni,  yeni 
mövzu və ideyaların köhnə forma, üslub və çeynənmiş bədii ifadə vasitələri ilə 
tərənnümünü  nəzərdə  tutmurdu.  Məşrutə  hərəkatı  ilə  ədəbiyyata,  xüsusilə 
poeziyaya  gəlmiş  yeni  fikirlərin  tərənnümü  yeni  üslub,  yeni  forma,  yeni  bədii 
ifadə vasitələri tələb edirdi. 
Təqi Rifət yazırdı: «Bizim ədəbiyyatımız özünün başlıca vəzifələrindən, öz 
mənbəyindən  uzaq  düşmüş,  kiçik  və  xırda  məsələlərin  tərənnümündə  donub 
qalmışdır.  Ədəbiyyatımızın  qarşısında  durğunluğu  qoruyub  saxlamağa  çalışan 
bir sədd çəkilmişdir. Bizim vəzifəmiz həmin səddə və donuqluğa zərbə endirib 
onu dağıtmaqdan, ədəbiyyatımızı əsarət zəncirindən qurtarmaqdan ibarətdir». 
Təqi Rifət İranda poeziyanı yeniləşdirmək, həm də onu mətn, forma, üslub 
və  dil  cəhətdən  yeniləşdirmək  haqqında  «Təcəddüd»  və  «Azadistan»da  bir-
birinin ardınca məqalələr yazıb dərc etdirirdi. 
Tanınmış  şair  «Həbib  Sahir  məktəbdə  fransız  dili  müəllimi  olmuş  Təqi 
Rifət haqqında yazırdı ki: «biz sonralar bildik ki, bizim gənc müəllimimiz həm 
də  şair  idi,  o  İranda  yeni  şeirin  bünövrəsini  qoydu  və    getdi…  İkinci  dünya 
savaşı başlayarkən Nima Yuşic adlı bir gənc mazandaranlı şair farsca azad şeir 
yazmağa  başladı.  Əfsuslar  olsun  ki,  hələ  bir  çoxları  Təqi  Rifəti  deyil,  Nima 
Yuşici yeni şeirin elçisi sayırlar (90, 1982, №2,6). Uzun illər Güneydə Yazarlar 
Birliyinə  rəhbərlik  edən  tək  şair  deyil,  həm  də  tənqidçi,  publisist  və  tərcüməçi 
kimi tanınan Həbib Sahirin hələ ötən əsrin ortalarında söylədiyi və bu gündə bir 
çox  şərqşünas  alimlərin  mübahisə  obyektinə  çevrildiyi  bu  fikir  öz  aktuallığını 
saxlayır. 
Xatırlamaq  yerinə  düşər  ki,  Türkiyədə  təhsil  alan  və  çağdaş  türk 
ədəbiyyatının  pərəstişkarı  olub,  o  cümlədən  «Sərvəti-fünun»  ədəbi  məktəbinin 
İranda  davamçısı  olan  Təqı  Pifət  həm  forma,  həm  də  məzmun  cəhətdən 
yeniləşdirmək,  dili  sadələşdirmək,  Şərq  motivlərini  və  poetik  sistemini 
dəyişdirmək  və  s.  kimi  ədəbi  məramı  qarşısına  məqsəd  qoymuşdu.  Çalışdığı 


 
90 
«Təcəddüd» qəzetində özünə həmfikir və məsləkdaşlar tapmışdı. 
Beləliklə,  İranda  yeni  şeirin  təməli  «Təcəddüd»  qəzetin  ətrafına  toplaşan 
Təqı  Rifət,  Cəfər  Xamneyi,  Şəms  Kəsmai  kimi  Azərbaycan  şairləri  tərəfindən  
qoyulmuşdur (76, 1980, №3). 
Bununla  ədəbiyyatın  həm  forma,  həm  də  məzmunda  təcəddüd  yaranmış, 
sərbəst şeirin əsası qoyulmuşdur. 
Cənubi  Azərbaycan  şairlərinin  fars  poeziyasına  gətirdikləri  bu  yeniliklər 
söz yox ki, göydəndüşmə, əlaqəsiz və mücərrəd deyildi və bu yeniliklər Avropa 
ölkələrində  XIX  əsrdən  başlayaraq  davam  edib  gələn  ədəbi  yeniləşmə 
prosesinin nəticəsi idi. İstər Təqi Rifətin, istərsə də Cəfər Xamneinin yazdıqları 
şeirlərin  forması  ancaq  İran  poeziya  üçün  yeni  idi,  belə  formalı  şeirlər  türk 
poeziyasında  Əbdülhəqq  Hamidin,  Tofiq  Fikrətin,  Rza  Tofikin,  Azərbaycan 
poeziyasında  Hüseyn  Cavidin,  Abbas  Səhhətin,  Məhəmməd  Hadinin 
yaradıcılığında vardır. Təqi Rifət, Cəfər Xamneyi və b. görünür, həmin şairlərin 
poetik sənətkarlığından faydalanmışlar (7, 1976, 3). 
1920-ci  ilin  sentyabr  ayında  İran  hökuməti  tərəfindən  zor  və  silah  gücünə 
Güney  Azərbaycanda  «Azadistan  dövləti»  və  onun  lideri  Ş.M.Xiyabani  qətlə 
yetirildi.  Bundan  sonra  Güney  Azərbaycanın  bir  çox  bölgələrində  Xiyabani 
tərəfdarlarının,  Təbrizdə  Lahutinin  Kəleybərdə  Qiyaminin,  Səlmasda 
«Yenilməz  alay»  üsyanları  baş  verdi.  Şah  rejiminə  qarşı  narazılıq,  hətta  hərbi 
qoşunu  da  bürümüşdü.  Azərbaycanda  jandarm  zabiti  olan  görkəmli  şair 
Əbülqasim  Lahutinin  rəhbərliyi  ilə  1922-ci  ilin  fevralında  Təbrizdə 
jandarmların üsyanı baş vermişdi. 
Lakin  20-ci  illərin  əvvəllərində  İran  kazak  briqadası  zabiti  Rza  xanın 
ölkənin  siyasi  səhnəsində  görünməsi  Güney  Azərbaycanının  siyasi  durumunda 
daha  kəskin  gərginliklər  yaratdı.  Əvvəlcə  hərbi  nazir  (1921),  sonra  baş  nazir 
(1923)  olan  və  bununla  hərbi  və  mülki  hakimiyyəti  öz  əslində  cəmləyən  Rza 
xan, ölkənin müxtəlif yerlərində 1921-1922-ci illərdə hələ də davam edən milli 
azadlıq  hərəkatların  və  onun  hərbi  qüvvələri  mərkəzləşdirmə  tədbirlərinə  qarşı 
baş verən çıxışları o sıradan Təbrizdə Lahuti üsyanını kazak dəstələri vasitəsilə 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə