36
siyasi məsələlərlə məşğul olurdu. Bu dönəmdə Güney türklərində
«Hümmətçilikdən millətçiliyə» keçmə meylləri yaranırdı. Tədrisin türk dilində
aparıldığı məktəblər qurulur, türkcə mətbuat yaranır, yeni siyasi təşkilatların
formaları meydana gəlirdi. Azərbaycan əyalət əncüməni «Əncümən» adlı mətbu
orqanı nəşr etməyə başladı.
«Azərbaycan əyalət əncüməni» əsasən «Gizli mərkəz» (bəzi ədəbiyyatlarda
«Gizli əncümən», «Mərkəzi-qeyb») adlı təşkilatdan idarə olunurdu.
1905-ci ildə Bakıda N.Nərimanovun dəstəyi ilə Güney azərbaycanlılarının
«İctimaiyyunun-amiyyun» («Mücahid») adlı sosial-demokratk partiyası
yaradılmışdı. Təbrizdə isə ona ekvivalent olaraq «Gizli mərkəz» fəaliyyətə
başlamışdı. Mərkəzin lideri Kərbəlayi Əli idi, fransız dilini və siyasi ədəbiyyatı
bildiyi üçün Əli Müsyö adı ilə tanınmışdı. «Gizli Mərkəz» inqilabın
başlanğıcından sonuna qədər Güney Azərbaycanda hərəkata rəhbərlik etmişdi.
Lakin 1907-ci ilin əvvəlində taxta çıxan Məhəmmədəli şah atasının
imzaladığı konstitusiyanı tanımaq istəmirdi. Bu xəbər Təbrizdə hərəkatın
genişlənməsinə təkan verdi. Fevral ayının 8-də Təbrizdə «Gizli Mərkəz»in
başçılığı ilə Məşrutə inqilabı dövründə ilk silahlı üsyan baş verdi. Son nəticədə
isə Təbriz şəhərində real hakimiyyət əyalət şurasının əlinə keçdi. İnqilabın
ağırlıq mərkəzi tədricən Təbrizə keçməyə, İran inqilabının taleyi bu şəhərdə
həll olunmağa başlamışdı.
1908-ci il iyunun 23-də şahın göstərişi ilə İrandakı rus kazak hərbi dəstəsi
Məşrutəyə zərbə endirmək məqsədi ilə Məclisin və paytaxtdakı Azərbaycan
şurasının binalarını top atəşinə tutdurdu.
Hakimiyyəti ələ keçirən Mərkəzi hökuməti Azərbaycana ordu göndərsə də
xalq tərəfindən müqavimətə rast gəlmişdi. Bundan sonra Təbriz 11 ay
mühasirədə qalmışdı. Xalq aclıq və bir çox başqa çətinliklərlə üzləşsə də təslim
olmamışdı. Təbriz döyüşlərində Səttarxan öz yaxın silahdaşları ilə misilsiz
döyüş şücaəti göstərmişdilər. Təbriz İran məşrutə inqilabının mərkəzinə
çevrilmişdi. İranın qüvvələri üzərində qələbənin qazanılmasında böyük
37
xidmətləri olan Səttar xan və Bağır xanı xalq məhəbbətlə «Sərdare-milli» və
«Salare-milli» (milli sərkərdə mənasındadır – P.M.) adlandırmışdı.
Səttarxanın saysız qəhrəmanlıqları Təbrizin yenilməzliyi yaxın-uzaq
ölkələrdə böyük əks-səda doğurdu. Həmin günlərdə Azərbaycan Əyalət
Əncüməninin və şəxsən Səttarxanın adına dünyanın Bakı, Tiflis, Peterburq,
İstanbul, Paris, Nəcəf və s. şəhərlərindən təbrik teleqramları, məktublar, şeirlər
daxil olur, xarici qəzet və dərgilərdə bunlar haqqında məqalələr dərc olunurdu.
Qeyd etdiyimiz kimi, «Molla Nəsrəddin» dərgisi bütün hərəkat boyu
Azərbaycan inqilabçılarına ruh verirdi. Təbrizdəki qanlı döyüşlər vaxtı Cəlil
Məmmədquluzadə yazırdı: «Bu gün Kərbəla meydanı Azərbaycandakı
vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi
varsa, oranın qeydinə qalmalıdır. M.Ə.Sabirin, eləcə də digər şairlərin yüksək
hörmət və iftixarla Səttarxana həsr etdiyi şeirləri «Molla Nəsrəddin»də çap
olunub, Cənubda da yayılırdı.
1909-cu ildə Güney Azərbaycanın bütün qərb vilayətləri (Maku istisn a
olmaqla) əksinqilabçılardan təmizlənmiş, demokratik hakimiyyət bərqərar
edilmişdir.
O illərdə təzə nəşrə başlayan «Molla Nəsrəddin» jurnalı İran və Güney
Azərbaycan mövzusuna geniş yer ayırırdı. «Molla Nəsrəddin»in elə bir sayı yox
idi ki, orada bu mövzu M.Cəlilin, M.Ə.Sabirin və jurnalın Təbriz müxbirləri –
M.S.Ordubadi, Mirzə Ələkbər Məmmədquluzadə (Cəlil Məmmədquluzadənin
qardaşı – P.M.) İskəndər Qəffari Sərxpuşun qələmi ilə felyeton, şeir, xəbər və
s. şəklində getməsin. Bakıda nəşr edilən «İrşad», «Həyat», «Təzə həyat» kimi
mətbu orqanları da İrandakı məşrutə inqilabına böyük mənəvi dəstək olurdular.
Əgər XIX əsrin sonlarında Güney Azərbaycanda yalnız Türkiyənin nəşr
nümunələri ilə tanış idilərsə, artıq XX əsrin əvvəllərində daha çox Bakı və
Qafqazda Azərbaycan dilində çıxan mətbu və nəşləri izlənilirdi. Bu o dövrdə
Azərbaycanda uzun fasilədən sonra (1891-1904) çap olunan «İrşad» (bu qəzetin
Sadıq xan Fərəhani tərəfindən İrandakı azərbaycanlılar üçün fars dilində xüsusi
38
əlavəsi hazırlanırdı) xüsusilə «Molla Nəsrəddin» və digər mətbu orqanlarında,
öz ölkələri ilə bağlı bilgilər alırdılar.
Beləliklə, Güney Azərbaycanın oxucuları İranın başqa rayonlarından fərqli
olaraq buradakı hadisələr haqqında Qafqaz və rus sosial demokratiyasının təlim
və baxışları, İran inqilabına yönəldilən fəaliyyəti (8, 215) və digər materiallarla
bilavasitə tanış olurdular.
Ailəsini dolandırman və çörəkpulu qazanmaq üçün bütün Qafqaz boyu
səpələnmiş Güney azərbaycanlılar İrana geri qayıdarkən özləri ilə rus qafqazlı
və fəhlələrini istiqlal mücadiləsi ideyalarını da gətirirdilər.
M.Rəsulzadə yazırdı ki, iranlıların Bakıda qurulan ilk inqilabi cəmiyyəti
Tehran və Təbrizə mürşidlər, fədailər, bombalar və sair məvaddi-infilaqiyyə
göndərirdilər.
M.Rəsulzadə İranda inqilab və azadlıq hərəkatını izhar edən qüvvət və
alimlərin toplandığı mərkəzin Bakı və İstanbul olduğunu qeyd edirdi (34, 124).
O, yazırdı ki, Məşrutə dönəmində İstanbulda əsasən iranlı türklərdən təşkil
olunmuş «Səadət əncüməni» adlı komitə təşkil olunmuşdu. Bu komitə bir
tərəfdən nəşr etdiyi bəyannamələrlə İranda əfkari-ixtilal pərvərənəyi iqaze,
vurduğu teleqraflarla Avropa Əfkari- ümumisini tənvirə çalışıyor, digər
tərəfdən də mərakizi ixtilaliyə beynində mübadilə-məlumat və əxbər mərkəzliyi
vəzifəsini ifadə ediyordu» (34, 124).
Qeyd edək ki, o illərdə İstanbulda «Səadət əncüməni» tərəfindən həftəlik
«Siruş» (1909-1910) adlı qəzet dərc olunurdu. Onun yaradıcı heyətinə Seyid
Məhəmməd Tofiq, Əli Əkbər Dehxuda («Sure-İsrafil» qəzetinin aparıcı
müxbiri) Əhməd bəy Ağaoğlu (yaxşı tanıdığımız görkəmli publisist) və Yəhya
Dövlətabadi daxil idilər.
O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı
olan M.Ə.Rəsulzadə Təbrizi müdafiə edən mücahidlərin və onların rəhbəri
Səttar xanın qəhrəmanlığını «İran məktubları»nda xüsusi qeyd edirdi. Məşrutə
hərəkatı sonda məğlubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində
Dostları ilə paylaş: |