32
«Əxtər»in ən görkəmli cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi
məsələlərə fikir verir, elmi dəlil və izahatla İranın nöqteyi nəzərdən
dirçəlməsinin lazım olduğunu təbliğ edirdi.
«Əxtər» eyni zamanda Avropa dövlətlərinin müstəmləkəçilik siyasətini
təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi». (5, 81)
Qəzetin səhifələrinə müraciət edək. Qəzet xarici siyasət məsələsində İran
dövlətinin müstəqil bir xarici siyasət proqramını qəbul edərək birtərəflik
siyasəti (İngilis və ya Rus meyilli yox) aparmağa çağırır, yazırdı ki, xarici
dövlətlər İranda ancaq mənfəət güdür və müstəmləkəçi dövlətə yaxınlaşmaq
İrana heç bir fayda gətirməz.
«Əxtər» 1880-ci il (1298) 9-cu sayında yazırdı: «Biz xarici siyasi xətti
hərəkətimizi möhkəm bir bünövrə üzərində qurmadıqca ümüdümüzü onlara
dikib, xaricilərin «xeyirxahlığından» imtina etməyincə, bizim tərəqqi və
inkişafımız qeyri-mümkündür. Xaricdən isə qarətçi və tamahkarlardan başqa
kimsə bizim tərəfimizə gəlməyəcəkdir. Biganələr bizim səadət və
xoşbəxtliyimizi özlərinin mənafeyi alətinə çevirməkdə görürlər». (19, 1880,
№9).
Qəzet başqa bir məqaləsində bu məsələyə toxunaraq xarici siyasətçilərin
İrana verdiyi boş vədləri axmaqları aldadan boş söz adlandırırdı. Avropa
ölkələrinin Şərq ölkələri ilə münasibətdə heç zaman beynəlxalq hüquqlara
riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında yazırdı:
«Öz mənafeyimiz üçün gördüyümüz tədbirlər onların xoşuna gəlmədikdə
əvvəl gizli şəkildə tədbirlərin əleyhinə mübarizə aparırlar. Bu metod nəticə
vermədikdə isə son vasitəni işə salıb bizim əleyhimizə cəbr (zorakılıq)
tədbirlərinə əl atırlar. Onlar müdaxilə üçün heç bir haqlı dəlil və ya bəhanə
tapmadıqda açıqcasına beynəlxalq hüquq qayda-qanunlarını pozub (bizim
burada mənfəətimiz) işi yenə də öz xeyirlərinə həll edirlər».(79, 1880, №15)
«Hikmət» qəzeti 1310-1892-ci ildə Qahirədə Təbrizli Məhəmməd Mehdi
xan tərəfindən təsis edilmişdi. Qəzet qeyri-müəyyən fasilələrlə ayda 3,2,1 dəfə
çıxa bilirdi. Qəzetin səhifələrində siyasət, elm, təbabət, ədəbiyyata aid yazılar
33
dərc olunurdu. «Hikmət» qəzeti öz oxucularına vətənpərvərlik ruhu aşılayırdı.
«Yalnız bu qəzetin vətənpərvərlik təbliğatını və bu təbliğatın xüsusi yüksək
bədii səviyyədə verilməsini nəzərə alsaq etiraf etməliyik ki, həmin qəzet o
dövrdə İran Cənubi Azərbaycan xalqı üçün çox təsirli bir vasitəyə əl atılmışdı.
Qəzetdə dərc olunmuş bəzi vətənpərvərlik ruhunda olan yazılar doğrudan da o
dövr ədəbiyyatının şah əsərlərindən sayıla bilər». (19,s.90). «Hikmət»
beynəlxalq aləmdə baş verən hadisələri şərh edib onların siyasi təhlilini verir
müstəmləkəçilərin Şərq ölkələrindəki törətdiyi cinayətləri ifşa edərək, İran
xalqını səfərbərliyə çağırırdı
«Kamal» qəzeti Qahirədə çıxan birinci nömrəsində yazırdı: «15 il bundan
əvvəl Təbrizin darülfununda dərs oxuduğum zaman başıma vətənə xidmət hissi
düşdü. Mənim aləmimdə, qəzet vətəni ayıltmaq və onu xilas etmək üçün yeganə
vasitə idi. Qəzetdən yaxşı yol göstərən tapmırdım, bu doğrudan da belədir. Əgər
qəzet, qəzet olub nağıl və rəvayətlərin məcmuəsi olmasa, o əxlaq qaydalarının
əsasında elm və siyasəti incə təbliğ etmək yolu ilə şirin və yumşaq yazılan,
qardaşcasına və dostcasına təsirli nəsihət verməklə bütün çətinlikləri aradan
götürməyə qadir ola bilər». (91, 1905, №1)
«ġahsevən» 1898-ci ildə İstanbul şəhərində qabaqcıl Azərbaycan
maarifpərvərləri Ə.Talıbov və S.M.Şəbüstərinin rəhbərliyi ilə çıxıb. İranın
avtoritar quruluşunun, cəmiyyətdəki eybəcərlikləri satirik və yumor dili ilə
tənqid edirdi. Digər mühacir qəzetlər kimi dərc etdiyi yazılarla İranda inqilabın
hazırlanmasına zəmin yaratmışdı. Jelatin üsulu ilə 300 nüsxədə çap olunurdu.
Məxfi nəşr olunan bu qəzet gizli surətdə tək İrana deyil, Avropanın Paris,
London kimi iri şəhərlərinə göndərilirdi.
«Şahsevən» Azərbaycanın və İranın burjua-demokratik istiqamətli satirik
mətbuatının rüşeymi və sələfi olub İranda bu yöndə çıxan ilk qəzet idi. Öz
kəskin yazıları ilə qədim şah hökümətini çox təşvişə salmışdı. Buna görə də
İran və Türkiyə polisinin ciddi təqibləri üzündən «Şahsevən»in nəşri uzun
müddət davam edə bilmədi». (8, s.239)
34
Beləliklə, o dövrün mütərəqqi qəzetləri (ölkənin daxilindəki yerli,
xaricindəki mühacir qəzetlər) ölkənin ictimai-siyasi vəziyyətini doğru əks
etdirməklə, əhalinin müxtəlif təbəqələrinin zehninə təsir edir, onların içərisində,
ictimaiyyətə, ölkəyə və xalq kütlələrinə əvəzsiz xidmətlər göstərən şəxslərin
meydana gəlməsinə də səbəb olurdu.
35
II F Ə S Ġ L
MəĢrutə inqilabı illərində demokratik ənənələrin formalaĢması
(1905-1911)
Mətbuat dövrün aynası kimi
XXI əsrin sonlarından kortəbii sıçrayışlar şəklində təzahür edən xalq
nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı.
Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə
Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. İnqilab iştirakçılarının əsas
tələbi konstitusiyanın qəbul edilməsi, məclis çağırılması, xarici məmurların
ölkədən qovulması və s. ibarət idi. Xalq hərəkatının genişlənməsindən qorxuya
düşən şah hökuməti 1906-cı ilin avqustun 5-də qanuni əsasi verilməsi və həmin
ilin sentyabrın 9-da Şura Məclisinin təsis edilməsi haqqında fərmanı təsdiq
etməyə məcbur oldu.
Beləliklə, İran konstitusiyalı şah ölkəsinə çevrildi. Tezliklə bütün əyalət və
vilayətlərdə məclisə nümayəndələrin seçilməsi başladı.
M.Rəsulzadə həmin dövrdə İrandakı əncümənlərin (klublar) sayının 70-ə
yaxın olduğunu yazır, onları Fransa inqilabındakı klublara bənzədirdi. Onların
ən nüfuzlusunun «Əcnüməni Azərbaycan» olduğunu qeyd edirdi (34, 119).
Tehranda «Milli məclis» açılan günü paralel olaraq Təbrizdə «Azərbaycan
milli məclisi» quruldu.
Tehrandakı hökumətin təhdidi ilə bu ad «Azərbaycan əyalət əncüməni»
(şurası) ilə əvəz olundu. «Azərbaycan əyalət əncümən»i yarandığı oktyabr
ayından 1911-ci il dekabrın axırına qədər davam edən müddət ərzində müxtəlif
adla, Azərbaycan milli məclisi, Azərbaycan milli əncüməni, Təbriz milli
əncüməni, Azərbaycan əncüməni və nəhayət Azərbaycan əyalət əncüməni
adlanmışdır. «Azərbaycan əncüməni» qurulduğu gündən Azərbaycanı
yönəldərək despotizmə qarşı aparılan mücadilələrdə Azərbaycan xalqına
rəhbərliyi əlinə ala bildi.
Güney Azərbaycanda Məşrutənin fərmanı tətbiq edildi. Əncümənin əsas
vəzifələrindən biri seçkilərə hazırlığı həyata keçirmək olsa da, digər ictimai və
Dostları ilə paylaş: |