Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
41
ki, anası onun fikirlərinə hörmət etmir, onu layiqincə qiy-
mətləndirmir, onu başa düşə bilmir və onu düzgün yoldan
yayındırmağa çalışır. Axı o millətini sevməklə kimə pislik
edirdi ki. Məgər millətçilik pisdir?!
O da anasını başa düşə bilmirdi.
* * *
...Həqiqətən Emma onu dayanacaqda gözləyirdi. Onun-
la salamlaşıb, gülümsəyərək:
– Qorxdum Culi sənin xətrinə dəyər. Bir az ərköyündür.
Ancaq inan ki, təmiz qəlbi var. Bəzən fikirlərimiz üst-üstə
düşmür, ancaq mən inanıram ki, bunlar onda kecicidir.
Həyatı başa düşəndə anlayacaq ki, mənalı yaşamaq özünü
insanlardan seçmək deyil, əksinə onlara qarışıb həyatını
rəngarəng etmək, maraqlı anları yaratmağa can atmaq, in-
sanlar üçün bacardığın yaxşılıqları etmək, sonunda insan-
lıq üçün nə isə yaratmağa çalışmaqdır. Mənim düşüncələ-
rimi sənin də başa düşməyəcəyin normaldır.
Yox,yox, siz, nə danışırsız. Məncə sizin fikirləriniz ən
doğrusudur. Mən heç zaman bu sualı düşünməmişdim.
Əminəm ki, cavablar fərqli olar, ancaq məncə siz haqlısız.
Hər deyilən fikri doğru qəbul etmək özü də ağılsızlıqdır.
Fikrimcə mənim sizinlə həmrəyliyimi bu konteksdə qə-
bul etməzsiniz. Əlbəttə, ağılsızlıqlardan doğan həqiqətlər,
təsadüfləri çıxsaq, acınacaqlı olur, yəni nəticəsi düşünül-
məyən hərəkət ağılsızlıqdır. Sizin düşüncələriniz isə xe-
yirxah və nəcib insan olmağınızdan xəbər verir.
– Dayanın, dayanın. Siz əsl filosof kimi danışırsız. Özü
də məni çox təriflədiz. Xoş sözlərə görə sağ olun. Qızım
da bəzən sizin kimi filosofluq etməyi sevir. Hə budur, da-
nışa-danışa çatdıq. Ancaq bu başdan xahiş edirəm, Culini
ciddiyə almayasız. Holledən içəri geniş otağa daxil oldular.
Xüsusi səliqə-səhman vardı. Otağın divarlarını gözəl rəsm
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
42
əsərləri bəzəyirdi. Bir tərəfdə gözəl qara rəngli piano du-
rurdu. Onlar içəri girəndə səslənən akkordlar bu pianoya
məxsusdu. Qarşısında əyləşən qız əlbəttə, Culi idi. Onların
gəlişini duyduğundan ayağa qalxıb, pianonun qapağını
bağladı. Dönərək ona, əminəm ki, təşrif buyurduğunuza
görə bizi şərəfləndirdiyinizi sanmırsınız. Gəldiniz, əcəb də
etdiniz. Dəvət olunan yerə getməmək ədəbsizlik nişanəsi-
dir. Ancaq onu da bilin ki, bu sadəcə anamın istəyi olduğu
üçün siz burdasız.
Qarşı tərəfin heç bir söz deməməsi belə onu saxlamadı.
Bilirsiz, mənə maraqlı gələn odur ki, sizdə nəvar ki,
anam sizə belə hörmət bəsləyir.
Onları tək buraxıb mətbəxə keçmiş ananın ayaq səs-
ləri yavaş-yavaş hirsləndiyi hiss olunan qızın sözlərini ya-
rımçıq kəsdi.
Mətinin qızarmış halını görən Emma nələr olduğunu
təxmin etsə də, heç nə olmamış kimi davrandı. Üzünü Culiyə
tutaraq yəqin ki, gündüz etdiyin qabalığa görə günahlarını
yumaq istəyirsən, yaxşı eləyirsən. Ancaq yaxşı olar ki, əvvəl-
cə qoy bir oturub rahatlansın, bir stəkan kofe içsin. Hərgah,
mən bilirəm ki, onun ölkəsində daha çox çay içilir. Əlindəki
fincanları divanın qarşısındakı mizin üstünə qoyaraq Mətinə
tərəf çevrildi. Niyə oturmursuz?
Rica edirəm rəsmiyyəti kənara qoyub, özünüzü sərbəst
hiss edin.
Mətinin oturmasını gözlədi. Özü də onun yanına keçib
oturdu. Fincanı Mətinin qarşısına çəkib, gülümsəyərək:
Hə de görüm buralar xoşuna gəlir, yoxsa yox? Deyəsən
sual Culini maraqlandırdı. Çünki, o artıq otağın çıxışındaydı,
sualı eşitcək ayaq saxlayıb, qapıya söykəndi. Diqqətini topla-
yıb, baxışlarını qonağa dikdi. Bu əcnəbinin ölkəsi haqda nə
deyəcəyi maraqlı idi.
Bilirsiz, mən desəm ki, bura gəldiyim zamana qədər
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
43
Almaniya haqqında ancaq çox şey bilirdim, yanlış olar.
Ancaq avropa dövlətləri içində ən çox Almaniyanı tanıdı-
ğımı desəm, təccüblənməyin. Çünki bizdə elə quruluş idi
ki, sosialist ölkələrindən, savaye başqa dövlətlər haqqında
ancaq tam olmayan tarixi məlumatlardan başqa bilgimiz
olmayıb. Sizin ölkənin tarixi daha ətraflı formada yazılıb
və daha çox hər iki dünya müharibəsini başlayan qəsbkar
dövlət kimi tanıdılıb. Ancaq xalqınızın bu qəsbkarlıqlarda
ən böyük gəliri əziyyət çəkmək, əlində olanlarını itirmək
və təzminat verməkdən başqa bir şey olmayıb. Ancaq sizin
qədər zəhmətkeş və ağıllı millət itirdikləriniz olmasaydı,
əminəm ki, yer kürəsini idarə edəcək gücə sahib dövlət
ola bilərdiniz. Ancaq fəlsəfi yanaşsaq, bəlkə də sizi inkşafa
məcbur edən milli heysiyyatınızı qorumaq üçün xitab etdi-
yiniz dəyərlərinizdir. Yəni itirdikləriniz olmasaydı indi nail
olduqlarınıza sahib olmağa bu qədər inadla can atmazdı-
nız. Müharibədən sonra qısa müddətə dağılmış şəhərləri,
bərbad hala salınmış iqtisadiyyatınızı, bir sözlə hər şeyi
yenidən həyata qaytarmağı bacarmanız məncə, necə güclü
xalq olduğunuzun göstəricisidir.
O, bu sözləri ürəkdən deyirdi, çünki həqiqətən belə fi-
kirləşirdi. Fincanı birnəfəsə boşaldıb, nəlbəkisinə qoydu.
Onu diqqətlə dinləyən Emma Fincanı götürüb, yenə ehti-
yac olub-olmadığını soruşdu. Boğazının quruluğunun keç-
mədiyini hiss etdiyi üçün, başı ilə istədiyini işarə etdi.
Deyilənlər Culinin o qədər xoşuna gəlmişdi ki, elə mət-
bəxin kandarında divara dirsəklənərək qulaq asmışdı. Onun
üçün vəhşi şərqli obrazında olan bu gəncin onlar haqqında
belə xoş danışması, özü də onun sevdiyi mövzuya bu şəkildə
toxunması onu təsirləndirdi. Yaxşıdır, heç olmasa qiymət ve-
rir, deyə fikirləşərək, keçib kresloda oturdu. Milli dəyərləri-
mizə qiymət verdiyin üçün çox sağ ol, deyərək üzünü ona tut-
du, sizə bir sual vermək istəyirəm. Ancaq cavabınızın səmimi
Dostları ilə paylaş: |