PeyğƏMBƏRLƏRĠn həyati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/83
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6504
1   ...   20   21   22   23   24   25   26   27   ...   83

 
59 
-Qorxma,  biz  qonaq  deyilik.  Biz  Allahın  elçiləriyik.  Allah-təala  bizə  fərman 
vermiĢdir ki, bu Ģəhəri viran edək. GünəĢ çıxmazdan əvvəl bu Ģəhər xarabalığa 
çevriləcəkdir. Amma, sən tez bu Ģəhərdən çıx. Ailəni də özünlə apar. Çox uzaq 
yerə get! Arxana baxmadan get!  
Bu  zaman  qonaqlar  öz  barmaqlarını  Sədum  camaatına  tərəf  uzatdılar. 
Gözlənilmədən  qəribə  bir  iĢıq  saçdı.  ġəhərin  bütün  kiĢiləri  kor  olub,  öz 
gözlərini  itirdilər.  Artıq  heç  nə  görmürdülər.  Hərc-mərc  düĢdü.  Gecənin  son 
saatları idi. Lut əzab  yetiĢməmiĢdən qabaq Sədum torpaqlarını tərk etməli idi. 
Həzrət  öz  ailəsinə  göstəriĢ  verdi  ki,  gecə  yarısı  qaranlıqda  Ģəhərdən  çıxmağa 
hazır olsunlar. O, çölə çıxmalı, ailə və heyvanlarını uzaq bir yerə aparmalı idi. 
Sədum camaatı arasında çaxnaĢma düĢdü. Lut və ailəsi tez Ģəhərdən çıxdılar. 
Lutun arvadı heyvanların ardınca hərəkət edir və tez-tez Ģəhərə tərəf dönürdü. O 
dayanır və baxırdı.  
Lut  təpələrin  və  hündürlüklərin  o  tərəfində  gizləndi.  YoldaĢı  evin  damında 
yandırdığı  alova  baxırdı.  Alov  söndü.  Sükut  hər  tərəfi  bürüdü.  Lutun  arvadı 
qayıtmaq istəyirdi. Səhərə isə çox vaxt qalmamıĢdı. 
Birdən  çox  qorxulu  bir  səs  eĢidildi:  göy  gurultusuna  bənzər,  Amma,  ondan 
daha  möhkəm,  yer  tərpədici  bir  səs.  Digər  tərəfdən  böyük  bir  vulkan  fantan 
vurub,  yanmıĢ  və alovlu  daĢları  göyə  atdı. Sədum  Ģəhərinin  səmasını  yandırıcı 
alovlar bürüdü və o torpaqları örtdü. Qaranlıqdan səma daĢları enməyə baĢladı. 
Həqiqətdə göydən alov və daĢ yağırdı. 
Lutun yoldaĢı yerə yıxılaraq, duz topasına çevrildi. O, yoldaĢı Luta növbənöv 
dərd və iĢgəncələrlə əzab-əziyyət vermiĢdi. O, bütpərəst və kafir idi. YoldaĢına 
xəyanət  etdiyinə,  fasiq  Sədum  camaatı  ilə  həmkarlığına  görə  xəyanətinin 
mükafatını alırdı.  
XARABALIQLAR VƏ İBRƏT DƏRSİ  
Səhər oldu. GünəĢ çıxdı. Amma, Sədum Ģəhərindən heç bir əsər qalmamıĢdı. 
ġəhər xarabalığa, yanmıĢ daĢ və duz topalarına çevrilmiĢdi. Hər Ģey yanmıĢ və 
külə dönmüĢdü. Çünki, Sədum camaatı yerdə fəsad və pisliklərlə məĢğul olub, 
bütün  gözəllikləri  də  xarabalığa  çevirmiĢdilər.  Ailə  əlaqələrini  və  öz  pak 
fitrətlərini dağıtmıĢdılar. Gözəl əxlaqı buraxıb, donuz kimi yaĢayırdılar. Onların 
həyatı  bütünlüklə  çirkinlik  və  fəsaddan  ibarət  idi.  Bu  iĢlər  onların  yerli  adət-
ənənələrinə çevrilmiĢdilər. Ona görə də Allahın qəzəbi onları tutdu, səma onlara 
alov və möhkəm daĢlar yağdırdı. Sədum Ģəhərinin qalıqları yanmıĢ daĢ və duzla 
dolu dəhĢətli bir yer olaraq indiyə qədər də qalmaqdadır.  
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM 
Lutun qövmü Allahın elçilərini təkzib etdilər. O zaman qardaĢları Lut onlara 
dedi: 
-Niyə Allahdan qorxmursunuz? Mən sizin üçün əmanətdar bir peyğəmbərəm. 
Ona  görə də Allahdan  qorxun və  mənə  itaət edin.  Mən bu iĢə  görə  sizdən heç 
bir Ģey istəmirəm. Mənim muzdum yalnız aləmlərinin rəbbinin yanındadır. Siz 


 
60 
bu  qədər  məxluqatın  arasında  kiĢi  cinsinə  tərəf  gedib,  Allahın  sizin  üçün 
yaratdığı yoldaĢlarınızı buraxırsınız. Doğrudan da siz təcavüzkar insanlarsınız. 
Dedilər: 
-Ey Lut! Əgər bu sözlərindən əl çəkməsən həqiqətən səni ixrac edəcəyik. 
Dedi: 
-Mən sizin əməllərinizlə qatı düĢmənəm. Ġlahi! Mən və mənim ailəmi bunların 
əməllərindən xilas et! 
Biz  onu  və  bütün  ailəsini  xilas  etdik,  yerdə  qalanlarının  arasında  olan  qoca 
qarıdan savayı. Sonra o birilərini həlak etdik. Onlar üçün daĢ yağıĢı göndərdik. 
Nə pis yağıĢ idi! Təbliğ olunmuĢların (inadkarlıq edənlərin) yağıĢı. Bu hadisədə 
bir  əlamət  var,  Amma,  çoxları  iman  gətirmirlər.  Sənin  Rəbbin  toxunulmaz  və 
rəhmlidir.
5
 
                                                 
5
ġüərа surəsi, 160-175-ci аyələr.
 
 


 
61 
QURBANLIQ 
HƏZRƏT İSMAYILIN ƏHVALATI  
Ġbrahim  (ə)  Ġraq  torpaqlarından  köçdü.  YoldaĢı  Sara  və  xalası  oğlu  Lutu  da 
özü  ilə  apardı.  Onlar  Qibtlilər  ölkəsinə  çatdılar.  Oranın  padĢahı  Xəlilur-
Rəhmanın  (Ġbrahim  (ə)  peyğəmbərin)  həyat  yoldaĢına  ehtiram  etmək  üçün 
Saraya Hacər adlı cavan bir kəniz hədiyyə etdi. 
Ġbrahim  (ə)  Fələstinə  yollandı.  Yolun  üstündə  Ölü  dənizin  sahillərində 
yerləĢən Sədum Ģəhərinə çatdıqda Ġbrahim (ə) Luta göstəriĢ verdi ki, o Ģəhərdə 
qalsın və oranın əhalisini Böyük Allaha ibadət etməyə çağırsın. Amma, Ġbrahim 
(ə) həyat yoldaĢı Sara və cavan kəniz Hacərlə birgə Fələstin torpaqlarına gedən 
yolunu davam etdirdi.  
Ġbrahim  (ə)  orada  dağ  təpəliklərin  əhatə  etdiyi  gözəl  bir  yerə  çatdı.  Elə 
oradaca sakin oldu. Min illər bundan öncə həmin tarixdən baĢlayaraq  Ġbrahim, 
bu gün Əl-Xəlil Ģəhəri adlanan həmin yerdə yaĢamağa baĢladı. O həzrət həmin 
geniĢ yerdə çadırlarını qurdu və sakitcə otlasınlar deyə, heyvanlarını buraxdı. 
O  yer karvan  yolunun üstündə idi. Ona görə də  yolçuların çoxu ora gedir  və 
onun yanında dadlı su və ləzzətli yemək yeyirdilər. Orada lütf, ehsan, bəxĢiĢ və 
gözəl  davranıĢ  görüb,  Ġbrahim  (ə)  peyğəmbərin  hikmətli  sözlərinə  qulaq 
asırdılar. Ġbrahim (ə) qonaqları ilə söhbət edirdi və insanların yalnız yeganə və 
Ģəriksiz  Allaha  ibadət  etmələrinə  çalıĢırdı.  Çünki,  ondan  baĢqa  bir  Allah 
yoxdur. 
Günlər  və  illlər  ötdü.  Ġnsanlar  bildilər  ki,  Ġbrahim  (ə)  saleh  və  səxavətli  bir 
kiĢidir.  Onun  xoĢ  əxlaqını,  ehsan  və  qonaqpərvərliyini  bilib,  ləyaqət,  ibadət, 
təqva, xeyirxahlıq və insansevərliyinə bələd oldular.  
MÜJDƏ  
Amma,  kimsə  Ġbrahimin  (ə)  üzünə  baxsaydı,  onun  gözlərində  qəm-qüssə 
görərdi. Nə üçün? Çünki, Ġbrahim (ə) uĢaqları sevirdi və istəyirdi ki, onun da bir 
övladı  olsun.  Ġbrahim  (ə)  və  yoldaĢı  qocalmıĢdılar.  Onların  baĢ  qarıĢdıracaq, 
evlərinə  sevinc  gətirəcək  və  qoyun-quzularla  oynayacaq  uĢaqları  yox  idi. 
Ġbrahimin (ə) yoldaĢı Sara öz ərini çox sevirdi. Ona görə də onun narahatlığını 
görmək istəmirdi. Bir gecə ona dedi: 
-Sən istəyirsənmi oğlun və nəvən olsun?  
Ġbrahim (ə) dedi: 
-Bu, Allahın istəyidir və mən də ona razıyam.  
Saleh qadın olan Sara dedi: 
-Mən  istəyirəm  ki,  uĢağımız  olsun.  Onu  böyüdək,  sevək.  O  da  bizi  sevsin. 
Amma,  ey  Xəlilür-Rəhman  (Alahın  dostu)!  Mən  bilirəm  ki,  artıq  qocalmıĢam. 
Odur  ki,  kənizim  Hacəri  sənə  bağıĢlayıram.  Onunla  evlən.  Bəlkə  də  Allah 
ondan sənə övlad nəsib edəcəkdir. 
Ġbrahim (ə) dedi: 
-Ey Sara, sənin məndən ötrü nigaran olmanı istəmirəm. 
-Ey Allahın Xəlili! Mən narahat olmuram. Sən Ģad olanda mən də Ģad oluram. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə