Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə21/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

 
63 
üzünün  ən  əliaçıq  sultanı  kimdir?»  deyə  bir  sorğu  ilə  «Azərbaycan»  dərgisinə 
müraciət  edir.  Dərginin  yazarına  görə  yer  üzünün  əl  əliaçıq  sultanı  Osmanlı 
padşahıdır.  Çünki  islam  qazilərinin  gücü  ilə  fəth  edilən  torpaqları  kimsədən 
əsirgəməmişdir.  Sonra  yazı  müəllifi  əyani  misallar  çəkərək  yazır:  «Məsələn, 
Misir  torpaqlarını  rica  edirlər,  sultan  dərhal  mərhəmət  buyurur,  sonra 
Bolqarıstanı  istirham etdilər (istədilər  – P.M.), «önəmli deyil» dedi. Bir qrupu 
Samus  adasını  aldı,  «sizə  minnət  borcluyam»  dedi.  Sonra  Lubnan  (Livan  – 
P.M.) dağını istədilər, «oranı sizə bağışlayıram» dedi. Hersoqdan (Hersoqovina 
–  P.M.)  söz  edilincə,  «tamam»,  dedi.  Bosniyaya  gəlincə,  dərhal  təqdim  etdi. 
Kıprısı  (Kipr  adası  –  P.M.)  istirham  etdilər,  «məmnuniyyətlə»  dedi:  Sonra 
Kiridi  (Krit  adası  –  P.M.)  istədilər,  onların  ümidini  qırmadı  və  nəhayət 
Makedoniyanı tələb etdilər, «sizə layiq deyildir», dedi…». 
Sonda  Ədirnəli  oxucunun  «indi  soltan  nə  işlə  məşğuldur?»  sualına 
cavabında  isə  İran-Osmanlı  sərhədinə  soruşmaq  lazım  –  deyə  qısa  bir  cavab 
vermişdir (108, 1384, №138-139). 
Doqquzuncu  saydan  başlayaraq  dərgidə  şeir  və  elanlardan  başqa  digər 
yazılar  farsca  verilir.  M.Heyət  dərgidə  dərc  olunan  elanların  yalnız  Quzey 
Azərbaycanla  bağlı  olanların  farsca  yazıldığını  bildirir.  O,  öncəki  saylarda 
materialın yazıldığı dil nisbətinin təxminən 50 faiz olduğunu xatırladır. Sonrakı 
saylarda  fars  dilində  yazıların  daha  çox  yer  alması  ilə  bağlı  dərgidə  heç  bir 
açıqlama verilmədiyini vurğulayır. 
Bizə  elə  gəlir  ki,  bunun  səbəbini  həmin  illərdə  ölkədəki  siyasi-ictimai 
durumda axtarmaq daha düzgün olardı. 
Dövrünün  demokratik  mətbu  orqanı  olan  «Azərbaycan»  dərgisinin  sələfi 
olduğu  «Molla  Nəsrəddin»  kimi  xalqa  gün  ağlayır,  onu  ictimai  fəaliyyətə 
həvəsləndirir,  siyasi  şüurun  artmasına,  yeni  mütərəqqi  mədəniyyətə 
qovuşmasına  çalışırdı.  Bir  gülgü  dərgisi  kimi  «xalqı  yazmaqnan  və  kinayəli 
sözlərnən xabi-qəflətdən oyadıb başa salırdı» (94, 1906, №2). 
Məmmədlu  Abbasi  «Azərbaycan»  dərgisinə  həsr  etdiyi  məqaləsində  ona 
çox  yüksək  dəyər  verib  yazırdı  ki,  bu  illər  Azərbaycan  milləcbbtini  həqiqi 


 
64 
demokratik azadlıqların mahiyyətini mənimsəməyə sövq edən, xəlqi milli ruhda 
tərbiyə  edən  mətbuatın  ən  mütərəqqi  qabaqcıl  və  irəlidə  gedəni  «Azərbaycan» 
məcmuəsi idi (73, 1945, №5, 30). 
Şübhəsiz ki, xalqın xabi qəflətdən oyadıb, onun gözlərini açan, «Azərbay-
can» kimi bir mətbu orqanı ölkədəki mütrəce qüvvələrin nifrətini özünə cəlb et-
məyə bilməzdi. Onlar var qüvvələri ilə dərginin qapanmasına çalışırdılar. Məş-
rutə  inqilabının  yüksəlişi  illərində  düşmənlərin  dərgiyə  hücumu  heç  bir  nəticə 
vermədi. 
Təbrizdə  Məşrutə  inqilabının  rəhbəri  Səttarxanın  şəxsən  dərgini  himayə 
etməsi  mürtəcelərin  sükutuna  səbəb  olmuşdu.  İnqilab  Tehrandan  gələn  silahlı 
qüvvələrin ağır hücumlarına məruz qaldıqda mürtəce qüvvələrin də mənfi təsiri 
dərgi  üzərində  gücləndi.  Ona  görə  də  ilk  saylarını  da  Azərbaycan  dilində 
yazılmış  məqalə  və  bədii  yazılara  tez-tez  rast  gəlinirdisə,  9-cu  sayından  sonra 
fars  dilində  yazılmış  yazılara  dərgidə  daha  geniş  yer  verilməyə  başlandı.  Eyni 
zamanda  son  saylardakı  məqalələrin  siyasi  kəskinliyi  azalır,  liberalizmə  meyl 
açıq-aşkar duyulurdu. Beləliklə, mürtəcelərin ilk təsiri farsca yazıların çoxluğu 
ilə nəticələndisə, onların sonrakı təsiri dərginin bağlanması ilə nəticələndi. 
Dərginin  6  sayında  Azərbaycanda  və  mühacirətdə  azərbaycanlılar 
tərəfindən  rejimin  qəzəbinə  tuş  gələn  «Əlmərhum  və  əlməxfur»  –  «Kamal», 
«Gənciyeyi-fünun»,  «Pərvəriş»,  «Əxtər»  və  s.  mətbu  orqanları  hörmətlə  yad 
edilirdi. 
Az  bir  müddət  fəaliyyət  göstərməsinə  baxmayaraq  «Azərbaycan»  dərgisi 
Cənubi  Azərbaycan  mətbuatı  və  ədəbiyyatı  tarixin  öz  yeni  töhfələrini  verdi. 
Məşrutə inqilabı dövründə demokratik fikirləri yayılmasında bu dərginin böyük 
xidmətləri danılmazdır. 
 
 
 
«NƏSİMİ-ŞİMAL» QƏZETİ 
 


 
65 
Məşrutə  dövrünün  satirik-ədəbi  orqanlarından  biri  də  öncə  Rəştdə,  sonra 
Tehranda nəşr olunan «Nəsimi-şimal»  qəzeti idi. «Nəsimi-şimal»ı Seyid Əşrəf 
Qəzvini  (Gilani)  (1872-1934)  təsis  etmişdir.  Qəzetdə  əsas  yeri  Seyid  Əşrəfin 
satirik məzmunlu şeirləri tuturdu. 
Seyid Əşrəf Azərbaycanın qədim şəhərlərindən olan Qəzvində dünyaya göz 
açmışdır.  Sonralar  Gilan  vilayətinin  Rəşt  şəhərinə  göçür.  Rəşt  şəhəri  İranın 
şimalında  yerləşdiyinə  görə  çıxardığı  qəzeti  «Şimal  küləyi,  nəsimi»  adlandırır. 
«Nəsimi-Şimal» qəzeti üçün götürdüyü. 
Xoş xəbər olasan, səni «Nəsimi-şimal» 
Çün bizə vüsal çağın soraq verirsən 
şüarından  da  görünür  ki,  bu  mətbu    orqanında    çıxan  xoş  soraqlı  Məşrutə 
ilə bağlı xəbərləri sərin şimal küləyinə bənzətmişdir. 
«Nəsimi-şimal» qəzetinin hər işini Seyid Əşrəf özü təkbaşına görürdü. Səid 
Nəfisi «Sepido siyah» jurnalında Seyid Əşrəf haqqında məqaləsində yazırdı ki, 
«o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı… Hər gün, hər 
gecə  yazırdı,  həftə  ərzində  yazdığı  şeirləri  çap  edib  xalqa  çatdırırdı.  İyirmi  ilə 
yaxın hər həftə «Nəsimi-şimal»ı Tehranın ən kiçik mətbəələrindən birində dörd 
xırda  səhifədə  nəşr  edib  yaydı…  belə  gün  olmazdı  ki,  bu  qəzet  Tehranda  bir 
vəlvələ  salmasın.  Hökumətlər  artıq  onun  əlindən  zara  gəlmişdilər.  Fəqət  bu 
yoxsul, yeddi göydə bir ulduzu olmayan, heç nəyi və heç kəsi saymayan Seyidə 
nə edə bilərdilər?.. Onu tutub zindana salmağın da faydası yox idi, zindanda da 
sakit  oturan  deyildi.  Qəribə  yaddaşı  var  idi,  şeirlərini  qələmə  almadan  əzbər 
oxuyardı,  onun  sinəsi  pozulmaz  yazı  lövhəsi  idi…  Yəqin  bilirdi  ki,  İranın 
azadlığında  onun  payı  böyük  sərkərdə  Səttarxandan  az  deyildi.  Bu  şərəfli, 
böyük  insan  hətta  Qəzvində  çiyninə  tüfəng  salıb  mücahidlərlə  bir  sırada 
Tehranın  alınmasında  iştirak  etmişdir.  Onu  tutub  Şəhrnov  dəlixanasına 
saldılar… Anlamadım o böyük insanda dəlilikdən nə kimi əlamət görmüşdülər! 
O,  elə  əvvəlki  adam  idi.  Bu  işdən  məqsəd  nə  idi?  Bu  da  bizim  yaşadığımız 
dövrün  böyük  müəmmalarından  biridir.  Onun  ölüm  xəbərini  də  bir  adama 
bildirmədilər.  Doğrudan  da  öldümü?  –  Yox,  hələ  diridir.  Mən  ondan  diri  bir 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə