Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə28/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

 
85 
Heç vaxt yorğunluğa və yasa qapılmamalı. Heç vaxt! 
…Ey  əziz  Azərbaycan,  sən  bir  iti  gözsən  ki,  İran  səninlə  qərb 
mədəniyyətinə  baxır.  Sən  bir  həssas  və  mütəəssir  olan  ürəksən  ki,  bu  vətən 
dünya işığını səninlə hiss edir. 
Ey  anamız  Azərbaycan,  sən  bu  ümidləri  doğrult,  başını  yuxarı  tut,  yaşa! 
Həmişəlik yaşa!..» (106, №24). 
Xiyabani insana nikbin ruh aşılayan ədəbiyyatı, mədəniyyətin tərəfdarı idi. 
O  «Təcəddüd»  qəzetinin  55-ci  sayında  yazırdı:  «Bizə  qəm  və  kədər  gətirən 
ədəbiyyat  və  musiqi,  mərsiyə  ədəbiyyatı  və    növhələr  lazım  deyil.  Azərbaycan 
xalqına  kədər  lazım  deyil.  Rədd  olsun  qəm  və  kədər.  Yaşasın  şad  və  bəşşaş 
üzlər (106, 1917, 55). 
«Təcəddüd»ün bəzi nömrələrində Azərbaycan dilində də yazılar çıxırdı. Bu 
qism  yazılardan nəzəri cəlb edənlərdən biri də «Azərbaycan himni» idi. 
Yetdi  yenə iqbalımız 
Hasil oldu amalımız, 
Nə rövşən istiqbalımız! 
Yaşasın hürriyyət!.. 
 
Qardaşlarım, qeyrət edin, 
Təhil üçün himmət edin, 
Nə vaxta din! İbrət edin. 
Kəsbü şərəf rüfət edin,   
 
Yaşasın hürriyyət!.. 
 
Əxzi-hünər, kəsbi-fünun, 
İnsana vacibdir bütün, 
Sanma fünunu sən cünun, 
Bu etiqadı bil zəbun, 
Yaşasın hürriyyət!.. (106, №24) 
Şeirdəki  bir  sıra  qəliz  misraları  nəzərə  almasaq,  demək  olar  ki,  o,  əsasən, 


 
86 
Azərbaycan  xalq  şeiri  üslubunda  yazılmış,  xalqın  başa  düşəcəyi  fikirləri  ifadə  
etmişdir. 
Ş.M.Xiyabaninin nitqləri və məqalələri həm siyasi publisistikanın, həm də 
bədii nəsrin ən bariz nümunələrindən sayıla bilər. Bu yazılar istər məzmun, istər 
əhatə  dairəsi,  istər  forma  xüsusiyyətlərinə  və  istərsə  də  bədii  keyfiyyətlərinə 
görə    Cənubi  Azərbaycan  ədəbiyyatı  və  dövrü  mətbuatının  yüksək  zirvəsinə 
qalxmışdır (27,  66). 
Ş.M.Xiyabaninin  rəhbərliyi  ilə  yaranmış  Xiyabani  hərəkatı    və  mətbu 
orqanı «Təcəddüd» qəzeti ictimai fikir sahəsində olduğu kimi, ədəbiyyatda həm 
forma, həm də məzmununda yenilik yaratmışdır. 
Açıq    meydanlarda  və  ali  məclislərdə  söylənən  şifahi  nitqin  gözəl 
nümunələri  olan  «Təcəddüd»  qəzetində  çıxan,  kamil  məzmunlu  və  üslublu 
məqalələri  hər  iki  Azərbaycanda  çağdaş  ədəbi  publisistikanın  klassik 
nümunələridir (29, 706). 
Təbrizdə  Gənclər  Təşkilatının orqanı kimi  nəşr  edilən  «Azadistan»  jurnalı 
ayda  iki  dəfə  çıxır,  yazı  və  illüstrasiyalar  16  səhifədə  yerləşdirilirdi.  Öz 
səhifələrində  mədəniyyət,  anadilli  ədəbiyyat,  istiqlal  məsələlərinə  geniş  yer 
ayırırdı.  Həmçinin  qadın  azadlığı,  təlim-tərbiyə  üsulları  haqda  elmi  və  fəlsəfi 
yazılar çap edirdi. 
Qəzetin  redaktoru  Tağı  Rifət  idi.  Ş.M.Xiyabani  «Azadistan»  jurnalında 
adətən Y.Külahi imzası ilə çıxış edirdi. 
Tarixdən  məlum  olduğu  kimi,  1918-ci  ilin  aprelində  Güney  Azərbaycana 
türk  hərbi  hissələri  daxil  olmuşdu.  Qeyd  etmək  yerinə  düşər  ki,  1918-ci  ilin 
əvvəllərində  rus  ordusunun  Güney  Azərbaycanı  istila  etməsindən  istifadə  edən 
erməni  quldurları  hərbi  ordu  təşkil  edib  Maku,  Xoy  və  Urmiya  şəhərlərində 
soyqırımı  törətmişdilər.  Ermənilərin  Urmiyədə  törətdikləri  vəhşiliklərin  heç 
zaman  acı  xatirələrdən  silinməyəcəyini  qeyd  edən  tarixçi  Əhməd  Kəsrəvi 
yazırdı  ki,  əhali  aylarla  əzab-əziyyət  çəkdikdən  sonra  Osmanlı  Ordusunun 
gəlməsi  ilə  özlərini  azad  hiss  edib,  qadınlar  və  kişilər  şəhərdən  kənara  çıxıb, 
Osmanlı  Ordusunu  qarşıladılar.  Özləri  bilmirdilər,  ağlasınlar,  ya  sevinsinzər» 


 
87 
(62, 760). 
Türklər qətllərə və habelə ölkədəki sol qüvvələr tərəfindən varlı və hakim 
dairələrin evlərinin yağmalanmasına son qoydular. 
 Türklərin  gəlişi    ilə  vilayətdə  milli  əhval-ruhiyyəli  dairələrin  fəaliyyəti 
canlanmışdı.  Təbrizdə  və  Urmiyada  türklər  islamçı  təşkilat  olan  «İttihadi-
islam»ın  şöbəsini  yaratmışdılar.  Onlar  həmçinin  Azərbaycan  dilində 
«Azərbaycan»  qəzetinin  nəşrini  təşkil  etmişdilər.  Qəzetin  redaktoru  gənc 
müəllim,  şair,  təbrizli  Tağı  Rüfət  idi.  Qəzet  türkçülük  ideyasının  təbliğinə 
xidmət  edirdi.  Bu  mətbu  orqanın  səhifələrində  türklər,  farslar,  İran  və  Turan, 
Azərbaycanın qədimdən türk ölkəsi olması haqqında yazılar dərc edilirdi. 
Urmiya şəhərində isə tədrisin Azərbaycan türkcəsində aparıldığı məktəblər 
açılmışdı.  Məktəbdə  şəhərin  savadlı  ziyalıları  və  türk  zabitləri  dərs  deyirdilər. 
Məktəbdə Urmiya uşaqları və gənclərinə onların türk olduqları təlqin edilir, fars 
dili xarici dil kimi tədris edilirdi. Təbrizdə nəşr edilən «Azərbaycan» qəzeti və 
Urmiyadakı türk məktəbi türk birliyi ideologiyasının yayıçıları və Azərbaycanın 
türkçülük əsasında milli şüurunun dərinləşməsi və genişlənməsi vasitəsi idi (41, 
72). 
Tağı  Rifət  istedadlı  şair  olmaqla  yanaşı,  görkəmli  ədəbiyyatşünas  və 
jurnalist idi. 
T.Rifət  1890-cı  ildə  Təbrizdə  doğulmuşdu.  Təhsilini  əvvəlcə  Təbrizdə, 
sonra  isə  İstanbulda  almışdır.  Türkiyədə  olarkən  türk  və  fransız  dillərini 
mükəmməl öyrənir. Aradan bir az keçəndən sonra gənc Rifət fars dilində olduğu 
kimi türk və fransız dillərində də şeirlər yazır. 
T.Rifət  Türkiyənin  Trabzon  şəhərində  iranlı  uşaqların  təhsil  aldığı  
«Nasiri»  məktəbində  bir  neçə  il  müdir  işləyir.  Birinci  Dünya  müharibəsi 
başlayanda isə yenidən vətənə qayıdır və Təbriz məktəblərində fransız dilindən 
dərs deyir, müəllimlik fəaliyyətini davam etdirirdi. Bu dövrdə onu xalqın milli-
azadlıq hərəkatı çox düşündürürdü. 
Şeyx  Məhəmməd  Xiyabaninin  redaktorluğu  ilə  çıxan  «Təcəddüd» 
qəzetində  əməkdaşlıq  edən  T.Rifət  sonradan  qəzetin  baş  katibi  vəzifəsində 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə