Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

 
48 
Bu  qəzetin  haqqında  Əhməd  Kəsrəvi  məşrutə  tarixinə  həsr  etdiyi  əsərində 
bir  sıra  məlumatlar  verir.  Belə  ki,  qəzet  islamiyyəçilərin,  ələxüsus  Mirhaşim 
Dəvəçinin  mətbu  orqanı  olmuşdur.  Deyilənlərə  görə,    bir  gün  Mirhaşim 
mücahidlərdən biri tərəfindən terrora məruz qalır. Mirhaşim ölməsə də, terrorçu 
mücahid həbs olunur. Mirhaşimin casusları tərəfindən terrorçuya qarşı aparılmış 
istintaq qəzetdə öz əksini tapmışdır. Kəsrəvi həmçinin qeyd edir: «Məhərrəmin 
10-cu  günündən  sonra  həmin  məhəllədə  (Dəvəçi)  türkcə  rəiyyətdən  olan  bir 
şəxsin  molla  ilə  apardığı  sual-cavabdan  bəhs  edən  bir  qəzet  buraxılmağa 
başladı.  Dialoqdakı  şəxsin  qarşı  tərəfə  «Molla  Əmi»  deyə  müraciət  etdiyindən 
qəzet  də  həmin  adla  adlandırıldı.  Təbriz  türklərinin  ləhcəsində  yazılan  bu 
qəzetdə Mirhaşimin cəmiyyət nümayəndəliyinə seçilməməsindən doğan inciklik 
cəmiyyətə başqalarından daha çox vaxt sərf edib məşğul olduğu fikri aşılanır və 
bu kimi məsələlər yer alırdı.  
Qəzetdə  dərc  olunan  yazılarda  daha  çox  mücahidlərin  başçılarına  və 
hərəkat  rəhbərlərinə  qarşı  hücuma  keçilirdi.  Belə  şəxslərdən  biri  heç  bir  zəif 
nöqtəsini  tapa  bilmədikləri  gizli  Təbriz  mərkəzinin  rəhbəri  Əli  Müsyo  idi. 
Axırda Müsyo ləqəbini əsas tutaraq onun məzhəbsiz olduğunu,  bu səbəbdən də, 
belə bir ləqəb götürdüyünü bildirirlər (62, 586). 
«Xilafət»  
Məşrutə  hərəkatı  zamanı  Azərbaycanlılar  tərəfindən  ölkədən  xaricdə  nəşr 
edilən  qəzetlərdən  biri  «Xilafət»dir.  Bu  qəzetin  barəsində  «İran  mətbuatı  və 
ədəbiyyatı» tarixi kitabında oxuyuruq: «Xilafət» həftəlik orqan olmaqla 1906-cı 
ildə  (h.q.1324)  Londonda  Hacı  Şeyx  Həsən  Təbrizinin  rəhbərliyi  altında 
qurğuşun çapı ilə nəşr olunurdu.  
Bu  qəzet  Şeyx  Həsən  Təbriziylə  Qahirənin  məşhur  çapçısı  və  naşirinin 
(Əmin  Hindiyyə)  qardaşı  Misirli  fərari  Nəcib  Hindiyyə  Şami  adlı  bir  şəxsin 
vasitəsilə yaranmışdı. Qəzet ərəb, türk, (Azərbaycan dili nəzərdə tutulur  – P.M) 
bəzən  də  fars  dillərində  nəşr  edilirdi.  «Xilafət»nin  farsca  olan  nömrələrinin 
çoxu  İranın  səfiri  şahzadə  İrfəüddövləyə  hücum  xarakteri  daşıyırdı  ki,  bu  da 
şəxsən  Şeyx  Həsən  Təbrizinin  qələmindən  çıxırdı.  Edvard  Braun  öz  əsərində 


 
49 
«Xilafətin»  türkcə-ərəbcə  və  farsca  olan  nömrələrinin  bir  çoxunun  onda 
olduğunu,  hər  iki  naşiri  tanıdığını.  Şeyx  Həsənin  də  bir  müddət,  yəni  1907-
1909-cu  illərdə  Kembricdə  fars  dili  müəllimi  kimi  çalışdığını  və  onun  da 
müəllimi olduğunu qeyd edir. 
«Nəzmiyye-yi Təbriz» (Təbriz polis idarəsi) 
Məşrutə fərmanı verildikdən sonra Təbrizdə nəşr edilən qəzetlərdən biri də 
şəhərin  polis  idarəsi  tərəfindən  təsis  olunmuş  və  bu  idarənin  orqanı  sayılan 
«Nəzmiyye-yi Təbriz» qəzetidir.  
Qəzet  haqqında  söz  açmazdan  əvvəl  xatırlatmaq  yerinə  düşərdi  ki,  İranda 
ilk polis idarəsi məhz Təbrizdə açılmışdı. Bu həssas bir məqamda, özü də xalqın 
əlilə  yaralıdmışdı.  Ona  görə  də,  bu  müxtəsər  tarixcə  barədə  məlumat  vermək 
yerinə düşər. 
Təbriz şəhəri bir çox ictimai, siyasi, iqtisadi və mədəni proseslərdə həmişə 
ön  cərgədə  olduğu  kimi  polis  idarəsinin  yaradılması  məsələsində  də 
təşəbbüskarlığını  qorumuşdur.  İlk  polis  idarəsi  də  məhz  Azərbaycan  əyaləti 
cəmiyyətinin  vasitəsilə  1907-ci  ildə  (h.q.  1325)  Təbrizdə  yaradıldı.  Kiçik 
izahatla  bu  addımın  atılmasına  nəyin  səbəb  olmasına  aydınlıq  gətirək.  1906-cı 
ildə Müzəffələddin şah tərəfindən Məşrutə əmri verildikdən sonra milli şuranın 
ilk  məclisi  açılaraq  işə  başladı.  Məşrutə  hərəkatı  rəhbərlərinin  çoxusu 
(Tehranda və digər şəhərlərdə) artıq hər şeyin sona çatdığını və azadlığın bərpa 
olunduğunu  zənn  edirdilər.  Lakin  azərbaycanlılar  bilirdilər  ki,  Məhəmmədəli 
Mirzə və saraydakılar bu tezliklə konstitusiyalı rejimlə barışmayacaqlar. Çünki 
onların  bütün  ömrü  diktatorluqla  keçmiş  və  həmişə  xalqı  öz  rəiyyətləri  hesab 
etmişlər.  buna  görə  də  əhali  ayıq  və  mətanətlə  yalnız  gələcəyi  düşünürdü. 
Nəticədə  bu  praqnozlar  özünü  döğrultdu,  Məhəmməd  Əli  şah  məclisi 
dağıtdıqdan  və  azadlığı  İranın  bütün  şəhərlərində  məhdudlaşdırdıqdan  sonra 
təkcə qəhrəman Təbriz şəhəri müstəbidlərə nəinki təslim olmadı, hətta azadlığı 
yenidən bütün İrana qaytardı (64, 119). 
Məşrutə  fərmanından  sonra  artıq  icra  olunmuş  işlə  üz-üzə  qalan 
Məhəmmədəli  Mirz    əvə  onun  ətrafı  məşrutəçilər  və  azadlıq  sevərlərlə  bacara 


 
50 
bilməsələr də var qüvvələrilə əvvəlki rejimi qaytarmaq üçün yollar axtarırdılar. 
Vəlihəd  olduğu  dövrdən  azərbaycanlıları  yaxşı  tanıdığından  bilirdi  ki,  odlar 
yurdu  tarixi  qiyam  və  hərəkatların  beşiyidir.  Bir  sui-qəsd  planını  hazırlanmış, 
onu Təbrizdə başlayıb Tehranda bitirmək nəzərdə tutumuşdu. Məşrutə əleyhinə 
yönəldilən  bütün  işlərini    başında  Təbrizdən  olan  nüfuzlu  şəxs  dururdu.  Dəstə 
başçılarından biri «Dəvəçi» məhəlləsində «İslamiyyə» adlı cəmiyyət yaratmaqla 
Təbrizdə  sui-qəsdlərə  start  vermiş  Mirhaşim  Dəvəçi  idi.  O,  Təbrizin  bəzi 
məhəllələrini  öz  həmfikirlərinə  çevirməklə  gündən-günə  azadlıqsevərlərin  işini 
çətinləşdirirdə  iş  o  həddə  çatdı  ki,  onun  əməlləri  şəhərdə  qarışıqlıq,  xaosa 
gətirib  çıxardı.  Hərc-mərcliyin  kökünü  birdəfəlik  kəsmək  lazım  idi.  Belə  bir 
həssas zamanda Azərbaycan əyalətinin uzaqgörən cəmiyyəti çarə yolunu yalnız 
polis  idarəsinin  yaradılmasında  gördü.  Bu  inqilabi  addım  cəmniyyətin  yenidən 
bərpasına  və  şəhərdə  fəaliyyət  göstərən  ünsürlərin  tutulmasına  səbəb  oldu. 
Əhməd Kəsrəvi bu haqda yazırdı. «…xalq Mirhaşimin fikrinin başqa olduğunu 
və  heç  zaman  ram  olmayacağını  anlamışdı.  Həmin  gün  Dəvəçinin  lotuları  və 
quldurları  bazara  tökülərək  silah  gücünə  dükanları  bağlatdırdılar.  Gecə  isə 
Məcidəlmülk mağazalarını atəşə tutdular. Bir dəstə Hacı Mehdi ağanın (kuzəçi) 
evinə  gələrək  oranı  yandırdıdar.  Cəmiyyət  naçar  qalaraq  mücahidlərə  fişəng 
verib  müdafiəyə  qaldırdı.  Dey  (yanvar  ayının  –  P.M.)    26-sı  iki  tərəf  arasında 
vuruş başlandı» (62, 533). 
Kəsrəvi  bu  hadisələrin  şərhinin  ardınca  əlavə  edir  ki,  Azərbaycan  əyaləti 
cəmiyyətin  nümayəndəsi  İclaləlmülk  polis  idarəsinin  ilk  rəisi  seçildi  və 
yubanmadan işə başladı və vuruşmanı dayandırdı. İclal az bir vaxt ərzində işləri 
qaydasına  salaraq  polislərə  məxsusi  bir  geyim  geyindirdi  (düymə  və  nişanla, 
qara mahut, gön qayış) və onlara dəstə başçısı təyin etdi. (Mərutə dövründə ilk 
polis  idarəsi  Təbriz  yaxınlığında  yaradıldı.  Bu  hələ  başlanğıc  idi).  Qazaxdan 
şahsevənlərdən  ibarət  bir  dəstəni  də  polis  idarəsinə  kömək  məqsədilə  seçib 
şəhərdə dolanmağa təhrik etdi. 
Qısası:  Belə  bir  çətin  dövrdə  İclaləlmülk  özünün  gözəl  iş  bacarığının 
nümayiş  etdirərək  şəhəri  o  cür  qarışıqlıqdan  firavanlığa  yönəltdi.  Yaxşı 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə