Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə41/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   37   38   39   40   41   42   43   44   ...   76

163
5 dekabr 2012-ci il tarixdə A tikdiyi evin istismarına 
icazə  verilməsinə  dair  ərizə  və  zəruri  sənədlərlə  (tikinti 
çertyojları  və  həmin  vaxta  qədərki  sənədlər)  birlikdə  B 
rayonu  İcra  Hakimiyyətinin  başçısına  müraciət  edir.  Bu 
zaman o, hər ehtimala qarşı sənədlərin İcra Hakimiyyətinə 
daxil  olmasını  təsdiq  edə  bilmək  üçün  onları  B  rayonu 
İcra  Hakimiyyətinin  dəftərxanasında  qeydiyyatdan  keçirir. 
Lakin İcra Hakimiyyəti A-nın ərizəsinə reaksiya vermir.
Bunu görən A 22 fevral 2013-cü il tarixdə B rayo nu 
İcra Hakimiyyətinə (birbaşa İcra Hakimiyyətinin   başçısına 
ünvan lanmış)  məktub  yazır.  Ancaq  onun  məktubuna  da 
heç  bir  cavab  verilmir.  Məktubuna  cavab  almayan  A 
bu  hərəkətsizliyi  B  rayonu  İcra  Hakimiyyəti  başçısının 
vəzifəsindən sui-istifadəsi kimi dəyərləndirir. İnzibati icraat 
qaydasında  uğur  qazana  bilməyəcəyini  görən  A  B  rayonu 
İcra Hakimiyyətinə qarşı İnzibati-İqtisadi Məhkəməsində 
iddia  qaldırmaq  qərarına  gəlir.  18  mart  2013-cü  ildə  
İnzibati-İqtisadi  Məhkəməsinə  iddia  ərizəsini  təqdim 
edən  A  –  ailəsi  ilə  birlikdə,  nəhayət  yeni  evlərinə  köçə 
bilmələri üçün B rayonu İcra Hakimiyyətinin üzərinə evin 
istismarına  icazə  verməsi  öhdəliyinin  qoyulmasını  tələb 
edir. 
A  hesab  edir  ki,  inzibati  orqan  qanuna  görə  onun 
inşa  etdiyi  evin  yaşayış  evi  qismində  nəzərdə  tutulmuş 
istismarına  formal  icazə  verməlidir.  Əks  halda,  o,  tikdiyi 
evdən  yol  verilən  qaydada  istifadə  edə  bilməz.  Eyni  za-
manda, o, bildirir ki, belə bir icazənin alınması məqsədilə 
etdiyi  çoxsaylı  müraciətlərə  cavabdeh  tərəfindən  heç  vaxt 
yetərli  cavab  almamışdır.  Onun  fikrincə,  inzibati  orqanın 
hərəkətsizliyi vəzifədən sui-istifadə olmuşdur. 


164
Birinci instansiya məhkəməsində icraat zamanı cavab-
deh  iddianın  rədd  olunmasını  tələb  edir.  Onun  fikrincə, 
A-nın hüquqi müdafiə ehtiyacının (zərurətinin) olmamasına 
görə  iddia  mümkün,  ən  azı  əsaslı  iddia  deyil.  Çünki  yeni 
qüvvəyə  minmiş  Şəhərsalma  və  Tikinti  Məcəlləsinə  uy-
ğun  olaraq,  müvafiq  tikinti  niyyətlərinə  münasibətdə  mə -
lumatlandırma  icraatının  həyata  keçirilməsi  nəzərdə  tutul-
muşdur. Odur ki, iddiaçının inşa etdiyi evlə bağlı tikintiyə 
və onun istismarına icazənin alınmasına ehtiyac yoxdur.
31  iyul  2013-cü  il  tarixli  qərarla  X  İnzibati-İqtisadi 
Məh kəməsi iddianı rədd edir. 
İddiaçı  7  avqust  2013-cü  il  tarixdə  həmin  qərar-
dan  apellyasiya  şikayəti  verir.  O,  birinci  instansiya 
məh   kəməsinin  qərarının  dəyişdirilməsini  və  cavabde-
hin  üzərinə  evin  istismarına  icazə  verməsi  öhdəliyinin 
qoyul  masını  tələb  edir.  Onun  fikrincə,  X  İnzibati-İqtisadi 
Məh kəməsi  onun  iddiasını  haqsız  olaraq  rədd  etmiş,  ic-
raat  zamanı  Azərbaycan  Respublikası  Şəhərsalma  və  Ti-
kinti  Məcəlləsinin  80  və  101-ci  maddələrinin  tələblərini 
poz  muşdur.
Cavabdeh  apellyasiya  şikayətinin  rədd  olunmasını 
tələb  edir.  Əsaslandırma  qismində  o,  birinci  instansiya 
məh  kəməsində bildirdiklərinə istinad edir.
Hər  iki  tərəf  öz  hüquqi  mövqeyini  qəti  şəkildə  mü-
dafiə etməkdə davam edir. 
Apellyasiya  instansiyası  məhkəməsinin  bu  iş  üzrə 
qərarı necə olacaq?


165
Hüquq normaları ilə bağlı:
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti 
Məcəlləsi  (mübahisə  üzrə  məhkəmə  aktının  qəbul  edildiyi 
vaxtda qüvvədə olan redaksiyada)
Maddə 80. Məlumatlandırma icraatı
80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metr-
dən  və  aşırımlarının  uzunluğu  6  metrdən  çox  olmayan 
yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı 
həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin 
yalnız  memarlıq-planlaşdırma  bölməsinin  hazırlanması 
tələb olunur.
  80.2.  Barəsində  məlumatlandırma  icraatının  tətbiq 
edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb 
olunmur.
  80.3.  Barəsində  məlumatlandırma  icraatı  nəzərdə 
tu tu lan  yaşayış  evinin  tikinti  layihəsinin  memarlıq-plan-
laşdırma  bölməsi  müvafiq  ərazidə  qüvvədə  olan  müfəssəl 
planın tələblərinə uyğun tərtib edilməlidir.
  80.4.  Sifarişçi  tikintiyə  başlamazdan  əvvəl  tikinti 
niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat 
verir  və  yaşayış  evinin  layihəsinin  memarlıq-planlaşdırma 
bölməsini  bu  Məcəllənin  80.1-ci  və  80.3-cü  maddələrində 
nəzərdə  tutulmuş  tələblərə  uyğunluğunun  yoxlanılması 
üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti 
or qanı tərəfindən 3 ay müddətində layihəyə dair irad sifa-
rişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya 
bilər.
 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən 


166
yaşayış  evinin  tikinti  layihəsinin  memarlıq-planlaşdırma 
bölməsinə  uyğun  tikilməsinə  nəzarəti  müvafiq  icra  haki-
miyyəti orqanı həyata keçirir.
Maddə  101.  Tikinti  obyektinin  istismarına  icazənin 
məqsədi
101.1.  Tikinti  obyektinin  istismarına  icazə  verilməsi 
tikintisi  başa  çatmış  obyektin  və  ya  onun  bir  hissəsinin 
şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə 
uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin müm-
künlüyünün təsdiq edilməsidir.
101.2.  Tikinti  obyektinin  istismarına  icazə  müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən verilir.
101.3.  Bu  Məcəllənin  101.1-ci  maddəsində  nəzərdə 
tutul muş  müddəa  tikintisinə  icazə  tələb  edilməyən  ob-
yektlərə şamil olunmur.
101.4.  Tikinti  obyektinin  istismarına  icazənin  vahid 
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy-
yən edilir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə