Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

 
91 
özünəməxsus qərradlıqla  yatırtdı (18, 200). 
Rza  xan  uzun  illər  müxtəlif  qruplaşmalarda  iştirak  etmiş,  bir  çox 
rəqiblərini  aradan  götürməklə  hakimiyyət  başına  keçməyə  yol  açmışdı.  Xalq 
ondan  narazı  idi,  çünki  demokratik  qüvvələrin  aradan  götürülməsində  şəxsən 
iştirakı ona qarşı nifrət yaratmışdı. 
Rza  xan  uzun  illər  ölkədə  şahlıq  edən  Qacar  sülaləsinə  son  qoymaq  üçün 
bütün  hiylə  və  bacarığını  işə  salıb  bir  çox  planları,  o  cümlədən  respublika 
şüarını  ortaya  atmışdı.  «O  zamankı  qəzetlər  Əhməd  şahın  əleyhinə  məqalələr 
dərc  edir,  hətta  «Sitareyi-İran»  şahın  karikaturasını  çəkir  və  yazır  ki,  Əhməd 
şah heç zaman ölkəyə şahlıq etməmiş və ondan bizə şah olmaz (27, 95). 
Bunun    əksinə  olaraq  başqa  bir  mətbu  orqanı  Rza  xanı  ifşa  edir.  Belə  ki, 
Rza  xanın  yalançı  «respublika»  şüarı  irəli  sürüləndə  öz  çıxışları  ilə  müxalifət 
mövqeyində  olan  Mirzəzadə  Eşqi  ortalığa  atılan  şüarın  mahiyyətini  hiss 
etdiyindən  redaktoru  olduğu  «Qərni  bustom»  (XX  əsr)  adlı  həftəlik  qəzetində 
kəskin  bir  məqalə  dərc  etdirir  və  «respublika»  tərəfdarlarının  karikaturasını 
verir. Dövlət dərhal qəzetin həmin nömrəsini müsadirə etmiş, redaktor isə həbs 
olunmuşdu (27, 97). 
Mərkəzləşmiş dövlət yaratmaq adı altında əslində hərbi diktatura quruluşu 
yaratmış  Rza  xan  1924-cü  illərdə  İranda  qondarma  «respublika  hərəkatı» 
zamanı  ölkənin,  xüsusilə  Azərbaycan  əyalətinin  inqilabi  əhvalından 
özünəməxsus üsullarla bəhrələnməklə, 1925-ci ilin sonlarında Qacar sülaləsinin 
dağılmasına və məharətlə hazırlanmış «ssenari» əsasında özünün İranın irsi şahı 
elan edilməsinə nail oldu (18, 200). 
*** 
Rza  xan  hökumətin  Mərkəzləşmə  siyasətinin  ideologiyasını  hazırlayırdı. 
İlk növbədə İran əhalisini vahid etnik birlik elan etmək lazım gəlirdi.  
Bu  elmi  cəhətcə  1921-ci  ildə  Berlin  şəhərində  Kazımzadənin  «İranşəhr» 
adlı  jurnalının  fəaliyyətində  geniş  əks  olunurdu.  İlk  dəfə  «Fars  ədəbiyyatı 
tarixi»  kitabını  yazan  əslən  azərbaycanlı  Şəfəq  Rzazadə,  onun  qələm  dostu  və 


 
92 
soydaşı  K.Kazımzadə  sübut  etməyə  çalışırdılar  ki,  azərbaycanlılar  mənşəcə 
farsdırlar, türk dili onlara zorla qəbul etdirilib. 
Paniranistlərin  fəal  ideoloqlarından  biri  Mahmud  Əfşar  (yenə  də 
azərbaycanlı  –  P.M)  1925-ci  ildə  Tehranda  «Ayəndə»  («Gələcək»)  jurnalını 
nəşr  edir.  Birinci  sayda  milli  birlik  və  müstəqilliyi  əldə  bayraq  tutaraq  İranın 
qeyri-fars  xalqlarının  tezliklə  assimlyasiya  olunması  ətrafında  çıxış  edir.  Onun 
fikrincə dil cəhətdən milli yekcinsliyə nail olmaq üçün ibtidai məktəblərdə pan 
farsizm təəsübü ilə yazılmış İran tarixinə geniş yer vermək və milli rayonlarda, 
xüsusilə  Azərbaycan  və  Xuzistanda  farsca  ucuz  kitabçalar  və  hökumət 
qəzetlərini  nəşr  etmək  lazımdır.  Bundan  əlavə  o  qeyri-fars  xalqları  fars 
rayonlarına köçürmək, qeyri-fars toponimlərini, farsla əvəz etmək, ordu, dövlət 
idarələri və məhkəmələrdə qeyri-fars dilini qadağan etməyi məsləhət görürdü. 
Hər  iki  müəllifin  milliyyət  və  milli  birliyə  aid  ideyaları  üst-üstə  düşürdü. 
Bu  ideyanı  «sapı  özümüzdən  olan  baltalar»  (İ.Şıxlı)  –  Ə.Kəsrəvi,  T.Ərani, 
M.Qənizadə də müdafiə edirdi. İranın milli birliyinin azərbaycanlı baş ideoloqu 
Ə.Kəsrəvi  bir  az  da  irəli  gedərək  M.Əfşarın  proqramının  məntiqiliyini  elmi 
cəhətdən əsaslandırmağa çalışmışdı. 
Bu siyasətin «nəzəri əsası» S.Ə.Kəsrəvinin 1925-ci ildə yazılmış «Azəri və 
ya  Azərbaycanın  əski  dili»  daha  sonra  iki  başqa  kitabçasında  hazırlamışdı.  Bu 
qondarma  nəzəriyyəyə  görə  guya  türklər  Azərbaycana  Səlcüqlular  dövründə 
gəlmiş və türklər buranın fars köklü yerli sakinlərinin əski farscasının bir qolu 
olan  azəri  dilini  aradan  çıxarmışlar.  Kəsrəvi  İran  ərazisində  yalnız  bir  dil-fars 
dilinin  olduğunu  iddia  etməklə,  hakim  Pəhləvi  sülaləsinə  İranda  yaşayan  və 
azlıqda  qalan  xalqların  ana  dilinin  qadağan  olunması  üçün  şərait  yaratmışdı. 
Əhməd  Kəsrəvi  kimilər  azərbaycanlıların  dilini  soy-kökünü  təhrif  etməklə 
kifayətlənməyib,  Arazın  ikiyə  böldüyü  xalqın  ayrı-ayrı  millətdən  olmasını  da 
iddia  edirdi.  O,  cızma-qara  yazılarında  Azərbaycan  xalqının  varlığını  inkar 
etməyə cəhd göstərirdi. Fars millətçiləri, indinin özündə də Azərbaycanın yerli 
sakinlərinin  kökcə  türk  olduqlarını  danır,  onların  dilcə  türkləşmiş  farslar 
(azərilər) olduğunu söyləyirlər. Buna görə də onlar türk, türk dilli yerinə İranda 


 
93 
ilk  dəfə  Kəsrəvinin  işlətdiyi  Azərbaycan  dili  və  ya  azəri  dili  anlayışlarını  irəli 
sürür.  Onu  da  qeyd  etmək  vacibdir  ki,  bu  millətçilərin  işlətdiyi  termin  Şimali 
Azərbaycanda  başa  düşdüyümüz  mənada  olmayıb,  Azərbaycanın  fars  köklü 
sakinlərinin dili – tat dili mənasındadır. 
Kəsrəvi  bu  nəzəriyyəyə  Avropa  tədqiqatçılarını  cəlb  etməyə  çalışsa  da, 
tezliklə  məşhur  şərqşünaslar  Kəsrəvinin  fikirləri  ilə  razılaşmayıb  onu  rədd 
etdilər.  Kəsrəvi  40-cı  illərdə  bu  fikrindən  imtina  etdi.  Azərbaycan  türklərinin 
soykökü  və  dili  tarixinin  saxtalaşdırılması  işi  sonralar  karənglər  enayətullalar 
kimi paniranist ideoloqlar tərəfindən davam etdirildi (39, 165). 
1921-1925-ci 
illərdə  Demokratik  hərəkatın  yatırılmasından  sonra 
Azərbaycanın Mərkəzə tabe etdirilməsi başlandı. Ş.M.Xiyabaninin rəhbərliyi ilə 
və  ondan  sonrakı  azərbaycanlıların  üsyanının  səbəblərindən  biri  də 
Azərbaycanda  yerlə  dövlət  orqanlarının  kütləvi  surətdə  farslaşdırılması 
siyasətinə qarşı olmuşdur. 
30-cu  illərin  əvvəllərində  İranda  yerləşən  assimilyasiya  siyasəti  haqqında 
«Peykar»  qəzeti  yazırdı  ki,  İranın  əhalisi  qeyri-fars  olan  geniş  rayonları, 
xüsusən  Azərbaycan,  Kürdüstan,  Ərəbistan  (Xuzistan)  bu  gün  də  hər  cür 
hüquqdan  məhrumdurlar.  Burada  yaşayan  uşaqlar  qeyri-ana  dilində  olan 
məktəblərdə  oxumağa  məcburdurlar.  Həmin  rayondan  məclisə  seçilmiş 
nümayəndənin  mandatı  fars  dilini  bilmirsə,  təsdiq  edilmir.  Bütün  dövlət 
məmurları  farslardan  təyin  olunurlar  və  onlar  bu  rayonların  əhalisinə  qul  kimi 
baxırlar.  Onların  ərizə  və  şikayətləri  mütləq  fars  dilində  tərtib  edilməli  və 
baxılmalıdır. Hüquq – mühafizə orlanları fars dilində tərtib olunmayan ərizələri 
qəbul  etmirlər,  bu  da  milliyyətcə  fars  olmayan  şəxslərin  qeyri-qanuni  surətdə 
məhkum olunmasına səbəb olur (99, 01.07.1931). 
30-cu illərin əvvəllərində Azərbaycan dilində kitab nəşri qadağan olunmuş 
və  Azərbaycan  dilində  olan  kitabları  yığıb  məhv  etmək  sahəsində  geniş 
kampaniya  başlamış,  Azərbaycan  dilinin  məktəblərdə,  idarələrdə  işlədilməsi 
qadağan edilmişdir (108, 1983, № 6, 51-52, 46). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə