Plan Kompressor maşınlarının təsnifatı


Plan 1. Kompressor maşınlarının təsnifatı



Yüklə 1,52 Mb.
səhifə2/5
tarix09.09.2023
ölçüsü1,52 Mb.
#121518
1   2   3   4   5
Plan Kompressor ma nlar n n t snifat

Plan 1. Kompressor maşınlarının təsnifatı
Neft-qaz emalı və kimya müəssisələrində qazların və qaz qarışıqlarının atmosfer təzyiqindən fərqli təzyiqlərdə emalı və nəqli prosesləri geniş yayılmışdır. Sıxılmış qazlar qarışdırma, mayelərin səpələnməsi və digər məqsədlər üçün də tətbiq olunurlar. Qazları sıxaraq təzyiqini artıran və nəqlini həyata keçirən maşınlar kompressor maşınları adlandırılırlar. Kompressor maşını tərəfindən yaradılan son təzyiqin ps, qazın sorulması baş verən başlanğıc təzyiqə pb nisbətinə sıxma dərəcəsi  deyilir: =ps/pb. Bu göstəriciyə görə kompressor maşınları ventilyatorlara (1,1), qazüfürücülərə (1,13,0), kompressorlara (3,0) və vakuum-nasoslara bölünürlər. Ventilyatorlar əsasən sənaye ventilyası sistemlərində, kondisionerlərdə, sorma-üfürücü qurğularda və i.a., adətən nisbətən alçaq sürətlə böyük həcmlərdə havanın (qazların) verilməsində müvəffəqiyyətlə tətbiq edilirlər. Təyinatına görə ümumi məqsədli, qazan-üfürücü, qazan- tüstüsorucuvə şaxta ventilyatorlarını fərqləndirirlər. Bundan başqa ventilyatorlar bir sıra digər göstəricilərə görə də təsnif olunurlar: - işçi çarxda qaz axınının istiqamətinə görə oxboyu, radial (mərkəzdənqaçma), diaqonal və diametr üzrə; - konstruksiyasına görə bir- və çoxpilləli, reversiv, bir-və ikitərəfli soran; - işçi çarxın oxunun vəziyyətinə görə üfqi və şaquli; - intiqalın növünə görə elektrik mühərriki, hava turbini, daxili yanma mühərriki və s. - işçi çarxın fırlanma istiqamətinə görə sağ və solfırlanan; - intiqalla əlaqələndirilməsinə görə birbaşa, muftavə ya ötürücü mexanizmlə. Ventilyatorların işini aerodinamiki, mexaniki və xarici kimi keyfiyyətgöstəricilərilə xarakterizə edirlər. Ventilyatorun ölçüsü, çarxın fırlanma sürəti, işdə yaranan səs, elektrik enerjisi sərfi onun aerodinamiki göstəricilərindən asılıdır. Qazüfürücülər havanı və qazı soyutmadan sıxmaq məqsədilə işlədilirlər. Prinsipcə eksqausterlər və vakuum-nasoslar da qazüfürücülərə aiddirlər. Böyük məhsuldarlıqlı maşın olan eksqausterlər atmosferdən aşağı təsyiqlərdə olan qazı sormaq və onu atmosfer və ya ondan yuxarı təzyiqlərə qədər sıxmaq üçün işlədilirlər. Kompressorlar iş prinsipinə görə həcmi və dinamik tipli olurlar. Həcmi maşınlarda təzyiqin artması (qazın sixilması) qazın olduğu qapalı həcmin azalması nəticəsində baş verir. Bu maşınlar işçi orqanın növünə görə pistonlu, rotorlu və membranlı kompressorlara bölünürlər. Qazın sıxılması birinci halda pistonun irəli-geri hərəkəti, ikinci halda rotorun fırlanması, sonuncu halda isə membranın rəqsi hərəkəti nəticəsində baş verir. Bu maşınlarda qaza əsasən potensial enerji (təzyiq) verilir. Dinamik kompressorlarda, qaz axınında fasiləsiz yaranan sürətlənmələr nəticəsində sıxma baş verir. Bu halda qaza sonradan təzyiq enerjisinə çevrilən kinetik enerji verilir. İş prinsipinə görə dinamik kompressorlar turbokompressorlara və axınlılara bölünürlər. Turbokompressorlarda qaz axının sürətlənməsi onun fırlanan kürəklər şəbəkəsilə qarşılıqlı təsiri nəticəsində baş verir. Axınlı maşınlarda müxtəlif xüsusi enerjili axınların qarışması nəticəsində axının sürətlənməsi həyata keçirilir. Kompressorlar aşağıdakı göstəricilərə görə təsnif edilirlər: - məhsuldarlığına görə mikro(0,6 m3 /dəq.), alçaq (0,66,0 m 3 /dəq.), orta (660 m3 /dəq.) və yüksək (60 m 3 /dəq.)məhsuldarlıqlı; - yaratdıqları son təzyiqə görə alçaq (ps=0,21,0 MPa), orta (ps=1,010 MPa) yüksək (ps=10100 MPa) və ifrat yüksək (ps100 MPa) təzyiqli; - istiliyin kənarlaşdırılma üsuluna görə  su və hava ilə soyudulan; - intiqalın tipinə görə elektrik, daxili yanma mühərriki, buxarvəqaz turbinlərilə hərəkətə gətirilənlər; - yerləşmə qaydasına görə stasionar və səyyar tipli; - təyinatına görə konkret istehsal sahəsi (kimya, energetika və s.) üzrə və ümumiməqsədli; - sıxılan qazın xarakteristikasına görə hava, təbii qaz, oksigen, xlor, azot, helium və i.a. vuran. Vakuum-nasoslar isə vakuum altında olan qazı soraraq, atmosferə tullamaq işinə xidmət edirlər. İş prinsipi və konstruksiyasına görə fərqlənən kompressor maşınlarının hər biri öz iş şəraitləri diapazonuna və ən səmərəli müəyyən tətbiq sahəsinə malikdirlər.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə